Qanunvericilik › Təhsil müəssisələrinin bina və qurğularinin istismari zamani yanğin təhlükəsizliyi qaydaları (Daxili İşlər Nazirliyi, 21.12.2004) › Tam mətn

Təhsil müəssisələrinin bina və qurğularinin istismari zamani yanğin təhlükəsizliyi qaydaları (Daxili İşlər Nazirliyi, 21.12.2004)

Təhsil müəssisələrinin bina və qurğularinin istismari zamani yanğin təhlükəsizliyi qaydaları (Daxili İşlər Nazirliyi, 21.12.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrində, o cümlədən ali, internat tipli ümumi təhsil müəssisələri, litsey, kollec, uşaq bağçalarında (sonradan təhsil müəssisələri) yanğın təhlükəsizliyi qaydalarını müəyyən edir.

1.2. Elm və Təhsil nazirliyinə aid obyektlər və təhsil obyektlərinin binalarında yerləşən ictimai-iaşə, məişət xidməti və digər müəssisələr üçün yanğın təhlükəsizliyi tələbləri müvafiq təlimatlarla və qaydalarla müəyyən edilir.

1.3. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq təhsil müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür. Onların borcudur:

1.3.1. Məktəblilər, tələbələr, professor və müəllim heyəti, elmi işçilər (sonradan əməkdaşlar, tələbələr və məktəblilər) tərəfindən bu qaydaların öyrənilməsini və ona riayət edilməsini təşkil etmək;

1.3.2. Könüllü yanğın drujinasını təşkil etmək və onların fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq təmin etmək;

1.3.3. Yanğın-texniki minimum üzrə yanğına qarşı təlimatın və dərslərin keçirilməsini təşkil etmək;

1.3.4. Tədris, istehsalat, laboratoriya, inzibati, anbar, köməkçi və digər otaqlarda siqaret çəkilməsi üçün xüsusi yerlərin ayrılmasına, yanar materialların, yanar mayelərin və turşuların müəyyən edilən miqdarda saxlanılmasına, odlu işlərin aparılması qaydalarını müəyyən etmək, habelə bütün xidməti heyət və tələbələr tərəfindən yanğına qarşı müəyyən edilən rejimə riayət edilməsinə müntəzəm nəzarət etmək;

1.3.5. Yanğın baş verən zamanı insanların binadan köçürülməsi planlarını və otaqlarda yanğın təhlükəsizliyi qaydaları barədə təlimatların (yaddaş kitabçaların) işlənib hazırlanmasını təşkil etmək;

1.3.6. İldə bir dəfədən az olmayaraq bütün xidməti heyətlə, tələbə və məktəblilərlə yanğın zamanı hərəkətlərə və təxliyyə planına dair praktiki məşğələlərinin keçirilməsini təşkil etmək.

1.4. Fakültələrin, kafedraların, elmi tədqiqat müəssisələrin laboratoriyaların, məktəblərin, uşaq bağçalarının, sexlərin, anbarların, istehsalat sahələrinin, elektron-hesablama mərkəzlərin, arxivlərin, kitabxanaların, və digər struktur bölmələrin yanğın təhlükəsizliyinə cavabdehliyi onların rəhbərləri daşıyırlar. Onların borcudur:

1.4.1. Müəyyən edilmiş yanğına qarşı rejimə riayət edilməsini təmin etmək və təxliyyə yollarının saxlanılmasına nəzarət etmək;

1.4.2. Qızdırıcı, havadəyişmə, elektrik qurğularının texniki vəziyyətinə nəzarət etmək, və yanğın baş verməsinə səbəb ola biləcək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə dərhal tədbirlər görmək;

1.4.3. İş günü və dərslər qurtardıqdan sonra iş otaqlarının və yerlərin təmizlənməsinə, habelə növbətçi işıqlandırma və elektrik qurğuları istisna olmaqla onların dövriyyəsində cərəyanın kəsilməsinə nəzarət etmək;

1.4.4. Mövcud yanğınsöndürmə qurğuların və vəsaitlərin daima istifadə üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək.

1.5. Könüllü yanğın drujinasının üzvləri, habelə döyüş hesabına daxil edilən şəxslər yanğın təhlükəsizliyi qaydalarını bilməli, ona riayət etməli və başqalarından da bunu tələb etməli, yanğın baş verdikdə isə onun ləğv edilməsi üçün dərhal müvafiq tədbirlər görməlidirlər.

1.6. Bu Qaydalara əsasən, təhsil müəssisəsinin hər bir struktur bölmə və hissələrində yanğın təhlükəsizliyi qaydaları barədə qısa və konkret təlimatlar işlənib hazırlanmalıdır. Təlimat struktur hissələrin (təhsil müəssisəsinin) rəhbərləri tərəfindən işlənib hazırlanır, yerli yanğından mühafizə xidməti ilə razılaşdırılır və rəhbərlik tərəfindən təsdiq edilərək görünən yerlərdən asılır.

1.7. Təhsil müəssisəsinin əməkdaşları, tələbələr və məktəblilər müəyyən edilən yanğın təhlükəsizliyi qaydalarını bilməli və ona ciddi riayət etməklə yanğın və alışmaya səbəb ola biləcək hərəkətlərə yol verməməlidirlər.

1.8. Bu Qaydaların tələblərinin pozulmasında günahkar olan şəxslər pozuntunun xarakterindən və onun nəticələrindən asılı olaraq intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

1.9. Təhsil müəssisəsinin rəhbəri öz əmri ilə aşağıdakıları müəyyən etməlidir:

1.9.1. Əməkdaşlara və tələbələrə yanğın texniki minimum üzrə dərslərin və təlimatların keçirilmə qaydalarını, yerini və müddətini;

1.9.2. “Təhsil müəssisələrinin qulluqçuları, professor müəllim heyəti və fəhlələri ilə yanğına qarşı təlimatın və yanğın texniki minimum üzrə məşğələlərin keçirilmə proqramı”-na uyğun olaraq (Əlavə N 1) yanğın-texniki minimum üzrə yanğına qarşı dərslərin və təlimatların aparılması həvalə edilmiş vəzifəli şəxslərin siyahısını;

1.9.3. Yanğın - texniki minimum proqramı üzrə yanğına qarşı təlimatlandırılan şəxslərin uçota alınması qaydasını.

Yanğına qarşı təlimat keçməyən şəxslər işə buraxılmırlar.

1.10. Yanğına qarşı ilkin təlimat keçirilən otaqlar zəruri olan əyani vasitələrlə təchiz olunmalıdır.(plakatlar, nümunələr, maketlər, sxemlər və s.) Təlimatlandırmanın sonunda təlimatlandırılan şəxslərin bilik və bacarıqları yoxlanılmalıdır.

1.11. İş yerində təkrar təlimatlandırma yanğın təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxs tərəfindən aparılır. Bu cür təlimatlandırma həmçinin əməkdaş bir iş yerindən başqa iş yerinə göndərildikdə yeni iş yerinin xüsusiyyətinə uyğun olaraq aparılmalıdır.

2.1. Təhsil müəssisəsinin ərazisi daima təmiz vəziyyətdə saxlanılmalıdır. Bütün zibil tullantıları xüsusi ayrılmış sahələrə yığılmalı və mütəmadi olaraq daşınıb aparılmalıdır.

2.2. Bütün bina və qurğulara, su mənbələrinə habelə yanğın avadanlığına və qurğularına gedən yollar daima maneəsiz olmalıdır. Bina və qurğular arasındakı yanğına qarşı ara məsafələrdə materialların, avadanlıqların habelə qablaşdırılmış materialların yığılmasına, nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməsinə icazə verilmir.

2.3. Yanğın avtomobillərinin hərəkətinə maneə törədə biləcək, yol və keçidlərin ayrı-ayrı sahələrinin təmiri zamanı yanğından mühafizə xidmətinə mütləq xəbər verilməlidir. Yolların təmiri dövründə müvafiq yerlərdə hərəkətin istiqamətinə dair göstəricilər qoyulmalı və yaxud təmir sahələrinin üzərindən nəqliyyat üçün keçidlər qurulmalıdır.

2.4. Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmamış layihə əsasında təhsil müəssisəsinin ərazisində hər hansı tikinti və yenidənqurma işlərinin aparılmasına icazə verilmir.

2.5. Yanar qaz və buxar yığılması ehtimalı olan ərazilərə, sahələrə avto-nəqliyyatın daxil olması qadağandır. Belə hallarda lazımi yerlərdə müvafiq nişanlar (göstəricilər) qoyulmalıdır.

2.6. Binanın həyətində və yaxınlıqda asan alışan və yanar mayelər olan çənlərin, sıxlaşdırılmış və maye qaz balonlarının saxlanması, həmçinin tonqalların yandırılması və sönməmiş kömürün atılması qadağandır.

3.1. Təhsil müəssisələrinin binalarında, tikililərində və otaqlarında qadağandır:

3.1.1. Pilləkan qəfəslərində iş, anbar və digər təyinatlı otaqların yerləşdirilməsi, qaz kəmərləri və asan alışan maye boru kəmərlərinin çəkilməsi, yükqaldırıcıların şaxtalarından çıxışların qurulması, habelə insanların hərəkətinə maneə törədən avadanlıqların, əşyaların yerləşdirilməsi;

Pilləkan qəfəsinin altında yalnız mərkəzi isitmə və su ölçən şəbəkələrin idarəetmə qovşaqlarının yerləşdirilməsinə icazə verilir.

3.1.2. Təhsil müəssisəsinin zirzəmi və yarımzirzəmi otaqlarında partlayış təhlükəli maddə və materialların, asan alışan və yanar mayelərin habelə zirzəmi otaqlarında partlayış-yanğın təhlükəli proseslər aparılan laboratoriyaların yerləşdirilməsi;

3.1.3. Çardaq otaqlarında və texniki mərtəbələrdə hər hansı bir maddə və materialları saxlamaq.

3.2. Çardaq otaqlarının və texniki mərtəbələrin qapıları daima qıfılla kilidlənməli, qıfılın açarı isə sutkanın istənilən vaxtında götürülməsi mümkün olan, əlverişli yerdə saxlanılmalıdır. Çardaq otaqlarının və texniki mərtəbələrin taxta konstruktiv elementləri üç ildə ən azı bir dəfə odadavamlı məhlulla hopdurulmalıdır.

3.3. Yanğına qarşı divar və arakəsmələrdə olan oyuqlarda alovun və alışma məhsullarının yayılmasının qarşısını alan qurğular quraşdırılmalıdır (yanğına qarşı qapı, su pərdəsi, şiber, tüstüyə qarşı qurğu).

3.4. Yanğına qarşı səddlərin müxtəlif komunal qurğularla kəsişdiyi yerlərdə onların kəsişmə sahəsindəki mövcud boşluqlar, ara məsafələr yanmayan materiallarla doldurularaq tutulmalıdır.

3.5 Yüksək mərtəbəli binalarda yanğına və tüstüyə qarşı sistemlər daima saz vəziyyətdə saxlanılmalıdır. Tüstülənməyən pilləkən qəfəslərində jalyüzlü hava zonaların və oyuqların şüşələnməsi və ya tutulması qadağandır.

3.6 Təhsil müəssisələrində qadağandır:

3.6.1 Otaqların yuyulub təmizlənilməsində benzin, kerosin və digər asanalışan yanar mayelərdən istifadə etmək;

3.6.2 Hər hansı otağın divarlarına, tavanına yanar və yandıqda zəhərli maddələr ayrılan materiallardan üzlük çəkmək;

3.6.3 Açıq alovdan istifadə etməklə donmuş su və kanalizasiya borularını qızdırmaq;

3.6.4 Təmir işləri dövründə təhsil müəssisəsinin və yataqxananın binasında orada yaşayan adamları köçürmədən od və digər yanğın təhlükəli işlər aparmaq;

3.6.5 Pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırılması;

3.6.6 Texniki mərtəbələrin havadəyişmə kameralarını, maşın otaqlarını təyinatı üzrə istifadə etməmək;

3.6.7 Cərəyan altında olan elektrik cihazlarını və qurğularını nəzarətsiz saxlamaq.

3.7 Xarici yanğın nərdivanları və dam örtüyünün qıraqlarındakı sipərlər daima saz vəziyyətdə saxlanılmalıdır.

3.8 Çardaq otaqlarındakı səs pəncərələri şüşələnməli və daima bağlı vəziyyətdə saxlanılmalıdır.

4.1 Tikinti Norma və Qaydalarının (sonradan TN və Q) tələblərinə uyğun olaraq, təhsil müəssisələri yanğın xəbərverici və yanğınsöndürmə qurğuları, tüstüyə qarşı müdafiə, yanğın barədə xəbərdar etmə və qəza işıqlandırma sistemləri ilə təchiz edilməlidir.

4.2 Hər bir müəssisə üçün köçürmə yollarının sayı, oradakı keçidlərin, dəhlizlərin və qapıların eni TN və Q-nin müvafiq bəndələrinə uyğun olaraq müəyyən edilir.

4.3 Yanğın zamanı insanların köçürülməsinə kömək edən, 4.1 bənddə göstərilən xüsusi qurğular daima saz və istifadə üçün yararlı vəziyyətdə saxlanılmalıdır.

4.4 İnsanların binadan köçürülməsini pisləşdirən konstruktiv-planlaşdırma qərarlarının qəbul edilməsi qadağandır.

4.5 Hər bir təhsil müəssisəsi üçün yanğın zamanı insanların və əşyaların köçürülməsi üçün “ Köçürmə Planı” hazırlanmalıdır.

4.6 Bütün əsas və ehtiyat qapıları binadan çıxış istiqamətinə doğru maneəsiz açılmalıdır. Köçürmə yollarının qapıları yalnız asan açılan qıfıllarla kilidlənməlidir.

4.7 Əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda anbar otaqlarının, tikililərin qurulması, eləcə də əşyaların saxlanması qadağandır.

4.8 Təhsil auditoriyalarının, siniflərin, mühazirə və idman zallarının, yataqxanaların, habelə uşaqlar və məktəblilər üçün nəzərdə tutulan otaqların pəncərələrində dəmir barmaqlıqların quraşdırılması qadağandır.

4.9 Dəhlizlərin, pilləkən qəfəslərinin və digər təxliyyə yollarının düzəldilməsində, bəzədilməsində sintetik, taxta, habelə ağac lifli materiallardan istifadə etmək qadağandır.

4.10 Köçürmə yollarında, eləcə də kütləvi insanlar olan digər otaqlarda olan xalça və xalça ayaq altlıqlar döşəməyə möhkəm bərkidilməlidir. Yandıqda zəhərli maddə ayrılan materiallardan olan xalça və xalça ayaq altlıqlardan istifadə etmək qadağandır.

4.11. Məktəblərin və məktəbəqədər uşaq müəssisələrinin birinci mərtəbələri yalnız ibtidai sinifdə oxuyan və kiçik yaş qrupuna aid uşaqların yerləşdirilməsi üçün ayrılmalıdır.

5.1 Elektrik qurğularının yanğına qarşı vəziyyətinə cavabdeh olan şəxsin borcudur:

5.1.1 Otaqların yanğın və partlayış təhlükəli kateqoriyasından və ətraf mühitin şəraitindən asılı olaraq elektrik naqillərin, mühərriklərin, işıqlandırıcıların və digər qurğuların düzgün seçilib tətbiq olunmasına nəzarət etmək;

5.1.2 Qısaqapanmaların, artıq yüklənmələrin, daxili və atmosfer gərginliklərinin habelə yanğın və alışmaya gətirib çıxara biləcək digər qəza rejimlərinin qabaqcadan xəbərdar edilməsi məqsədi ilə elektrik qurğularının vəziyyətinə mütəmadi olaraq nəzarət etmək;

5.1.3 Yanğınsöndürmə və yanğın xəbərverici siqnalizasiya qurğularının texniki vəziyyətinə və onların daima istifadəyə yararlı vəziyyətdə saxlanılmasına nəzarət etmək.

5.2 Növbətçi elektrik ustasının borcudur:

- elektrik qurğularına planlı profilaktiki baxış keçirmək;

- müdafiə aparatlarının mövcudluğunu yoxlamaq və onların saz vəziyyətdə olmasına nəzarət etmək;

- şəbəkədə baş vermiş hər hansı pozuntunun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

- elektrik qurğularına keçirilmiş baxışın nəticələri, aşkar edilmiş nasazlıqlar və görülmüş tədbirlər barədə əməliyyat jurnalında müvafiq qeydlər aparmaq.

5.3 Yanğın və alışmaların qarşısının alınması üçün müəyyən edilmiş müddətlərdə kabel və naqillərin qoruyucu örtüyünün gərginliyə qarşı müqaviməti, naqillərin birləşmə yerlərinin etibarlılığı, elektrik naqillərinin iş rejimi və onların torpaqla birləşdirilməsi yoxlanılmalıdır.

5.4 Bütün elektrik qurğuları yanğın və alışmaya gətirib çıxara biləcək qısaqapanma və digər qəza rejimlərindən müdafiəedici aparatlarla mühafizə edilməlidir. Əriyən qoruyucular kalibrləşdirilməli və onların üzərində qoruyucunun nominal cərəyanının miqdarı damğalanaraq göstərilməlidir.

5.5 Yanğın baxımından təhlükəli olan keçici müqavimətin yaranmaması üçün naqil və kabellərin damarlarının birləşdirilməsi, qollara ayrılması üçün qaynaq edilməli və ya lehimlənməli yaxud onların birləşdirilməsi üçün xüsusi sıxaclardan istifadə edilməlidir.

5.6 Müvəqqəti elektrik şəbəkələrinin quraşdırılması və istismarı qadağandır. Müstəsna hallarda tikinti təmir və qəza işləri aparılan sahələrdə müvəqqəti elektrik şəbəkəsindən istifadə etmək olar.

5.7 Səyyar elektrik lampaları qoruyucu şüşə kolpaklarla və metal torla təchiz edilməlidir. Mexaniki təsir imkanlarını nəzərə almaqla bu məqsədlər üçün belə elektrik lampaları və digər səyyar elektrik aparatları mis damarlı elastik naqillərlə təchiz olunmalıdır.

5.8.1. Yanar materialdan dam örtüyü olan binaların, tikililərin üstündən elektrik hava xətlərinin çəkilməsi;

5.8.2. Elektrik naqillərinin çəkilməsi nəzərdə tutulmayan anbar, istehsalat və digər təyinatlı binaların içindən elektrik naqillərinin çəkilməsi;

5.8.3. Müvəqqəti elektrik naqillərinin quraşdırılması, onların biri-birinə və ya binanın konstruktiv elementlərinə və müxtəlif əşyalarına toxunması;

5.8.4. Qoruyucu örtüyü zədələnmiş və ya istismar prosesində elektrik mühafizə örtüklərini itirən naqillərdən istifadə etmək.

5.9. Yanar materiallar olan istehsalat və anbar otaqlarında ( kağız, pambıq, kauçuk və s.) habelə yanar qablaşdırmada olan mallar saxlanılan otaqlarda elektrik işıqlandırıcılar qapalı qaydada quraşdırılmalıdır ( şüşə kalpaqlarla ).

5.10. Qanunvericiliyin tələblərinə uyğun olaraq, işıqlandırıcı elektrik şəbəkəsi elə quraşdırılmalıdır ki, lampalar yanar konstruksiyalara və materiallara toxunmasın.

5.11. Elektrik mühərrikləri, işıqlandırıcılar, naqillər, paylayıcı qurğular ayda ən azı 2 dəfə, çoxlu miqdarda toz ayrılan otaqlarda isə ən azı 4 dəfə yanar tozdan təmizlənməlidir.

5.12. Eletrik qurğularının istismarı zamanı qadağandır:

5.12.1. Otaqların isidilməsi üçün qeyri standart elektrik qızdırıcı sobalarından və elektrik közərmə lampalarından istifadə etmək:

5.12.2. Sonluqları örtüksüz elektrik naqillərini cərəyan altında saxlamaq:

5.12.3. Nasaz elektrik rozetkalarından, birləşdirici və ayırıcı qutulardan və digər elektrik quraşdırıcı məmulatlardan istifadə etmək. Quraşdırma armaturları (rozetka, paylayıcı qutu, elektrik açarı və s.) yanar konstruksiyalardan yanmayan materiallarla təcrid olunmalıdır;

5.12.4. Müvəqqəti elektrik şəbəkələrinin quraşdırılması, elektrik naqillərinin düyünlənməsi və tarım dartılması, elektrik lampalarına kağız, parça və digər yanar materialların sarınması;

5.12.5. Bir neçə cərəyan qəbuledicilərinin bir elektrik mənbəyinə qoşulması;

5.12.6. Paltar və digər əşyaları asmaq üçün diyircək, açar və ştepsel lövhəciklərindən istifadə etmək, habelə elektrik naqilləri keçən sahələrin üzərinə kağız, sintetik və digər yanar materiallardan üzlük çəkmək.

5.13. Elektrik dövriyyəsində və elektrik aparatlarında qısaqapanmaya, qığılcım yaranmasına, naqillərin qoruyucu örtüklərinin həddindən artıq qızmasına səbəb olan nasazlıqlar dərhal növbətçi heyət tərəfindən aradan qaldırılmalıdır. Nasaz elektrik dövriyyəsi yanğın təhlükəsizliyi vəziyyətinə gətirilənədək cərəyana qoşulmamalıdır.

5.14. Az gərginlikli elektrik cihazları yüksək gərginlikli cihazlarla əvəz edilərkən elektrik şəbəkəsində yeni qoşulmalara imkan verən hesablamalar nəzərə alınmalıdır.

6.1 İsitmə sistemlərinin yanğına qarşı vəziyyətinə cavabdeh olan şəxsin borcudur:

6.1.1. Qış mövsümü başlamazdan əvvəl qazanxana, kalorifer qurğular və yerli isitmə cihazları diqqətlə yoxlanılaraq, təmir olunmalıdır. Nasaz soba və isitmə cihazları istismara buraxılmamalıdır;

6.1.2. Maşinistlər, ocaqçılar və qazanxana işçiləri isitmə mövsümü başlamazdan əvvəl yanğına qarşı təlimatlandırılmalıdırlar;

6.1.3. Avtomatlaşdırılmamış qazanxanalarda işləyən şəxslər qazanlar işlədiyi zaman onu nəzarətsiz saxlamamalıdırlar;

6.1.4. Binanın yanar konstruksiyalarında yanğına qarşı ara kəsmələrlə ayrılmamış qazanxana, soba və digər qızdırıcı cihazlardan istifadə etməyə icazə verilmir;

6.1.5. Hava qızdırıcıları və isitmə cihazları elə yerləşdirilməlidir ki, onlara sərbəst baxmaq və təmizləmək üçün yaxınlaşmaq mümkün olsun;

6.1.6. Binanın daxilində yerləşən qazanxana otaqlarında həcmi 1 kub metrdən, ayrıca yerləşən qazanxana otaqlarında isə 5 kub metrdən çox olmayan qapalı tipli yanacaq cənlərinin yerləşdirilməsinə icazə verilir.

6.2. Bərk yanacaqla işləyən qazanların tüstü boruları etibarlı qığılcım tutanlarla təchiz edilməli və mütəmadi olaraq hisdən təmizlənməlidir.

6.3. Qazanxana otaqlarında qadağandır:

6.3.1. Qazanxana qurğuları ilə əlaqəsi olmayan işlər aparmaq, qazanxana otağına kənar şəxsləri buraxmaq və qazanların işinə nəzarət edilməsini onlara tapşırmaq;

6.3.2. Qazanların və buxar boruların üzərində hər hansı yanar materiallar qurutmaq;

6.3.3. Yanacaq ötürücü sistemindən maye yanacağın və qazın sızmasına yol vermək;

6.3.4. Odluqların və qaz odluqların sönmüş vəziyyətdə olduqları zaman yanacaq vermək;

6.3.5. Yanğın baş verən hallarda yanacağı qəza çəninə (təhlükəsiz yerə) ötürən qurğunun mövcud olmadığı yanacaq cənlərindən istifadə etmək;

6.3.6. Əvvəlcədən havanı üfləmədən qazanxana qurğularını yandırmaq;

6.3.7. Qızdırıcı cihazların və isitmə sisteminin boru kəmərlərinin üzərində yanar materiallar xüsusi geyimlər, yanar mayelərə bulaşmış parçalar asmaq.

6.4. Taxta döşəmə üzərində qurulan hər sobanın odluq gözünün qarşısında döşəməyə ən azı 50x70 sm ölçüdə metal təbəqə vurulmalıdır.

6.5. Sobaların qalanması və isitmə cihazlarının istismarı yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılmış, xüsusi ayrılan şəxslərə (ocaqçılara) həvalə edilməlidir. Yataqxanalarda sobaların qalanması tələbələrin yatmalarına iki saat qalmış dayandırılmalıdır.

6.6. Çardaq otaqlarında tüstü kanallarından keçən tüstü boruları və divarların səthi ağardılmalıdır.

6.7. Tikilinin yaxınlığında söndürülməmiş kömürün, külün tökülməsinə icazə verilmir. Onlar bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə aparılmalıdır.

6.8. İsitmə mövsümü başlamazdan əvvəl və isitmə mövsümü dövründə bütün tüstü bacaları və sobalar hisdən, qurumdan təmizlənməlidir.

6.8.1. İsitmə sobaları - 2 ayda bir dəfə;

6.8.2. Mətbəx ocaqları və su qızdırıcıları - ayda bir dəfə;

6.8.3. Uzun müddətə qalanması nəzərdə tutulan xüsusi sobalar-ayda iki dəfə.

6.9 Bərk yanacaqlar, bu məqsədlər üçün uyğunlaşdırılmış xüsusi otaqlarda və ya Dövlət Yanğın Nəzarəti orqanı ilə razılaşdırılaraq xüsusi ayrılan sahələrdə saxlanılmalıdır.

6.10 Soba isitmə sisteminin istismarı zamanı qadağındır.

6.10.1. Yanacağı bilavasitə sobanın odluq dəliyinin qarşısında saxlamaq;

6.10.2. Sobanın yandırılması üçün benzin, kerosin, dizel yanacağı və digər asan alışan və yanar mayelərdən istifadə etmək;

6.10.3. Yanar sobanı nəzarətsiz saxlamaq;

6.10.4. Sobanın üzərinə paltar, taxta və digər yanar əşya və materiallar yığmaq və ya qurutmaq;

6.10.5. Sobaların yandırılmasında nəzərdə tutulmayan yanacaqlardan istifadə etmək;

6.10.6. Sobaların qalanması üçün odluğun həcmindən böyük və uzun odunlardan istifadə etmək;

6.10.7. Havadəyişmə və qaz kanallarından sobalar üçün tüstü bacası kimi istifadə etmək;

6.10.8. Nasaz qapıçıqları və tüstü bacalarında çat olan sobalardan istifadə etmək;

6.10.9. Ağ neftlə işlədilməsi nəzərdə tutulan cihazları benzin ilə doldurmaq, eləcə də bu cihazların doldurulması zamanı açıq alovdan istifadə etmək;

6.10.10. Kütləvi tədbirlərin keçirildiyi zaman otaqlarda sobanı yandırmaq.

6.11. Yanğın təhlükəli yay mövsümündə güclü külək əsən zaman sobaların, mətbəx ocaqlarının və qazanxana qurğularının yandırılması müvəqqəti olaraq dayandırılmalıdır.

7.1. Hava dəyişmə qurğularının istismarı və yanğına qarşı iş rejimi işçi təlimatlarla müəyyən edilməlidir. Bu təlimatlarda yanğın təhlükəsizlik tədbirləri, hava ötürücülərin, filtrlərin, od saxlayan klapanların və digər qurğuların təmizlənməsi müddətləri nəzərdə tutulmalı eləcədə yanğın və qəza hadisələri baş verən hallarda xidməti heyətin hərəkəti müəyyən edilməlidir.

7.2. Hava dəyişmə qurğularına nəzarəti həyata keçirən xidməti heyət, hava pərlərinə, hava ötürücülərinə, od saxlayan klapanlara, torpaqla birləşdirmə qurğularına planlı şəkildə hazırlıq baxışı keçirməli və hər hansı yanğın hadisəsinin baş verməsinə və yayılmasına gətirib çıxara biləcək nasazlıqların və ya onların iş rejiminin pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görməlidir.

7.3. Hidrofiltrlər, quru filtrlər, toz sorucu, toz tutucu və hava dəyişmə sisteminin digər qurğuları nasaz olduqları halda yanğın və partlayış təhlükəli istehsalat otaqlarında təlim texniki qurğuların işlədilməsinə icazə verilmir.

7.4. Yanğın - partlayış təhlükəli maddələri kənar edən yerli havadəyişmə sisteminin sorucu bacaları müdafiəedici tor və ya maqnit tutucularla təchiz edilir (ventilyatora metal və bərk əşyaların düşməsinin qarşısını alması üçün).

7.5. Yanar və partlayış təhlükəli maddələri daşıyıb ötürən hava dəyişmə qurğuları olan otaqlarda bütün metal hava boruları və ötürücüləri, filtrlər və digər sorucu qurğular torpaqla birləşdirilməlidir.

7.6. Hava dəyişmə kameraları, filtrlər hava boruları mütəmadi olaraq yanar tozdan və zibil tullantılardan təmizlənməlidir. Hava dəyişmə sisteminə hazırlıq baxışı keçirilməsi, yoxanılması və təmizlənməsi müəssisə rəhbəri tərəfindən təsdiq olunmuş qrafikə əsasən həyata keçirilir. Baxışın nəticələri mütləq xüsusi jurnalda qeyd olunmalıdır.

7.7. Havada asan alışan və ya partlayış təhlükəli qatışıqlar yarana bilən (qaz, buxar) otaqlarda quraşdırılmış hava dəyişmə sistemlərinin konstruksiyaları və pərləri qığılcım törətməyən materiallardan olmalıdır.

7.8. Havadəyişmə kameralarında hər hansı bir kənar əşyaların saxlanılması qadağandır. Havadəyişmə kameraları daima qıfılla bağlanmalı və onlara kənar şəxslərin daxil olması qadağandır.

7.9. Hava yollarında yanğına qarşı sədlərin kəsişdiyi yerlərdə avtomatik alov dayandıran qurğular (şiber qapaqlar və klapanlar) quraşdırılmalıdır.

7.10. Avtomatik alov dayandıran qurğuların istismarı zamanı aşağıdakılar zəruridir:

7.10.1. Ayda azı bir dəfə onların ümumi texniki vəziyyətini yoxlamaq;

7.10.2. Sürtgü intiqalının həssas elementlərini (tez əriyən qıfıl, termo həssas elementlər) vaxtlı-vaxtında yanar tozdan təmizləmək.

7.11. Yanğın - partlayış təhlükəli otaqlara qulluq edən havadəyişmə qurğuları, hər bir otaq üçün xüsusi olaraq uyğunlaşdırılmış tələblərə müvafiq olaraq yanğın və qəza hallarında onların məsafədən işə salınması və ya söndürülməsi üçün xüsusi cihazlarla təchiz edilməlidir.

7.12. Tüstüyə qarşı müdafiə sistemi qurğuları ilə təmin edilmiş təhsil müəssisələrində, ayda bir dəfədən az olmamaq şərti ilə avtomatika sisteminin elektrik qidalandırıcı şitlərində möhürün və qıfılın, mühafizə sistemlərinin mövcudluğu (əl ilə işə salma düymələrini olduğu yerə şüşə salınması, mərtəbələrdəki tüstü klapanlarının və qapaqlarının vəziyyəti) habelə əl ilə işə salma düymələrinin köməyi ilə hava pərləri qısa müddətli (3-5 dəqiqə) işə salınmaqla yoxlanılmalıdır.

7.13. Tüstüyə qarşı müdafiə sisteminin işlək vəziyyətdə saxlanılması üçün zəruridir:

7.13.1. Havadəyişmə barmaqlıqlarının qapaqlarının icra mexanizmləri, sonluq ayırıcı açarları vaxtaşırı tozdan, qış mövsümündə isə jalyüz qapaqlarını buzlaşmadan təmizləmək;

7.13.2. Hava yollarının və onların birləşmələrinin bütövlüyünün pozulmasına yol verməmək.

7.14. Tüstüyə qarşı müdafiə sisteminin nasaz qurğu və qovşaqlarını yalnız texniki sənədləşdirmədə qeyd edilən qurğu və qovşaqlarla əvəz edilməsinə icazə verilir. Müstəsna hallarda inşaatçılarla razılaşdırılmış qaydada qurğu və qovşaqların texniki sənədləşdirilməsində göstərilməyən lakin tələb olunan səciyyəvi xüsusiyyətlərə malik olan qurğu və qovşaqlarla əvəz edilərək dəyişdirilməsinə icazə verilir. Tüstüyə qarşı müdafiə sisteminin əl ilə idarə etmə məntəqəsində onların işə salınması qaydaları haqqında təlimat olmalıdır.

8.1. Təlim məqsədləri üçün nəzərdə tutulan qurğular normal iş rejimində yanğın təhlükəsiz olmalıdır.

8.2. İstehsal edilən və ya istifadə edilən maddə və materialların yanğın təhlükəliliyinin səciyyəvi xüsusiyyətləri xidməti heyət tərəfindən öyrənilməlidir. Yanğın və partlayış təhlükəli, parametrləri öyrənilməmiş maddə və materiallardan tədris proseslərində istifadə etmək və saxlamaq qadağandır.

8.3. Partlayış-yanğın təhlükəli qaz,buxar və toz ayıran maddələrin dövr etdiyi qurğular, aparatlar və boru kəmərləri germetik olmalıdır.

8.4. Yanğın və alışmaya səbəb ola biləcək nasaz qurğu və cihazlardan istifadə etmək qadağandır.

8.5. Qurğuların iş rejimi və onların üzərinə düşən yükün həcmi həmin qurğuların texniki şəhadətnaməsində qeyd olunan göstəricilərə uyğun olmalıdır.

8.6. Qurğular işlədiyi zaman onların səthinin temperaturu 45 dərəcədən yüksək olmayaraq ətraf mühütün temperaturundan artıq olmamalıdır.

8.7. Bütün qurğular, təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilmiş qrafiklə müəyyən edilmiş müddətlərdə onların texniki şərtlərinə uyğun olaraq cari və perespiktiv təmirdən keçməlidir.

8.8. Təzyiq altında olan qurğuların təmir olunması, işlək vəziyyətdə olan nasoslarda və kompressorlarda kipləşdiricilərin dartılması və vurulması eləcə də qurğuda təzyiqi aşağı salınmadan aparatlarda və boru kəmərlərində flansların kipləşdirilməsi qadağandır.

8.9. Materialların alışması və ya qazların, maye buxarlarının partlayış təhlükəsi yarana biləcək otaqlarda keçən boru kəmərlərinin isti səthləri, temperaturun təhlükəsiz miqdara endirilməsi üçün yanmayan materiallarla örtülməlidir.

8.10. Lifli materialların, əzilmiş vəziyyətdə olan bərk yanar maddələrin ilkin emalını həyata keçirən xətlər, maşınlar və aparatlar kənar əşyaları tutmaq üçün xüsusi qurğularla təchiz olunmaldır.

8.11. Yanğın partlayış təhlükəli tədris otaqları müəyyən edilmiş qaydada təsdiq edilmiş siyahıya əsasən avtomatik yanğınsöndürmə və yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təchiz olunmalıdır.

8.12. Qazları və buxarları partlayış təhlükəli birləşmələr yaradan maddə və materialların saxlanıldığı, habelə onların istehsal olunduğu otaqların hava mühütünə nəzarət edilməsi üçün avtomatik qaz analizatorlar quraşdırılmalı və ya qeyd olunan otaqların hava mühütü mütəmadi olaraq laboratoriya analizindən keçirilməlidir.

9.1. Tikinti quraşdırma, təmir, qaynaq və digər odlu işlərin aparıldığı zaman yanğın təhlükəsizliyinə cavabdehlik bu işlərin aparıldığı təhsil müəssisəsinin rəhbərinin üzərinə düşür.

9.2. Təhsil müəssisəsində yanğın təhlükəsizliyinə cavabdeh şəxsin borcudur:

9.2.1. Təhsil müəssisəsinin xidməti heyəti tərəfindən bu işlərin aparılmasına dair qanunvericiliklə müəyyən olunmuş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək.

10.1. Üzərində yanğın su qurğusu quraşdırılmış su kəməri şəbəkəsi, yanğın söndürmə məqsədləri üçün lazımi təzyiqi olmaqla hesablanmış su sərfini təmin etməlidir. Zəruri hallarda yanğının söndürülməsi üçün lazımi təzyiqin və hesablanmış su sərfinin təmin edilməsi üçün təzyiq yüksəldici nasoslar qurulur.

10.2. Təhsil müəssisənin ərazisində yaxud yaxınlığında təbii su mənbələrinin (cay, göl) mövcud olduğu hallarda yanğın avtomobillərinin dayanıb və istənilən vaxt su götürə bilmələri üçün onların üzərində bərk örtüklü meydançası olan körpülər (pirslər) quraşdırılmalıdır. Qış mövsümündə açıq su mənbələrindən su götürülməsi üçün buzda ən azı 0,6 x 0,6 m ölçüdə dəliklər açılmalı və istifadə üçün daima əlverişli vəziyyətdə saxlanılmalıdır.

10.3. Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yanğın su hovuzlarına, cənlərinə, su kəməri şəbəkəsinə və hidrantlara, baş verə biləcək yanğın, alışma hadisələri zamanı onların istifadəyə yararlı vəziyyətdə olmasını təmin edən texniki müşahidə aparılmalıdır.

10.4. Su hovuzlarının daima saz vəziyyətdə saxlanılması üçün aşağıdakı tədbirlər həyata keçirməlidir:

10.4.1. Onların zibillənməsinə yol verməmək;

10.4.2. Su bölən qurğuların qorunub saxlanılmasına və saz vəziyyətdə olmasına nəzarət etmək;

10.4.3. Yanğın su hovuzlarında, cənlərində hesablanmış miqdarda suyun olmasına mütəmadi olaraq nəzarət etmək.

10.5. Təmir işlərinin aparılması, yaxud su kəməri xətlərinin şəbəkədən ayrılması, nasos stansiyasının sıradan çıxması, sprinkler və drençer qurğuların nasazlığı, su hovuzlarında su sızması hallarında, bu barədə dərhal yanğın mühafizə orqanlarına məlumat verilməli və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalmaz tədbirlər görülməlidir.

10.6. Yanğın hidrantlarının yerləşdiyi yerlərdə “YH” yazılmış işıqlandırıcı və ya flyüoreset göstəricilər qurulmalıdır. Göstəricilərdə hidrantın nömrəsi, göstəricidən hidranta qədər olan məsafə (m), daxili diametri (mm) və onun növü (halqavari, yaxud birtərəfli) qeyd olunmalıdır.

Su hovuzlarının yerləşdiyi yerlərdə “YSH” yazılmış işıqlandırıcı və ya flyüoreset göstəricilər qurulmalıdır. Göstəricilərdə hərflərlə su ehtiyatının miqdarı (kub. metr) və eyni vaxtda su hovuzundan su götürə biləcək yanğın avtomobillərinin sayı göstərilməlidir.

10.7. Yanğın hidrantlarına və yanğın kranlarına hər altı ayda bir dəfə yanğından mühafizə və müəssisənin nümayəndəsi ilə birlikdə su kəməri xidməti tərəfindən texniki xidmət göstərilməli və zərurət yarandıqda suyun buraxılması yolu ilə onların iş qabiliyyəti yoxlanılmalı, yoxlamanın nəticəsi barədə akt tərtib olunmalıdır.

10.8. Yanğın nasosu stansiyası otağında yanğına qarşı su təchizatının ümumi sxemi, nasosların sarğı sxemi, sprinkler və drençer qurğularının sxemi və onların istismarına dair təlimatlar asılmalıdır. Hər rəzənin üzərində onların vəziyyətini göstərən göstərici olmalıdır (bağlı və ya açıq). Boru kəmərləri, rəzələr və nasoslar dövlət standartlarına əsasən müvafiq rənglə rənglənməlidir.

10.9. Hər nasos stansiyası, onu təhsil müəssisəsi və ya yanğın təhlükəsizliyi xidməti ilə birbaşa birləşdirən telefon rabitəsi yaxud siqnalizasiya ilə təchiz olunmalıdır.

10.10. Bütün yanğın nasosları daima istismara hazır vəziyyətdə saxlanılmalı hər on ğündə bir dəfə suyun buraxılması yolu ilə lazımi təzyiqin yaradılması yoxlanılmalı və yoxlamaların nəticələri xüsusi jurnalda qeyd olunmalıdır.

10.11. Daxili yanğına qarşı su kranları şlanq və lülələrlə təchiz olunmalı, dolablarda yerləşdirilərək möhürlənməlidir. Yanğın şlanqları quru, yaxşı bükülmüş, kranlara və lülələrə birləşdirilmiş halda olmalıdır. Müəssisəsinin su kəməri şəbəkəsində su təzyiqini yüksəldən nasosların mövcud olduğu zaman onları məsafədən işə salma düyməcikləri yanğına qarşı su kranının dolablarında yerləşdirilməlidir. Düyməciklərin üzərində “Yanğın nasosunun işə salınma düyməciyi” sözləri yazılmış göstərici olmalıdır. Yanğına qarşı su kranlarının dolablarının qapılarının üzərində dövlət standartlarına uyğun olaraq yanğın su kranlarının ardıcıl nömrələri qeyd olunmalıdır.

11.1. Təhsil müəssisəsinin binaları, tikililəri və otaqları 2 nömrəli əlavəyə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.

11.2. Yanğın texnikalarını və ilkin odsöndürmə vasitələrini təyinatından başqa digər məqsədlər üçün istifadə etmək qadağandır.

11.3. Odsöndürənlərin yerləşdirilmə qaydaları aşağıdakı tələblərə cavab verməlidir:

11.3.1. Odsöndürənlər, qapının açılı vəziyyətdə olduğu halda onun kənarından 1,2 metr aralı, döşəmədən 1,5 m hündürlükdə yerləşdirilməlidir.

11.3.2. Odsöndürənlərin yerləşdirilməsi üçün nəzərdə tutulan lövhələrin, qutuların və dolabların konstruksiyaları və zahiri tərtibatı elə olmalıdır ki, orada yerləşdirilən odsöndürənlərin tipini müəyyənləşdirmək mümkün olsun.

11.4. Təhsil müəssisəsinin baza və anbarlarında ilkin yanğınsöndürmə vasitələrinin yerləşdirilməsi üçün, bir qayda olaraq xüsusi yanğın lövhələri və qutuları qurulmalıdır. Yanğın lövhələrində yığcam şəkildə odsöndürən balonlar, qum, kürək, könüllü yanğın drujinasının siyahısı, yanğın təhlükəsizliyi qaydalarından çıxarışlar, yanğın təhlükəsizliyi xidmətinin və yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin telefon nömrələrinin yazılıb yerləşdirilməsi tövsiyyə olunur. Yanğına qarşı lövhələr görünən və sərbəst yaxınlaşmaq mümkün olan yerlərdə, otağın çıxış yollarına yaxın yerləşdirilməlidir.

11.5. Odsöndürənlərin və digər yanğınsöndürmə vasitələrinin saxlanılmasına, daima istifadəyə yararlı vəziyyətdə olmasına gündəlik nəzarət yanğın təhlükəsizliyinə cavabdeh şəxs və könüllü yanğın drujinasının üzvləri tərəfindən həyata keçirilir.

11.6. Odsöndürənlərin yerləşdirilməsi, onlara xidmət edilməsi və tətbiqi qaydaları, onları istehsal edən müəssisənin təlimatının və qüvvədə olan normativ texniki sənədlərin və bu qaydaların aşağıdakı tələblərinə uyğun olaraq müəyyən edilməlidir:

11.6.1. Havası dəyişilməyən və sahəsi 15 kv.m-dən az olan binalarda, otaqlarda tərkibində hallogenli karbohidrogen birləşmələr olan odsöndürən balonlardan istifadə etmək olmaz;

11.6.2. Könüllü yanğın drujinasının üzvləri hər 10 gündə bir dəfədən az olmayaraq binalarda (obyektlərdə) qurulmuş odsöndürənlərə zahiri baxış keçirməli və onları tozdan, kirdən təmizləməlidirlər. Köpüklü odsöndürənlərin tərkibinin yararlılığı ildə ən azı bir dəfə yoxlanılmalıdır. Odsöndürənlərin gövdələrinin davamlılığı hər il yoxlanılır.

11.6.3. Karbon qazlı odsöndürənlər yüksək temperatordan və günəş şüasının təsirindən mühafizə olunmalıdır. Odsöndürənlərin çəkisi ildə ən azı bir dəfə yoxlanılmalıdır.

12.1 Təhsil müəssisələrində mövcud olan telefon vasitələrindən birinə sutka ərzində sərbəst yanaşılma təmin edilməlidir. Hər telefon aparatının yanında yanğın baş verən zaman yanğın təhlükəsizliyi xidmətinin çağırılması üçün telefon nömrələri qeyd olunmuş cədvəl asılmalıdır. Müəssisədə telefon rabitəsinin olmadığı hallarda yaxınlıqdakı telefonun yeri barədə göstərici olmalıdır.

12.2. Yanğın avtomobilləri, motopompalar və qurğular daim saz vəziyyətdə olmalıdır. Onların saxlanılması üçün xüsusi binalar (yanğın deposu, qarajlar) quraşdırılmalıdır. Yanğınsöndürmə texnikalarının və odsöndürücü maddələrin yerlərinin göstərilməsi üçün dövlət standartına əsasən göstərici nişanlar tətbiq edilir.

13.1. Yanğın avtomatika qurğularına aiddir: su və köpük yanğınsöndürmənin sprinkler və drençer qurğuları, qaz və aerozol yanğınsöndürmənin stasionar qurğuları, tüstüyə qarşı müdafiə sistemi, yanğın və mühafizə-yanğın siqnalizasiya sistemi.

13.2. Yanğın avtomatika qurğularını istehsal edən zavodun texniki sənədlərinə əsasən müəssisələrdə bu qurğulara xidmət edən heyət üçün qurğuların istismarına dair təlimatlar işlənib hazırlanmalıdır.

13.3. Qurğuların istismarının təşkili üçün müəssisə rəhbərinin əmri ilə aşağıdakı heyət təyin olunmalıdır:

13.3.1. Qurğuların istismarında, habelə operativ heyətin təlimatlandırılmasında cavabdeh olan vəzifəli şəxs;

13.3.2. Qurğuların təmir olunması və texniki qulluğun göstərilməsi üçün xidməti heyət;

13.3.3. Qurğuların iş qabiliyyətinə sutka ərzində nəzarət edilməsi məqsədi ilə operativ (növbətçi) heyət.

13.4. Öz gücü ilə qurğulara xidmət göstərmək və xidməti heyəti saxlamaq imkanı olmayan təhsil müəssisələri planlı surətdə qurğulara texniki qulluğun göstərilməsi üçün ixtisaslaşdırılmış təşkilatlarla müqavilə bağlamalıdır. Planlı texniki qulluğun göstərilməsinə dair ixtisaslaşdırılmış təşkilatlarla müqavilələrin bağlanması, təhsil müəssisəsi rəhbərini yanğın avtomatikası qurğularının texniki cəhətdən saxlanılması qaydalarında qeyd edilən tədbirlərin yerinə yetirilməməsinə görə cavabdehlikdən azad etmir.

13.5. İxtisaslaşdırılmış təşkilatlar tərəfindən qurğulara texniki qulluğun göstərilməsinə və təmirinə dair işlərin aparılmasına nəzarəti təhsil müəssisəsində bu qurğuların istismarına cavabdeh olan vəzifəli şəxs həyata keçirir.

13.6. Qurğuların istismarına cavabdeh olan vəzifəli şəxs aşağıdakıları təmin etməlidir:

13.6.2. Vaxtlı-vaxtında texniki xidmətin və ehtiyat tədbirlərinin aparılması yolu ilə qurğuların işə yararlı vəziyyətdə saxlanılmasını;

13.6.3. Xidməti və operativ heyətin öyrədilməsini, habelə mühafizə olunan binalarda işləyən fəhlə və qulluqçuların təlimatlandırılmasını;

13.6.4. Qurğulara dair lazımi istismar və texniki sənədlərin əldə edilməsini;

13.6.5. Qurğuların nasazlığı və sıradan çıxması hallarında Dövlət Yanğın Nəzarəti orqanının məlumatlandırılmasını.

13.7. Qurğunun nasazlığını aşkar edən xidməti və operativ heyət bu haqda dərhal qurğunun istismarına görə məsuliyyət daşıyan şəxsə xəbər verməli və aşkar edilən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir.

13.8. Qurğuların texniki xidmətinə dair işlərin keyfiyyətlə yerinə yetirilməməsinə görə xidməti heyət müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

13.9. Qurğuların cərəyan mənbəyindən ayrılması ilə bağlı texniki qulluğun və ya təmir işlərinin aparıldığı dövrdə müəssisənin rəhbərliyi, həmin qurğuların mühafizə etdiyi binaların (aparatların) yanğın təhlükəsizliyini təmin etməli və bu barədə yanğından mühafizə orqanlarına məlumat verməlidir.

13.10. Yanğın və keşikçi-yanğın siqnalizasiyanın qəbul-nəzarət cihazları, sutka ərzində insanlar olan (növbətçi heyət) otaqlarda qurulmalı və onlar da həyəcan siqnallarını qəbul edərək yanğın təhlükəsizliyi xidmətini çağırmalıdırlar. Qəbul-nəzarət aparatlarına texniki qulluq göstərən növbətçi heyətə aparatları nəzarətsiz saxlamaq qadağandır.

13.11. Dispetçer məntəqəsində və ya qəbul cihazları qurulan otaqlarda, yanğın baş verdikdə və qurğuların nasazlığı barədə həyəcan siqnallarının alındığı zaman növbətçi heyətin hərəkət qaydaları barədə təlimat asılmalıdır.

13.12. Əsas və ehtiyat yanğın nasosları, nəzarət buraxılış klapanları və digər qurğular yerləşən yanğınsöndürmə stansiyası otaqlarının qapıları qıfılla kilidlənməli, qıfılın açarları isə xidməti və ya operativ heyətdə olmalıdır. Bu otaqların giriş qapılarında “Yanğınsöndürmə stansiyası” sözləri yazılmış işıqlandırıcı lövhələr vurulmalıdır.

13.13. Qaz-yanğınsöndürmə qurğuları ilə müdafiə olunan otaqlarda işləyən şəxslər üçün, qurğular sıradan çıxdığı zaman onların hərəkətləri və təxliyyə olunmaları barədə təlimat işlənib hazırlanmalıdır.

13.14. Keşikçi yanğın siqnalizasiya qurğularında olan yanğın xəbərverici cihazlar sutka ərzində iş rejimində olmalıdır.

13.15. Yanğın avtomatikasının istismarı prosesində aşağıdakılara icazə verilmir:

13.15.1. Yanğınsöndürmə qurğularının avtomatik idarə etmə üsulunu əl ilə idarə etmə üsulu ilə əvəz etmək;

Qeyd: müstəsna hallarda yanğınsöndürmə qurğularının avtomatik idarə etmə üsulundan əl vasitəsi ilə idarə etmə üsuluna keçirilməsi zərurəti yarandıqda, bu barədə müəssisə rəhbəri və yanğın təhlükəsizliyi xidməti məlumatlandırılmalıdır.

13.15.2. Açılmış və nasaz su çiləyicilərə tıxaclar və pərçimlər taxmaq;

13.15.3. Nəzarət-siqnal qurğularına və cihazlarına yanaşma yollarını maneəedici əşyalarla tutmaq;

13.15.4. Sulama vasitələrinə ən azı 0,9 metr, xəbərverici cihazlara isə 0,6 metr yaxın məsafədə materiallar yığmaq;

13.15.5. Qurğuların boru kəmərlərindən hər hansı avadanlığın asılması və ya bərkidilməsi üçün istifadə etmək;

13.15.6. Qurğunun qidalandırıcı boru kəmərlərinə təlim qurğularının və santexniki cihazların birləşdirilməsi;

13.15.7. Qidalandırıcı və bölücü boru kəmərlərində kilid armaturların və flans birləşmələrinin quraşdırılması;

13.15.8. Nasaz yanğın xəbərverici cihazların əvəzinə başqa tipli, yaxud fərqli iş prinsipli yanğın xəbərverici cihazlar qurmaq, eləcə də yanğın xəbərvericilərin qurulduğu yerlərdə, onların olmadığı hallarda birləşmə şleyfini qapamaq.

14.1. Yanğın baş verən zaman təhsil müəssisəsinin, yerli yanğından mühafizənin və könüllü yanğın drujinasının birinci növbədə borcları yanğın barədə yanğın təhlükəsizliyi xidmətinə xəbər verilməsi, təhlükəsizliyin təmin edilməsi və yanğının söndürülməsindən ibarətdir.

Yanğın barədə adamlara xəbər verilməsi üçün daxili radiotranslyasiya şəbəkəsindən, həyəcan zəngindən və digər səs siqnallarından istifadə edilməlidir.

14.2. Yanğın və alışmanı aşkar edən hər bir şəxsin borcudur:

14.2.1. Bu barədə yanğın təhlükəsizliyi xidmətinə dərhal xəbər vermək;

14.2.2. İş yerində mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının mənbəyini söndürməyə başlamaq;

14.2.3. Təhsil müəssisəsi rəhbərliyinin yanğın yerinə çağırılması üçün müvafiq tədbirlər görmək.

14.3. Yanğın yerinə gələn təhsil müəssisəsi nümayəndələrinin və digər vəzifəli şəxslərin borcudur:

14.3.1. Yanğın barədə müəssisənin rəhbərinə xəbər vermək;

14.3.2. Yanğın Təhlükəsizliyi xidmətini qarşılamaq üçün yolları və su mənbələrinin yerini yaxşı bilən şəxsi ayırmaq;

14.3.3. Yanğın avtomatik qurğuların işə qoşulmasını yoxlamaq;

14.3.4. Yanğının söndürülməsi ilə məşğul olmayan adamları binadan və ya təhlükəli zonadan uzaqlaşdırmaq;

14.3.5. İnsanların həyatı üçün təhlükə yarandıqda mövcud qüvvə və vəsaitlərdən istifadə etməklə dərhal onların xilas edilməsini təşkil etmək;

14.3.6. Zərurət yarandıqda qazdan xilasetmə, tibbi və digər xidmətləri yanğın yerinə çağırmaq;

14.3.7. Yanğının ləğv edilməsi ilə əlaqədar olmayan bütün işləri dayandırmaq;

14.3.8. Elektrik enerjisinin ayrılmasını, yük daşıyan qurğuların dayandırılmasını, qaz xətlərinin qapanmasını, havadəyişmə sisteminin işinin dayandırılmasını, tüstü sorucu sisteminin işə salınmasını, yanğının yayılmasının qarşısını alan digər tədbirləri təşkil etmək;

14.3.9. Yanğının söndürülməsində iştirak edən adamların ehtimal edilən bədbəxt hadisələrdən mühafizə edilməsi üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək;

14.3.10. Yanğının söndürülməsi ilə bərabər eyni vaxtda yüksək temperaturun təsiri altında, binanın uçmaq təhlükəsində olan konstruktiv elementlərini soyutmaq.

14.4. Yanğın Təhlükəsizliyi Xidmətinin bölmələrinin yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsinə rəhbərlik edən müəssisənin nümayəndəsi, yanğının mənbəyi, yanğının ləğv edilməsi üçün görülən tədbirlər, anbar və zirzəmilərdə yanğın təhlükəli partlayıcı materialların, qaz dolu balonların mövcudluğu, eləcə də yanğının söndürülməsində iştirak edən və köməyə ehtiyacı olan adamların mövcudluğu haqqında bütün məlumatları yanğından mühafizənin rəisinə məruzə etməlidir.

14.5. Yanğınsöndürmə qərargahının tərkibinə müəssisənin nümayəndəsi daxil edildiyi zaman o borcludur:

14.5.1. Yanğınsöndürmə rəhbərini yanğın baş vermiş müəssisənin xüsusiyyətləri üzrə təlimatlandırmaq, habelə partlayış təhlükəli və zəhərli maddələr, qaz dolu balonlar, gərginlik altında olan elektrik qurğuları barədə məlumatlandırmaq;

14.5.2. Yanğının söndürülməsi və əmlakın köçürülməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün qərargahı işçi qüvvəsi və mühəndis texniki heyətlə təmin etmək;

14.5.3. Yanğının söndürülməsində istifadə oluna biləcək vəsaitlərin daşınıb gətirilməsi üçün nəqliyyat vasitələri vermək. Yanğınsöndürmə rəhbərinin göstərişinə əsasən müxtəlif kommunikasiyaların ayrılmasını və ya istiqamətinin dəyişdirilməsini, asan alışan və yanar mayeləri çənlərdən sovurub çıxarılmasını və sair təşkil etmək;

14.5.4. Yanğınların söndürülməsi ilə əlaqədar mühəndis-texniki heyətin hərəkətlərini tənzimləmək.

14.6. Müəssisədə baş verən hər bir alışma və yanğın hadisəsi barədə rəhbərlik tərəfindən, yanğının baş verməsinə və yayılmasına şərait yaradan bütün vəziyyətlər aydınlaşdırılmalıdır. Bu məqsədlə aşağıdakılar həyata keçirilir:

14.6.1. Dövlət Yanğın Nəzarəti orqanının nümayəndələrinin iştirakı ilə yanğının baş verməsinin səbəbi, vəziyyəti və şəraitinin aydınlaşdırılması üzrə komissiya yaradılmalıdır.

14.6.2. Müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin, onların yerinə yetirilməsinə cavabdeh şəxslərin, habelə gələcəkdə yanğın hadisəsinə yol verilməməsi üçün həyata keçiriləcək tədbirlərin siyahısını işləyib hazırlamalı və bu tədbirlərin eləcə də verilən əmr və göstərişlərin siyahısı Dövlət Yanğın Nəzarəti orqanına təqdim olunmalıdır.

14.7. Bu “Qaydalar” dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

“Təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları”na

Yanğın təhlükəsizliyi qaydaları və yanğın zamanı hərəkətlərlə tanış olmaq üçün, təhsil müəssisəsinin bütün fəhlə və qulluqçularına, tələbələr və professor müəllim heyətinə yanğına qarşı təlimat keçirilməlidir. Təhsil müəssisəsinin yüksək yanğın təhlükəsinə malik müəssisələrində fəhlələr, qulluqçular və tələbələr üçün xüsusi yanğın - texniki minimum üzrə dərslər keçirilməlidir.

Yanğına qarşı təlimatın və yanğın - texniki minimum üzrə məşğələlərin keçirilməsində məsuliyyət təhsil müəssisinin və struktur bölmələrinin rəhbərlərinin üzərinə düşür.

1. Yanğına qarşı təlimat.

İşə yeni qəbul edilən fəhlə və qulluqçular yanğın təhlükəsizliyi tədbirləri haqqında ilkin olaraq, sonradan isə iş yerində yenidən ikinci dəfə də təlimatlandırılmalıdırlar. Yanğına qarşı ilkin olaraq təlimatlandırılmaq üçün göndərişi müəssisənin kadrlar şöbəsi verir. İşə yeni qəbul edilmiş fəhlə və qulluqçuların ilkin yanğına qarşı təlimatlandırılmadan işə buraxılmasına icazə verilmir. İkinci dəfə təkrar təlimatlandırma, otağın yanğın təhlükəsizliyinə məsuliyyət daşıyan şəxs tərəfindən aparılır. Bu cür təlimat fəhlə və qulluqçuların iş yerləri dəyişdirilən zaman bir daha aparılmalıdır. Təlimatlandırılan şəxslər aşağıdakılarla tanış olmalıdırlar:

a) müəssisədə yanğına qarşı qüvvədə olan qaydalar və təlimatlarla;

b) siqaret çəkilməsi, açıq oddan istifadə edilməsi qadağan edilən və digər ehtiyat tədbirlərin tətbiqi zəruri sayılan sahələrlə;

c) yanğının baş verməsinin ehtimal edilən səbəbləri və onların qarşısının alınması tədbirləri ilə;

ç) yanğın baş verən zaman əməli hərəkətlərlə (yanğının söndürülməsinə kömək çağırılması, ilkin yanğınsöndürmə vasitələrindən istifadə edilməsi, adamların və qiymətli əşyaların köçürülməsi).

İkinci dəfə yanğına qarşı təlimat keçirilən zaman yüksək yanğın təhlükəsizliyinə malik qurğular, yanğın və alışmaların qarşısının alınmasına dair tədbirlər haqında məlumat vermək, siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerləri göstərmək, işə yeni qəbul edilənləri otaqlarda mövcud olan yanğınsöndürmə vasitələri ilə tanış etmək, ən yaxınlıqdakı telefon aparatının yerini göstərmək və yanğın baş verən zaman onların hərəkətləri haqqında məlumat vermək. Yanğına qarşı təlimat keçirilən zaman mütləq müəssisədəki yanğınsöndürmə vəsaitlərindən istifadə üsulları əməli sürətdə göstərilməlidir.

2. Yanğın-texniki minimum.

Yanğın-texniki minimum keçirilməsində əsas məqsəd yüksək yanğın təhlükəsinə malik olan otaqlarda çalışan fəhlə və qulluqçuların ümumi texniki biliklərinin artırılmasından, onların yanğın təhlükəsizliyi qaydaları ilə tanış edilməsindən, eləcə də mövcud yanğınsöndürmə vasitələrindən istifadə üsullarının daha dərindən öyrədilməsindən ibarətdir. Yanğın-texniki minumum üzrə məşğələlərin aparılması qaydaları təhsil müəssisəsinin rəhbərinin əmri ilə elan edilir. Yanğın texniki minumum proqramı üzrə məşğələlər bilavasitə iş yerində aparılmalıdır. Yanğın təhlükəli otaqların olmadığı bəzi təhsil müəssisəsinin təşkilatlarında, baza və anbarlarında ayrı-ayrı kateqoriyalı mütəxəssislərlə birgə yanğın texniki-minumum proqramının öyrənilməsi üzrə ümumi obyekt qrupları təşkil edilə bilər. Yanğın - texniki minumum proqramı tədris olunub qurtardıqdan sonra, fəhlə və qulluqçulardan məqbullar qəbul edilməli və bu zaman yanğın baş verən hallarda öz hərəkətlərini və yanğınsöndürmə vasitələrindən istifadə üsullarını, qurğu və cihazların yanğın təhlükəsini, yanğın təhlükəsizliyinə dair müəssisənin təlimatlarını bilən şəxslər, yanğın-texniki minumum proqramını müvəffəqiyyətlə keçmiş sayılırlar. Yanğın texniki - minumumda aşağıdakı mövzuların öyrənilməsi məqsədə müvafiqdir.

Təhsil müəssisəsinin yanğın təhlükəsinə dair qısa səciyyəvi xüsusiyyətləri.

Yanğınların baş vermə səbəbləri, nasaz qurğular, elektrik-qaz qaynaq işlərində qığılcım və odla ehtiyatsızlıq. Qazanxana və digər qurğuların qığılcımı, elektrik qurğularının nasazlığı, alətlərin və elektrik qızdırıcı cihazların istifadə qaydalarının pozulması.

Təhsil müəssisəsinin bazalarının, anbarlarının və binalarının arasında yanğına qarşı ara məsafələrin saxlanılması, yanğına qarşı su təchizatının mövcudluğu və sazlığı.

Yanğın təhlükəsizliyi qaydalarının pozulduğu hallar aşkar edildiyi zaman fəhlə və qulluqçuların hərəkəti.

Yanğın təhlükəsizliyi məsələlərinə dair ümumi təlimatlar və əmrlər.

Könüllü yanğın drujinasının təşkili və iş qaydası, könüllü yanğın drujinası üzvləri üçün müəyyənləşdirilmiş imtiyazlar və mükafatlar.

Otaqlarda olan qurğu və cihazların yanğın təhlükəsinə dair səciyyəvi xüsusiyyətləri.

Qurğu, maşın və aparatların iş rejiminin pozulduğu zaman xidməti heyətin hərəkətləri, təlimatlandırılan şəxsin iş yerində yanğına qarşı rejim və yanğın təhlükəsizliyi qaydaları.

Yanğının, partlayışın və ya qəzanın baş verməsinin ehtimal edilən səbəbləri və onların baş verməsi təhlükəsi olduğu zaman xidməti heyətin hərəkətləri (qurğu və cihazların cərəyan mənbəyindən ayrılması, yüksək və alçaq gərginlikli cərəyan altında olan qurğularda gərginliyin kənar edilməsi, qəza hallarında kömək çağırılması və sairə.).

Alışmaların qarşısını almaq məqsədi ilə işə başlayarkən, iş prosesində və işdən sonra riayət edilməsi zəruri olan yanğın təhlükəsizliyi tədbirləri.

Könüllü yanğın drujinası bölmələrinin iş qaydası. (döyüş hesabı.)

Müəssisədə mövcud olan rabitə və siqnalizasiya vasitələri, ən yaxınlıqdakı telefon aparatının yerləşdiyi yer, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları, yanğın təhlükəsi barədə səs-həyəcan siqnalı vermək üçün nəzərdə tutulan qurğular.

Yanğın baş verən zaman bu vasitələrdən istifadə edilməsi qaydaları, yanğın barədə telefonla məlumat verilməsi üsulları.

Müəssisədə mövcud yanğınsöndürmə vasitələri, yanğınaqarşı qurğular və inventarların adı, təyinatı və yerləşdikləri yerlər (odsöndürən balonlar, daxili yanğın su kranları). Odsöndürücü vasitələrin, yanğına qarşı vasitələrin, yanğınsöndürmə qurğuların istifadə qaydaları.

İş yerində və müəssisənin ərazisində yanğın, alışma aşkar edilən zaman fəhlələrin, qulluqçuların və digər şəxslərin hərəkəti.

Yanğın barədə yanğın təhlükəsizliyi xidmətlərinə, qaz xilas edici və qəza orqanlarına xəbər verilməsi qaydaları, yanğın komandalarının, bölmələrinin və ya könüllü yanğın drujinasının qarşılanmasının təşkil olunması.

Lazım gələn hallarda texnoloji avadanlığı, elektrik qurğularını və hava dəyişmə sistemini şəbəkədən ayırmaq, istismarını dayandırmaq. Obyektdə mövcud yanğınsöndürmə vasitələrinin köməyi ilə yanğının söndürülməsi. (Səyyar odsöndürücü qurğuların işə salınma qaydaları, adamların və qiymətli əşyaların köçürülməsi). Yanğınsöndürmə xidməti gəldikdən sonra fəhlə və qulluqçuların hərəkəti (su kəməri xətlərinin çəkilməsində köməklik göstərilməsi, qiymətli əşyaların köçürülməsində iştirak etmək və s.).

Döyüş hesabı tabeli üzrə könüllü yanğın drujinası bölməsinin üzvlərinin vəzifələri.

Yanğın-texniki minimum üzrə mövzular öyrənilən zaman müəssisədə daima baş verən yanğınların ən xarakterik halları izah edilməlidir. Materialların yaxşı mənimsənilməsi üçün tədris məqsədi ilə müxtəlif eksponatlardan, fotoşəkillərdən və plakatlardan, eləcə də ayrı-ayrı yanğın təhlükəli qurğuların qovşaqlarından istifadə etmək məqsədə müvafiqdir. Könüllü yanğın drujinasının üzvlərinin hüquq və vəzifələri müfəssəl izah edilməli, habelə onları döyüş hesabı tabeli üzrə fəhlə və qulluqçulara öyrətmək lazımdır.

“Təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi Qaydaları”-na

Qeyd: Təhsil müəssisələrində ilkin yanğınsöndürmə vasitələri və odsöndürənlər görünən yerlərdə quraşdırılmış xüsusi lövhələrdə yerləşdirilə bilər.

1. 14 iyun 2023-cü il tarixli 20/01-028 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306141028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyun 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver