Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 avqust 2024-cü il
Taksi minik avtomobili barədə məlumat
Dövlət qeydiyyat nişanı
Taksi sifarişi operatoru barədə məlumat
Hüquqi şəxsin adı, hüquqi ünvanı, fərdi sahibkarın adı, soyadı, atasının adı, yaşayış ünvanı və fərdi identifikasiya nömrəsi
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
Taksi sifarişləri üzrə əldə edilmiş xidmət haqqı məbləği (manatla)
Sürücü barədə məlumat
Adı, soyadı, atasının adı
Fərdi identifikasiya nömrəsi
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
Sifarişçilərdən qəbul edilmiş cəmi gediş haqqı məbləği (manatla), o cümlədən:
nağdsız ödənilmiş məbləğ (manatla)
nağd ödənilmiş məbləğ (manatla)
Əldə edilmiş gəlir məbləği (manatla)
Məlumatın aid olduğu dövr (il, ay);
Taksi sifarişi operatorları tərəfindən aylıq məlumatlar hər bir taksi minik avtomobili üzrə təqdim edilir.