Qanunvericilik › Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Təhsil sistemində elmi araşdırmalar

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar, laboratoriyalar və s.) aparılır.

25.2. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi xarakter daşıyır.

25.3. Təhsil sistemində elmi araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müxtəlif fondların vəsaitləri, təhsil müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil olan vəsaitlər hesabına həyata keçirilir.

25.4. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver