Balıqçılıq su obyektlərində aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir:
balıqların kürütökmə yerlərində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan bənd çəkmək və dağılmış bəndləri bərpa etmək;
müvafiq orqanların razılığı ilə sanitariya və hidrotexniki tədbirlərin görüldüyü hallar istisna edilməklə, çaylarda, çay qollarında və kanallarda qalaq yaratmaq və ya onların qabağını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;
ağac emalı zamanı əmələ gələn tullantıları sututarlara axıtmaq və həmin sututarların sahillərində və subasar yerlərində yığmaq;
dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balığın kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda.