Qanunvericilik › “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 17.02.2012) › Tam mətn

“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 17.02.2012)

“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 17.02.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20.2-ci maddəsini, "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (A.Əhmədov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.

4. Aparatın rəhbərinə (B.Əzizov) tapşırılsın ki, QKDK-nın aparatının və Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını, habelə təsdiq edilmiş Qaydalar barədə məlumatın ictimaiyyətə açıqlanmasını təmin etsin.

5. QKDK sədrinin 31 iyul 2006-cı il tarixli 144 nömrəli Əmri ilə təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydaları ləğv edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 06 sentyabr 2012-ci il tarixli 10 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il)

2. 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver