AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
1.1. Elektron xidmətin adı: sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: bu xidmət yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanın, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsi;
1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 2.6-cı bəndi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (bundan sonra –DİN BDYPİ).
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.
1.7. Elektron xidmətin icra müddəti:
1.7.1. sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün bir iş günü ərzində;
1.7.2. yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanın verilməsi üçün – üç gün müddətində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: DİN BDYPİ-nin ərazi üzrə müvafiq qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən şəxsə sürücülük vəsiqəsinin verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv;
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli;
2.2.1. xidmət üzrə ödənişin əsası:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi, ikinci hissəsinin 4-cü bəndi və səkkizinci hissəsi;
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.4.1-ci maddəsinə əsasən sürücülük vəsiqəsinin verilməsi üçün imtahanın qəbuluna görə 20 manat məbləğində, 18.65.4.1-1-ci maddəsinə əsasən sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə 10 manat məbləğində, 18.65.5.1-ci maddəsinə əsasən isə sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə 25 manat məbləğində dövlət rüsumu ödənilir.
Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumları 3 nömrəli əlavəyə uyğun olaraq “Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar” üzrə ödənilir.
Ödəmə üsulları: bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://mia.gov.az/?/az/content/29772/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/content/29772/
- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. sürücülük vəsiqəsinin verilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1) aşağıdakılar əlavə olunur:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) nömrəsi və verilmə tarixi, Azərbaycan Respublikasında müvəqqəti olan, habelə müvəqqəti olma müddəti uzadılan əcnəbilər üçün onların pasportu və ya şəxsiyyəti təsdiq edən digər sərhədkeçmə sənədinin skan edilmiş surəti;
2) aşağıdakı sənədlərin skan edilmiş surəti:
- müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə);
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
- sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi);
- “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin ikinci hissəsində əks olunan müvafiq kateqoriyalar (altkateqoriyalar) üzrə müəyyən edilmiş idarəetmə təcrübəsini təsdiq edən sənəd.
2.6.2. sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №2) aşağıdakılar əlavə olunur:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) nömrəsi və verilmə tarixi, Azərbaycan Respublikasında müvəqqəti olan, habelə müvəqqəti olma müddəti uzadılan əcnəbilər üçün onların pasportu və ya şəxsiyyəti təsdiq edən digər sərhədkeçmə sənədinin skan edilmiş surəti;
2) sürücülük vəsiqəsinin nömrəsi və verilmə tarixi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla), habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin I və II hissələrində nəzərdə tutulmuş hallarda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin skan edilmiş surəti;
3) sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt qəbzinin əslinin, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarışın, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədinin skan edilmiş surəti;
4) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V hissəsinin 2 – 4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayışın skan edilmiş surəti;
5) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surətinin skan edilmiş surəti.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üzrə elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. İnteaktiv elektron xidmət üçün sorğu:
3.2.1. sorğunun formalaşdırılması: DİN BDYPİ-nin internet informasiya ehtiyatının elektron xidmət bölməsində istifadəçi tərəfindən sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün ərizə formasını elektron xidmətin təqdim edildiyi internet ünvanından yükləyərək doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir;
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları: istifadəçi tərəfindən sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ilə əlaqədar DİN BDYPİ-nin elektron xidmət bölməsinə yenidən müraciət etməsinə mane olmur;
3.3.2. sorğunun qəbulu: istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. sürücülük vəsiqəsinin verilməsi ilə bağlı istifadəçi tərəfindən verilən sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin ərazi üzrə müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır;
2. sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istifadəçi tərəfindən verilən sorğu qəbul edildikdən sonra yuxarıda göstərilən Təlimata uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin ərazi üzrə müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır;
Sorğunun icrası üzrə DİN BDYPİ-nin ərazi üzrə müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır;
3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
1. sürücülük vəsiqəsinin verilməsi ilə bağlı sənədlərə DİN BDYPİ-nin müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və DİN BDYPİ-nin müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi sürücülük vəsiqəsinin verilməsi üçün şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunun tarixi, vaxtı və yeri barədə onun elektron poçt ünvanına dərhal məlumat göndərir.
2. sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı sənədlərə DİN BDYPİ-nin müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və DİN BDYPİ-nin müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi sürücülük vəsiqəsinin dəyişdirilməsi tarixi, vaxtı və yeri barədə onun elektron poçt ünvanına dərhal məlumat göndərir;
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur;
3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: DİN BDYPİ-nin müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə verdikdə sürücülük vəsiqəsi rəsmiləşdirilərək onun sahibinə şəxsən təqdim edilir. Bu halda imtahanları müvəffəqiyyətlə verən şəxs sürücülük vəsiqəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi təqdim edir;
Sürücülük vəsiqəsinin dəyişdirilməsi tələb olunan halda şəxsə yeni sürücülük vəsiqəsi rəsmiləşdirilərək şəxsən təqdim edilir. Bu halda dəyişdirilməsi tələb olunan sürücülük vəsiqəsi DİN BDYPİ-nin müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təhvil verilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: elektron xidmətin yerinə yetirilməsinə nəzarəti DİN BDYPİ həyata keçirir.
3.5.1. nəzarət forması: kargüzarlıq;
Daxil olmuş müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş DİN BDYPİ-nin müvafiq regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbərinin tabe olduğu yuxarı orqana inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir;
3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;
3.6.3. şikayətə baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
“Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə (Əlavə №1)
DİN BDYPİ-nə ____________________________
________________________________tərəfindən
(soyadı, adı, atasının adı)
Telefon, faks nömrələri:
elektron poçt ünvanı:
şəxsiyyət vəsiqəsinin seriyası ________№-si_____________________
verilib____________________________________________________
(nə vaxt və kim tərəfindən)
_______________kateqoriyaya (altkateqoriyaya) aid nəqliyyat vasitəsini idarəetmə hüququ verən sürücülük vəsiqəsinin verilməsini xahiş edirəm.
“Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə (Əlavə №2)
DİN BDYPİ-nə_________________________
_____________________________tərəfindən
(soyadı, adı, atasının adı)
Telefon, faks nömrələri:
elektron poçt ünvanı:
şəxsiyyət vəsiqəsinin seriyası _________ №-si_______________________
verilib_____________________________________________________________
(nə vaxt və kim tərəfindən)
Sürücülük vəsiqəsinin ____________________ dəyişdirilməsini xahiş edirəm.
AZ21NABZ12360100000000005 944
AZ47AIIB320510194431002015 00
Kapital Bankın Naxçıvan MR Baş idarəsi
AZ09AIIB320510194430602011 30
AZ60AIIB320510194433602011 33
AZ26AIIB320510194431602011 31
AZ43AIIB320510194432602011 32
AZ77AIIB320510194434602011 34
AZ94AIIB320510194435602011 35
AZ42AIIB320510194489602011 89
AZ34CTRE00000000000002116 631
AZ66CTRE00000000000002116 831
AZ94A1IB320510194424002011 24
AZ39AIIB320510194455002011 55
AZ85TU RA36015002260700102 944
AZ05IBAZ360100194497599103 24
AZ68IBAZ360100194497599022 06
AZ37AIIB320510194465002461 65
AZ17AIIB320510194448002011 48
AZ95IBAZ360100194495800432 53
AZ05CTRE00000000000002114 631
AZ89CTRE00000000000002112 731
AZ22AIIB320510194454002011 54
AZ37AIIB320510194472002011 72
AZ40CTRE00000000000002113 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ95AIIB320510194464002011 64
Kapital Bankın Neftçala filialı
AZ86CTRE00000000000002114 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ46AIIB320510194444002011 44
Kapital Bankın Sabirabad filialı
AZ12AIIB320510294443002011 43
Kapital Bankın Salyan filialı
AZ78AIIB320510194463002011 63
Kapital Bankın Hacıqabul filialı
AZ18AIIB320510194488002011 88
Kapital Bankın Cəbrayıl filialı
AZ74CTRE00000000000002112 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ08AIIB320510194476002011 76
Kapital Bankın Astara filialı
AZ73CTRE00000000000002112 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ88AIIB320510194475002011 75
Kapital Bankın Yardımlı filialı
AZ37NABZ01350100000000001944
AZ71AIIB320510194474002011 74
Kapital Bankın Lerik filialı
AZ37NABZ01350100000000001944
AZ44AIIB320510194461002011 61
Kapital Bankın Masallı filialı
AZ37NABZ01350100000000001944
AZ57CTRE00000000000002112 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ22CTRE00000000000002114 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ36CTRE00000000000002115 431
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ49AIIB320510194467002011 67
Kapital Bankın İmişli filialı
AZ37NABZ01350100000000001944
AZ98AIIB320510194487002011 87
Kapital Bankın Füzuli filialı
AZ37NABZ01350100000000001944
AZ86AIIB320510194492002011 92
Kapital Bankın Laçın filialı
AZ37NABZ01350100000000001944
AZ41AIIB320510194440002021 40
Kapital Bankın Beyləqan filialı
AZ37NABZ01350100000000001944
AZ59CTRE00000000000002111 331
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ27AIIB320510194460002011 60
Kapital Bankın Ağdaş filialı
AZ37NABZ01350100000000001944
AZ80AIIB320510194446002011 46
Kapital Bankın Zərdab filialı
AZ37NABZ01350100000000001944
AZ26CTRE00000000000002111 731
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ25AIIB320510194477002011 77
Kapital Bankın Ucar filialı
AZ37NABZ01350100000000001944
AZ42CTRE00000000000002111 831
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZO1360100000000003944
AZ10CTRE00000000000002111 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ66AIIB320510194468002011 68
Kapital Bankın Oğuz filialı
AZ37NABZ01350100000000001944
AZ69CTRE00000000000002115 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ82AIIB320510194429002011 29
Kapital Bankın Mingəçevir filialı
AZ37NABZ01350100000000001944
AZ03AIIB320510194470002011 70
Kapital Bankın Şəki filialı
AZ37NABZ01350100000000001944
AZ85CTRE00000000000002115 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ63AIIB320510194445002011 45
Kapital Bankın Tərtər filialı
AZ37NABZ01350100000000001944
AZ81AIIB320510194486002011 86
Kapital Bankın Ağdam filialı
AZ37NABZ01350100000000001944
AZ95AIIB320510294450009211 50
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ44CTRE00000000000002110 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ56AIIB320510194456002011 56
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ47AIIB320510194484002011 84
Kapital Bankın Daşkəsən filialı
AZ37NABZ01350100000000001944
AZ51AIIB320510194450002011 50
Kapital Bankın Goranboy filialı
AZ37NABZ01350100000000001944
AZ64AIIB320510194485002011 85
Kapital Bankın Samux filialı
AZ37NABZ01350100000000001944
AZ30AIIB320510194483002011 83
Kapital Bankın Xanlar filialı
AZ37NABZ01350100000000001944
AZ65AIIB320510194428002011 28
Kapital Bankın Kəpəz filialı
AZ37NABZ01350100000000001944
AZ77CTRE00000000000002110 231
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ20AIIB320510194471002011 71
Kapital Bankın Qax filialı
AZ37NABZ01350100000000001944
AZ83AIIB320510194469002011 69
Kapital Bankın Balakən filialı
AZ37NABZ01350100000000001944
AZ97AIIB320510194447002011 47
Kapital Bankın Şəmkir filialı
AZ37NABZ01350100000000001944
AZ85AIIB320510194452002011 52
Kapital Bankın Ağstafa filialı
AZ37NABZ01350100000000001944
AZ14AIIB320510194436602011 36
Kapital Bankın Qazax filialı
AZ37NABZ01350100000000001944
AZ87CTRE00000000000002113 931
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ23CTRE00000000000002113 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
1. 3 aprel 2013-cü il tarixli Q10-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304030010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2013-cü il)
2. 15 iyul 2013-cü il tarixli Q20-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307150020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2013-cü il)
3. 30 iyul 2013-cü il tarixli Q24-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307300024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 avqust 2013-cü il)
4. 18 sentyabr 2013-cü il tarixli Q37-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201309180037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 sentyabr 2013-cü il)
5. 26 oktyabr 2013-cü il tarixli Q50-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201310260050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 noyabr 2013-cü il)
6. 9 sentyabr 2015-ci il tarixli Q31-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509090031, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 sentyabr 2015-ci il)
7. 7 dekabr 2015-ci il tarixli Q66-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512070066, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 dekabr 2015-ci il)
8. 5 sentyabr 2017-ci il tarixli Q33-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709050033, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2017-ci il)
9. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
10. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
11. 21 avqust 2018-ci il tarixli Q42-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210042, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)
12. 2 noyabr 2018-ci il tarixli Q64-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811020064, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 noyabr 2018-ci il)