Qanunvericilik › Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Taxıl məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi

Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən taxıl məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir.

14.2. Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında vahid metodika üzrə aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver