Qanunvericilik › Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 01.08.2014) › Tam mətn

Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 01.08.2014)

Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 01.08.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Xüsusi ayrılmış yerlərdə (poliqonlarda) təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilsin:

Tullantıların yandırılmasından əmələ gələn tüstü külü

təhlükəli tullantılar

2. “Təhlükəli tullantıların (o cümlədən radioaktiv materialların) daşınması, saxlanılması və basdırılması üzrə pullu xidmətlərin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli 26 nömrəli Qərarı ləğv edilsin.

3. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 1 avqust 2014-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver