Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən bu Məcəlləyə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları göstərilən məqsədlər üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərini və ya onların müəyyən hissəsini ayırmalıdırlar.
Balıqçılıq təsərrüfatlarının təşkili üçün ayrılmış su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu, həmin obyektlərin mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə həyata keçirilə bilər.