15.1. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən (digər hallar nəzərdə tutulmayıbsa) prodüser quruluşçunu aşağıdakılar barədə xəbərdar etməlidir:
15.1.1.teatr tamaşasında düzəliş edilməsinin zəruriliyi və bu düzəlişi yerinə yetirmək üçün quruluşçuya təqdim olunan şərtlər haqqında;
15.1.2.teatr tamaşasında quruluşçudan xəbərsiz edilən təcili düzəlişlər və bu düzəlişlərin səbəbləri haqqında;
15.1.3. teatr tamaşasının kütləvi nümayişinin müqavilədə nəzərdə tutulmuş vaxtdan əvvəl dayandırılması və ya tamaşaların sayının azaldılması haqqında.
15.2. Quruluşçu teatr tamaşasını təhriflərdən qorumaq hüququndan istifadə edərək, onun ilkin bədii həllinin bərpa edilməsi məqsədilə teatr tamaşasının kütləvi nümayişinin dayandırılmasını tələb edə bilər.
15.3. Prodüser tamaşanın ilkin bədii həllinin bərpası ilə bağlı işləri görməkdən imtina edərsə, quruluşçu öz adını proqramlardan, reklam nəşrlərindən, afişalardan və digər informasiya materiallarından çıxarılmasını tələb edə bilər.