Qanunvericilik › Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 29.12.2024) › Tam mətn

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 29.12.2024)

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 29.12.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və SOCAR-ın müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın cədvəl bölməsinin 3-cü, 4.1.1-4.1.3-cü, 4.2.1-4.2.5-ci və 5-ci sətirləri üzrə təsdiq olunmuş tariflərə təbii qazın nəqli və saxlanması ilə bağlı xərclər (tariflər) daxildir.

3. Bu qərarın cədvəl bölməsinin 4.1.1-ci, 4.1.2-ci və 4.1.3-cü sətirlərində illik istehlak həcmi təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmidir.

4. 2025-ci il 2 yanvar tarixinədək istehlak olunmuş təbii qazın dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tarifə uyğun olaraq hesablansın.

5. İxrac edilən elektrik enerjisinin və enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinin istehlak etdikləri elektrik enerjisinin istehsalı məqsədləri üçün qaz təchizatı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci hisssinin tələblərinə uyğun həyata keçirilsin.

6. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.

7. Bu qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 29 dekabr 2024-cü il

Təbii qazın nəqli və saxlanması

Təbii qazın istehsalçıdan satınalınması

Təbii qazın qaz paylayıcılarına topdansatışı

Təbii qazın pərakəndə satışı

illik istehlak həcminin 1200 m-dək (1200 m daxil) olan hissəsi üçün

illik istehlak həcminin 1200 - 2500 m olan hissəsi üçün

illik istehlak həcminin 2500 m-dən çox olan hissəsi üçün

Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

Sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri

Metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə

Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi

Sənaye və kənd təsərrüfatı sahələri

Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın 5-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m-dən az olmamaq şərti ilə)

Sabit tarif (hər ay üçün)

Əhali və məişət qaz qurğuları istifadə edən qeyri-əhali

Sənaye qaz qurğusu istifadə edən qeyri-əhali

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver