4.1. Dövlətin, hüquqi və fiziki şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin maraq dairəsinə aid olan mövcud informasiya məkanı, telekommunikasiya vasitələri və qurğuları telekommunikasiya obyekti hesab edilirlər.
4.2. Telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.
4.3. Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda mövcud ola bilərlər.