Su obyektləri istifadəçilərinin inhisarçı və haqsız rəqabətə yönəlmiş, başqa su obyektləri istifadəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının məhdudlaşdırılması ilə nəticələnən və ya nəticələnə bilən fəaliyyəti qanunla qadağan edilir.
Müvafiq icra hakimiyyəti orqanlarına sudan istifadənin inhisarlaşmasına səbəb olan, ayrı-ayrı su obyektləri istifadəçilərinin fəaliyyəti üçün ayrı-seçkilik şəraiti yaradan və bununla da başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnə bilən qərarlar qəbul etmək və fəaliyyət göstərmək qadağan edilir.
Sudan istifadə sahəsində inhisara gətirib çıxarmaqla başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının əsaslı şəkildə pozulması qanunda nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə səbəb olur.