1. Su təchizatı müəssisələri məişət (təsərrüfat)-içməli məqsədli magistral və digər su kəmərlərində və ya onlara qoşulmuş yanğın əleyhinə istifadə olunan çıxışlarda müəyyən edilmiş normativlərə uyğun minimum sabit təzyiqi təmin etməlidirlər.
2. Bu maddəyə əsasən su təchizatı müəssisələri qəzaların aradan qaldırılması və təmir-profilaktika işlərinin aparılması məqsədi ilə su təchizatının dayandırılması zamanı su təchizatının sabitliyinə cavabdehlik daşımırlar.
3. Müvafiq icra hakimiyyəti orqanının su təchizatının təzyiqi və sabitliyinin əlavə olaraq daha yüksək səviyyədə saxlanılması haqqında qərarında su təchizatı müəssisəsində bu qərarın yerinə yetirilməsi üçün zəruri olan pul kompensasiyasının verilməsi nəzərdə tutulmalıdır.