Qanunvericilik › Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 43

Maddə 43. Telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət

Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

43.1. Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

43.2. Telekommunikasiya fəaliyyəti subyektləri yol verdikləri hüquqpozmalara görə qanunla və mövcud müqavilələrdə nəzərdə tutulan əsaslar ilə məsuliyyətə cəlb edilə bilərlər.

43.3. Qanunvericilikdə başqa qayda müəyyən edilməyibsə, telekommunikasiya şəbəkələri ilə ötürülən məlumatların məzmununa görə operatorlar və provayderlər məsuliyyət daşımırlar.

43.4. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

43.5. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi gündən 10 gün müddətində məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver