Qoruq zonalarında mühafizə məqsədilə inşaat və abadlıq işləri aparılarkən qoruğun və qoruq zonasının sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmalıdır.
Qoruq zonalarının yalnız boş yerlərində küçə şəbəkələrini və abidələrini plan konfiqurasiyasını, həcm-məkan kompozisiyasını pozmadan və onların memarlıq dəyərinə və üslubuna xələl gətirmədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında abadlıq və yenidənqurma işləri aparıla bilər.
Arxeoloji və başqa qazıntılar qoruğun boş hissəsində abidələrə zərər yetirmədən aparılmalıdır. Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, fotosu və ya rəsmi çəkilməlidir. Bu sənədlərin bir nüsxəsi hesabatla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.
VII fəsil
Abİdələrİn qorunması haqqında qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət