Qanunvericilik › “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 23.06.2016) › Tam mətn

“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 23.06.2016)

“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 23.06.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin ikinci hissəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu yaradılsın.

2. “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il

1.1. Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu (bundan sonra - Fond) haqqında Əsasnamə “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən hazırlanmışdır.

1.2. Fondun yaradılmasında əsas məqsəd balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin, balıqçılığın elmi təminatının və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir.

2.1. Fond aşağıdakı vəsaitlər hesabına formalaşır:

2.1.1. balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr;

2.1.2. balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyan;

2.1.3. balıq və digər su bioresurslarına vurulan zərərə görə kompensasiyalar;

2.1.5. dövlət və qeyri-dövlət təşkilatlarının, fiziki və hüquqi şəxslərin könüllü ianələri;

2.1.6. qanunla nəzərdə tutulan digər mənbələr.

3.1. Fondun vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xüsusi xəzinə hesabında yığılır və həmin vəsaitdən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırıb təsdiq etdiyi gəlir və xərclər smetası əsasında, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən istifadə olunur.

3.2. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir.

3.3. Fondun vəsaiti balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından səmərəli istifadə edilməsinə, onların mühafizəsinə, süni artırılmasına və bərpasına, balıqçılıq təsərrüfatı meliorasiyası işlərinin aparılmasına, balıq və digər su bioresurslarının mühafizəsi üçün obyektlərin tikintisinə, istismarına, mühafizə olunan sahələrin yaradılmasına və inkişaf etdirilməsinə, balıq və digər su bioresurslarının mühafizəsi sahəsinin sosial inkişafına, balıq və digər su bioresurslarının mühafizəsi və akvakultura sahəsində proqramların və layihələrin hazırlanmasına, nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının mühafizəsinə və bərpasına, elmi tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, balıq və digər su bioresurslarının mühafizəsi, istifadəsinin tənzimlənməsi və akvakulturanın idarə edilməsi sahəsində işləyən mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların sosial təminatına və maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatın alınmasına, həmçinin xarici ölkələrlə elmi-texniki əməkdaşlığın, balıq və digər su bioresurslarının dövlət monitorinqinin təşkilinə və keçirilməsinə sərf olunur.

3.5. Balıq və digər su bioresurslarının mühafizəsi və akvakultura üzrə ümumdövlət və regional əhəmiyyətli tədbirlərin keçirilməsinin maliyyələşdirilməsi üçün fonddan “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə ayrılan vəsait onlara əvəzsiz verilir.

3.6. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına aid edilir.

4.1. Fondun vəsaitindən səmərəli istifadə olunmasına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzarət edirlər.

4.2. Fondun vəsaitindən istifadəyə dair illik hesabatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

1. 30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896)

2. 8 noyabr 2024-cü il tarixli 228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 noyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 12 noyabr 2024-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1198)

3. 19 dekabr 2024-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 dekabr 2024-cü il, “Xalq” qəzeti, 20 dekabr 2024-cü il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1359)

4. 4 avqust 2025-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 avqust 2025-ci il, “Azərbaycan” qəzeti, 5 avqust 2025-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 751)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver