8.1. Teatr bədii yaradıcılıq istiqaməti və repertuar seçimində müstəqildir.
8.2. Teatrların bədii yaradıcılıq fəaliyyətinin məhdudlaşdırılması, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yolverilməzdir.
8.3. Teatr tamaşalarının kütləvi nümayişi, onlardan istifadənin digər növləri, habelə informasiya və reklam materiallarının nəşri qanunvericilikdə nəzərdə tutulmuş hallarda qadağan edilə bilər.