Qanunvericilik › Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Abidələrin xaricə aparılması və geri qaytarılması

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Daşınar abidələrin elmi-təbliğat və mədəni mübadilə məqsədilə Azərbaycan Respublikasından xaricə müvəqqəti aparılması yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. Bu məqsədlərlə abidələrin müvəqqəti ölkədən çıxırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) gömrük orqanlarına yazılı təqdimat verməlidir.

Xaricə müvəqqəti aparılmış abidələrin geri qaytarılmaması qadağandır.

Azərbaycan Respublikasından xaricə qanunsuz aparılmış abidələrin axtarışını, tapılmasını və geri qaytarılmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver