Qanunvericilik › Təbii qazın emal tarifinin təsdiq olunması barədə (Tarif Şurasının qərarı, 05.09.2006) › Tam mətn

Təbii qazın emal tarifinin təsdiq olunması barədə (Tarif Şurasının qərarı, 05.09.2006)

Təbii qazın emal tarifinin təsdiq olunması barədə (Tarif Şurasının qərarı, 05.09.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 05 sentyabr tarixli iclasının qərarına əsasən:

1. «Azərbaycan Qaz Emalı» ASC-nin emal tarifi 1000 m3 üçün 3,7 manat (ƏDV-siz) müəyyən edilsin.

2. Yeni tarif nəticəsində yaranan bütün fərqlər təbii qazın emalı nəticəsində alınan və ARDNŞ-ə verilən yanaşı məhsulların hesabına ödənilsin.

3. Təsdiq olunmuş tariflər 2006-cı il 01 oktyabr tarixindən qüvvəyə minir və həmin tarixdən «Azərbaycan Qaz Emalı» ASC-nin emal tarifi ilə bağlı əvvəl qəbul olunmuş tarif qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 5 sentyabr 2006-cı il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver