Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün balıqçılıq su obyektləri və ya onların bir hissəsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq ehtiyacları üçün istifadə edilir.
Balıqçılıq su obyektlərindən istifadə edən hüquqi və fiziki şəxslər həmin sututarların çirklənməkdən və zibillənməkdən qorunması üçün tədbirlər görməlidirlər.
Su obyektlərinin istifadəçiləri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə sututarların vəziyyətinin yaxşılaşmasını və balıq və digər su bioresurslarının bərpasını təmin edən balıqartırma və balıqçılıq təsərrüfatı meliorasiyası tədbirləri görməli, habelə ov alətlərinin qurulduğu yerləri lazımi sanitariya vəziyyətində saxlamalıdırlar.