Qanunvericilik › Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Abidələrin əhəmiyyət dərəcələri

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür.

Abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır, tərtib və təsdiq edir.

Təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Dünya əhəmiyyətli abidələrin siyahısı müvafiq beynəlxalq təşkilatlara təqdim edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver