Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir.
Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.
Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.