Döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Fövqəladə hallarla və ya hərbi vəziyyətlə əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilər. Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.
Dövlət işğalçı tərəfindən qənimət kimi ələ keçirilmiş abidələr haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır və onların qaytarılması və bərpası üçün tədbirlər görür.
Abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda qoruqların ərazisi və yerli əhəmiyyətli memarlıq abidələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında qanunvericiliyə uyğun olaraq hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilə bilər.
IV fəsil
Abİdələrdən İstİfadə qaydaları