"Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 dekabr tarixli 207 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2010-cu ilin 1 yanvar tarixinə "Azərbaycan Hava Yolları" QSC-nin 99,0 mln. manat və "Azərenerji" ASC-nin 1555,4 mln. manat məbləğində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və onun qurumlarına yaranmış borcları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2010-cu ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilməklə silinsin.
2. "Azərenerji" ASC-nin aşağıdakı debitor borcları həmin Cəmiyyətin 2010-cu ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilməklə silinsin:
01.07.1997-ci il tarixə Qəbələ RLS üzrə - 14,5 mln. manat;
01.01.2002-ci il tarixə idarəetməyə verilənədək mövcud olmuş "Bakıelektrikşəbəkə" ATSC üzrə - 389,1 mln. manat;
01.10.2002-ci il tarixə idarəetməyə verilənədək mövcud olmuş "Sumqayıtelektrikşəbəkə" ATSC üzrə - 194,7 mln. manat;
01.11.2009-cu il tarixə "Sumqayıtelektrikşəbəkə" ASC üzrə - 101,8 mln. manat;
07.11.2006-cı il tarixə "Barmek Azərbaycan EŞ" MMC üzrə - 466,4 mln. manat;
01.01.2010-cu il tarixə "Azərsu" SC üzrə - 116,8 mln. manat;
01.01.2010-cu il tarixə Naxçıvan MR DEA üzrə - 113,2 mln. manat;
01.01.2010-cu il tarixə "Azəralüminium" ASC üzrə - 23,5 mln. manat;
01.01.2010-cu il tarixə "Azəristiliktəchizat" ASC üzrə - 4,1 mln. manat;
01.01.2010-cu il tarixə Meliorasiya və Su Təsərrüfatı ASC üzrə - 90,0 mln. manat;
01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə - 16,1 mln. manat;
01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə - 10,9 mln. manat;
01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə - 9,1 mln. manat;
01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üzrə - 2,5 mln. manat;
01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə - 0,6 mln. manat;
01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə - 1,0 mln. manat;
01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə - 0,8 mln. manat;
01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə - 0,3 mln. manat.
3. Bu qərara əsasən borcları silinən müəssisə və təşkilatlar:
- özlərinin və tabeliklərindəki qurumların mühasibat uçotu sənədlərində müvafiq qeydlər edilməsini və borclarının silinməsi nəticəsində əldə etdikləri gəlirlərinə qanunvericiliyə uyğun vergiləri hesablayaraq, dövlət büdcəsinə ödənilməsini təmin etsinlər;
- vaxtı keçmiş borcların tənzimlənməsinin tam başa çatdırılması və qarşıya çıxan problemlərin həlli ilə bağlı aidiyyəti üzrə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
3-1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi borcları silinən müəssisə və təşkilatlarda kompensasiya məbləği dəyişdiyindən, bu borc məbləği üzrə əlavə dəyər vergisi öhdəliklərinin ləğv edilməsi məqsədi ilə əvvəlki dövrlərdə bəyan edilmiş əlavə dəyər vergisi dövriyyələrində müvafiq dəqiqləşmələri nəzərə alsın.
4. "Akkreditiv və ya qabaqcadan ödəmə sisteminə keçirilməyən müəssisələr haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 25 noyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Akkreditiv və ya qabaqcadan ödəmə sisteminə keçirilməyən müəssisələrin siyahısı"ndan I, II, III və VII hissələr çıxarılsın.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ
Bakı şəhəri, 9 avqust 2010-cu il
1. 2 iyun 2011-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 563)