5.0. Taxılçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
5.0.1. taxıl bazarının konyunkturunu öyrənmək, taxıl balansını hazırlamaq, təsdiq etmək, proqnozlar vermək, taxıl bazarının iqtisadi üsullarla tənzimlənməsini həyata keçirmək;
5.0.2. taxıl istehsalının artırılması üçün məqsədli taxıl proqramları hazırlamaq, müvafiq investisiya, qiymət, kredit və vergi siyasətini həyata keçirmək;
5.0.3. taxılçılığın inkişafını və toxumçuluğun elmi təminatını stimullaşdırmaq;
5.0.4. dövlət taxıl ehtiyatı yaratmaq, onun formalaşmasını, saxlanmasını və istifadəsini təşkil etmək;
5.0.5. taxılçılıq sahəsində müvafiq normativ hüquqi aktlar qəbul etmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək;
5.0.6. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.