Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Kollegiyasının Qərarı
“Telefon servis xidmətlərinə qoşulma üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin 10.4-cü və 11.11-ci yarımbəndlərini rəhbər tutaraq, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyası
1. “Telefon servis xidmətlərinə qoşulma üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və kadrlar şöbəsinə (B.Məmmədov) tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Ümumi şöbəyə (İ.Tağıyev) tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının struktur bölmələrinə və tabeliyindəki qurumlara göndərilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarət Nazir müavini E.Vəlizadəyə həvalə edilsin.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2014-cü il 12 fevral tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Telefon servis xidmətlərinə qoşulma.
1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi və “Aztelekom” İstehsalat Birliyi şəbəkələri üzrə sabit telefon nömrələrinin servis xidmətlərinə qoşulmasının və telefon nömrələrində mövcud olan servis xidmətlərinin bağlanılmasının internet vasitəsilə həyata keçirilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (33-cü maddə);
- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.7-ci bənd).
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (bundan sonra - MHM).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətinə bərabərdir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Telefon nömrəsi servis xidmətlərinə qoşulur və ya telefon nömrəsində mövcud olan servis xidmətləri bağlanılır.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
- https://www.e-gov.az
- http://www.mincom.gov.az/e-xidmetler/
- http://www.rabita.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- İnternet ünvanı: https://www.e-gov.az
- İnternet ünvanı: http://www.mincom.gov.az
- İnternet ünvanı: http://www.rabita.az
- Elektron poçt: mincom@mincom.gov.az, office@rabita.az
- Tel.: MHM: 157, (+99412) 565-18-07, (+99412) 498-80-44, (+99412) 598-41-00
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir.
3.1.2. Sorğunun qəbulu: Avtorizasiya prosesi tamamlandıqdan sonra açılan səhifədə istifadəçinin adına telefon nömrəsinin mövcud olub-olmadığı göstərilir. İstifadəçinin adına telefon nömrəsi mövcud olduqda sorğu qəbul edilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçinin adına telefon nömrəsi mövcud olmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekranda göstərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçinin adına telefon nömrəsi mövcud olduqda servis xidmətlərinin siyahısı (telefon nömrəsində mövcud olan servis xidmətləri qeyd edilməklə) ekranda göstərilir. İstifadəçi qoşulmaq və ya telefon nömrəsində mövcud olan servis xidmətlərindən bağlamaq istədiyi servis xidmətlərini həmin siyahıdan seçir.
3.3. Sorğunun icrası:
3.3.1. Xidmət tam avtomatlaşdırıldığından heç bir inzibati əməliyyat mövcud deyil.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti MHM həyata keçirir.
3.4.1. Nəzarət forması: Daxil olan sorğuların icrasına nəzarət onların avtomatlaşdırılmış rejimdə monitorinqinin aparılması yolu ilə həyata keçirilir.
3.4.2. Nəzarət qaydası: Vaxtında icra olunmayan sorğular avtomatik olaraq xüsusi rejimdə göstərilir və həmin rejimə düşmüş sifarişlər sistemin fəaliyyətinə məsul şəxslər tərəfindən mütəmadi izlənilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanlarına göndərilir. Şikayətdə şikayəti verən şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
6 noyabr 2014-cü il tarixli 02 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201411060002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 noyabr 2014-cü il)
2. 11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807110002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI