17.1. Telekommunikasiya haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
17.1-1. Sahibkarlara münasibətdə telekommunikasiya fəaliyyətinə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
17.2. Telekommunikasiya sahəsində fəaliyyətə dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
17.3. Telekommunikasiya haqqında qanunvericiliyə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür.
17.4. Telekommunikasiya haqqında qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətlərindən sui-istifadə hallarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.