Qanunvericilik › Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması

Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri daxil olan dövlət orqanları (qurumları) və standartlaşdırma üzrə texniki komitələr beş ildən gec olmayaraq standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasını həyata keçirməlidirlər.

11.2. Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılmasına aşağıdakılar daxildir:

11.2.1. standartlaşdırma üzrə normativ sənədlərin elmi-texniki səviyyəsinin təhlili;

11.2.2. standartlaşdırma üzrə normativ sənədlərin qüvvədə olan texniki reqlamentlərə uyğunluğunun təhlili;

11.2.3. iqtisadiyyatın müxtəlif sahələrinin standartlaşdırma üzrə normativ sənədlərlə təmin olunmasının təhlili;

11.2.4. bu Qanunla müəyyən olunmuş standartlaşdırmanın məqsədləri baxımından standartlaşdırma üzrə normativ sənəddə dəyişikliklər edilməsi, ləğv edilməsi və ya yeni standartlaşdırma üzrə normativ sənədin qəbulu zərurətinin müəyyən edilməsi.

11.3. Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması nəticələri ilə əlaqədar əsaslandırılmış təkliflər müvafiq tədbirlər görülməsi üçün milli standartlaşdırma qurumuna göndərilir. Təkliflər əsaslı hesab edildiyi halda, milli standartlaşdırma qurumu standartlaşdırma üzrə normativ sənəddə dəyişikliklər edilməsi, ləğv edilməsi və ya yeni standartlaşdırma üzrə normativ sənədin qəbulu üçün müvafiq tədbirlər görür.

11.4. Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver