Qanunvericilik › Təhsil sistemində çalışan qabaqcıl işçilərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təltif olunması Qaydaları (Elm və Təhsil Nazirliyi, 04.04.2002) › Tam mətn

Təhsil sistemində çalışan qabaqcıl işçilərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təltif olunması Qaydaları (Elm və Təhsil Nazirliyi, 04.04.2002)

Təhsil sistemində çalışan qabaqcıl işçilərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təltif olunması Qaydaları (Elm və Təhsil Nazirliyi, 04.04.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 3-cü bölməsinin 3.5-ci bəndinin 26-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təhsil sisteminə daxil olan idarə, müəssisə və təşkilatların işçiləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi orqanlarının əməkdaşları təhsil sahəsində səmərəli fəaliyyət göstərdiklərinə və maarifçiliyin inkişafında yüksək nailiyyətlər əldə etdiklərinə görə aşağıdakı hallarda təltif edilirlər:

1.1. Təhsil sahəsində dövlət tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə görə

1.2. Təhsil sisteminin, eləcə də təhsil müəssisələrinin idarə olunmasında yüksək menecment fəaliyyətinə və idarəçilik səriştəsinə görə

1.3. Gənc nəslin təlim-tərbiyəsində əldə edilmiş yüksək nəticələrə görə

1.4. Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə

1.5. İxtisaslı fəhlə və orta ixtisas təhsilli kadrların hazırlanmasında əldə edilmiş nailiyyətlərə görə

1.6. Rəhbər və pedaqoji kadrların hazırlanması, tərbiyə edilməsi, ixtisasının artırılması və yenidən hazırlanması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması sahəsində yüksək nəticələrə görə

1.7. Dərsliklərin, tədris-metodiki və əyani vəsaitlərin hazırlanmasında yüksək nəticələrə görə

1.8. Təhsil sahəsində elmi-tədqiqat işlərinin səmərəliliyinə görə

1.9. Təhsil sistemində islahatların həyata keçirilməsi sahəsində əldə olunmuş yüksək nəticələrə görə

2. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərman təhsil sisteminə daxil olan idarə, müəssisə və təşkilatların təqdimatı əsasında verilir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına və Fəxri Fərmana layiq olan namizədi təqdim edə bilər. Bu döş nişanı ilə digər nazirlik, idarə və təşkilatların təhsil işçiləri də təltif oluna bilər.

3. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltiflər Təhsil Nazirliyində yaradılmış Fəxri adlarla bağlı komissiyanın rəyi nəzərə alınmaqla Təhsil Nazirliyi kollegiyasının qərarı ilə nazirin əmrinə, Fəxri Fərmanla təltif isə Təhsil Nazirliyi kollegiyasının qərarına əsasən həyata keçirilir.

4. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərman müvafiq idarə, müəssisə və təşkilatların ümumi yığıncağında təntənəli surətdə təqdim olunur.

5. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunanlara xüsusi formalı vəsiqə də verilir.

6. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı sağ tərəfdə orden və medallardan aşağı hissədə asılır.

7. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanından məhrum etmə Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının qərarı ilə müvafiq idarə, müəssisə və təşkilatların təqdim etdikləri materiallar əsasında həyata keçirilir.

8. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına təqdim olunan hər bir namizəd üçün təqdimatdan əlavə, qəbul olunmuş forma üzrə təltif vərəqəsi doldurulur (forma əlavə edilir).

9. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təltif olunanların uçotunu aparır.

10. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı dairə formasında olmaqla, aşağı hissəsində qızılı rəngli dəfinə yarpağı, orta hissəsində üzərində Azərbaycan Respublikasının bayrağı əks olunmaqla günəş şüaları fonunda kitab şəkili təsvir olunur. Nişanın qıraq hissəsində dairəvi şəkildə qızılı hərflərlə “Azərbaycan Respublikası Təhsil Nazirliyi”, kitab şəklinin alt hissəsində “qabaqcıl təhsil işçisi” sözləri yazılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver