Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 mart 2025-ci il
1.1. Bu Qaydalar “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 47.4-cü maddənin birinci cümləsinə, 47.7-ci və 47.10-cu maddələrinə uyğun olaraq hazırlanmışdır və mülki hava gəmiləri ilə Azərbaycan Respublikasının ərazisinə və Azərbaycan Respublikasının ərazisindən təhlükəli yüklərin daşınmasına dair ümumi tələbləri müəyyən edir.
1.2. Bu Qaydalarla tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra – Konvensiya), Konvensiyaya 6 nömrəli Əlavə - “Hava gəmilərinin istismarı” (bundan sonra – Konvensiyaya 6 nömrəli Əlavə) və Konvensiyaya 18 nömrəli Əlavə - “Təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınması” (bundan sonra - Konvensiyaya 18 nömrəli Əlavə) ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə (bundan sonra - beynəlxalq standartlar və tövsiyə olunan təcrübə), o cümlədən “Doc 9284, təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasına dair texniki təlimatlar”ının (bundan sonra - Doc 9284) tələblərinə uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydaların əsas məqsədi təhlükəli yüklərin mülki hava gəmiləri ilə təhlükəsiz daşınmasının təşkili və şərtlərini müəyyən etməklə, uçuşların təhlükəsizliyinin təmin edilməsi, aviasiya hadisələri və aviasiya insidentlərinin sayının minimuma endirilməsi, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması sahəsində mülki aviasiyanın fəaliyyətinə ehtimal olunan qanunsuz müdaxilə aktlarının qarşısını almaqla əhalinin, sərnişinlərin və hava gəmisinin heyətinin həyat və sağlamlığının qorunması, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması və təhlükəsizliyinin təmini ilə məşğul olan subyektlərin dayanıqlı fəaliyyəti və inkişafı üçün hüquqi təminatın yaradılması, həmçinin bütün təhlükəli yüklərlə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının təhlükəsizlik standartlarının tətbiq olunmasını təmin etməkdir.
1.4. Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair xüsusi tələblər, hava limanlarında təhlükəli yüklərlə bağlı əməliyyatlar (təhlükəli yüklərin qəbulu, saxlanılması, yüklənib-boşaldılması) beynəlxalq standartlar və tövsiyə olunan təcrübə ilə müəyyən edilir.
2.1. Bu Qaydalar mülki hava gəmisi ilə təhlükəli yüklərin göndərilməsi, qəbulu, saxlanması, yüklənib-boşaldılması və daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslərin (yükgöndərənlərin, yükalanların) (bundan sonra - şəxslər), mülki hava gəmilərinin istismarçılarının (bundan sonra - istismarçılar) hava limanlarının, təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorlarının, həmçinin təhlükəli yüklərin mülki hava gəmiləri ilə təhlükəsiz daşınmasına nəzarət edən müfəttiş heyətinin fəaliyyətinə şamil edilir.
2.2. Mülki hava gəmiləri ilə təhlükəli yüklərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və aparılması zamanı daxili hava daşımalarında bu Qaydaların, həmçinin Konvensiyaya 18 nömrəli Əlavənin, Doc 9284 sənədlərinin müddəaları tətbiq edilir.
2.3. Təhlükəli yüklərin Azərbaycan Respublikasına mənsub mülki hava gəmilərində xarici dövlətlərin ərazisində və beynəlxalq hava yolları ilə daşınması zamanı həmin dövlətlərin qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qaydaların müddəaları tətbiq edilir.
3.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
3.1.1. azadetmə icazəsi - təhlükəli yüklərə tətbiq olunan tələblərdən azad edilməsini təmin edən icazə;
3.1.2. Birləşmiş Millətlər Təşkilatının (BMT) siyahısı üzrə nömrə (bundan sonra - BMT nömrəsi) - təhlükəli yüklərin daşınması üzrə konkret qrupa aid olan maddələrin və ya maddənin nişanlanması üçün BMT-nin Ekspertlər Komitəsi tərəfindən verilmiş dördrəqəmli nömrə;
3.1.3. qablaşdırma - təhlükəli yükü dağılma və itkilərdən, ətraf mühitin çirklənməsindən qorunmasını təmin edən, yükün nəqlini, saxlanmasını (yüklənib-boşaldılması daxil olmaqla), dövriyyəsini asanlaşdıran və tutum funksiyasını yerinə yetirən qablar və ya qablaşdırılması üçün vasitələr;
3.1.4. paketləşdirmə - yükün paketləşdirməsi vasitəsi istisna olmaqla, təhlükəli yükün yüklənib-boşaldılması və saxlanılmasının rahatlığını təmin etmək məqsədilə yükgöndərən tərəfindən qablaşdırılmış bir neçə yükün birləşdirilməsi;
3.1.5. təhlükəli yüklərlə əlaqədar hadisə - təhlükəli yüklərin hava yolu ilə daşınması ilə əlaqədar olan, insanın ölümcül, yaxud ciddi xəsarət alması və ya əmlaka, həmçinin ətraf mühitə əhəmiyyətli ziyan vurulması ilə nəticələnən hadisə;
3.1.6. təhlükəli yüklərlə əlaqədar insident - təhlükəli yüklərin hava yolu ilə daşınması ilə əlaqədar olan, təhlükəli yüklərlə əlaqədar hadisə istisna olmaqla və hava gəmisinin bortunda və ya ondan kənarda baş verməsindən asılı olmayaraq insanın xəsarət alması, əmlak və ya ətraf mühitə ziyan vurulması, yanğın, qırılma, dağılma, mayenin və ya radiasiyanın sızması ya da qablaşdırmanın bütövlüyünün qorunmadığının digər hallarla nəticələnən hadisə. Təhlükəli yüklərin daşınması ilə bağlı olan və hava gəmisini və ya onun bortundakı insanları ciddi təhlükə altına qoyan hər hansı hadisə də təhlükəli yüklərlə əlaqədar insident hesab edilir;
3.1.7. təsdiqetmə icazəsi – sərnişin və (və ya) yük hava gəmilərində daşınması qadağan olunan təhlükəli yüklərin Doc 9284 sənədində nəzərdə tutulmuş hallarda daşınmasına təsdiq verilən icazə;
3.1.8. yükün paketləşdirilməsi vasitəsi - yük konteyneri, hava gəmisi konteyneri, torlu hava gəmisi altlığı (paleti) və ya qoruyucu qapağın üzərindəki torlu altlığın hər hansı növü.
3.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə və bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş digər sənədlərlə müəyyənləşdirilmiş mənaları ifadə edir.
4.1. Mülki hava gəmiləri ilə təhlükəli yüklərin daşınması Qanuna, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq lisenziya və icazə almış istismarçılar tərəfindən həyata keçirilir.
4.2. Mülki hava gəmiləri ilə daşınan təhlükəli yüklər birbaşa təyinat məntəqəsinə daşınır. Aralıq hava limanlarında boşaldılması nəzərdə tutulan təhlükəli yükün təyinat məntəqəsinə daşınması yalnız təyinat məntəqəsi hava limanlarının rəhbərliyi və yerüstü xidmət təminatçısı ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
4.3. Mülki hava gəmiləri ilə daşınmaya təqdim olunan təhlükəli yüklər bu Qaydalar və Konvensiyaya 18 nömrəli Əlavə ilə müəyyən olunmuş qaydada markalanma nişanları ilə nişanlanır və işarələnir.
4.4. Doc 9284 sənədinə uyğun müəyyən edilmiş xüsusilə təhlükəli yüklərin daşınması ilə məşğul olan istismarçı və yükgöndərənlər müvafiq təlimatın tələblərinə uyğun olaraq təhlükəsizlik planını qəbul etməli və ona riayət etməlidirlər.
4.5. Təhlükəli yüklərin olduğu qablaşdırmaların açılması və yenidən bağlanılması təhlükəli yüklər üzrə müvafiq təlim keçmiş mütəxəssislər tərəfindən həyata keçirilir.
4.6. Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasını həyata keçirən istismarçı aşağıdakıları təmin etməlidir:
4.6.1. təhlükəli yüklərin daşınmasına dair prosedurların təsdiqi;
4.6.2. təhlükəli yükləri daşıyan mülki hava gəmisinin bortunda uçuş heyətinin qəza vəziyyətində davranışını tənzimləyən təlimatların olması;
4.6.3. 7-ci sinif təhlükəli yüklər üçün qəza hazırlığı ilə bağlı “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş tələblərin təmin edilməsi.
4.7. Təhlükəli yüklərin saxlanılması, yüklənib-boşaldılması və daşınması zamanı ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq üzrə normalara riayət edilməsi “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir.
4.8. Konvensiyaya 18 nömrəli Əlavədə və Doc 9284-də, həmçinin bu Qaydalarla müəyyən olunmuş formada təsnifləşdirilməyən, sənədləşdirilməyən, sertifikatlaşdırılmayan, qablaşdırılmayan, markalanma nişanı olmayan və işarələnməyən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına yol verilmir.
4.9. Bu Qaydaların 3 nömrəli əlavəsində qeyd olunan təhlükəli yüklərin sərnişinlər və uçuş heyəti tərəfindən hava gəmisində daşınması Doc 9284 sənədi ilə müəyyən olunmuş qaydada həyata keçirilə bilər.
4.10. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2.2-ci bəndində nəzərdə tutulan ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına yol verilmir.
5.1. Təhlükəli yüklərin sinifləri təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması ilə bağlı potensial riskləri müəyyən edir. Təhlükəli yüklər təhlükə dərəcəsinə uyğun olaraq aşağıdakı sinif və yarımsiniflərə bölünür:
5.1.1. 1-ci sinif - partlayıcı maddələr aşağıdakı yarımsiniflərə ayrılmaqla, Doc 9284-də nəzərdə tutulmuş 13 uyğunluq qrupuna malikdir:
5.1.1.1. 1-ci yarımsinif - tam kütləsi ilə partlaya bilən maddə və əşyalar;
5.1.1.2. 2-ci yarımsinif - tam kütləsi ilə partlamayan, lakin partladığı zaman ətrafa ağır zədələnmə və səpələnmə təhlükəsi yaradan maddə və əşyalar;
5.1.1.3. 3-cü yarımsinif - yanğın təhlükəsi və cüzi partlayış, cüzi dağılma və ya hər iki təhlükəyə malik olan, lakin tam kütləsi ilə partlamayan maddə və əşyalar;
5.1.1.4. 4-cü yarımsinif - aşağı səviyyəli partlayış təhlükəsi ehtimalı olan və böyük təhlükəyə malik olmayan (partlayışın təsiri bağlama ilə məhdudlaşdırılan, böyük ölçülü məmulatların və bağlama elementlərinin uzaq məsafəyə dağıdılması xüsusiyyətləri olmayan və xarici od (alov) mənbəyi bağlamanın tərkibinin dərhal partlayışına səbəb olmayan) maddə və əşyalar;
5.1.1.5. 5-ci yarımsinif - tam kütləsi ilə partlaya bilən cüzi həssaslığa malik olan maddələr;
5.1.1.6. 6-cı yarımsinif - tam kütləsi ilə partlayış təhlükəsi olmayan çox cüzi həssaslığa malik olan maddələr;
5.1.2. 2-ci sinif - qazlar:
5.1.2.1. 1-ci yarımsinif - tezalışan qazlar;
5.1.2.2. 2-ci yarımsinif - zəhərsiz, alışmayan qazlar;
5.1.2.3. 3-cü yarımsinif - zəhərli qazlar;
5.1.3. 3-cü sinif - tezalışan mayelər;
5.1.4. 4-cü sinif - partlayıcı kimi təsnif olunmuş tezalışan maddələr istisna olmaqla, daşınma zamanı asan alışa bilən, yanğının törədilməsinə və yayılmasına səbəb ola bilən maddələr:
5.1.4.1. 1-ci yarımsinif - tezalışan bərk maddələr, öz-özünə reaksiyaya gedən və buna oxşar maddələr, o cümlədən həssaslığı azaldılmış partlayıcı maddələr;
5.1.4.2. 2-ci yarımsinif - öz-özünə qızma və alışma kimi ümumi xassələrə malik olan maddələr;
5.1.4.3. 3-cü yarımsinif - su ilə qarışan zaman, tezalışan qazları ifraz edən maddələr;
5.1.5. 5-ci sinif - oksidləşdirici maddələr və üzvi peroksidlər:
5.1.5.1. 1-ci yarımsinif - oksidləşdirici maddələr;
5.1.5.2. 2-ci yarımsinif - üzvi peroksidlər;
5.1.6. 6-cı sinif - zəhərli və yoluxucu maddələr:
5.1.6.1. 1-ci yarımsinif - zəhərli maddələr;
5.1.6.2. 2-ci yarımsinif - yoluxucu maddələr;
5.1.7. 7-ci sinif - radioaktiv maddələr;
5.1.8. 8-ci sinif - korroziyaedici (aşındırıcı) maddələr;
5.1.9. 9-cu sinif – ətraf mühitə təhlükəli olan maddələr də daxil olmaqla, digər təhlükəli maddə və əşyalar.
6.1. Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması zamanı onların paketlənməsi və qablaşdırılması Konvensiyaya 18 nömrəli Əlavəyə və aşağıdakı tələblərə uyğun olmalıdır:
6.1.1. daşınma üçün istifadə olunan qablar keyfiyyətli olmalı və uçuş şəraitində temperaturun, rütubətin və ya təzyiqin dəyişməsi nəticəsində yarana biləcək sızmanın qarşısını almaq üçün etibarlı şəkildə bərkidilməlidir;
6.1.2. qablar təhlükəli yükün xarakterinə uyğun olmalı, təhlükəli yüklərlə birbaşa təmas nəticəsində belə malların hər hansı kimyəvi və ya digər təsirinə davamlı olmalıdır;
6.1.3. qablar və paketlənmə Doc 9284-də göstərilən material xüsusiyyətlərinə uyğun olmalı, habelə istənilən uçuş şəraitində təhlükəsiz daşınmanı təmin etməlidir;
6.1.4. qablar beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğun olmalı və müvafiq tələblərə əsasən sınaqdan keçirilməlidir;
6.1.5. maye halında olan yüklərin daşınması üçün istifadə edilən qablar sızmaya qarşı davamlı olmalıdır;
6.1.6. qabların paketlənməsi zamanı daxilində olan qablar elə bərkidilməli və yerləşdirilməlidir ki, onların qırılma və ya sızması üçün təhlükə yaranmasın, uçuş şəraitində onların paket daxilində tərpənməsi qabın tərkibi və ya paket daxilində olanlar ilə təhlükəli reaksiya verməsin;
6.1.7. təmizlənməmiş boş qablaşdırmalar əvvəlki tərkibinin xarakterinə görə təhlükə yarada bilərsə, onlar sıx bağlanır və yarada biləcək təhlükəni nəzərə almaqla emal olunur;
6.1.8. təhlükəli maddə bağlamaların xarici səthinə yapışmamalıdır;
6.1.9. normal daşınma şəraitində temperatur, rütubət və təzyiq dəyişikliyi və ya titrəmə nəticəsində baş verə biləcək sızmanın baş verməsini istisna etmək üçün qablaşdırma keyfiyyətli materiallardan hazırlanmalı, kip bağlanılmalı, onun hazırlandığı materiallar daşınan maddəyə qarşı təsirsiz olmalı, korroziyaya, yumşalmaya, kövrəkliyə, yüksək və ya aşağı temperaturun təsiri nəticəsində mexaniki yorulmaya və digər təbii təsirlərə məruz qalmamalıdır;
6.1.10. qablaşdırmanın divarlarının xüsusiyyəti və qalınlığı daşınma zamanı baş verən sürtünmədən, maddənin (məmulatın) kimyəvi dayanıqlığının təhlükəli dərəcədə dəyişməsini və qızmasını istisna etməlidir;
6.1.11. qablaşdırma normal uçuş şəraitində qırılmanın, çatlamanın və ya sızmanın qarşısını almalı, paketləmənin daxilində yerdəyişmənin baş verməsi nəticəsində qablaşdırmanın daxilində olan maddə (məmulat) reaksiyaya girdikdə təhlükə yaratmamalıdır;
6.1.12. korroziya və ya digər zədələnmələrin baş verdiyi müəyyən edilmiş qablaşdırmanın təkrar istifadəsinə yol verilməməlidir.
6.2. Qablaşdırma üçün texniki sənədlərin işlənilməsi, onların sınaqdan keçirilməsi və təhlükəli yüklərin hava yolu ilə daşınması zamanı mülki hava gəmilərinin istismar xüsusiyyətləri, habelə aşağıdakılar nəzərə alınır:
6.2.1. tutumlarda boş yer saxlanılmadığı təqdirdə aşağı temperaturda doldurulmuş və isti iqlim zonalarına daşınan maye yüklərin qızmadan genişlənməsi səbəbindən qablaşdırma daxilində təzyiqin artmasına, bunun nəticəsində mayenin axıdılmasına və ya qablaşdırmada çatların yaranmasına gətirib çıxara bilən temperaturun dəyişməsi;
6.2.2. qablaşdırma və onun bağlayıcı qurğusu təzyiq sınaqlarından keçmədikdə uçuş zamanı atmosfer təzyiqinin aşağı düşməsi nəticəsində maye yükün axmasına və ya qablaşdırmanın dağılmasına gətirib çıxara bilən təzyiq dəyişməsi;
6.2.3. qablaşdırmanın konstruksiyasının materialında yüksək gərginlik əmələ gətirən, qabda çatların yaranmasına (xüsusən qaynaq yerlərində), qapaqların və tıxacların açılmasına, kipliyin pozulmasına və axıdılmaya (dağılmaya) səbəb ola bilən vəziyyətin yaranması;
6.2.4. uçuş zamanı hava gəmisinin qapalı məkan olması səbəbindən təhlükə yarandığı halda yüklərin uzaqlaşdırılmasının, boşaldılmasının mümkün olmaması, həmçinin yanğından mühafizə vasitələrinin tətbiqinin və təhlükəli maddələrin neytrallaşdırılması imkanlarının məhdud olması.
7.1. Təhlükəli yüklərin yerləşdirildiyi hər bir qablaşdırmanın üzərinə yükgöndərən tərəfindən bu Qaydaların 7.3-cü bəndinin tələblərinə və Konvensiyaya 18 nömrəli Əlavəyə uyğun olaraq nişanlanma və təhlükəsiz istifadə qaydaları barədə xəbərdarlıq işarələri vurulur.
7.2. Markalanma və nişanlanma qablaşdırmanın üzərinə elə vurulur ki, onun hər hansı hissəsi və ya digər işarələr onları görməyə və aydın seçməyə maneə yaratmasın.
7.3. Qablaşdırmanın üzərinə vurulan nişanlanma aşağıdakı tələblərə cavab verməlidir:
7.3.1. çap şəklində vurulmalı və pozulmamalı;
7.3.2. aydın görünməli və seçilməli;
7.3.3. hava və iqlim təsirlərinə qarşı dözümlü olmalı və keyfiyyətini itirməməli;
7.3.4. hər hansı digər nişanların yanında vurulmamalı.
7.4. Təhlükəli yük bağlamasında bağlamanın ünvanlandığı subyektin adı, ünvanı, onun tərkibi, BMT nömrəsi üzrə markalanma nişanları olur.
7.5. Hər bir təhlükəli yük bağlamasında təhlükəli yükü göndərən və alan şəxslər barədə məlumatlar olur. Belə məlumatlar bu Qaydaların 7.4-cü bəndində qeyd edilən markalanma nişanlarının yanında yerləşdirilir.
7.6. Təhlükəli yüklərin beynəlxalq və daxili hava daşımaları zamanı təhlükəli yükə aid markalanma nişanı ingilis dilində olur.
8.1. Mülki hava gəmiləri ilə daşınması mümkün hesab edilən təhlükəli yüklərin siyahısı Doc 9284-ün 3-1-ci Cədvəli ilə müəyyən edilmişdir. Bu cədvəldə sadalanmış maddə və əşyalar onlara dair xüsusi olaraq müəyyən edilmiş tələblərə uyğun halda daşınmalıdır. Bu siyahıda adı xüsusi olaraq müəyyən edilməyən maddə və ya əşyalarla bağlı “ümumi” (generic) və ya “digər şəkildə müəyyən edilməmişdir” (“not otherwise specified”) sözlərindən istifadə edilə bilər. Belə maddə və əşyalar ancaq onların təhlükəli xüsusiyyətləri müəyyən edildikdən sonra daşına bilər. Həmin maddə və ya əşyalar xassələrinə və xüsusiyyət meyarlarına uyğun olaraq təsnifatlaşdırılmalı, Doc 9284 ilə müəyyən edilmiş, həmin maddə və ya əşyaya daha çox uyğun olan ad istifadə edilməlidir. Bu siyahıda olmayan maddə və ya əşyanın hava gəmisində daşınması ilə bağlı yükgöndərənin və ya istismarçının şübhəsi olduğu halda sahə üzrə müvafiq ixtisaslaşmış təşkilata müraciət edilməlidir.
8.2.Təhlükəli yüklərin rekvizitləri aşağıdakılardan ibarətdir:
8.2.1. ad – bu sütunda müvafiq göndərişin adları müəyyən edilmiş tünd rəngli şriftlərlə göstərilən təhlükəli yüklərin əlifba sırasına uyğun olan siyahısı, həmçinin açıq rəngli şriftlərlə aşağıdakılar göstərilir:
8.2.1.1. digər şəkildə bilinən müəyyən maddə və məmulatların adları, bu halda göndərişin adına istinad göstərilir;
8.2.1.2. hər bir halda hava gəmiləri ilə daşınması qadağan edilən maddə və məmulatların adları;
8.2.1.3. xüsusi qaydalar çərçivəsində əlavə mülahizələrin tətbiq edildiyi maddə və məmulatların adları;
8.2.2. BMT nömrəsi – bu sütunda maddə və ya əşyaların BMT təsnifatlandırma sisteminə uyğun olaraq təyin edilmiş seriya nömrəsi göstərilir. Bu sütunda və 3-cü sütunda “Qadağandır” yazıldıqda, Konvensiyaya 18 nömrəli Əlavənin 4.3-cü bəndinə uyğun olaraq, həmin maddə və əşyaların heç bir halda hava gəmisində daşınmasına icazə verilmir;
8.2.3. sinif və ya yarımsinif – maddə və əşyaların sinif və yarımsinfini göstərir;
8.2.4. əlavə təhlükə - bu sütunda maddə və əşyaların Doc 9284-də göstərilmiş təsnifatlandırmaya uyğun olaraq hər hansı vacib Əlavə təhlükə sinif və ya yarımsinif olaraq göstərilmişdir;
8.2.5. nişanlar – bu sütunda hər bir təhlükə sinif nişanı və əlavə təhlükə sinfi nişanı müəyyən edilir;
8.2.6. dövlət dəyişiklikləri (“state variations”) – bu sütunda Doc 9284-ün tələblərindən fərqli olan dövlət dəyişikliklərinə istinadları göstərir;
8.2.7. xüsusi müddəalar – bu sütunda Doc 9284-ün 3-2-ci cədvəlində qeydlərə istinad edilən nömrələr göstərilir;
8.2.8. BMT qablaşdırma qrupu – bu sütunda maddə və əşyalar üçün müəyyən edilmiş BMT qablaşdırma qrupunun nömrəsi qeyd edilir;
8.2.9. istisna miqdarlar (“excepted quantity”) – bu sütun təhlükəli yüklərin istisna edilən miqdarlarda daşınması üçün hər bir daxili və xarici qablaşdırmada maksimum miqdarları göstərən hərf və rəqəmlərdən ibarət kodları ehtiva edir;
8.2.10. sərnişin və yük hava gəmisi – Qablaşdırma təlimatı – bu sütun maddə və ya əşyaların sərnişin daşınan hava gəmisində daşınması üçün Doc 9284-də göstərilmiş qablaşdırma təlimatlarına istinadları göstərir. Bəzi təhlükəli yüklər üçün alternativ qablaşdırma təlimatı “Y” hərfi ilə göstərilmişdir. Belə qablaşdırma təlimatları təhlükəli yüklərin məhdud miqdarda daşınması üçün müəyyən edilmişdir;
8.2.11. sərnişin və yük hava gəmisi – hər bir qablaşdırma üzrə maksimum xalis çəkisi – bu sütun maddə və əşyaların hər bir qablaşdırma üzrə sərnişin daşınan hava gəmisində daşınmasına icazə verilən maksimum netto miqdarı (kütlə və ya həcm) göstərir. Hər bir bağlama üzrə maksimum miqdar əlavə olaraq istifadə edilən qablaşdırma növünə uyğun olaraq məhdudlaşdırıla bilər. Bu sütunda göstərilən maksimum miqdarlar Doc 9284 ilə müəyyən edildiyi və ya Doc 9284-ə uyğun olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən icazə verildiyi halda artırıla bilər;
8.2.12. yalnız yük hava gəmisi – Qablaşdırma təlimatı - bu sütun maddə və əşyaların ancaq yük hava gəmisində daşınması üçün Doc 9284 sənədində göstərilmiş qablaşdırma təlimatlarına istinadları göstərir;
8.2.13. yalnız yük hava gəmisi - hər bir qablaşdırma üzrə maksimum netto miqdarlar - bu sütun maddə və əşyaların hər bir qablaşdırma üzrə ancaq yük hava gəmisində daşınmasına icazə verilən maksimum netto miqdarı (kütlə və ya həcm) göstərir. Bu sütunda göstərilən hər bir bağlama üzrə maksimum miqdar əlavə olaraq istifadə edilən qablaşdırma növünə uyğun olaraq məhdudlaşdırıla bilər. Bu sütunda göstərilən maksimum miqdarlar Doc 9284 ilə müəyyən edildiyi və ya Doc 9284-ə uyğun olaraq Agentlik tərəfindən icazə verildiyi halda artırıla bilər.
8.3. Təhlükəli yüklər hava gəmisində aşağıdakı hallarda daşınmaya bilər:
8.3.1. sərnişin daşınan hava gəmisinin 10-cu və 11-ci sütunlarında maddə və əşyalar barədə “Qadağandır” yazıldıqda;
8.3.2. istənilən hava gəmisində 10-cu və 11-ci, o cümlədən 12-ci və 13-cü sütunlara “Qadağandır” yazıldıqda.
8.4. Konvensiyaya 18 nömrəli Əlavənin 4.2-ci bəndində və Doc 9284-də qeyd olunan hallarda Agentlik tərəfindən xüsusi icazə verilənədək maddə və əşyaların hava gəmisində daşınmasına icazə verilmir.
9.1. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına icazə istismarçının Agentlik tərəfindən verilən istismarçı sertifikatı ilə bağlı istismar tələblərində qeyd aparılmaqla verilir.
9.2. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmuş qeydin aparılması üçün istismarçı tərəfindən Agentliyə aşağıdakı sənədlərin əlavə edildiyi ərizə ilə müraciət edilir:
9.2.1. Agentlik tərəfindən verilmiş istismarçı sertifikatının surəti (istismarçı sertifikatının alınması üçün ilk dəfə müraciət edilməsi istisna olunur);
9.2.2. Konvensiyaya 6 və 18 nömrəli əlavələrə və bu Qaydalara uyğun olaraq istismarçının təhlükəli yüklərin daşınmasına dair qəbul etdiyi prosedurları və təlimatları;
9.2.3. təhlükəli yüklərin daşınması prosesində iştirak edən istismarçının personalının təhlükəli yüklər üzrə təlim proqramları.
9.3. Bu Qaydaların 9.2.1-ci yarımbəndi nəzərə alınmaqla, təqdim edilmiş sənədlər 30 (otuz) gün müddətində yoxlanılaraq, istismarçının bazasında yoxlama aparılmaqla, istismarçı sertifikatı ilə bağlı istismar tələblərində müvafiq qeyd aparılır və ya əsası göstərilməklə qeydin aparılmasından imtina edilir.
9.4. İcazənin verilməsindən imtina edildikdə, istismarçı tərəfindən mülki hava gəmisində təhlükəli yüklərin daşınmasına yol verilmir.
9.5. Sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
9.6. Agentlik aşağıdakı hallarda təhlükəli yüklərin mülki hava gəmilərində daşınmasına dair verilmiş icazənin hüquqi qüvvəsinin dayandırılması haqqında qərar qəbul edir:
9.6.1. istismarçı tərəfindən ərizə təqdim edildikdə;
9.6.2. icazə sahibinin fəaliyyəti qanunla müəyyən olunmuş qaydada dayandırıldıqda;
9.6.3. təhlükəli yüklərin daşınması ilə bağlı uçuşların təhlükəsizliyinə və (və ya) aviasiya təhlükəsizliyinə aid aşkar edilmiş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda.
9.7. İcazənin hüquqi qüvvəsinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda istismarçının ərizəsinə əsasən müraciət daxil olduğu gündən 30 (otuz) gün müddətində icazənin hüquqi qüvvəsi Agentliyin qərarı ilə bərpa edilir. Agentlik icazənin hüquqi qüvvəsinin bərpa edilməsi qərarından əvvəl yoxlama keçirmək hüququna malikdir.
9.8. Agentlik aşağıdakı hallarda icazənin qüvvədən düşmüş hesab olunması haqqında qərar qəbul edir:
9.8.1. istismarçı tərəfindən ərizə təqdim edildikdə;
9.8.2. icazə üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar və tanınmadan imtina edilməsi üçün əsas olan yeni hallar aşkar edildikdə;
9.8.3. təhlükəli yüklərin daşınması ilə bağlı uçuşların təhlükəsizliyinə və (və ya) aviasiya təhlükəsizliyinə aid aşkar edilmiş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda.
9.9. Agentlik tərəfindən istismarçıya təhlükəli yüklərin daşınmasına dair verilmiş icazənin hüquqi qüvvəsi Agentlik tərəfindən verilmiş istismarçı sertifikatının müddəti ilə eynidir (təhlükəli yüklərin daşınmasına dair verilmiş icazənin dayandırıldığı və qüvvədəndüşmə halları istisna olmaqla).
10.1. Bu Qaydaların 11-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisinə və ərazisindən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasını həyata keçirmək istəyən və istismarçı sertifikatında müvafiq icazəsi olan xarici dövlətin istismarçısı həmin icazənin tanınması üçün planlaşdırılan daşımadan 15 (on beş) gün əvvəl Agentliyə aşağıdakı sənədlərin əlavə edildiyi ərizə ilə müraciət edir:
10.1.1. qeydiyyatda olduğu dövlətin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən verilmiş və qüvvədə olan istismarçı sertifikatının surəti;
10.1.2. qeydiyyatda olduğu dövlətin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən təhlükəli yüklərin daşınmasına dair verilmiş icazə və ya eyni hüquqi qüvvəyə malik digər sənədin surəti;
10.1.3. qeydiyyatda olduğu dövlətin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən təsdiq olunmuş təhlükəli yüklərin daşınmasına dair rəhbər sənəd;
10.1.4. daşınması planlaşdırılan təhlükəli yüklərin təsnifatı haqqında məlumatı əks etdirən sənədlər;
10.1.5. qeydiyyatda olduğu dövlətin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən təsdiq olunmuş təhlükəli yüklərin daşınmasına dair istismarçıya məxsus təlim proqramları, təlimat və təlimi uğurla bitirmiş personala veriləcək sertifikatlar;
10.1.6. Azərbaycan Respublikasının hava limanlarında yüklərin (həmçinin təhlükəli yüklərin) emalı üzrə xidmət göstərəcək hüquqi şəxs və ya fərdi sahibkarla imzalanmış müqavilənin surəti.
10.2. İstismarçının icazəsinin tanınmasından imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə 15 (on beş) gün müddətində yazılı məlumat verilir.
10.3. Agentlik aşağıdakı hallarda tanınmanın hüquqi qüvvəsinin dayandırılması haqqında qərar qəbul edir:
10.3.1. istismarçı tərəfindən ərizə təqdim edildikdə;
10.3.2. icazə sahibinin fəaliyyəti dayandırıldıqda;
10.3.3. təhlükəli yüklərin daşınması ilə bağlı uçuşların təhlükəsizliyinə və (və ya) aviasiya təhlükəsizliyinə aid aşkar edilmiş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda.
10.4. Tanınmanın hüquqi qüvvəsinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda istismarçının ərizəsinə əsasən müraciət daxil olduğu gündən 15 (on beş) gün müddətində tanınmanın hüquqi qüvvəsi Agentliyin qərarı ilə bərpa edilir.
10.5. Agentlik aşağıdakı hallarda tanınmanın qüvvədən düşmüş hesab olunması haqqında qərar qəbul edir:
10.5.1. istismarçı tərəfindən ərizə təqdim edildikdə;
10.5.2. tanınma üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar və tanınmadan imtina edilməsi üçün əsas olan yeni hallar aşkar edildikdə;
10.5.3. təhlükəli yüklərin daşınması ilə bağlı uçuşların təhlükəsizliyinə və (və ya) aviasiya təhlükəsizliyinə aid aşkar edilmiş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda.
10.6. Agentlik tərəfindən xarici dövlətin istismarçısına verilən tanınmanın hüquqi qüvvəsi 6 (altı) ay müddətinədək müəyyən edilir.
10.7. Azərbaycan Respublikasında, Azərbaycan Respublikasından və Azərbaycan Respublikasının hava məkanı üzərindən xüsusi icazə tələb edən təhlükəli yüklərin daşınması üçün xarici istismarçılar bu Qaydaların 11-ci hissəsində qeyd olunan tələbləri yerinə yetirməlidirlər.
11.1. Mülki hava gəmiləri ilə təhlükəli yüklərin daşınmasına dair azadetmə və ya təsdiqetmə icazəsi (bundan sonra - azadetmə və ya təsdiqetmə icazəsi) Konvensiyaya 18 nömrəli Əlavəyə və Doc 9284-ə uyğun olaraq Agentlik tərəfindən verilir.
11.2. Azadetmə icazəsi Konvensiyaya 18 nömrəli Əlavənin tələblərinə uyğun olaraq, bu Qaydaların 1 nömrəli əlavəsi ilə təsdiq olunmuş formada aşağıdakı hallarda verilir:
11.2.1. təhlükəli yüklərin aşağıdakı məqsədlər üçün daşınması zərurəti yarandıqda:
11.2.1.1. humanitar və ya ekoloji yardım göstərilməsi;
11.2.1.2. epidemiyaların qarşısının alınması;
11.2.1.3. milli və ya beynəlxalq təhlükəsizliyin təmin edilməsi;
11.2.1.4. insanların həyatının xilas edilməsi;
11.2.1.5. təyinat məntəqəsində belə yüklərin əlçatmaz yerlərdə olması;
11.2.1.6. daşınmanın digər nəqliyyat növləri ilə məqsədəuyğun olmaması;
11.2.1.7. Doc 9284 ilə müəyyən edilmiş digər hallarda.
11.3. Təsdiqetmə icazəsi Konvensiyaya 18 nömrəli Əlavənin tələblərinə uyğun olaraq, Doc 9284-ə uyğun və bu Qaydaların 2 nömrəli əlavəsi ilə təsdiq olunmuş formada verilir.
11.4. Konvensiyaya 18 nömrəli Əlavənin 4.3-cü hissəsi ilə müəyyən edilmiş təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına hər hansı azadetmə və ya təsdiqetmə icazəsinin verilməsinə yol verilmir.
11.5. Azadetmə və ya təsdiqetmə icazəsi 3 (üç) ay müddətinə verilir.
11.6. Azadetmə və ya təsdiqetmə icazəsinin alınması üçün Agentliyə ünvanlanmış ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
11.6.1. istismarçı hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
11.6.2. istismarçı fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
11.6.3. istismarçının (xarici dövlətdə qeydiyyatda olan istismarçılar istisna olmaqla) vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
11.6.4. istismarçı səlahiyyətli nümayəndə vasitəsilə müraciət etdikdə- nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə;
11.6.5. istismarçı sertifikatının surəti;
11.6.6. istismar olunan mülki hava gəmisinin dövlət qeydiyyatı haqqında sertifikatının surəti;
11.6.7. istismar olunan mülki hava gəmisinin uçuşa yararlılığı haqqında sertifikatın surəti;
11.6.8. təhlükəli yüklərin daşınmasını həyata keçirəcək mülki hava gəmisinin istismarçı tərəfindən sığortalanmasını təsdiq edən sənəd;
11.6.9. istismarçı dövlətin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən verilmiş azadetmə və ya təsdiqetmə icazəsi;
11.6.10. təhlükəli yüklərə aid sənədlər (təhlükəli yükün xarakteristikasını, daşınma qaydalarını əks etdirən məlumat cədvəli);
11.6.11. təhlükəli yüklərin daşınmasına dair sənədlərin surətləri (fövqəladə hallarda müvafiq tədbir görə bilən və həftənin yeddi günü, günün iyirmi dörd saatı işlək olan telefon nömrəsini əks etdirən daşıyıcı bəyannaməsi);
11.6.12. azadetmə icazəsi üçün tələb olunan 1-ci sinfə aid hər bir təhlükəli yük üçün səlahiyyətli orqan tərəfindən verilmiş təsnifat sənədinin surəti;
11.6.13. azadetmə və ya təsdiqetmə icazəsinin alınması üçün təhlükəli yüklərə dair təhlükəsizlik məlumat vərəqəsinin surəti;
11.6.14. qablaşdırmaya aid sınaqların keçirilməsini təsdiq edən sertifikatların surətləri;
11.6.15. təhlükəli yüklərin daşınması sənədini (yükgöndərənin bəyannaməsi) imzalayan şəxsin təhlükəli yüklər üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatının müvafiq kateqoriyaya uyğun təlim keçməsinə aid təsdiqedici sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
11.6.16. ərizə formasını doldurmuş və imzalamış şəxsin uçuş tarixinə və ondan sonra ən azı 1 (bir) ay müddətində etibarlı olan təhlükəli yüklər üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatının müvafiq kateqoriyaya uyğun təlim keçməsinə aid sənədin surəti;
11.6.17. təhlükəli yüklərin daşınmasına aid ərizəçi tərəfindən qəbul edilmiş risklərin qiymətləndirilməsinə dair təsdiqedici sənəd;
11.6.18. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd.
11.7. Azadetmə və ya təsdiqetmə icazəsinin verilməsi barədə istismarçıdan daxil olan ərizəyə Agentlikdə 5 (beş) iş günü müddətində baxılır.
11.8. Azadetmə və ya təsdiqetmə icazəsi verilərkən uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən baş verə biləcək qəza və onun mümkün nəticələri təhlil edilir.
11.9. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 2 (iki) iş günündən gec olmayaraq məlumat verilir, həmin çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra sənədlərə 2 (iki) iş günü müddətində yenidən baxılır.
11.10. Hava yolu ilə təhlükəli yüklərin daşınmasının qəbul edilmiş tələblərə uyğun olması müəyyən edildikdən sonra Agentlik müraciətə uyğun olaraq azadetmə və ya təsdiqetmə icazəsini verir.
11.11. Azadetmə və ya təsdiqetmə icazələri Agentliyin rəsmi məktubu ilə 2 (iki) iş günü müddətində müraciət etmiş şəxsə göndərilir.
11.12. İstismarçı yalnız Agentlikdən müvafiq icazəni aldıqdan sonra icazə verilmiş əməliyyatı həyata keçirir.
11.13. Azadetmə və ya təsdiqetmə icazəsinin müddətinin uzadılması bu Qaydalara uyğun olaraq icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.
11.14. Bu Qaydaların 11.5-ci bəndi ilə müəyyən edilmiş müddəti bitmiş icazə etibarsız hesab edilir.
11.15. Azadetmə və ya təsdiqetmə icazəsi üçün müraciətdə aşağıdakı məlumatlar olmalıdır:
11.15.1. təhlükəli yükləri göndərən və alan şəxsin adı və rekvizitləri;
11.15.2. təhlükəli yüklərin siyahısı və onların xarakteri;
11.15.3. təhlükəli yüklərin təhlükəlilik xüsusiyyətləri və BMT nömrəsi;
11.15.4. BMT nömrəsi üzrə qablaşdırmaların sayı və növü;
11.15.5. daşınmanın nəzərdə tutulmuş marşrutu üzrə göndərmə hava limanı, təyinat hava limanı, aralıq hava limanı;
11.15.6. daşınmanı həyata keçirən mülki hava gəmisinin istismarçısı barədə məlumat;
11.15.7. daşınmanın nəzərdə tutulmuş müddəti və marşrutu;
11.15.8. Azərbaycan Respublikasına və ya Azərbaycan Respublikasından təhlükəli yüklərin daşınmasını həyata keçirildikdə təhlükəli yüklərin qəbul edilməsi, saxlanılması və mülki hava gəmisinə yüklənməsinə icazəsi olan yerüstü xidmət təminatçılarının adları və ünvanları;
11.15.9. hər bir konkret daşınmaya aid tələbləri özündə ehtiva edən və daşınma şərtlərinə, yükləmənin xüsusiyyətlərinə, yüklərin bərkidilməsinə, mülki hava gəmisində və ya yüklərin yüklənib-boşaldılması aparıldığı hava limanında baş verə biləcək hər hansı aviasiya hadisəsi və ya insidentinin qarşısının alınması üçün əlavə avadanlıq və qəza prosedurlarına dair sənədlərin olması şərtləri barədə qeydlərin edildiyi kitabça.
11.16. Azadetmə və ya təsdiqetmə icazəsi bu Qaydaların və Konvensiyaya 18 nömrəli Əlavənin tələblərinə uyğun olaraq, bu Qaydaların 1 və 2 nömrəli əlavələri ilə təsdiq olunmuş formalarda verilir və istismarçı tərəfindən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması zamanı yük qaiməsinə əlavə edilir.
11.17. İstismarçı tərəfindən hava yolu ilə təhlükəli yüklərin daşınmasının qəbul edilmiş tələblərə uyğun olmaması müəyyən edildikdə, istismarçıya təhlükəli yüklərin daşınması məhdudiyyətindən azadetmə və ya təsdiqetmə icazəsi verilmir.
11.18. Müraciət edən istismarçıya azadetmə və ya təsdiqetmə icazəsinin verilməsindən imtina edildikdə, bu barədə onlara imtinanın səbəbləri qeyd edilməklə 2 (iki) iş günü müddətində yazılı məlumat verilir.
11.19. Agentlik aşağıdakı hallarda azadetmə və ya təsdiqetmə icazəsinin dayandırılması haqqında qərar qəbul edir:
11.19.1. icazə sahibi tərəfindən ərizə təqdim edildikdə;
11.19.2. uçuşların təhlükəsizliyi və (və ya) aviasiya təhlükəsizliyi ilə bağlı aşkar edilmiş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;
11.19.3. dövlətin və uçuşların təhlükəsizliyinə dair riskin səviyyəsi məqbul hesab edilmədikdə, o cümlədən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hallarda.
11.20. Agentlik tərəfindən dayandırılma barədə qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində icazənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
11.21. İcazənin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda, istismarçının ərizəsinə əsasən icazə Agentlik tərəfindən bərpa edilir.
11.22. Agentlik aşağıdakı hallarda icazənin ləğv edilməsi haqqında qərar qəbul edir:
11.22.1. icazənin sahibi tərəfindən ərizə təqdim edildikdə;
11.22.2. icazənin sahibi olan şəxsin fəaliyyəti ləğv edildikdə;
11.22.3. icazənin verilməsi üçün təqdim edilən sənədlərdə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;
11.22.4. uçuşların təhlükəsizliyi və (və ya) aviasiya təhlükəsizliyi ilə bağlı aşkar edilmiş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;
11.22.5. icazənin müddəti bitdikdə.
11.23. Agentliyin icazənin ləğvi haqqında qərarı qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində icazənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
11.24. Təqdim olunmuş sənədlərin və həmin sənədlərdə qeyd edilən məlumatların düzgünlüyünün, ərizəçinin mövcudluğunun, icazənin şərtlərinə riayət edilməsinin və uçuşların təyinatı üzrə həyata keçirilməsinin yoxlanılması məqsədilə Agentlik icazənin verilməsindən sonra yoxlamaların aparılması hüququna malikdir.
11.25. Konvensiyaya 18 nömrəli Əlavə ilə müəyyən edilmiş normal hallarda daşınması qadağan olunmuş təhlükəli yüklərin və xəstəliyə yoluxmuş heyvanların azadetmə və ya təsdiqetmə icazəsi olmadan mülki hava gəmiləri ilə daşınması qadağandır.
11.26. Ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
12.1. Mülki hava gəmisinin bortunda olması zəruri olan təhlükəli yüklər hava gəmisinin uçuşa yararlılığı üzrə tələblər, istismar qaydaları və ya texniki təlimatlarda göstərilən digər məqsədlər üçün hava gəmisində olmalıdır və onlara dair tələblər bu Qaydalarla tənzimlənmir.
12.2. Təhlükəli yük kimi təsnif edilən, dəyişdirilmək məqsədilə hava gəmisindən götürülən və ya hava gəmisinin uçuş yararlılığının bərpası məqsədilə onun maddə və əşyaların əvəz edilməsi üçün nəzərdə tutulan maddə və əşyalar mülki hava gəmisi ilə bu Qaydalara uyğun olaraq daşınır.
12.3. Təhlükəli yük kimi təsnif olunan əşya və maddələr sərnişinlər və ya hava gəmisinin heyət üzvləri tərəfindən Konvensiyaya 18 nömrəli Əlavənin tələblərinə və Texniki Təlimatların tələblərinə uyğun olaraq daşınır.
12.4. Mülki hava gəmisində sərnişinlərə təqdim olunan sərinləşdirici içkilərin və qida məhsullarının soyuq saxlanılması üçün nəzərdə tutulan quru buz Doc 9284 sənədi ilə müəyyən edilmiş qaydada daşınır.
12.5. Uçuş zamanı xəstə sərnişinə xidmət göstərilməsi üçün istifadə oluna biləcək təhlükəli yüklər mülki hava gəmisində Doc 9284 ilə müəyyən edilən hallarda müvafiq tələblərə uyğun olaraq daşınır.
12.6. İstismarçı tərəfindən mülki hava gəmisində istifadə və ya satış üçün nəzərdə tutulmuş aerozollar, spirtli içkilər, ətir məhsulları, litium metal və ya litium ion batareyaları olan portativ elektron cihazlar Konvensiyaya 18 nömrəli Əlavənin tələblərinə uyğun daşınır.
12.7. Ehtiyat litium batareyaları istifadə edilmədikdə qısa qapanmaların qarşısını alacaq şəkildə ayrı saxlanılmaqla qorunur.
12.8. İstismarçılar mülki hava gəmisinin bortunda uçuş zamanı istifadə edilən elektron cihazların və onların ehtiyat litium batareyalarının daşınması və istifadəsi üzrə prosedur qaydalar işləyib hazırlayırlar.
Mülki hava gəmilərində təhlükəli yüklərin poçt vasitəsilə daşınması Konvensiyaya 18 nömrəli Əlavənin və Doc 9284-ün tələbləri nəzərə alınmaqla, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa və beynəlxalq standartlar və tövsiyə olunan təcrübəyə uyğun olaraq həyata keçirilir.
14.1. Konvensiyaya 18 nömrəli Əlavəyə və Doc 9284-ə uyğun olaraq, yükgöndərən təhlükəli yükü mülki hava gəmisi ilə daşınmaya təqdim etməzdən əvvəl, yükün daşınmasının qadağan edilmədiyinə, həmçinin təsnifləşdirilməsinə, sənədləşdirilməsinə, sertifikatlaşdırılmasına, qablaşdırılmasına, markalanma nişanının olmasına, işarələnməsinə və təhlükəli yüklərin daşınmasına dair hazırlanmış sənədlərlə, o cümlədən təhlükəsizlik məlumat vərəqəsi ilə təmin olmasına əmin olur.
14.2. Doc 9284-də başqa hal nəzərdə tutulmamışdırsa, təhlükəli yükü mülki hava gəmisi ilə daşınmaya təqdim edən şəxs təhlükəli yüklərə aid tələb olunan məlumatları əks etdirən sənədi doldurmalı, imzalamalı və istismarçıya təqdim etməlidir. Qeyd edilən məlumatların yanlış və (və ya) qeyri-dəqiq olması nəticəsində təhlükəli yüklərin daşınmasını həyata keçirən şəxsə dəymiş ziyanı yükgöndərən ödəyir.
14.3. Yük qaiməsində yükgöndərənin təhlükəli yükə dair bəyannaməsi haqqında məlumat olmalıdır. Həmin məlumatda hava gəmisi vasitəsilə daşınma üçün təqdim edilən təhlükəli yükün uyğun göndərmə adlarına uyğun şəkildə tam və dəqiq müəyyən edildiyi, qablaşdırıldığı, təsnif edildiyi, markalandığı, ona təhlükəlilik nişanlarının vurulduğu və bu Qaydaların tələblərinə əməl edilməklə hava gəmiləri ilə daşınmaya hazır vəziyyətdə olduğu göstərilir.
14.4. Yükgöndərənin təhlükəli yükə dair bəyannaməsi beynəlxalq hava daşımaları zamanı ingilis dilində, daxili hava daşımaları zamanı Azərbaycan və ingilis dillərində hazırlanır və yükgöndərən tərəfindən imzalanır.
14.5. Yükgöndərən “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq texniki təhlükəsizlik bəyannaməsini təqdim etməlidir.
14.6. Təhlükəli yüklərin qablaşdırılması, saxlanılması, yüklənib-boşaldılması və daşınması üzrə məsul şəxslərin vəzifələri aşağıdakılardır:
14.6.1. təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə həmin obyektlərdə hadisə baş verdiyi zaman fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmək;
14.6.2. təhlükəli yüklər üzrə vəzifə öhdəliklərinə uyğun olaraq ilkin və təkrar hazırlıq kurslarını bitirmək;
14.6.3. ildə bir dəfədən az olmamaq şərtilə tibbi müayinədən keçmək;
14.6.4. hər hansı hadisə zamanı işi dayandırmaq, hadisə barədə dərhal aidiyyəti üzrə məlumat vermək;
14.6.5. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müvafiq standartda, texniki reqlament və digər normativ hüquqi akt ilə müəyyən olunmuş tələblərə uyğunluq baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılmış, habelə istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilmiş texniki qurğulardan və avadanlıqlardan istifadə etmək;
14.6.6. təhlükə potensiallı obyekt olan təhlükəli yüklərin qəbulu, saxlanılması, yüklənməsi və boşaldılması obyektlərində işləyən personalın ildə bir dəfədən az olmamaq şərtilə attestasiyadan keçirilməsini təmin etmək;
14.6.7. təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə hazırlığı təmin etmək.
14.7. Təhlükəli yüklərin yerüstü daşınması ilə məşğul olan şəxslər obyektlərdə baş verə biləcək hadisələrin qarşısını almaq və baş vermiş hadisələrin nəticələrini aradan qaldırmaq məqsədilə:
14.7.1. sistemli tədbirlər planı hazırlayır və həyata keçirir;
14.7.2. baş verə biləcək hadisələrin əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına xidmət edən sistemli profilaktik nəzarət təşkil edir;
14.7.3. təhlükəli yüklərlə əlaqədar hadisə və ya təhlükəli yüklərlə əlaqədar insident baş verdikdə işləri dərhal dayandırır;
14.7.4. bu Qaydalardan, habelə təhlükəli yüklərlə əlaqədar hadisə və ya təhlükəli yüklərlə əlaqədar insident şəraitlərində fəaliyyət qaydalarını müəyyənləşdirən normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.
15.1. Hava gəmisinin istismarçısı təhlükəli yüklərin qəbuluna, saxlanılmasına, hava gəmisinə yüklənməsinə, bərkidilməsinə və hava gəmisində daşınmasına, bəyan olunmamış və ya düzgün bəyan edilməmiş təhlükəli yüklərin (istismarçının təhlükəli yüklər kimi təsnifatlaşdırılan materialları daxil olmaqla) aşkar olunmasına və daşınmaya buraxılmamasına, həmçinin bu barədə məlumatı aidiyyəti üzrə Agentliyə və bu kimi hallar baş verdiyi dövlətin səlahiyyətli dövlət orqanına məlumatların çatdırılmasına, həmçinin təhlükəli yüklərin daşınması zamanı baş vermiş hadisə və ya insident barədə məlumatların ötürülməsinə dair prosedurları hazırlayaraq təsdiq olunması üçün Agentliyə təqdim edir.
15.2. Aşağıdakı hallarda istismarçı təhlükəli yükü mülki hava gəmisi ilə daşınma üçün qəbul etmir:
15.2.1. Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduğu hallar istisna olmaqla, daşınmaya təqdim olunmuş təhlükəli yükə aid sənədlər elektron və ya kağız daşıyıcıda təqdim olunmadıqda (Konvensiyaya 18 nömrəli Əlavədə belə bir sənədin tələb olunmadığının qeyd edildiyi hallar istisna edilməklə);
15.2.2. qablaşdırma, paketləşdirmə və ya yükün paketləşdirilmə vasitəsi Konvensiyaya 18 nömrəli Əlavə və Doc 9284 ilə müəyyən edilmiş təhlükəli yüklərin qəbul edilməsi qaydalarına uyğun olmadıqda.
15.3. İstismarçı və ya onun adından təhlükəli yüklərin qəbulunu həyata keçirən yerüstü xidmət təminatçısı təhlükəli yüklərin Doc 9284-ə uyğun olaraq qəbulunun rəsmiləşdirilməsi üçün qəbul-nəzarət kartından (vərəqəsindən) istifadə edir.
15.4. İstismarçı və ya yerüstü xidmət təminatçısı tərəfindən istifadə olunan yük terminallarında təhlükəli yüklərin qəbulu, saxlanılması, hava gəmisinə yüklənməsi və boşaldılması zamanı Konvensiyaya 18 nömrəli Əlavə, Doc 9284 və bu Qaydalarla müəyyən olunan təhlükəsizlik tələbləri təmin edilməlidir.
15.5. İçərisində təhlükəli yük olan qab və ya paketlərin, həmçinin yükün paketləşdirilmə vasitəsinin hava gəmisinə yüklənməsi və yerləşdirilməsi Konvensiyaya 18 nömrəli Əlavəyə, Doc 9284-ə və bu Qaydalara uyğun həyata keçirilməlidir.
15.6. Qablaşdırma, paketləmə, həmçinin yükün paketləşdirilmə vasitəsi hava gəmisinə yüklənməzdən əvvəl sızma və ya zədələnmə əlamətlərinin olub-olmaması üçün yoxlanılır. Sızıntı baş vermiş və ya zədələnmiş qablaşdırma, paketləşdirmə və ya yükün paketləşdirilmə vasitəsi hava gəmisinə yüklənilməsinə yol verilmir. Hava gəmisində aşkar olunmuş təhlükəli yük sızması olan qablaşdırma dərhal hava gəmisindən çıxarılmalıdır.
15.7. Təhlükəli yüklərin qablarının və ya paketlərin hər hansı bir sızma və ya zədələnmənin olub-olmadığını müəyyən edən yoxlama aparılmadan hava gəmisinə yüklənməsinə yol verilmir.
15.8. Təhlükəli yükün olduğu qablaşdırma və ya paketləmə hava gəmisinə yükləndikdən sonra onun zədələndiyi və ya sızmanın baş verdiyi aşkarlanarsa, istismarçı qablaşdırma və ya paketləməni özü, habelə hava limanının müvafiq xidmətlərini və həmin xidmətlər zəruri hallarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini (ölkə ərazisində baş vermiş hadisə və ya insidentə münasibətdə) cəlb edərək hava gəmisindən xaric edilməsi üçün bütün tədbirləri görür və yükün qalan hissəsinin lazımi vəziyyətdə olmasını və çirklənmədən qorunmasını təmin edir.
15.9. Təhlükəli yüklərin olduğu qablaşdırma hava gəmisindən və ya təhlükəli yüklərin paketləşdirilmə vasitələrindən boşaldıldıqdan sonra da onlarda zədələnmə və ya sızma əlamətlərinin olub-olmadığı yoxlanılır. Zədələnmə və ya sızma əlamətləri aşkarlandığı təqdirdə zədələnmə və ya çirklənməni müəyyən etmək məqsədilə təhlükəli yüklərin olduğu qablaşdırmaların və yükün paketləşdirilmə vasitələrinin hava gəmisində yerləşdiyi zonada yoxlama həyata keçirilir.
15.10. Təhlükəli yüklərin sızması və ya zədələnməsi nəticəsində hava gəmisində baş vermiş təhlükəli çirklənmə dərhal aradan qaldırılır.
15.11. Radioaktiv maddələrlə çirklənmiş hava gəmisi istismardan dərhal çıxarılır və istənilən radiasiya səviyyəsi və ya təsbit edilməmiş çirklənmə səviyyəsi Doc 9284 sənədindəki göstəricilərdən aşağı olmayana qədər təkrar istismara buraxılmır.
15.12. Təhlükəli yüklər hava gəmisinə tələblərə uyğun şəkildə yükləndiyi təqdirdə istismarçı həmin yüklərin zədələnmədən qorunmasını təmin etməlidir. İstismarçı təhlükəli yükləri hava gəmisinin bortunda elə bərkidir ki, uçuş zamanı təhlükəli yüklər öz yerlərini dəyişməsin.
15.13. Uçuş heyəti tərəfindən təhlükəli yüklərin daşınması zamanı vəzifələrinin dəqiq icra olunmasını təmin etmək məqsədilə istismarçı hava gəmisinin bortunda təhlükəli yüklərlə əlaqədar hadisə və ya insidentin heyət üzvlərinin hərəkət ardıcıllığını müəyyən edən təlimatın olmasını təmin etməlidir.
15.14. İstismarçıların adından təhlükəli yüklərin qəbulu, saxlanılması, hava gəmisinə yüklənməsi və boşaldılmasını həyata keçirən yerüstü xidmət təminatçısı, yükgöndərənlər və mülki hava gəmiləri ilə təhlükəli yüklərin daşınmasında iştirak edən digər subyektlər təhlükəli yüklərin daşınması ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi üzrə daxili təlimatlar hazırlamalıdırlar.
15.15. İstismarçı və ya onun adından yükləri qəbul edən xidmət təminatçısı yüklərin qəbulu məntəqələrində təhlükəli yüklər barədə məlumatları əks etdirən kifayət sayda bildiriş lövhələrinin görünən yerlərdə quraşdırıldığına əmin olmalıdır. Bu bildiriş lövhələrində litium batareyalar daxil olmaqla təhlükəli yüklərin vizual nümunələri də göstərilməlidir.
15.16. Daşınma yerinə yetirildikdən sonra istismarçı təhlükəli yüklərin daşınma sənədlərini ən azı 3 (üç) ay müddətində, həmçinin Doc 9284 sənədində qeyd olunan digər hallarda saxlanılmasını təmin etməlidir. Bunlara təhlükəli yüklərin qəbul-nəzarət vərəqələri (istifadəsi tələb olunduğu halda), NOTOC (“Notification To Captain”), təhlükəli yüklərin qaiməsi, təhlükəli yük bəyannaməsi daxildir. Qeyd olunan sənədlər təhlükəli yüklər üzrə müfəttişin tələbi zamanı təqdim olunmalıdır.
16.1. İstismarçı təhlükəli yüklərin daşındığı hava gəmisi hərəkətə başlamazdan əvvəl hava gəmisinin kapitanına (komanda verən pilotuna) və uçuş heyətinə təhlükəli yüklər barədə məlumatları Konvensiyaya 18 nömrəli Əlavəyə və Doc 9284-ə uyğun olaraq təqdim edir.
16.2. İstismarçı Doc 9284-ün müddəalarına uyğun olaraq hava gəmisinin bortunda sərnişinlər tərəfindən daşınması qadağan olunmuş təhlükəli yüklər barədə məlumatları sərnişinlərin nəzərinə çatdırır.
16.3. Təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən istismarçılar, yükgöndərənlər və ya digər subyektlər işçilərinə təhlükəli yüklərin daşınması ilə bağlı öz vəzifələrini yerinə yetirmək imkanı verəcək məlumatları təqdim etməli və görüləcək tədbirlərə dair göstərişlər verməlidirlər.
17.1. Təhlükəli yüklərlə əlaqədar hadisə və ya insident baş verdikdə hava gəmisinin kapitanı (komanda verən pilotu) hava gəmisinin enməli olduğu hava limanının rəhbərliyinə ötürülməsi məqsədilə hava hərəkətinin idarə edilməsi orqanına hava gəmisinin bortunda olan bütün təhlükəli yüklər barədə məlumat verməlidir. Mümkün olduqda, bu məlumatda göndərici adı və (və ya) BMT siyahısı üzrə nömrə, sinif/yarımsinif, 1-ci sinif üçün uyğunluq qrupları, hər hansı müəyyən edilmiş yan təhlükə, miqdarı və hava gəmisində yeri və ya hava gəmisinin kapitanına (komanda verən pilotuna) verilmiş məlumatın nüsxəsinin əldə edilməsi üçün telefon nömrəsi qeyd olunmalıdır. Bu mümkün olmadıqda, hava gəmisinin kapitanı həmin məlumatları ötürə biləcək şəxsin əlaqə nömrəsini enməli olduğu hava limanının hava hərəkətinin idarə edilməsini həyata keçirən səlahiyyətli qurumuna ötürür.
17.2. Hava gəmisinin kapitanı (komanda verən pilot) hadisə və ya insident baş verdikdən sonra 72 (yetmiş iki) saat ərzində rəsmi və ya elektron qaydada məlumatları Agentliyə təqdim edir.
17.3. Azərbaycan Respublikasının ərazisində təhlükəli yüklərlə əlaqədar hadisə və ya təhlükəli yüklərlə əlaqədar insident baş verdikdə, hava gəmisinin istismarçısı və yerüstü xidmət təminatçısı tərəfindən yaranmış vəziyyətin idarə olunması və əks tədbirlərin görülməsi məqsədilə Agentliyə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilir.
17.4. İstismarçı və yerüstü xidmət təminatçısı bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş təhlükəli yüklərin hava gəmisi ilə daşınması hallarının araşdırılması məqsədilə Agentliyə yazılı məlumat verirlər. İstismarçı yük və ya poçtda bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş təhlükəli yüklərin aşkarlanması barədə məlumatı Agentliyə və hadisənin baş verdiyi dövlətin müvafiq orqanlarına məlumat verir. Bu Qaydaya 3 nömrəli əlavənin 1-ci bəndinə uyğun olaraq daşınmasına icazə verilməyən təhlükəli yüklərin sərnişinlərin və ya hava gəmisinin heyət üzvlərinin qeydiyyatdan keçmiş baqajlarında və ya üzərlərində aşkar edildikdə hadisənin baş verdiyi dövlətin müvafiq orqanlarına məlumat ötürür.
17.5. İstismarçı aşağıdakı hadisələr barədə Agentliyə məlumat ötürür:
17.5.1. təhlükəli yüklər Doc 9284-ə uyğun olaraq yüklənmədikdə, ayrılmadıqda və ya bağlanmadıqda;
17.5.2. Doc 9284-ə uyğun olaraq hava gəmisinin kapitanına (komanda verən pilotuna) məlumat verilmədən təhlükəli yüklərin daşınması aşkar edildikdə.
17.6. Təhlükəli yüklərin yük kimi daşındığı vəziyyətlərin daxil olduğu aviasiya qəza hadisəsi və ya ciddi insident baş verdikdə istismarçı hava gəmisində olan təhlükəli yüklər barədə məlumatın (hava gəmisinin kapitanına (komanda verən pilotuna) verilən məlumatlarda olduğu kimi) aviasiya qəza hadisəsi və ya ciddi insident üzrə tədbir görən fövqəladə hallar üzrə xidmətlərə, eyni zamanda Agentliyə və aviasiya qəza hadisəsinin və ya ciddi insidentin baş verdiyi dövlətin müvafiq orqanlarına dərhal ötürülməsini təmin etməlidir.
17.7. Təhlükəli yüklərin daşınması zamanı baş vermiş aviasiya hadisələri və insidentləri barədə məlumatların Agentlik tərəfindən təhlil olunması üçün qeydiyyatı aparılır.
18.1. Təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən personalın Konvensiyaya 18 nömrəli Əlavəyə və Doc 9284-ə uyğun olaraq təhlükəli yüklər üzrə hazırlıq keçməsi işəgötürən tərəfindən təmin edilməlidir.
18.2. Agentlik mülki hava gəmisinin istismarçısının təhlükəli yüklərin daşınması ilə məşğul olan uçuş heyəti üzvlərinin müvafiq ixtisas və hazırlığını yoxlayır.
18.3. Təhlükəli yüklər üzrə ilkin və təkrar hazırlıq kurslarını müvəffəqiyyətlə bitirmiş şəxslər təhlükəli yüklərin qablaşdırılması, saxlanılması, yüklənib-boşaldılması və daşınması sahəsində vəzifələrin icrasına cəlb edilə bilərlər.
18.4. Təyin olunmuş poçt operatorlarının təhlükəli yüklər üzrə təlim proqramları Agentlik tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla 30 (otuz) gün müddətində təsdiq edilir.
18.5. İstismarçıların təhlükəli yüklər üzrə təlim proqramları Agentlik tərəfindən təsdiq edilir.
18.6. İstismarçılar və təyin edilmiş poçt operatorları istisna olmaqla, digər subyektlərin personalı üçün tələb olunan təhlükəli yüklər üzrə təlim proqramları Agentlik tərəfindən müəyyən edilən qaydada beynəlxalq standartlar və tövsiyə olunan təcrübəyə, həmçinin milli qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanır və təsdiq edilir.
19.1. Bu Qaydaların 18-ci hissəsində qeyd olunan şəxslər təhlükəli yüklərlə əlaqədar aşağıdakı təlimləri keçməlidirlər:
19.1.1. ümumi məlumat/tanışlıq təlimi - təhlükəli yüklərə dair ümumi müddəalarla tanış olmaq;
19.1.2. ixtisaslaşdırma təlimi - təhlükəli yüklərin daşınmasına dair xüsusi tələblərlə hərtərəfli tanış olmaq;
19.1.3. təhlükəsizlik təlimi - təhlükəli yüklərin yaratdığı təhlükələri tanımaq, təhlükəli yüklərlə təhlükəsiz işləmək və fövqəladə hallara cavab prosedurları haqqında təlimlərdən keçmək.
19.2. Təhlükəli yüklər üzrə təlim keçmiş personal 24 (iyirmi dörd) aydan gec olmayaraq təkrar təlim keçir. Təkrar təlim əvvəlki təlimin qüvvədə olduğu son 3 (üç) ay ərzində tamamlanarsa, təkrar təlimin etibarlılıq müddəti başa çatdığı aydan 24 (iyirmi dörd) ay təşkil edir.
19.3. Təlimdən sonra yoxlama məqsədilə qiymətləndirmə həyata keçirilməlidir. Qiymətləndirmənin tələbləri aidiyyəti təlim mərkəzi və ya iş yeri tərəfindən müəyyən edilir.
19.4. Təlimin keçməsinə dair təsdiqedici sənədlər təlim bitdikdən sonra 36 (otuz altı) ay müddətində saxlanılır, müvafiq işçiyə və orqana sorğu əsasında təqdim edilir.
19.5. Təlim keçmiş hər bir şəxs barəsində saxlanılan təsdiqedici sənədlərdə aşağıdakı məlumatlar olmalıdır:
19.5.1. adı, soyadı və atasının adı;
19.5.2. ən son təlimin başa çatdığı tarix;
19.5.3 təlim materialları barədə məlumat (kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq materialları və ya istinadlar);
19.5.4. təlimi həyata keçirən qurumun adı və ünvanı;
19.5.5. qiymətləndirmənin həyata keçirildiyini sübut edən sənədlər.
19.6. Mülki hava gəmilərində təhlükəli yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasında qeydiyyatda olan istismarçıların təlim proqramları təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair Konvensiyaya 18 nömrəli Əlavəyə və Doc 9284 -ə uyğun olaraq Agentlik tərəfindən təsdiq edilir.
19.7. Təhlükəli yüklər üzrə təlimlər Agentliklə razılaşdırıldıqdan sonra kompüter xüsusi proqram təminatı (“Computer Based Training - CBT”) vasitəsilə keçirilə bilər.
19.8. Mülki hava gəmilərində təhlükəli yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasında qeydiyyatda olan istismarçı və təyin olunmuş poçt operatoru istisna olmaqla, digər subyektlərin personalı üçün təlim proqramları Konvensiyaya 18 nömrəli Əlavəyə və Doc 9284-ə uyğun olaraq fəaliyyəti həyata keçirən subyektin rəhbərliyi tərəfindən təsdiq olunur və mütəmadi olaraq yenilənir.
20.1. Mülki hava gəmilərində təhlükəli yüklərin daşınması üçün icazəsi olmayan istismarçılar Konvensiyaya 6 və 18 nömrəli əlavələrə, habelə Doc 9284-ə uyğun olaraq təhlükəli yüklər üzrə təlim proqramlarını hazırlayır və təsdiq üçün Agentliyə təqdim edir.
20.2. İstismarçı aviasiya personalına bəyan edilməmiş təhlükəli yükləri, o cümlədən təhlükəli yüklər kimi təsnif edilən yükləri müəyyən və ya rədd etmək imkanı verir, habelə Konvensiyaya 18 nömrəli Əlavənin tələblərinə, Texniki Təlimatlara və bu Qaydaların tələblərinə cavab vermək üçün onun istismar təlimatında təhlükəli yüklər üzrə siyasət və prosedurları müəyyən edir, bəyan edilməmiş yük və ya poçt göndərişlərində təhlükəli yüklərin aşkar edilməsi halları barədə istismarçı dövlətə və bunun baş verdiyi dövlətin müvafiq orqanlarına məlumat verir.
21.1. Təhlükəli yüklər üzrə ilkin və təkrar hazırlıq kurslarını tədris edən təlimatçılar təlim keçmək bacarıqlarına malik olmalı və təhlükəli yüklərə dair təlim proqramını uğurla başa vurmalıdırlar.
21.2. Təlimatçılar təhlükəli yüklərə dair təkrar təlim proqramlarını ən azı 24 (iyirmi dörd) aydan bir olmaqla keçməlidirlər.
22.1. Mülki hava gəmilərində təhlükəli yüklərin saxlanmasına, emalına və daşınmasına dair Konvensiyaya 18 nömrəli Əlavənin tələblərinə riayət olunması sahəsində müfəttiş yoxlamaları Agentlik tərəfindən aşağıdakı istiqamətlər üzrə keçirilir:
22.1.1. Azərbaycan Respublikasında qeydiyyatda olan istismarçı tərəfindən təhlükəli yüklərin hava yolu ilə təhlükəsiz daşınması sahəsində dövlət, beynəlxalq və dövlətlərarası standartlara riayət edilməsi;
22.1.2. Azərbaycan Respublikasına uçuşlar yerinə yetirən xarici dövlətin istismarçısı tərəfindən mülki hava gəmiləri ilə təhlükəli yüklərin daşınması sahəsində dövlət, beynəlxalq və dövlətlərarası standartlara riayət edilməsi;
22.1.3. təhlükəli yüklərin göndərilməsi, hava limanlarında emalı (qəbulu, saxlanılması, hava gəmisinə çatdırılması, boşaldılması və hava gəmisinə yüklənməsi) və mülki hava gəmilərində daşınması fəaliyyəti ilə bağlı müvafiq sahədə beynəlxalq standartlara və Azərbaycan Respublikasının bu sahədə qanunvericiliyinə əməl olunması;
22.1.4. təyin olunmuş poçt operatorları tərəfindən təhlükəli yüklərin poçt göndərişlərində göndərilməsi zamanı bu Qaydaların və Konvensiyaya 18 nömrəli Əlavənin tələblərinə riayət edilməsi;
22.1.5. təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına cəlb edilmiş subyektlərin personalının müvafiq sahə üzrə hazırlığının təmin edilməsi, nəzəri və təcrübi bilik səviyyəsinin yoxlanılması;
22.1.6. bu Qaydalarda nəzərdə tutulmuş xüsusi hallarda təhlükəli yüklərin hava gəmiləri ilə təhlükəsiz daşınması üçün verilmiş azadetmə və ya təsdiqetmə icazəsinin tələblərinə riayət edilməsi;
22.1.7. hava nəqliyyatında təhlükəli yüklərin saxlanmasına, emalına və daşınmasına dair Konvensiyaya 18 nömrəli Əlavə, Doc 9284 və bu Qaydalarla müəyyən edilmiş tələblərə mülki aviasiya subyektləri tərəfindən əməl edilməsi.
22.2. Müfəttiş yoxlamaları plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) aparılır.
22.3. Plan üzrə (növbəti) yoxlama istismarçıların sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış istismarçıya münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir.
22.4. Plandankənar müfəttiş yoxlaması aşağıdakı hallarda həyata keçirilir:
22.4.1. sonuncu müfəttiş yoxlaması nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında istismarçı tərəfindən Agentliyə məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;
22.4.2. istismarçının fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;
22.4.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya uçuşların təhlükəsizliyinə təhdid yarada biləcək halların olması barədə fiziki və hüquqi şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından konkret hallara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;
22.4.4. istismarçı plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə müraciət etdikdə.
22.5. Müfəttiş yoxlamalarının nəticələrinə dair yoxlama aktı rəsmiləşdirilir.
23.1. Bu Qaydalardan irəli gələn tələblərin pozulması halı aşkar edildikdə Agentlik tərəfindən verilmiş icazənin qüvvəsi dayandırıla və ya ləğv edilə bilər.
23.2. Bu Qaydalarda nəzərdə tutulan bütün tələblərin yerinə yetirilməsinə nəzarət Agentlik tərəfindən həyata keçirilir.
Uçuş hava limanı _________________________________________________________________________
Təyinat hava limanı _________________________________________________________________________
Azərbaycan Respublikasında texniki enmə Bəli ☐ Xeyr ☐
Azərbaycan Respublikasının üzərindən uçuş ☐
“Təmir müddəti uzadılmış nasazlıqları” olan hava gəmilərində təhlükəli yüklərin daşınması qadağandır.
“YALNIZ YÜK HAVA GƏMİSİ İLƏ” qrifi olduqda – sərnişinlərin daşınmasına yol verilmir (zərurət olduqda istisna hal kimi, müvafiq təhlükəli yükü müşayiət edən şəxslər daşına bilər).
Daşınması qadağan olunmuş təhlükəli yüklərlə bağlı yükləmə/boşaldılma, saxlanması və nəqli zamanı hava limanlarında təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.
Uçuş heyətindən başqa yüklənib-boşaldılma prosesinə bir və ya bir neçə müvafiq ixtisaslı mütəxəssis tərəfindən nəzarət edilməlidir.
Hava gəmisinin növündən asılı olmayaraq yüksək yanğından mühafizə dərəcəsi təmin olunmalıdır.
Əlavə tələblər__________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində
Dövlət Mülki Aviasiya Agentliyinin məsul şəxsi ______________________________________________________________________________
__________________ ____________________
_____________________
_____________________
Hava gəmisi ilə daşınmanın səbəbi_____________________________________
_____________________________________________________________________
_____________________________________________________________________
Uçuşların və aviasiya təhlükəsizliyinin təmin olunması üçün görüləcək əlavə tədbirlər
1._____________________________________________________________________
2._____________________________________________________________________
3._____________________________________________________________________
4._____________________________________________________________________
5._____________________________________________________________________
Təhlükəli yükün BMT-nin siyahısı üzrə adı
1.__________________________________
2.__________________________________
3.__________________________________
4.__________________________________
5.__________________________________
6.__________________________________
7.__________________________________
Təhlükəli yükün göndərilmə adı
1._________________________________
2._________________________________
3._________________________________
4._________________________________
5._________________________________
6._________________________________
7._________________________________
Qablaşdırmaları sınaqdan keçirən müəssisə
Qablaşdırmanın icazə nömrəsi
Təqdim olunan məlumatların dürüstlüyünə təminat verirəm və lazımi sənədlər təqdim olunur
_________________________________________
(soyadı, adı, vəzifəsi)
_________________________________________
_________________________________________
Azərbaycan Respublikasında yerüstü xidmət göstərəcək təminatçının adı
(soyadı, adı, vəzifəsi)
2, 3, 4, 6-10-cu bölmələr yükgöndərən, 1, 5, 11 və 12-ci bəndlər istismarçı tərəfindən doldurulur və dgr@caa.gov.az elektron poçtuna göndərilir.
1. Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması zamanı Agentlik tərəfindən verilmiş azadetmə icazəsi yük qaiməsinə əlavə edilməlidir.
2. Agentlik tərəfindən verilmiş azadetmə icazəsi digər icazələrin (məsələn, hava gəmisinə xidmətin göstərilməsi, dayanacaqda yerləşdirilməsi, ölkənin hava məkanı üzərindən uçuş, gömrük nəzarəti, təhlükəsizlik tədbirlərinin görülməsi, silahların və ya hərbi geyimlərin idxal/ixracı və hərəkət hüququ) alınmasından azad etmir.
Uçuş hava limanı _____________________________________________________________________
______________________________________________________________________
Azərbaycan Respublikasında texniki enmə Bəli ☐ Xeyr ☐
Azərbaycan Respublikasının üzərindən uçuş☐
“Təmir müddəti uzadılmış nasazlıqları” olan hava gəmilərində təhlükəli yüklərin daşınması qadağandır.
“YALNIZ YÜK HAVA GƏMİSİ İLƏ” qrifi olduqda – sərnişinlərin daşınmasına yol verilmir, (zərurət olduqda istisna hal kimi, müvafiq təhlükəli yükü müşayiət edən şəxslər daşına bilər).
Daşınması qadağan olunmuş təhlükəli yüklərlə bağlı yükləmə/boşaldılma, saxlanması və nəqli zamanı hava limanlarında təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.
Uçuş heyətindən başqa, yüklənib boşaldılma prosesinə bir və ya bir neçə müvafiq ixtisaslı mütəxəssis tərəfindən nəzarət edilməlidir.
Hava gəmisinin növündən asılı olmayaraq yüksək yanğından mühafizə dərəcəsi təmin olunmalıdır.
Əlavə tələblər__________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin məsul şəxsi
_______________________________________________________________________
__________________ ____________________
_____________________
______________________
Hava gəmisi ilə daşınmanın səbəbi_______________________________________
_______________________________________________________________________
_______________________________________________________________________
Uçuşların və aviasiya təhlükəsizliyinin təmin olunması üçün görüləcək əlavə tədbirlər
1.____________________________________________________________________
2.____________________________________________________________________
3.____________________________________________________________________
4.____________________________________________________________________
5.____________________________________________________________________
Təhlükəli yükün BMT-nin siyahısı üzrə adı
1.__________________________________
2.__________________________________
3.__________________________________
4.__________________________________
5.__________________________________
6.__________________________________
7.__________________________________
Təhlükəli yükün göndərilmə adı
1.______________________________
2.______________________________
3.______________________________
4.______________________________
5.______________________________
6.______________________________
7.______________________________
Təqdim olunan məlumatların dürüstlüyünə təminat verirəm və lazımi sənədləri təqdim edirəm
_________________________________________
(soyadı, adı, vəzifəsi)
_________________________________________
_________________________________________
Azərbaycan Respublikasında yerüstü xidmət göstərəcək təminatçının adı
_____________________________________________________________
_________________________________________
_____________________
_______________________
2, 3, 4, 6-10-cu bölmələr yükgöndərən, 1, 5, 11 və 12-ci bəndlər istismarçı tərəfindən doldurulur və dgr@caa.gov.az elektron ünvanına göndərilir.
Qeyd. Təhlükəli yüklərin hava yolu ilə daşınması zamanı Agentlik tərəfindən verilmiş təsdiqetmə icazəsi yük qaiməsinə əlavə edilməlidir.
1. Doc 9284-ə uyğun olaraq sərnişin və hava gəmisinin heyəti tərəfindən təhlükəli yüklərin əl baqajında və ya qeydiyyatdan keçmiş baqajda, habelə həmin şəxslərin öz üzərində daşınmasına yol verilir.
2. Həmin təhlükəli yüklərin siyahısına aşağıdakı kateqoriyadan olan Doc 9284 ilə müəyyən edilmiş yüklər aid edilir:
2.1.2. alov və ya yanacaqla bağlı maddələr;
2.1.3. silindr və ya kartriclərdəki qazlar;
2.1.4. civə tərkibli kiçik tibbi termometrlər;
2.1.5. Doc 9284 -ə uyğun olaraq ayrılmayan tərkib hissələri təhlükəli yük hesab edilən cihazlar;
2.1.6. Doc 9284-ə uyğun müəyyən edilmiş digər təhlükəli yüklər.
3. Bu əlavədəki siyahıya uyğun təhlükəli yüklər kateqoriyasının sərnişin və hava gəmisinin heyəti tərəfindən təhlükəli yüklərin əl baqajında və ya qeydiyyatdan keçmiş baqajda, habelə həmin şəxslərin öz üzərində daşınması ilə bağlı müddəalar Doc 9284 ilə müəyyən edilir və istismarçı daxili siyasətinə uyğun olaraq həmin yükləri daşımaya qəbul etməkdən imtina edə bilər (şəxslərin öz üzərində olan bu siyahının 2.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş cihazlar istisna olmaqla).