31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları;
31.0.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
31.0.2-1. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər;
31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr;
31.0.4. təsisçilər, həmçinin təhsili idarəetmə orqanları və bələdiyyələr;
31.0.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.