Qanunvericilik › Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsinin və reyestrin aparılmasının vahid metodikası (Fövqəladə Hallar Nazirliyi, 29.05.2002) › Tam mətn

Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsinin və reyestrin aparılmasının vahid metodikası (Fövqəladə Hallar Nazirliyi, 29.05.2002)

Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsinin və reyestrin aparılmasının vahid metodikası (Fövqəladə Hallar Nazirliyi, 29.05.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Metodika “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli 733-1Q nömrəli Qanunu və Nazirlər Kabinetinin 2001-ci i! 25 oktyabr tarixli 167 N-Si Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensial obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydaları” əsasında işlənib hazırlanmışdır və təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi və bu reyestrin aparılmasına dair tələbləri müəyyənləşdirir.

Obyektlərin təhlükə potensiallı obyektlər kateqoriyasına aid edilməsi, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq həyata keçirilir.

Bu Metodikaya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra şəxslər) tərəfindən əməl olunmalıdır.

1.1. Təhlükə potensiallı obyektlərin dövlət reyestri (bundan sonra - dövlət reyestri) - vahid metodoloji və texnoloji - proqram prinsiplərınə əsaslanan və Azərbaycan Respublikası ərazisində hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən istismar edilən, təhlükə potensiallı obyektlər haqqında məlumatlardan ibarət olan vahid məlumat bazası (məlumat bazalarını idarəetmə sistemi və təhlükə potensiallı obyektlərin vahid məlumat bazası).

1.2. Obyektin dövlət reyestrində qeydiyyata alınması - fəaliyyət göstərən obyekt haqqında məlumatların dövlət reyestrinin məlumat bazasına daxil edilməsi, obyektə dövlət reyestrində qeydiyyat nömrəsinin verilməsi və həmin obyekti istismar edən hüquqi və fiziki şəxsə obyektin dövlət reyestrində qeydiyyata alınması haqqında şəhadətnamə verilməsi.

1.3. Dövlət reyestrinin aparılması - fəaliyyət göstərən obyektlər haqqında məlumatların dövlət reyestrlinin məlumat bazasında toplanması, məlumat bazasında lazımi dəyişikliklər edilməsi, qeydiyyata alınmış obyektlər və həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslər haqqında sistemləşdirilmiş informasiyanın təhlil edilməsi və saxlanılması.

1.4. Obyektin dövlət reyestrindən çıxarılması - obyektin ləğv edilməsi, istismardan çıxarılması (balansdan silinməsi), yaxud obyektdə edilmiş dəyişikliklərlə əlaqədar, həmin obyektdə təhlükəlilik əlamətlərinin qalmaması nəticəsində obyektin dövlət reyestrindən çıxarılması barədə məlumatların, dövlət reyestrinin məlumat bazasına daxil edilməsi.

1.5. Dövlət reyestrinə dəyişiklliklər edilməsi - obyekt haqqında və yaxud həmin obyekti istismar edən hüquqi və fiziki şəxs haqqında məlumatların dəyişməsinə müvafiq olaraq, dövlət reyestrinin məlumat bazasında dəyişikliklər edilməsi.

1.6. Təhlükə potensiallı obyektlərin identifikasiyası (eyniləşdirilməsi) – fəaliyyətdə olan obyektin təhlükə potensiallı obyekt kateqoriyasına aid edilməsi və “Texniki təhlükəsizlik haqqında” Qanuna müvafiq olaraq, obyektin eyni tipə aid edilməsi.

2.1. Obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi, təhlükə potensiallı obyektlərin və onları istismar edən hüquqi və fiziki şəxslər haqqında məlumatların sistemləşdirilməsi məqsədilə aparılır. Bu cür obyektlər bu metodikanın tələblərinə müvafiq olaraq təhlükə potensiallı obyektlərin identifikasiyası prosesində aşkar edilir.

2.2. Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi, Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra Dövdağtexnəzarət Komitəsi) tərəfindən həyata keçirməklə, ayrı-ayn müəssisə və obyektlər üzrə dövlət reyestrinin aparılmasını təşkil edir.

2.3. Haqqındakı məlumatlar dövlət sirli hesab edilən təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınması qaydası, hüquqi və fiziki şəxsin təqdimatı əsasında Azərbaycan Respublikası Dövdağtexnəzarət Komitəsi tərəfindən müəyyən edilir.

2.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada istismara qəbul edilən təhlükə potensiallı obyektlər istismara başlandığı gündən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidirlər.

Obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün obyekti istismar edən şəxs hər bir obyekti səciyyələndirən məlumatları Dövdağtexnəzarət Komitəsinin həmin obyektin istismarı ilə əlaqədar müəyyən etdiyi tələblərə uyğun sənədləşdirərək qeydiyyat orqanına təqdim etməlidir.

Dövlət reyestrində qeydiyyata alınmış təhlükə potensiallı obyektlər 5 ildə bir dəfədən gec olmayaraq, təkrar qeydiyyata alınır.

İcarəyə götürülmüş təhlükə potensiallı obyekt, onları istismar edən icarədar təşkilatın və müəssisənin tərkibində qeydiyyata alınır və yaxud təkrar qeydiyyatdan keçirilir. Təhlükə potensiallı obyekti icarəyə götürmüş icarədar təşkilat, hüquqi şəxs haqqında məlumatları qeydiyyat orqanına təqdim edir.

2.5. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxs, obyektlərin dövlət reyestrində qeydiyyata alınması və yaxud təkrar qeydiyyatdan keçirilməsi və dövlət reyestrində dəyişikliklərin edilməsi üçün lazımi məlumatların qeydiyyat orqanına təqdim olunmasını təşkil edir.

Fəaliyyətdə olan təhlükə potensiallı obyektlər və təkrar dövlət reyestrindən keçirilən obyektlər üzrə məlumatların təqdim olunması müddətləri qeydiyyat orqanı ilə razılaşdırılmalıdır.

2.6. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxs, obyektlərin dövlət reyestrində qeydiyyata alınması və yaxud təkrar qeydiyyatdan keçirilməsi üçün qeydiyyat orqanına bu Metodikaya əlavə olunan forma (3 nömrəli Əlavə) üzrə tərtib edilmiş məktub göndərir. Məktuba aşağıdakı sənədlər əlavə olunmalıdır:

a) obyektlərin qeydiyyat vərəqələri, hər bir obyekt üçün üç nüsxə;

b) əvvəl verilmiş qeydiyyat şəhadətnamələrinin surətləri (təkrar qeydiyyat aparıldıqda);

c) texniki təhlükəsizlik ekspertizasının rəyi (identifikasiya ekspert təşkilatı tərəfindən həyata keçirildiyi halda);

ç) təhlükə potensiallı obyektlər barədə, Dövdağtexnəzarət Komitəsi tərəfindən müəyyən edilmiş tərkibdə və həcmdə əlavə məlumatlar

2.7. Dövdağtexnəzarət Komitəsinin Texniki şöbəsi, müvafiq sahələr üzrə müfəttişliklərin iştirakı ilə 10 gün müddətində:

a) təqdim olunmuş sənədlərin tam həcmdə olmasını, onların düzgün doldurulmasını və sənədlər tərtib olunarkən identifikasiya meyarlarının düzgün tətbiq edilməsini yoxlayır;

b) təqdim olunmuş sənədlər bu Metodikanın tələblərinə müvafiq olduqda, təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edilmədikdə hər bir təhlükə potensiallı obyektə dövlət reyestrində qeydiyyat nömrəsi verilməsi barədə, qərar layihəsini imzalamaq üçün rəhbərliyə təqdim edir;

c) obyektlərin dövlət reyestrində qeydiyyata alınması haqqında məlumatları və qeydiyyat nömrələrini obyektlərin qeydiyyat vərəqələrinə yazır və qeydiyyat vərəqlərini imzalamaq və möhürlə təsdiq etmək üçün Komitənin rəhbərliyinə təqdim edir;

ç) obyektlərin dövlət reyestrində qeydiyyata alınması barədə şəhadətnaməni bu Metodikaya əlavə olunan forma (4 nömrəli Əlavə) üzrə sənədləşdirir, dövlət reyestrində qeydiyyata alınma barədə şəhadətnamələrin bu Metodikaya əlavə olunan forma (5 nömrəli Əlavə) üzrə uçot kitabında, şəhadətnamələrinin verilməsi barədə qeyd edir;

d) qeydiyyata alınma barədə şəhadətnaməni, texniki təhlükəsizlik ekspertizasının rəyini (əgər varsa) və qeydiyyat vərəqələrinin hərəsinin bir nüsxəsini Komitənin rəhbərliyi adından ərizəçiyə göndərilməsini təşkil edir, qalan nüsxələrdən isə nəzarət işində və dövlət reyestrinin məlumat bazasının formalaşdırılması işində istifadə edir;

e) təkrar qeydiyyata alınan obyektin əvvəlki sənədlərinin müəyyən olunmuş qaydada məhv edilməsini təmin edir;

ə) təqdim olunmuş sənədlər bu Metodikanın tələblərinə müvafiq olmadıqda, təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, onların, müəyyən olunmuş qaydada, ərizəçilərə qaytarılmasını təşkil edir və ərizəçi 10 gün müddətində sənədləri yenidən rəsmiləşdirir.

2.8. Göstərilən qüsurlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxır və müvafiq qərar layihəsini rəhbərliyə təqdim edir.

Obyektlərə qeydiyyat nömrəsi, bu Metodikaya 4 nömrəli Əlavəyə müvafiq qaydada verilir.

2.9. Hüquqi və fiziki şəxs, qeydiyyat şəhadətnaməsinin və qeydiyyat vərəqinin (vərəqlərinin) dəst halında, istismar edilən təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən sənədlər kimi qorunub saxlanmasını təmin edir və qeydiyyat şəhadətnaməsini vermiş orqanın vəzifəli şəxslərinin tələbinə əsasən sonralar işdə tələb olunan sənədlərin dəstini onlara təqdim edir.

2.10. Qeydiyyat şəhadətnaməsindəki və yaxud qeydiyyat vərəqlərindəki məlumatların dəyişilməsi ilə əlaqədar, dövlət reyestrində dəyişikliklər edilməsi üçün, təşkilat qeydiyyat orqanına bu Metodikaya əlavə olunan forma (3 nömrəli əlavə) üzrə tərtib edilmiş məktub göndərir və həmin məktuba aşağıdakı sənədləri əlavə edir:

a) obyektlərin yeni tərtib edilmiş və yaxud dəyişdirilmiş qeydiyyat vərəqləri, hər obyekt üçün üç nüsxədə;

b) qeydiyyat şəhadətnaməsinin surətləri;

c) yeni qeydiyyata alınan obyektlərin texniki təhlükəsizlik ekspertizasının rəyi (identifikasiya ekspert təşkilatı tərəfindən həyata keçirildiyi halda);

ç) təhlükə potensiallı obyektlər barədə, Dövdağtexnəzarət Komitəsi tərəfindən müəyyən edilmiş tərkibdə və həcmdə əlavə məlumatlar.

2.11. Məlumatların dəyişilməsi ilə əlaqədar Dövdağtexnəzarət Komitəsinin texniki şöbəsi müvafiq sahələr üzrə müfəttişliklərin iştirakı ilə 10 gün müddətində:

a) təqdim olunmuş sənədlərin tamlığını, onların düzgün doldurulmasını və sənədlər tərtib olunarkən identifikasiya meyarlarının düzgün tətbiq edilməsini yoxlayır;

b) təqdim olunmuş sənədlər, bu Metodikanın tələblərinə müvafiq olduqda, təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edilmədikdə yeni qeydiyyata alınan hər bir təhlükə potensiallı obyektə, dövlət reyestrində qeydiyyat nömrəsi verilməsi barədə qərar layihəsini rəhbərliyə təqdim edir;

c) obyektlərin qeydiyyata alınması haqqında məlumatları və qeydiyyat nömrələrini obyektlərin qeydiyyat vərəqələrinə yazır və qeydiyyat vərəqələrinin Komitənin rəhbərliyi tərəfindən imzalanmasını və möhürlə təsdiq edilməsini təmin edir;

ç) qeydiyyat vərəqlərinə qeydiyyat şəhadətnaməsinin məzmunu ilə bağlı dəyişikliklər edildikdə, obyektlərin dövlət reyestrində qeydiyyata alınması haqqında yeni şəhadətnamə sənədləşdirilir, Komitənin rəhbərliyi tərəfindən imzalanır və möhürlə təsdiq edilir, dövlət reyestrində qeydiyyata alınma barədə şəhadətnamələrin qeydiyyat kitabında şəhadətnamənin verilməsi barədə qeyd edir, qeydiyyata alınma barədə şəhadətnaməni və yeni tərtib olunmuş və yaxud dəyişikliklər edilmiş qeydiyyat vərəqlərinin hərəsinin bir nüsxəsini müəyyən olunmuş qaydada ərizəçiyə göndərir, qalan nüsxələrdən isə nəzarət işində və dövlət reyestrinin ərazi üzrə məlumat bazasının formalaşdırılması işində istifadə edir;

d) qeydiyyat vərəqlərinə qeydiyyat şəhadətnaməsinin məzmunu ilə bağlı olmayan dəyişikliklər edildikdə, dəyişikliklər edilmiş qeydiyyat vərəqlərinin hərəsinin bir nüsxəsini ərizəçiyə göndərir, qalan nüsxələrdən isə nəzarət işində və dövlət reyestrinin məlumat bazasının formalaşdırılması işində istifadə edir;

e) köhnə sənədləri arxivə göndərir;

ə) təqdim olunmuş sənədlər, bu Metodikanın tələblərinə müvafiq olmadıqda, təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, onların müəyyən olunmuş qaydada ərizəçilərə çatdırılmasını təşkil edir və ərizəçi 10 gün müddətində sənədləri yenidən rəsmiləşdirir.

2.12. Göstərilən qüsurlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxır və müvafiq qərar layihəsini rəhbərliyə təqdim edir.

Əvvəllər qeydiyyata alınmış obyektlərin uçot vərəqlərinə dəyişikliklər edildikdə, qeydiyyat nömrələri və qeydiyyat tarixləri dəyişilməz qalır, yeni obyektlərə qeydiyyat nömrəsi, bu Metodikanın 4 nömrəli Əlavəsinə müvafiq qaydada verilir.

2.13. Obyektin ləğv edilməsi istismardan çıxarılması (balansdan silinməsi), yaxud obyektdə edilmiş dəyişikliklərlə əlaqədar, həmin obyektdə təhlükəlilik əlamətlərinin qalmaması nəticəsində, obyektin dövlət reyestrindən çıxarılması barədə məlumatları dövlət reyestrinə daxil etmək üçün ərizəçi, Dövdağtexnəzarət Komitəsinə bu Metodikaya əlavə olunan forma (3 nömrəli əlavə) üzrə tərtib edilmiş məktub göndərir və həmin məktuba aşağıdakı sənədləri əlavə edir:

a) obyektin ləğv edilməsini, istismardan çıxarılmasını (balansdan silinməsini) təsdiq edən sənədin surəti (obyekt ləğv edildiyi, istismardan çıxarıldığı halda);

b) dövlət reyestrindən çıxarılan obyektin qeydiyyat vərəqi;

c) həmin obyektin dövlət reyestrinə daxil edilmiş olduğunu təsdiq edən qeydiyyat şəhadətnaməsi (əgər dövlət reyestrindən çıxarılmış obyekt, dövlət reyestrində hüquqi və fiziki şəxs tərəfindən istismar edilən yeganə təhlükə potensiallı obyekt kimi qeydiyyata alınmış olarsa);

ç) qeydiyyat şəhadətnaməsinin surəti (əgər dövlət reyestrindən çıxarılan obyektdən əlavə, hüquqi və fiziki şəxs tərəfindən istismar edilən digər təhlükə potensiallı obyektlər də dövlət reyestrində qeydiyyata alınmış olarsa).

Obyektdə edilmiş dəyişikliklərlə əlaqədar, həmin obyektdə təhlükəlilik əlamətlərinin qalmaması nəticəsində, obyekt dövlət reyestrindən çıxarıldığı halda, həmin dəyişikliklər ərizəçinin məktubunda göstərilməlidir.

2.14. Dövdağtexnəzarət Komitəsinin texniki şöbəsi müvafiq sahələr üzrə müfəttişliklərin iştirakı ilə, 10 gün müddətində:

a) təqdim olunmuş sənədlərin tamlığını və onların düzgün doldurulmasını yoxlayır;

b) obyektin təhlükə potensiallı obyektlərin dövlət reyestrindən çıxarılması barədə məlumatlan, dövlət reyestrində qeyd edir;

c) əgər dövlət reyestrindən çıxarılmış obyektdən əlavə, həmin hüquqi və fiziki şəxs tərəfindən istismar edilən digər təhlükə potensiallı obyektlər də dövlət reyestrində qeydiyyata alınmış olarsa, obyektlərin dövlət reyestrində qeydiyyata alınması haqqında yeni şəhadətnaməni sənədləşdirir və həmin şəhadətnamənin hüquqi və fiziki şəxsə göndərilməsini müəyyən olunmuş qaydada təşkil edir;

ç) əgər dövlət reyestrindən çıxarılmış obyekt, dövlət reyestrində həmin ərizəçi tərəfindən istismar edilən yeganə təhlükə potensiallı obyekt kimi qeydiyyata alınmış olarsa, həmin obyektin dövlət reyestrindən çıxarılması barədə hüquqi və fiziki şəxsə məlumat verir;

d) obyektin ləğv edilməsini, yaxud istismardan çıxarılmasını (balansdan silinməsini) təsdiq edən sənədin surətini, əvvəl verilmiş qeydiyyat şəhadətnaməsini və müvafiq qeydiyyat vərəqini arxivə təhvil verir; həmin sənədlər hüquqi və fiziki şəxs tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, təkrar qeydiyyata alınanadək, bu cür obyektlər olmadıqda isə 5 il müddətində arxivdə saxlanılır, sonra isə müəyyən olunmuş qaydada məhv edilmək üçün lazımi ölçü götürür.

3.1. Təhlükə potensiallı obyektləri dövlət reyestrində qeydiyyata almaq üçün həmin obyektlərin identifikasiyası, hüquqi və fiziki şəxsin istismar etdiyi təhlükə potensiallı obyektləri aşkar etmək məqsədilə aparılır.

3.2. Təhlükə potensiallı obyektlərin identifikasiyası, həmin obyektləri istismar edən hüquqi və fiziki şəxs tərəfindən və yaxud ekspert təşkilatı tərəfindən (texniki təhlükəsizlik ekspertizası çərçivəsində) həyata keçirilir.

Təhlükə potensiallı obyektlərin identifikasiyası, Dövdağtex-nəzarət Komitəsi və öz səlahiyyətləri daxilində identifikasiya ilə məşğul olmaq hüququ verilmiş təşkilatlar tərəfindən aparıla bilər.

3.3. Təhlükə potensiallı obyektlərin identifikasiyasının düzgün aparılmasına nəzarət, Dövdağtexnəzarət Komitəsinin texniki şöbəsi və müvafiq müfəttişliyi tərəfindən həyata keçirilir.

3.4. İstismar edən hüquqi şəxs tərəfindən identifikasiyanın müddətləri, eləcə də identiflkasiyanın aparılması, onun nəticələrinin sənədləşdirilməsi və təqdim edilməsi üçün məsul şəxslər müəyyən edilir.

3.5. Təhlükə potensiallı obyekti dövlət reyestrində qeydiyyatdan keçirmək üçün həmin obyektin identifikasiyasının nəticəsi-istismər edən hüquqi və fiziki şəxs tərəfindən bu metodikaya əlavə olunan forma üzrə, təhlükə potensiallı obyektlərin dövlət reyestrində, həmin obyektin qeydiyyat vərəqi tərtib edilir. (1 nömrəli Əlavə)

Qeydiyyat vərəqini tərtib edərkən 1.1-1.3, 5.1-5.5 bəndlərində sağ tərəfdəki boş qrafa doldurulur. 2.1-2.10, 3.1-3.3 və 4.1-4.12 bəndlərində sağ tərəfdəki qrafada mövcud təhlükəlilik əlamətlərinin, obyektin tiplərindən birinin, eləcə də lisenziyalaşdırılan fəaliyyət növlərindən birinin, yaxud bir neçəsinin kodları bu v işarə ilə qeyd olunur. Qeydiyyat vərəqinin doldurulma qaydası, 2 nömrəli Əlavədə göstərilmişdir.

Qeydiyyat vərəqi, obyekti istismar edən hüquqi və fiziki şəxs tərəfindən imzalanır və onların möhürü ilə təsdiqlənir.

3.6. İdentifikasiya prosesində, texniki təhlükəsizlik sahəsində qanunvericilik aktlarının və digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla və müəssisənin tərkibi, layihə sənədləri, texniki təhlükəsizliyə dair deklarasiyalar, texnoloji reqlamentlər və təhlükə potensiallı obyektlərin istismarı ilə bağlı digər sənədlər təhlil edilərək, hüquqi və fiziki şəxs tərəfindən istismar edilən bütün təhlükə potensiallı obyektləri, hər bir təhlükə potensiallı obyektə xas olan bütün təhlükəlilik əlamətləri və obyektin yeganə tipi müəyyən edilməlidir.

3.7. Təhlükə potensiallı obyektləri identifikasiya edərkən, təhlükəli maddələrin əldə edildiyi, istifadə edildiyi, emal olunduğu (sonrakı mətndə — istifadə edildiyi), əmələ gəldiyi, saxlanıldığı, daşındığı, məhv edildiyi; 0,07 MPa- dan artıq təzyiq altında və yaxud 115 C-dən artıq qızdırılmış su ilə işləyən avadanlıqlardan istifadə olunan; stasionar vəziyyətdə quraşdırılmış yükqaldırma mexanizmlərindən, eskalatorlardan, kanat yollarından, funikulyorlardan istifadə olunan; qara və əlvan metalların ərintiləri və bu ərintilər əsasında xəlitələr alınan; dağ-mədən işləri, faydalı qazıntıların saflaşdırılması ilə bağlı, eləcə də yeraltı şəraitdə işlər aparılan istehsal meydançası, yaxud istehsalat binası, birləşdirici əlamət kimi istifadə edilməlidir.

Bu halda təhlükə potensiallı obyekt dedikdə, ayrıca bir mexanizm, avadanlıq, içərisində təhlükəli maddə olan qab (tutum) deyil, bu cür texniki qurğudan, yaxud bu cür maddədən istifadə olunan obyekt nəzərdə tutulur.

Təhlükə potensiallı obyekt qismində, bir istehsalat meydançasında yerləşən müəssisə (yaxud onun sexi, sahəsi və i.a.) ayrılmalıdır.

3.8. Əgər müəssisədə bir neçə obyekt istismar edilirsə və təhlükəlilik əlamətləri obyektlərdən yalnız birinə xasdırsa, bu halda bütövlükdə müəssisəni yox, yalnız həmin obyekti təhlükə potensiallı obyekt hesab etmək lazımdır.

4.1. Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görüşməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, dövlət reyestrini Komitədə və onun struktur bölmələrində qeydiyyatdan keçirilmiş obyektlərə aid məlumat bazalarının məcmusu əsasında aparır.

4.2. Dövlət reyestrində qeydiyyata alınmış obyektə (obyektlərə) aid məlumatların, məlumat bazasına daxil edilməsi və yaxud məlumat bazasında dəyişikliklər edilməsi, Komitə tərəfindən, qeydiyyat şəhadətnaməsi verilənə və qeydiyyat vərəqləri geri qaytarılana qədər həyata keçirilir.

4.3. Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi texniki şöbə vasitəsi ilə dövlət reyestrinin aparılması funksiyalarını yerinə yetirərkən:

a) məlumat bazalarının qəbul edilməsini;

b) dövlət reyestrinin vahid məlumat bazasının avtomatlaşdırılmış şəkildə formalaşmasını və aparılmasını;

c) dövlət reyestrində qeydiyyata alınmış obyektlər haqqında müvafiq informasiyanın müəyyən olunmuş qaydada, aidiyyəti üzrə dövlət hakimiyyəti və idarəetmə orqanlarına verilməsini həyata keçirir.

Təhlükə potensiallı obyektlərin

dövlət reyestrində qeydiyyatdan

keçirilməsinin və reyestrinin

aparılmasının vahid Metodikasına

1.1. Obyektin tam adı

1.2. Obyektin olduğu yer (ünvanı)

1.3. Obyektin olduğu yerin kodu

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə 1-də göstərilən, əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi (neft kimya, neft emalı və qaz təchizatı sahələri)

0,07 MPa-dan artıq təzyiq altında və yaxud 115C-dən artıq qızmış su ilə işləyən avadanlıqdan istifadə edilməsi

Stasionar vəziyyətdə quraşdırılmış yükqaldırma mexanizmlərindən, eskalatorlardan, kanat yollarından, funikulyorlardan istifadə edilməsi

Qara və əlvan metalların ərintiləri və bu ərintilər əsasında xəlitələr alınması

Dağ-mədən işləri, faydalı qazıntıların saflaşdırılması ilə bağlı, eləcə də yeraltı şəraitdə aparılan işlərin görülməsi

Neftqazçıxarma sənayesi

Magistral neft-qaz boru kəmərləri

Geoloji kəşfiyyat işləri

Təhlükəli yüklərin hava, dəniz, dəmir yolu və avtonəqliyyat vasitələri ilə daşınması

Elevatorlu-unüyütmə qarışıq yem və mineral gübrə sənayesi

Tərkibində “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa Əlavə 2-də göstərilən və ya daha çox miqdarda təhlükəli maddələr olan obyekt

. Bu vərəqin 3.1. bəndində göstərilən obyektlərə aid olmayan. tərkibində “Texniki təhlükəsizlik haqqında” Qanuna Əlavə 2-də göstəriləndən az miqdarda təhlükəli maddələr olan obyekt

Bu vərəqin 3.1. və 3.2. bəndlərində göstərilən obyektlərə aid olmayan, 2.1-2.10. bəndlərində göstərilən təhlükəlilik əlamətlərinə malik olan obyekt

(lazım olan fəaliyyət növlərinin kodlarını sağ qrafada bu √ işarə ilə qeyd etməli)

Sənayedə partlayış və yanğın təhlükəli istehsal sahələrinin, partlayış mühafizəli avadanlıqların, qəzaya qarşı mühafizə və siqnallaşdırma cihazlarının, dağ-mədən istehsalatının, qaz, neft və neft məhsulları nəql edən magistral kəmərlərin, qaldırıcı qurğuların və təzyiq altında işləyən istilik qazanlarının və qablarının, ötürücü kəmərlərin layihələşdirilməsi, tikintisi və istismarı.

Sənayedə partlayış materiallarının və avadanlıqlarının, radiasiya və ionizə şüaları verən təhlükəli maddələrin, cihazların istifadəsi, sınaqdan keçirilməsi və saxlanması

Yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması

Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması, dəmir yollarında hərəkətin təlükəsizliyini təmin edən texniki qurğuların istismarı və təmiri

Təhlükə potensiallı istehsal obyektləri üçün elektrik və qaz qaynaqçısı, ocaqçı, liftlər üzrə elektrik mexaniki, partladıcı, qazmaçı və krançı peşələri üzrə kadrların hazırlanması

Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı L_qurğuların tikilməsi və istismarı

Qaz konteynerlərinin hazırlanması fəaliyyət növü

ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri üzrə fəaliyyət növləri

Radioaktiv maddələrin hasilatı, istehsalı emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər üzrə fəaliyyət növləri.

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması üzrə fəaliyyət növləri.

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması üzrə fəaliyyət növləri.

5.1. Hüquqi və fiziki şəxsin tam adı

5.2. Hüquqi və fiziki şəxsin poçt indeksi, ünvanı

5.3. Hüquqi şəxsin kodu

5.4. Hüquqi şəxsin idarə mənsubiyyətinin kodu

Hüquqi şəxsin-təşkilatın rəhbərinin vəzifəsi

Təşkilatın rəhbərinin və ya fiziki şəxsin soyadı, adı, atasının adı

Obyektin istismara verildiyi tarix

Yenidənqurma və əsaslı təmir olunması haqqında məlumatlar

Qeydiyyat orqanı rəhbərinin vəzifəsi

Qeydiyyat orqanı rəhbərinin soyadı, adı, atasının adı

Təhlükə potensiallı obyektlərin

dövlət reyestrində qeydiyyatdan

keçirilməsinin və dövlət reyestrinin

aparılmasının vahid Metodikasına

Qeydiyyat vərəqinin 1.3 bəndində, Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyekti yerləşən, sənaye sahəsi üzrə təşkilatların və yaxud inzibati-ərazi qurumunun kodu göstərilir.

2.1-2.10. bəndlərində, ya bir təhlükəli əlamət (əgər obyektin başqa təhlükəli əlaməti yoxdursa), ya da, obyektdə həm təhlükəli maddələr, həm də təzyiq altında işləyən avadanlıq və yükqaldırma mexanizmləri olduqda, bir neçə təhlükəli əlamət göstərilə bilər.

3.1-3.3 bəndlərində, obyektin daha çox təhlükəliliklə səciyyəvi olan tipə aid edilməsi prinsipi əsas götürülməklə, təhlükə potensiallı obyektin yalnız bir tipi qeyd edilir. Məsələn, obyektdəki təhlükəli maddələrin miqdarı, “Texniki təhlükəsizlik haqqında” Qanuna Əlavə 2-də göstəriləndən çox olduqda, yalnız 3.1. bəndi qeyd edilir, 3.2. və 3.3 bəndləri isə qeyd edilməmiş qalır. Əgər obyektdə, bu cür maddələrin miqdarı göstərilən miqdardan azdırsa, yalnız 3.2. bəndi qeyd edilir, 3.1. və 3.3. bəndləri isə qeyd edilməmiş qalır. Əgər obyektdə, bu cür maddələr yoxdursa (məsələn, yalnız yükqaldırma mexanizmləri və yanar tozlar olduqda), yalnız 3.3. bəndi qeyd edilir, 3.1. və 3.2. bəndləri isə qeyd edilməmiş qalır.

Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyat vərəqinin 4.1-4.12 bəndlərində ərizəçi tərəfindən həyata keçirilməsi üçün lisenziya alınmış fəaliyyət növlərinin kodları göstərilir.

Fəaliyyət növləri və təhlükə potensiallı obyektlərin dövlət reyestrində, obyektin qeydiyyat vərəqində, həmin fəaliyyət növlərinin kodları Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, müəyyənləşdirilir.

Təhlükə potensiallı obyektlərin

dövlət reyestrində qeydiyyatdan

keçirilməsinin və dövlət reyestrinin

aparılmasının vahid Metodikasına

(hüquqi və fiziki şəxsin blankında sənədləşdirilir)

(lazım olanı seçməli)

1) Hüquqi və ya fiziki şəxsin (tam adı, poçt indeksi, ünvanı) istismar etdiyi aşağıda göstərilən obyektləri, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alasınız:

2) Hüquqi və ya fiziki şəxsin (tam adı, poçt indeksi, ünvanı) istismar etdiyi aşağıda göstərilən obyektləri, təhlükə potensiallı obyektlərin dövlət reyestrində təkrar qeydiyyata alasınız:

3) Hüquqi və ya fiziki şəxsin (tam adı, poçt indeksi, ünvanı) istismar etdiyi aşağıda göstərilən obyektlər barədə məlumatlara, təhlükə potensiallı obyektlərin dövlət reyestrində dəyişikliklər edəsiniz:

4) Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və ya fiziki şəxs barədə, təhlükə potensiallı obyektlərin dövlət reyestrindəki məlumatlara, aşağıda göstərilən dəyişiklikləri edəsiniz:

5) Hüquqi və ya fiziki şəxsin (tam adı, poçt indeksi, ünvanı) əvvəllər istismar etdiyi aşağıda göstərilən obyektləri, təhlükə potensiallı obyektlərin dövlət reyestrindən çıxarasınız:

6) Hüquqi və ya fiziki şəxsin (tam adı, poçt indeksi, ünvanı) istismar etdiyi aşağıda göstərilən obyektlərdə aparılmış dəyişikliklər nəticəsində həmin obyektlərdə təhlükəlilik əlamətləri qalmadığına görə, onları təhlükə potensiallı obyektlərin dövlət reyestrindən çıxarasınız:

Əlavələr (lazım olanı seçməli):

1. Obyektlərin qeydiyyat vərəqləri

___________________________vərəqdə 3 nüsxə

2. Obyektlərin dəyişiklik ediləndən əvvəlki qeydiyyat vərəqləri

_________vərəqdə 1 nüsxə

3. Obyektlərin dəyişiklik ediləndən sonrakı qeydiyyat vərəqləri

_________vərəqdə 3 nüsxə

4. Sənaye təhlükəsizliyi ekspertizasının rəyi

___________________vərəqdə 1 nüsxə

5. Qeydiyyat şəhadətnaməsi

______________________vərəqdə 1 nüsxə

6. Qeydiyyat şəhadətnaməsinin surəti

___________________vərəqdə 1 nüsxə

7. Balansdan silinmə haqqında sənədlərin surətləri

__________________vərəqdə 1 nüsxə

Hüquqi və ya fiziki şəxsin adı

Hüquqi və ya fiziki şəxsin vəzifəsi İmzası S.A.A.a.

Təhlükə potensiallı obyektlərin

dövlət reyestrində qeydiyyatdan

keçirilməsinin və dövlət reyestrinin

aparılmasının vahid Metodikasına

___________________________________________________________________________________

Bu şəhadətnamə “________“ ________________ ______________ ildə

___________________________________________________________________________________

ondan ötrü verilmişdir ki, göstərilən hüquqi və ya fiziki şəxs tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır.

Göstərilən obyektlər ”______” _____________ _____ ilədək təkrar qeydiyyata alınmalıdır.

“_______“ ___________ _____ il tarixli _________ №-li şəhadətnamənin əvəzinə verilmişdir.

Dövlət reyestrinə məlumatları (dəyişiklikləri) “_________ “________ ____ ildə daxil etdi

___________________________________________________________________________________

Dövdağtexnəzarət Komitəsinin rəhbəri

___________________________________________________________________________________

Təhlükə potensiallı obyektlərin

dövlət reyestrində qeydiyyatdan

keçirilməsinin və dövlət reyestrinin

aparılmasının vahid Metodikasına

___________________________________________________________________________________

Başlandı_______________________ Qurtardı______________________________________

Təhlükə potensiallı obyektlərin

dövlət reyestrində qeydiyyatdan

keçirilməsinin və dövlət reyestrinin

aparılmasının vahid Metodikasına

Təhlükə potensiallı obyektlər dövlət reyestrində qeydiyyatdan keçirilərkən, hər bir obyektə qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsi qeydiyyat orqanının, obyekti istismar edən hüquqi və ya fiziki şəxsin, eləcə də obyektin özünün identifikatorudur (eyniləşdirilməsidir). Qeydiyyat nömrəsi bir-birindən tire (defis) ilə ayrılan, XXX-XXXXX-XXX şəklində üç qrup işarədən ibarətdir. Bu işarələrin ilk iki qrupu qeydiyyat şəhadətnaməsinin nömrəsinin təkrarı olub, birinci qrup işarə qeydiyyat orqanını identifikasiya edir. İkinci qrup işarələr (hüquqi və ya fiziki şəxsin identifikatoru) - obyekti istismar edən hüquqi və ya fizik şəxsi identifikasiya edir. Üçüncü qrup işarələr (obyektin identifikatoru) təhlükə potensiallı obyektləri identifikasiya edir.

Birinci qrupdakı işarə (Latın əlifbasının hərfi) qeydiyyat orqanlarının siyahı-sına daxil olduğu qaydada identifikasiya edir (Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi üçün – “A” hərfi).

İkinci qrup işarələr rəqəmlərdən ibarət olub, 00001 -dən 99999-dək qiymət alır. İstismar edən hüquqi və ya fiziki şəxsin hər birinə bu qrupda verilən ədədi kod, həmin hüquqi və fiziki şəxsə verilmiş qeydiyyat şəhadətnaməsinə uyğun olur.

Üçüncü qrup işarələr rəqəmlərdən ibarət olub, 001-dən 999-dək qiymət alır. Qeydiyyata alınmış obyektlərin hər birinə bu qrupda verilən ədədi kod, qeydiyyat orqanı tərəfindən həmin obyektin qeydiyyata alınması qaydasında bu obyekti istismar edən hüquqi və ya fiziki şəxsin tərkibində onu identifikasiya edir.

Obyekt istismara verildikdə, əvvəllər istismarda olan obyektləri qeydiyyata almış orqan, sıra nömrəsi üzrə, növbəti identifikatoru yeni istismara verilmiş obyektə verir.

İstismarda olan obyekt təkrar qeydiyyata alındıqda və yaxud obyekt barədə məlumatların dəyişməsi nəticəsində dövlət reyestrində dəyişikliklər edilərkən, həmin hüquqi və fiziki şəxsin və həmin obyektin identifikatorları dəyişilmir. Hüquqi və fiziki şəxs barədə dəyişilmiş məlumatlar dövlət reyestrinə daxil edilərkən də, hüquqi və fiziki şəxsin yenidən təşkil edilməsi hallan istisna olmaqla, bir qayda olaraq, bu identifikatorlar dəyişilməz qalmalıdır.

Obyekt təkrar qeydiyyata alındıqda və yaxud obyekt barədə məlumatlar dəyişdikdə, dövlət reyestrində həmin obyektin ilkin qeydiyyat tarixi (obyektin qeydiyyat vərəqinə və qeydiyyat şəhadətnaməsinə yazılmış tarix) dəyişilməz qalır. Həm ilkin qeydiyyat zamanı, həm də təkrar qeydiyyat zamanı qeydiyyat şəhadətnaməsinə yazılan təkrar qeydiyyat tarixi, növbəti təkrar qeydiyyata qədər dəyişilməz qalır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver