Qanunvericilik › Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Taxılçılığın elmi təminatı və onun maliyyələşdirilməsi

Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Azərbaycan Respublikasında taxılçılığın və toxumçuluğun elmi təminatı müvafiq elmi-tədqiqat və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir.

7.2. Taxılçılığın və toxumçuluğun elmi təminatı, məqsədi taxıl proqramlarının hazırlanması dövlət büdcəsindən və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir.

7.3. Toxum istehsalında və satışında istifadə edilən taxıl sortunun patent sahibi ilə əməkdaşlıq və ya lisenziya müqaviləsinin bağlanması taxılçılıq subyektləri üçün məcburidir.

III fəsil

Taxıl bazarı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver