Qanunvericilik › Televiziya və radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 62) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.11.2005) › Tam mətn

Televiziya və radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 62) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.11.2005)

Televiziya və radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 62) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.11.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Televiziya və radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “Kitabça” adlandırılacaqdır) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq televiziya və radio proqramları sahəsinə aid olan qurumlarda çalışan rəhbər və mütəxəssislərin Vahid Tarif cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların əsas vəzifələrini, hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.

Kitabçada hər bir vəzifənin ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

-“Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin məzmunu;

-”Bilməlidir” bölməsində işçinin qanunvericilik aktları və digər normativ-hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

-”Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapmışdır. Kitabçaya televiziya və radio proqramları sahəsinə aid olan qulluqçu vəzifələri daxil edilmişdir. Televiziya və radio proqramları sahəsinə tələb olunan digər qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri ”Bütün sahələr üçün ümumi olan Vahid Tarif-İxtisas Sorğu Kitabçası” və iqtisadiyyatın digər sahələrində qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına əsasən müəyyənləşdirilir.

Kitabçada televiziya və radio proqramları sahəsinə aid olan rəhbər vəzifələrin əməyinin ödəniş dərəcələri, əsasən onların çalışdıqları televiziya və radio proqramları qurumlarının qrupundan asılı olaraq müəyyənləşdirilir. Mütəxəssis vəzifələrində çalışan işçilərin əməyinin ödəniş dərəcələri isə, bir qayda olaraq, onların ali və ya orta ixtisas təhsil səviyyəsindən, əmək stajından və peşəkarlıq səriştəsindən asılı olaraq müəyyən edilmişdir. Kitabçada bəzi vəzifələr üzrə ödəniş dərəcələrinə qoyulan ixtisas tələblərinə əməyin ödənilməsinin iki ödəniş dərəcəsi müəyyən edilmişdir ki, bu halda işçinin əməyin ödəniş dərəcəsi onun həmin vəzifədəki peşəkarlığı və iş keyfiyyəti nəzərə alınmaqla təyin edilir.

Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər müstəsna hallarda xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi hər hansı bır vəzifəyə təyin edilə bilərlər.

Studiya direktoru (proqram direktoru)

Televiziya və radio proqramları üzrə baş mühəndis

Studiyanın baş mütəxəssisi

Televiziya və radio proqramları üzrə baş mütəxəssis

Çəkiliş qrupunun direktoru

Televiziyanın tərcüməçi surdoloqu

Televiziya (radio proqramları) rejissoru

Redaktor (televiziyada)

Televiziyanın rejissor assistenti

Kinorejissor assistenti

Kinooperator assistenti

Rejissor assistenti (radioda)

Səs rejissorunun assistenti

Teleoperator assistenti

Referent (televiziyada və radioda)

Əmək funksiyası. Studiyanın (proqramın) bütün növ istehsalat və yaradıcılıq fəaliyyətinə rəhbərlik edir. Studiyanın (proqramın) strukturunda olan redaksiyaların, şöbələrin, qrupların və digər yaradıcı qurumların televiziya və ya radio proqramlarının yaranması, yayımı və yüksək səviyyədə təşkil edilməsi üzrə işini təşkil edir və istiqamətləndirir. Studiyanın (proqramın) yayım konsepsiyasının hazırlanmasını təmin edir, bədii-redaksiya şurasının işinə rəhbərlik edir. Studiyanın (proqramın) təqvim-mövzu, istehsal-maliyyə perspektiv və cari planlarının işlənib hazırlamasına rəhbərlik edir. Rəhbərliyin studiyanın (proqramın) işinə aid olan əmr, təlimat və göstərişlərinin icrası ilə əlaqədar tədbirlər görür. Studiyanın (proqramın) fəaliyyəti ilə bağlı keçirilən direktorlar şurasının müşavirələrində iştirak edir. Dövlət orqanları, özəl müəssisələr, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, yerli televiziya və radio təşkilatları və xarici firmalarla əlaqə yaradır. Müəssisə, idarə və təşkilatlarla, həmçinin studiyaya (proqrama) iş üçün dəvət edilmiş şəxslərlə müqavilələrin bağlanılması üçün tədbir görür. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəllif hüquqları normalarına riayət edilməsini təmin edir. Bağlanmış müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir. Ştatda olan işçilərin, eləcə də müəllif və ya mülki-hüquqi müqavilə üzrə çalışan işçilərin əməyinin ödənilməsi üçün yerinə yetirilən işlər, bu işlər üçün ödənilən müəllif haqları, qonorarları barədə hesabat sənədlərini imzalayır. Studiyanın struktur bölmələrinin əsasnamələrinin hazırlanmasını təmin edir və təsdiq edilmək üçün rəhbərliyə təqdim edir. Əməyin təşkili üzrə qabaqcıl təcrübənin tətbiq edilməsi üzrə tədbirlər görür. Studiya (proqram) üçün ayrılmış maddi, maliyyə və texniki vəsaitlərdən səmərəli istifadə edilməsinə nəzarət edir. Televiziya və radio proqramlarının dəyişdirilməsinə, studiyanın (proqramın) reklam, reklam-xəbər və kommersiya fəaliyyətinə köməklik göstərir. İşçilərin işə qəbulu, başqa işə keçirilməsi, işdən azad edilməsi və vəzifədə irəli çəkilməsi barədə rəhbərliyə təqdimatlar verir. İşçilərin vəzifə təlimatlarının hazırlanmasını təmin edir və təsdiq edilmək üçün rəhbərliyə təqdim edir. İşçilərin bilik və təcrübələrinin, yaradıcılığının və ixtisaslarının artırılması üçün şərait yaradır. İdarəetmənin təkmilləşdirilməsi, əmək intizamının möhkəmləndirilməsi üçün hüquqi vasitələrdən istifadə edir. İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına, əmək intizamı və iş vaxtı rejiminə riayət etmələrinə nəzarət edir. Əmək və yaradıcılıq fəaliyyətində fərqlənən işçilərin mükafatlandırılması, əmək intizamını pozan işçilərə intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verir.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; səlahiyyətli orqanlar tərəfindən televiziya və radio yayımlarına müəyyənləşdirilən tələbləri; studiyanın (proqramın) fəaliyyətini tənzimləyən qərar, sərəncam, əmr və göstərişləri; ictimai-siyasi hadisələri; respublikada və xarici ölkələrdə iqtisadiyyat, elm və mədəniyyət sahəsində vəziyyəti və gələcək perspektivləri; televiziya və radio proqramlarının yaradılması üzrə texnologiyanı və bu sahədə istismar olunan texniki vasitələr üzrə respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; müəllif müqavilələrinin bağlanılması və tətbiqi qaydalarını; iqtisadiyyatın, idarəetmənin və əməyin təşkilinin əsaslarını; planlaşdırmanın və maliyyələşdirmənin əsaslarını; əməyin ödənilməsinin forma və sistemlərini, maddi həvəsləndirməni; yaradıcı işçilərin əməyinin təşkili, normalaşdırılması və ödənilməsi üzrə normativ aktları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və televiziya və radio və ya yaradıcılıq işi sahəsində rəhbər vəzifələrdə 7 ildən az olmayaraq əmək ştajı.

16-cı dərəcə: III qrup studiyada (proqramda) studiya direktoru (proqram direktor) vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: II qrup studiyada (proqramda) studiya direktoru (proqram direktoru) vəzifəsini yerinə yetirdikdə;

18-ci dərəcə: I qrup studiyada (proqramda) studiya direktoru (proqram direktoru) vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Televiziya və ya radio yayımı üzrə redaksiyanın işinə rəhbərlik edir. Redaksiyanın işini, siyasətini istiqamətləndirir. Redaksiyanın işi və çətinlikləri barədə studiyanın rəhbərinə vaxtında məlumat verir. Redaksiyada televiziya və ya radio proqramlarının hazırlanmasına bilavasitə rəhbərlik edir. Tabeliyindəki işçilər tərəfindən texnoloji avadanlıqdan düzgün istifadə edilməsinə nəzarət edir. İşçilər arasında iş bölgüsünü müəyyənləşdirir. Redaksiyanın işini planlaşdırır. Redaksiyada hazırlanan proqramların keyfiyyətinə görə cavabdehlik daşıyır.

Proqramın müasir tələblər əsasında bədii, siyasi və texniki tərəfdən yüksək səviyyədə hazırlanması üçün tədbirlər görür, hazırlanmış proqramın efirə hazır olması barədə rəhbərliyə məlumat verir. Redaksiyanın efirə verilən proqramlarının təqdimatı, onların təkrarı, arxivə verilməsi və ya silinməsi məsələlərini rəhbərlik ilə razılaşdırır.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; televiziya proqramlarının bədii səviyyəsinə qoyulan tələbləri əks etdirən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; redaksiyanın fəaliyyətini tənzimləyən normativ aktları; rəhbərlik etdiyi redaksiyanın fəaliyyət sahəsinə dair respublikada və xarici ölkələrdə baş verən ictimai, siyasi, iqtisadi, elmi və mədəni hadisələri, gələcək perspektivləri; texniki vəsaitləri və redaksiyaların yaradılması texnologiyasını, ədəbi redaktəni; əmək qanunvericiliyinin əsaslarını; müəllif müqavilələrinin bağlanılması qaydasını; iqtisadiyyatın, idarəetmənin və əməyin təşkilinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkilinin xüsusiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və televiziya və radio və ya yaradıcılıq işi sahəsində rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək ştajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) baş redaktor vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) baş redaktor vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) baş redaktor vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Televiziya və radio proqramlarının yüksək bədii səviyyədə yaradıcı-istehsal prosesini təşkil edir və istiqamətləndirir. Redaksiyanın fəaliyyətinin yaradıcı konsepsiyasını müəyyən edir. Redaksiyanın perspektiv və cari mövzu və istehsal maliyyə planlarının hazırlanmasında iştirak edir, təsdiq edilmiş planların yerinə yetirilməsini təmin edir. Yaradıcı birliklər, ictimai təşkilatlar və mədəni-maarif təşkilatları ilə daima əlaqə saxlayır. Televiziya tamaşaçıları və radio dinləyiciləri, yaradıcı ictimaiyyətlə qarşılıqlı əlaqənin formalarını təkmilləşdirir. Teatrların, konsert birliklərinin, musiqili rəqs və özfəaliyyət kollektivlərinin artist və bədii heyətindən yaradıcı aktivin formalaşması üzrə işləri təşkil edir. Demokratik prinsiplər əsasında rejissor kollegiyasının işini təşkil edir, kollektivdə yaradıcı mühitin yaranmasına və bədii-istehsal heyətinin bacarıqlarından tam istifadə etməsinə imkan yaradır. Televiziya proqramlarının yaranması üzrə xarici və ölkə təcrübəsini öyrənib tətbiq edir, istehsal ehtiyatlarının aşkar edilməsi, əməyin, istehsalın təşkili və yaradıcı kollektivin idarə edilməsinin təkmilləşdirilməsini təmin edir. Redaksiya bədii şurasının bədii ssenarilərin qəbulu və müzakirəsi, bədii-dekorativ tərtibat üzrə işlərində iştirak edir. Çəkiliş qrupuna rəhbərlik edir, proqramı yaradanlara müəllifin fikrinin tam çatdırılmasını təmin edir, televiziya proqramları ilə əlaqədar kompleks işə nəzarət edir, bədii-istehsal heyətinin işini uyğunlaşdırır. Rejissor ssenarilərini və işıq partiturasını, eyni zamanda aktyorların baş rollarını və quruluşçu heyətin əsas iştirakçılarını təsdiq edir. Çəkiliş qrupunun yazılışa və montaja hazırlığına nəzarət edir. Proqramların qəbulunda iştirak edir. Texniki vəsaitlərdən istifadəyə nəzarət edir, bədii-istehsal heyətinin iş həcminin uçotunu aparır. Lazım gəldikdə bilavasitə proqramlar hazırlayır. Rejissorların ixtisaslarının artırılması üçün şərait yaradır, kollektivlərin idarə edilməsinin iqtisadi metodlarından geniş istifadə edir. Tarifləşmə, işçilərin işə qəbulu və işdən çıxarılması və həmçinin istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehinin verilməsi üçün təkliflər verir.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; respublikanın iqtisadi və sosial inkişafını, televiziya proqramlarının bədii səviyyəsi ilə əlaqədar səlahiyyətli orqanların qərar, sərəncam, əmr və digər normativ aktlarını; ictimai-siyasi hadisələri; iqtisadi, elmi və mədəni həyatda baş verən yenilikləri, rejissor ustalığı üzrə respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; yaradıcı proses və televiziya proqramlarının yaranmasının texnologiyasını, televiziya və radio stansiyalarının texniki vəsaitlərini; müəllif hüququ və əmək qanunvericiliyini, müəllif və əmək müqavilələrinin bağlanması qaydasını; iqtisadiyyatın əsaslarını, əməyin və istehsalatın təşkilini, əməyin ödənilməsinin forma və sistemlərini, maddi stimullaşdırmanı, yaradıcı işçilərin fəaliyyətinin tənzimlənməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və televiziya rejissoru vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) baş rejissor vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) baş rejissor vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) baş rejissor vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Yaradıcı qrupun təşkil olunması üzrə işləri həyata keçirir. Təcrübəli və istedadlı mütəxəssislərin, ədəbi ssenari, musiqi əsərləri müəlliflərinin, quruluşçu rejissorların, digər incəsənət və ədəbiyyat işçilərinin işə cəlb edilməsi üçün rəhbərliyə təkliflər verir. Ədəbi materialların və rejissor ssenarilərinin müzakirəsində, plan müddətlərinin təyin edilməsində iştirak edir. Quruluş üçün ayrılmış vəsaitin düzgün və məqsədəuyğun istifadə edilməsinə görə məsuliyyət daşıyır. İstehsalı nəzərdə tutulan tamaşa, film, digər quruluşların maliyyələşdirilməsində əlavə maliyyə və sponsorların cəlb edilməsi istiqamətində işlər görür. Yaradıcı qrupun xüsusi şəraitdə işləməsi üçün maliyyə, texniki və istehsalat şərtlərini müəyyənləşdirir. Ayrı-ayrı şəxslər və təşkilatlar ilə bağlanmış müqavilələrin şərtlərinin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir. İstehsal olunan məhsulun bədii, texniki səviyyəsinə və nəzərdə tutulmuş müddətdə təhvil verilməsinə görə məsuliyyət daşıyır. Hazır məhsulun təqdimatı və qəbulu ilə əlaqədar işlərin görülməsini təmin edir.

Bilməlidir: Yaradıcı qrupun təşkil edilməsi və təminatı qaydalarını; mütəxəssislərin işə cəlb edilməsi və onlarla müqavilələrin bağlanılması üsul və qaydalarını; maliyyə vəsaitlərindən düzgün və səmərəli istifadə qaydalarını; maliyyə, texniki və istehsal şərtlərini; bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət qayda və üsullarını; istehsal olunan məhsulun bədii və texniki səviyyəsinin yoxlanılması mexanizmini; hazır məhsulun təqdimatı və qəbulu ilə bağlı məsələlərin həll edilməsini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

15-ci dərəcə: III qrup studiyada (proqramda) prodüser vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) prodüser vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) prodüser vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Film müəlliflərinin fikirlərinin yaradıcı-istehsal prosesində təsviri həll edilməsi işinə rəhbərlik edir, təsvirlərin yüksək bədii fotoqrafik səviyyəsini və texniki keyfiyyətini, eyni zamanda bütün operator texnikasından səmərəli istifadə edilməsini təmin edir, kinossenarilərin hazırlanmasında, filmin quruluş layihəsinin və çəkilişlə əlaqədar xərclər smetasının hazırlanmasında iştirak edir. Çəkiliş qrupunun operator tərkibinin tərtib edilməsində iştirak edir, onun işini təşkil edir və istiqamətləndirir. Quruluşçu-kinorejissor və quruluşçu-rəssam ilə birlikdə qrimin bədii-dekorativ tərtib edilmiş eskizlərini təsdiq edir. Kino çəkilişinin keyfiyyətli aparılmasına nəzarət edir, kinooperatorlara videofilmlərin hazırlanması və istehsalı prosesində məsləhətlər verir. Lazım gəldikdə xüsusi çətin və məsuliyyətli çəkilişlər aparır. Dublların seçilməsi və çəkilmiş materialların müzakirəsində iştirak edir. Çəkilişlərin aparılmasının təşkilatı və texnoloji təkmilləşdirilməsi üzərində işləyir. Operator ustalığının təkmilləşdirilməsi üzrə eksperimental işlərdə iştirak edir. Kinooperatorların ixtisaslarının artırılmasına və yaradıcılıqlarının inkişaf etdirilməsinə şərait yaradır. İşçilərin işə qəbulu və işdən azad edilməsi, vəzifədə irəli çəkilməsi, fərqlənən işçilərin mükafatlandırılması, eləcə də istehsalat və əmək intizamını pozan işçilərə intizam tənbehinin verilməsi barədə rəhbərliyə təkliflər verir.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; kinofilmlərin bədii səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər materialları; kinooperator ustalığı üzrə respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; kino, video çəkilişlərində texniki vasitələri, eksponometriyanı; kadrların qurulması və işıqlanma metodunu, əmək qanunvericiliyinin əsaslarını; iqtisadiyyatın, idarəetmənin və əməyin təşkilinin əsaslarını, əməyin ödənilmə formalarını və sistemlərini, maddi həvəsləndirməni, yaradıcı işçilərin fəaliyyətlərinin reqlamentləşdirilməsi üzrə normativləri və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və kinooperator vəzifəsində 5 il-dən az olmayaraq əmək stajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) baş kinooperator vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) baş kinooperator vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) baş kinooperator vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Televiziya proqramlarının və videofilmlərin operator incəsənəti vasitələri ilə təsviri həll edilməsi zamanı yaradıcı-istehsal prosesinə rəhbərlik edir, onların yüksək bədii səviyyəsini təmin edir. Proqramların və videofilmlərin yaradıcı konsepsiyasının hazırlanmasında, televiziya studiyasının (proqramının) texniki siyasətinin müəyyən edilməsində iştirak edir. Yaradıcı birliklər, mədəni-maarif idarələri və digər təşkilatlarla daima əlaqə saxlayır. Televiziya proqramlarının və videofilmlərin yaranması üzrə respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini gündəlik həyatda tətbiq edir. Televiziya çəkilişlərinin təşkili və texnologiyasının təkmilləşdirilməsi üzərində işləyir. Televiziya texnikası və operator ustalığının təkmilləşdirilməsi üzrə eksperimental işlərdə iştirak edir. Teleoperatorların bədii şurasına rəhbərlik edir, televiziya məhsulunun qəbulu üzrə redaksiyanın bədii şurasının və televiziya studiyasının (proqramının) texniki şurasının işində iştirak edir. Çalışdığı sahədə televiziya operatorları kollektivinə bədii rəhbərlik edir, onların işini istiqamətləndirir, teleoperatorların yüklənməsini tənzimləyir, istehsal ehtiyatlarını aşkar edir. Televiziya çəkilişlərinin keyfiyyətli olmasına nəzarət edir, proqramların hazırlanması və istehsalı prosesində teleoperatorlara məsləhətlər verir. Lazım gəldikdə daha mürəkkəb və məsuliyyətli çəkilişlərdə iştirak edir. Operatorların əməyinin təşkilinin yeni formalarını praktikada tətbiq edir, teleoperatorların ixtisasının artırılması və daima yaradıcı inkişafı üçün şərait yaradır. İşçilərin işə qəbulu və işdən azad edilməsi, vəzifədə irəli çəkilməsi, fərqlənən işçilərin mükafatlandırılması, eləcə də istehsalat və əmək intizamım pozan işçilərə intizam tənbehinin verilməsi barədə rəhbərliyə təkliflər verir.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; televiziya proqramlarının və video-filmlərin bədii səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər materialları; ictimai-siyasi hadisələri; iqtisadi, elmi və mədəni həyatda baş verən yenilikləri, teleoperator ustalığı üzrə respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; televiziya proqramlarının və videofilmlərin yaranması texnologiyasını və texniki vəsaitləri; kadrların qurulması metodunu; iqtisadiyyatın, idarəetmənin və əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyini; əməyin ödənilmə formalarını və sistemlərini, maddi həvəsləndirməni, yaradıcı işçilərin fəaliyyətlərinin reqlamentləşdirilməsi üzrə normativləri və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və teleoperator vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) baş teleoperator vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) baş teleoperator vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) baş teleoperator vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Studiyanın daxilində və studiyadan kənarda bütün növdən və janrdan olan televiziya və ya radio proqramlarını aparır, mətn və videomateriallar üzrə fikrini azad və cəld ifadə edir, mətnin məzmununu dəqiq tamaşaçıya çatdırır, efirdə və ya çəkiliş zamanı proqramın aparıcı mətnini kadrda və kadr arxasında ifadə ilə oxuyur. Proqramda rejissorun yaradıcı fikrini aparıcı kimi aktyor ifaçılığı tələb edilmədən ifa edir. Məşqlərdə, proqramların çəkilişində və müzakirəsində iştirak edir. Birbaşa yayım zamanı hadisə yerindən yayımın, konsert proqramının və s. verilmə qaydasını məsul redaktor ilə birgə yoxlayır, proqramın hazır olması barədə məlumat şöbəsini xəbərdar edir. Proqram başlamadan əvvəl mikrofonların düzgün qurulmasını, nəzarət vizalarının sayını yoxlayır, elanların mətni ilə tanış olur, mətnlərin müəyyən hissəsinin yaddaşdan oxunmasına çalışır. Buraxılışının stolarxası məşqində iştirak edir. İşıqlandırmanın qurulması üçün studiyaya vaxtında gəlir. Efirə veriləcək materialın imzalanmış nüsxəsi ilə uyğunluğunu yoxlayır. Mətndə səhv aşkar edilən zaman, həmçinin proqramın vaxtından əvvəl qurtarması və ya gecikdirilməsi barədə buraxıcının xəbərdar edir və onun göstərişinə əsasən hərəkət edir. Məsul şəxsin göstərişinə əsasən proqramın gedişatı üzrə təsdiq edilmiş mətndə dəyişikliklər aparır. Televiziya proqramlarının aparılması üzrə müəyyən edilmiş qaydaya riayət edir, proqram üçün ayrılmış vaxt ərzində proqramların başlanması və qurtarmasını təmin edir. Studiyanın mikrofonunu qoşur və ya söndürür. Proqram və ya çəkiliş vaxtı pavilyonda, studiyada və ya diktor otağında olur. Televiziya studiyasına çıxmazdan əvvəl bir daha saçlarını, qrim və geyimini sahmana salır.

Bilməlidir: televiziya proqramlarının və videofilmlərin bədii səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər materialları; ictimai-siyasi hadisələri; iqtisadi, elmi və mədəni həyatda baş verən yenilikləri, diktor ustalığı üzrə respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; televiziya proqramlarının yaradılmasının texnologiyasını və texniki vəsaitlərini; danışıq texnikasını, çəkiliş aparılarkən iş metodunu; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, jurnalist və ya diktor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) baş diktor vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) baş diktor vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) baş diktor vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Teatr tamaşalarının, musiqi, rəqs kollektivlərinin, konsertlərin bədii-quruluş prinsiplərini hazırlayır. Tamaşaların, teatr interyerinin, reklamların tərtibatını, həmçinin kollektivlərin yaradıcı nailiyyətlərini əks etdirən mövzu sərgilərinin yüksək bədii-idea səviyyəsini təmin edir. İş planı-qrafikinə əsasən təyin edilmiş vaxt və xərclər çərçivəsində quruluşçuların fikrinə uyğun olaraq yeni və əvvəllər hazırlanmış materiallar üzərində iş aparır. Tamaşaların bədii-idea mənasına uyğun olaraq əsas quruluşların tərtibatı ilə məşğul olur. Yeni yaradılan və ya tam yeniləşdirilən quruluşları maket və eskiz tərtibatı, kostyum görünüşləri ilə vaxtında təmin edir. Bədii-quruluş mütəxəssislərinin, dəvət olunan rəssamların işinə nəzarət edir, onlara lazımi yaradıcı köməklik göstərir. Bədii-quruluş hissəsi üçün kadrların seçilməsində iştirak edir. Quruluşçu sexlərdə çalışan işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür. Teatr-quruluş texnikası və texnologiyası, yeni materialların və nailiyyətlərin elmi tətbiqini təşkil edir.

Bilməlidir: Azərbaycan Respublikasının mədəniyyət və incəsənət sahəsinə aid olan qərar, əmr, sərəncam və göstərişlərini; tamaşaların tərtibatı üzrə rəhbər materialları; ictimai-siyasi hadisələri, iqtisadi, elmi və mədəni həyatda baş verən yenilikləri; tamaşaların səhnə tərtibatı və hazırlanması üzrə bütün komponentləri; dekorativ incəsənətin tarixini; səhnə tərtibatı, teatr-quruluş texnikası və texnologiyası sahəsində qabaqcıl təcrübəni, teatr tarixini; iqtisadiyyatın, idarəetmənin və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və rəssam vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) baş rəssam vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) baş rəssam vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) baş rəssam vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Televiziya və radio proqramlarının istehsalı və yayımı üzrə ümumi texnoloji siyasəti təyin edir, texnoloji prosesin təkmilləşdirilməsi, ən müasir nailiyyətlərin istehsalata tətbiqi yollarını təyin edir və həyata keçirir. Tabelikdə olan texniki xidmətlərin fəaliyyətinə rəhbərlik edir.

İstehsalatın texniki hazırlıq səviyyəsinin, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsini və avadanlığın etibarlı işləməsini təmin edir. Texnoloji prosesə və məhsulun keyfiyyətinə nəzarət edir.

İstehsalatın və texnoloji prosesin inkişafı üzrə perspektiv planların işlənib hazırlanmasına, texnikanın son nailiyyətləri əsasında avadanlığın modernləşdirilməsinə, yeni texnoloji proseslərin istehsalata tətbiqinə, eyni avadanlıqların və texnoloji proseslərin idarə olunması üçün mütəxəssislərin hazırlanmasına rəhbərlik edir. Elmin nailiyyətləri əsasında ən müasir tələblərə cavab verən texnoloji avadanlıqların perspektiv planlar əsasında sifariş edilməsini təmin edir, alınmış yeni texnoloji avadanlığın montaj və sazlama-işəsalma işlərinə bilavasitə rəhbərlik edir. İstehsalatın elmi əsaslar üzrə idarə olunması, əmək məhsuldarlığının artırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir. İşçilərdən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına riayət etmələrmi tələb edir, onların təlimatlandırılmasını təmin edir.

Bilməlidir: televiziya və radio texnikası və texnologiyası prosesləri nəzəriyyəsini və onun praktiki tətbiqini; istehsalat texnologiyası üzrə normativ sənədləri, qüvvədə olan qanunvericiliyi, iqtisadiyyatın, idarəetmənin və əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və televiziya və radio proqramları sahəsində 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) və ya texniki istehsalat sahəsində televiziya və radio proqramları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) və ya texniki istehsalat sahəsində televiziya və radio proqramları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) və ya texniki istehsalat sahəsində televiziya və radio proqramları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. İxtisasına uyğun olaraq peşəkarlıqla mürəkkəb məsələləri yerinə yetirir. Baxılmalı və həll olunmalı olan daha aktual məsələ və problemləri seçir, onları yaradan səbəblərin aradan qaldırılması yollarını müəyyənləşdirir. Metodiki və normativ materialları və lazımi sənədləri işləyib hazırlayır. Daxil olan məlumatları öyrənir və təhlil edir, onları və eyni zamanda göstəriciləri və görülən işləri sistemləşdirir və ümumiləşdirir. Qəbul olunan qərarların məntiqi əsaslandırılması üsullarını seçir, onların məqsədyönlü və səmərəli olmasını qiymətləndirir. İşçilərinə metodiki və praktiki köməklik göstərir, öz səlahiyyətinə aid olan məsələlər üzrə onlara məsləhətlər verir. Yaradıcılıq təşəbbüsünün inkişafına, respublikanın və xarici ölkələrin televiziya və radio proqramların yaradılması üzrə nailiyyətlərini tətbiq edir və qabaqcıl təcrübələrdən istifadə edilməsinə çalışır. Studiyanın işinin səmərəli təşkil edilməsinə çalışır.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; səlahiyyətli orqanların televiziya və radio yayımları səviyyəsinə olan tələblərini; studiyanın fəaliyyətini tənzimləyən qərar, sərəncam və əmrləri; ictimai-siyasi hadisələri; televiziya və radio proqramlarının təşkili üzrə qabaqcıl respublika və xarici ölkə təcrübəsini; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; müəllif hüquqlarının və əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. İxtisasına uyğun olaraq peşəkarlıqla mürəkkəb işləri yerinə yetirir. Baxılmalı və həll olunmalı olan aktual məsələ və problemləri seçir, onları yaradan səbəblərin aradan qaldırılması yollarını müəyyənləşdirir. Metodiki və normativ materialları və lazımı sənədləri işləyib hazırlayır. Daxil olan məlumatları öyrənir, təhlil edir və sistemləşdirir. İstehsalat göstəricilərini və görülən işləri ümumiləşdirir. Qəbul olunan qərarların, metodların məntiqi əsaslandırılması üsullarını seçir, nəticələrin məqsədyönlüyünü və səmərəliliyini əsaslandırır. işçilərə metodiki və praktiki köməklik göstərir, öz sahəsinə aid olan məsələlər üzrə onlara məsləhətlər verir. Yaradıcılıq təşəbbüsünün inkişafına, respublikanın və xarici ölkələrin televiziya və radio proqramlarının yaradılması üzrə nailiyyətlərinin tətbiqinə və qabaqcıl təcrübədən istifadə edilməsinə çalışır. Görülən işlərin səmərələşdirilməsini təmin edir.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; səlahiyyətli orqanların televiziya və radio yayımlarına olan tələblərini, studiyanın fəaliyyətini tənzimləyən qərar, sərəncam və əmrlərini; respublikada və dünyada baş verən ictimai-siyasi hadisələri; televiziya və radio proqramlarının təşkili üzrə respublika və xarici ölkə təcrübəsini; yaradıcı işçilərin əməyinin təşkili, normalaşdırılması və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; yaradıcı işçilərin əməyinin təşkili, normalaşdırılması və ödənilməsi üzrə normativ aktları; əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək ştajı.

15-ci dərəcə: III qrup studiyada (proqramda) və ya texniki istehsalat sahəsində televiziya və radio proqramları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: II qrup studiyada (proqramda) və ya texniki istehsalat sahəsində televiziya və radio proqramları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup studiyada (proqramda) və ya texniki istehsalat sahəsində televiziya və radio proqramları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Studiyanın, proqramın, yaradıcılıq birliyinin, baş redaksiyanın plan maliyyə və inzibati-təsərrüfat fəaliyyətini təmin edir. Onların təqvim-mövzu və istehsal-maliyyə planlarının hazırlanması və hesabat materiallarının müəyyən edilmiş vaxtda təqdim edilməsi işlərini təşkil edir. Studiyanın, proqramın, yaradıcılıq birliyinin, baş redaksiyanın redaksiya-bədii şurasının iş planının hazırlanmasında iştirak edir, işi təşkil edir və qəbul olunmuş qərarların icrasına nəzarət edir. Qonorar fondundan səmərəli istifadə edilməsini, müəllif haqlarının və sair ödənilən haqların düzgün tətbiqini və qiymətləndirilməsini, proqramın kənar iştirakçılarına haqlarının düzgün qiymətləndirilərək ödənilməsini təmin edir. Müəllif və proqram iştirakçıları ilə bağlanılan müqavilələrin düzgün tərtib edilməsinə, müqavilə şərtlərinin düzgün müəyyənləşdirilməsinə və tərəflərin müqavilə şərtlərinə əməl etmələrinə nəzarət edir. Proqramların hazırlanmasına çəkilən xərclərin smeta layihəsinin hazırlanmasında iştirak edir, quruluş haqqı və əlavə mükafatlandırılma üzrə sənədləri hazırlayır.

Studiya, proqram, yaradıcılıq birliyi və baş redaksiyada göstərilən xidmətlərə görə, eləcə də kənar təşkilatlarla hesablaşmalarda pul vəsaitlərindən istifadəyə nəzarət edir, müvafiq sənədləri imzalayır. Öz səlahiyyətləri çərçivəsində struktur bölmələrdə proqramların təyin edilmiş vaxtda hazırlanmasına, şöbələr tərəfindən planların yerinə yetirilməsinə nəzarət edir. İstehsal tapşırıqlarının işçilər tərəfindən yerinə yetirilməsini təşkil edir və istehsalat iclasları keçirir. Kadrların seçilməsi işini təşkil edir, idarəetmə, iqtisadi və inzibatı metodlardan istifadə edərək istehsalat planlarının yerinə yetirilməsini təmin edir. Maddi-texniki təchizatın və işçilərin əmək və istirahət şəraitinin təşkil edilməsini təmin edir. İşçilər tərəfindən daxili əmək intizamı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir. İş vaxtı uçotunun aparılmasını təmin edir. Əmrlərin layihəsini hazırlayır. Struktur bölmələri aidiyyəti rəhbər və normativ sənədlərlə, eləcə də onların fəaliyyətini tənzimləyən qərar, sərəncam, əmrlərlə təmin edir, onların icrasına nəzarət edir. İstehsalat zərurəti ilə əlaqədar dövlət orqanları və digər müəssisələrlə əlaqə yaradır.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; studiya, proqram, yaradıcılıq birliyi, baş redaksiyanın fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; respublikada və dünyada baş verən ictimai-siyasi hadisələri; televiziya və radio proqramlarının təşkili üzrə respublika və xarici ölkə təcrübəsini; iqtisadi, elmi və mədəni həyatda baş verən yenilikləri, texniki vasitələri və televiziya proqramlarının yaradılması texnologiyasını, ədəbi redaktəni, müəllif müqavilələrinin bağlanılması qaydasını və müəllif hüquqlarını; əmək qanunvericiliyini, iqtisadiyyatın, idarəetmənin və əməyin təşkilinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Əməyin ödənilməsi dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

13-cü dərəcə: III qrup studiyada (proqramda) məsul katib vəzifəsini yerinə yetirdikdə;

14-cü dərəcə: II qrup studiyada (proqramda) məsul katib vəzifəsini yerinə yetirdikdə;

15-ci dərəcə: I qrup studiyada (proqramda) məsul katib vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Təsdiq olunmuş plana və buraxılış qrafikinə uyğun olaraq yayım günü üçün televiziya proqramlarını təşkil edir. Redaksiyanın cari və operativ planlarının işlənib hazırlanmasında iştirak edir. Proqramların qüvvədə olan təlimat və texnoloji qaydalara uyğun olaraq yayıma hazırlanmasına və tərtib edilməsinə nəzarəti təmin edir. Lazım gəldikdə proqramı, diktor mətnini və elanları korrektə edir. Proqramların təsdiq edilmiş proqram üzrə efirə buraxılmasına nəzarət edir. Redaksiyanın şöbələrindən, müxbir xəttindən, yerli televiziya və radio stansiyalarından daxil olan xəbərləri və materialları redaktə edir. Mətbuat materiallarının və rəsmi sənədlərin ifasını hazırlayır. Daha vacib proqramların buraxılışını müvafiq bölmələrlə razılaşdırır. Ötən efir gününün sənədlərini imzalayır və buraxılış üzrə bütün rəyləri qeyd edir. Efirə buraxılış və arxivə verilmiş mikrofon materiallarının uyğunluğunu təsdiq edir. Redaksiya poçtunun xülasəsini tərtib edir. Televiziya tamaşaçılarından alınan məktublarla əlaqədar işləri yerinə yetirir və məktub müəlliflərinə cavab hazırlayır.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; səlahiyyətli orqanlar tərəfindən televiziya və radio yayımlarına müəyyənləşdirilən tələbləri; studiyanın (proqramın) fəaliyyətini tənzimləyən qərar, sərəncam, əmr və göstərişləri; ictimai-siyasi hadisələri, televiziya və radio proqramlarının təşkili üzrə respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; iqtisadi, elmi və mədəni həyatda baş verən yenilikləri; texniki vasitələri və televiziya proqramlarının yaradılması texnologiyasını; ədəbi redaktəni, müəllif müqavilələrinin bağlanılması qaydasını və müəllif hüquqlarını; əmək qanunvericiliyini, iqtisadiyyatın, idarəetmənin və əməyin təşkilinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və tövsiyələri, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

10-cu dərəcə: jurnalist və ya redaktor işində 5 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: jurnalist və ya redaktor işində 7 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: məsul buraxıcı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: məsul buraxıcı vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Çəkiliş qrupunun istehsal və maliyyə fəaliyyətinə rəhbərlik edir. Film çəkilişinə, televiziya proqramına ayrılan limiti bölüşdürür. Maliyyə-smeta ayırmaları çərçivəsində planda nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini təmin edir. Rejissorla birlikdə kinooperatorun iştirakı ilə filmlərin və televiziya proqramlarının təqvim planını hazırlayır. Rejissorla birlikdə çəkiliş qrupunun heyətini komplektləşdirir və təsdiq edilmək üçün baş redaktora təqdim edir. Çəkiliş qrupunun işini planlaşdırır. Ezamiyyət və ekspedisiyaya rəhbərlik edir, çəkiliş qrupu üçün normal şərait yaradır. Mülkiyyətin qorunub saxlanılması, filmlərin, televiziya proqramlarının istehsalı üçün ayrılmış maddi və maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini, nəqliyyat vasitələrindən istehsalat məqsədləri üçün istifadə edilməsini təmin edir. Sexlərlə, kənar təşkilatlarla, ştatda olmayan işçilərlə bağlanmış müqavilələri, eyni zamanda boşdayanma və yenidən çəkilişlər üzrə aktları təsdiq edir və imzalayır. Smeta üzrə təsdiq edilmiş, çəkiliş qrupu üçün ayrılmış bütün maddi və pul vəsaitlərini idarə edir, müqavilələr bağlayır, filmin çəkilişi ilə əlaqədar sifarişlər verir, çəkiliş qrupunun yaradıcılıq fəaliyyətini istiqamətləndirir və təhlil edir.

Bilməlidir: Televiziya proqramlarının səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilmiş qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya proqramlarının yaranma texnologiyasını; ictimai siyasi hadisələri; rejissorluğun əsaslarını; televiziya proqramları istehsalının təşkilində respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; televiziya proqramlarının istehsal normativlərini; əmək qanunvericiliyinin əsaslarını; televiziya işçilərinin əməyinin ödənilməsi haqqında əsasnaməni; əmək, müəllif və mülki-hüquqi müqavilələrin bağlanılması qaydalarını; film və televiziya proqramlarının təqvim planlarının hazırlanması metodunu, onların maya dəyərinin, maliyyələşdirilməsinin planlaşdırılmasını, banklar və digər təşkilatlarla maliyyə əlaqələrinin yaradılması qaydasını; operativ istehsal uçotu və hesabatını; çəkiliş qrupunun texniki-iqtisadi təhlilini; əməyin və kargüzarlığın təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

8-ci dərəcə: inzibatçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və televiziya quruluşlarının çəkilişi üzrə səriştəsi olduqda;

9-cu dərəcə: televiziya proqramlarının çəkiliş qrupunun direktoru vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: televiziya proqramlarının çəkiliş qrupunun direktor vəzifəsində 4 ildən az olmayaraq əmək stajı olduqda;

11-12-ci dərəcələr: televiziya proqramlarının çəkiliş qrupunun direktoru vəzifəsində 5 ildən az olmayaraq iş stajı və mürəkkəb televiziya proqramlarının təşkili işində təcrübəsi olduqda.

Əmək funksiyası. Videolentlərin qəbulu, sistemləşdirilməsi, buraxılması, uçotu və saxlanılması üzrə işləri yerinə yetirir. Videorulonların hazırlanması, operativ təyinatlar üzrə gətirilməsi işlərini təmin edir. Videorulonun efirə hazırlanmasına nəzarət edir. Videorulonların tələb olunan texniki vəziyyətdə saxlanılmasına və zay məhsul aşkar edilən zaman onların operativ surətdə dəyişdirilməsinə nəzarət edir. Kənar televiziya studiyalarından videorulonların alınması və vaxtında qaytarılması işini təşkil edir. Uçot və yola salma sənədlərinin tərtibatına nəzarət edir. Videoyazıların pozulmasının qarşısının alınması və qorunma fonduna təhvil verilməsinə nəzarət edir. Yeni videolentlərin alınması, videorulonların markalanması və onların televiziyanın bölmələri arasında bölüşdürülməsi işini təmin edir. Videolentlərdən səmərəli istifadə olunması və onların dövriyyəsinin artırılması üzrə tədbirlər görür. Videoyazıların saxlanma şəraitinin təşkilinin təkmilləşdirilməsi və yaxşılaşdırılması üzrə işləri yerinə yetirir. Şöbənin avadanlığının düzgün istismar edilməsini təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına işçilər tərəfindən riayət edilməsinə nəzarət edir.

Bilməlidir: videomaterialların təchizatı üzrə xidmətlərin fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya məhsulu istehsalı texnologiyasının əsaslarını; video-yazının texniki vasitələrini, videomaterialların saxlanılması qaydalarını, videomateriallara olan texniki tələbləri, onların uçotu üzrə təlimat və əsasnamələri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

8-ci dərəcə: videotekar vəzifəsində ən azı 3 il əmək stajı olduqda;

9-cu dərəcə: videotekar vəzifəsində 5 ildən və ya videoteka müdiri vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: videoteka müdiri vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: videoteka müdiri vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Film surətlərinin qəbulu, sistemləşdirilməsi, saxlanılması və verilməsi üzrə işləri yerinə yetirir. Adlarına görə film surətlərini araşdırır, komplektləşdirir. Fonda daxil olan və fonddan verilən film materialları üzrə sənədləri tərtib edir, onların hazırlanmasını və cədvələ uyğun olaraq vaxtında təyinatı üzrə çatdırılmasını operativ surətdə təmin edir. Film materiallarının və film qablarının qəbulu və verilməsi üzrə kartotekanı aparır. Film materiallarının vaxtında qaytarılmasına nəzarət edir. Filmotekada olan avadanlığın texniki cəhətdən düzgün istismarını təmin edir. Film materiallarının saxlanılmasının təkmilləşdirilməsi üzrə işləri yerinə yetirir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir: film materiallarının təminatı üzrə xidmətlərin fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya məhsulu istehsalının texnologiyasını və filmlərin çəkilişinin texniki vasitələrini; film materiallarının saxlanılması qaydalarını, filmlərin keyfiyyətinə olan texniki tələbləri, onların uçotu üzrə təlimat və əsasnamələri; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

8-ci dərəcə: filmoteka vəzifəsində ən azı 3 il əmək stajı olduqda;

9-cu dərəcə; filmoteka vəzifəsində 5 ildən və ya filmoteka müdiri vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: filmoteka müdiri vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: filmoteka müdiri vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Musiqili və səs-küylü fonoqramların qəbulu, saxlanılmasının sistemləşdirilməsi və buraxılması üzrə işləri təşkil edir. Fonoqramların texniki və səslənmə keyfiyyətini müəyyənləşdirir, keyfiyyətsiz fonoqramları seçib ayırır. Fonoteka fondu üzrə kataloqları doldurur. Fonoqram fondunun doldurulmasına nəzarət edir. Fonoqramların qəbulu və buraxılması üzrə uçotu təşkil edir, sənədləri tərtib edir. Onların hazırlanması və vaxtında təyinatı üzrə operativ çatdırılmasını təmin edir. Fonoqramların saxlanılmasının təkmilləşdirilməsi üzrə işləri yerinə yetirir. Avadanlığın texniki cəhətdən düzgün istismar edilməsini təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir: fonoqram təminatı üzrə xidmətlərin fəaliyyətinə aid olan qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya və radio istehsalatının texnologiyasını; fonoqramların növlərini, təyinatını və onların saxlanılması qaydalarını; fonoqramlara olan texniki tələbləri; sənədləşməni və formaların doldurulması qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Əməyin ödənilməsi dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

8-ci dərəcə: fonotekar vəzifəsində 3 ildən az olmayaraq iş stajı;

9-cu dərəcə: fonotekar vəzifəsində 5 ildən və ya filmoteka müdiri vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: fonoteka müdiri vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: fonoteka müdiri vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Studiyanın daxilində və studiyadan kənarda televiziya proqramlarının aparılmasını həyata keçirir. Televiziya və radio yayımlarının əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak edir. Şəxsi materialları hazırlayır və efirdə proqramın müəllifi kimi çıxış edir. Baş verən hadisələri açıqlamaq məqsədi ilə hadisə yerinə gedir. Dövlət orqanları, özəl müəssisələr, ictimai təşkilatlar, yaradıcılıq birlikləri və yerli televiziya və radio təşkilatları ilə daima əlaqə saxlayır. Proqramların qabaqcadan səhifələnməsi işini yerinə yetirir və lazım gəldikdə onların şərhini hazırlayır. Proqramın iştirakçıları ilə birgə işləyir, onlara televiziyanın xüsusiyyətlərini mənimsəməkdə rejissorla birlikdə köməklik göstərir. Yaradıcı briqada ilə qabaqcadan keçirilən baxışda və yazılışda iştirak edir. Proqramın aparılması üzrə mövzunu hazırlayır, onu redaktorla razılaşdırır, faktiki göstəricilərin düzgün olmasını təmin edir. Məşq və yazılışda iştirak edir, bir-başa efirdə işləyir. Materialların montaja hazırlanması zamanı baxışda iştirak edir. Lazım gəldikdə redaktorun əmək funksiyasını yerinə yetirərək televiziya proqramlarının yaradılmasını təmin edir. Müəlliflərə ədəbi materialların hazırlanmasını sifariş edir və onları redaktə edir. Müəllif işlərinin müzakirəsində, rejissor ssenarilərinin və hazır proqramların qəbulunda iştirak edir. Televiziya tamaşaçılarından alınan məktublarla işləyir, proqramın yaradılmasında onları nəzərə alır, məktub müəlliflərinə cavablar hazırlayır, müəllif kimi telekörpülər hazırlayır.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; televiziya və radio yayımlarının bədii səviyyəsinə qoyulan tələbləri əks etdirən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; redaksiyanın fəaliyyətini tənzimləyən normativ aktları; ictimai-siyasi hadisələri; respublikada və xarici ölkələrdə iqtisadi, elmi və mədəni həyatda olan vəziyyəti və gələcək perspektivləri; texniki vasitələri və televiziya proqramlarının yaradılması texnologiyasını; ədəbi redaktəni, danışıq texnikasını, müasir ədəbi ifadəni, kadrda iş metodunu, müəllif hüququnun və əmək qanunvericiliyinin əsaslarmı, müəllif müqavilələrinin bağlanılması qaydasını; iqtisadiyyatın və əməyin təşkilinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və jurnalist vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: bütün növ və janrdan olan televiziya və radio proqramlarını aparmağı bacardıqda;

11-ci dərəcə: bütün növ və janrdan olan televiziya və radio proqramlarını aparmağı bacardıqda və proqram aparıcısı vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: proqram aparıcısı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda və bütün növ və janrdan olan mürəkkəb və məsuliyyətli proqramları aparmağı bacardıqda;

13-cü dərəcə: proqram aparıcısı vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda və bütün növ və janrdan olan mürəkkəb və məsuliyyətli proqramları aparmağı bacardıqda.

Əmək funksiyası. Müəyyən olunmuş mövzuya əsasən və ya ona təhkim olunmuş rayon üzrə operativ publisistik, sənədli və bədii materialları hazırlayır, televiziya və radio proqramlarının uyğun bölmələrini onlarla təmin edir. Respublikada və xarici ölkələrdə baş verən hadisələri açıqlamaq məqsədi ilə hadisə yerinə gedir, şəxsi proqramları ilə çıxış edir. Birbaşa efirdə gedən televiziya və radio proqramlarında iştirak edir. Televiziya və radio proqramlarının istiqamətləri barədə təkliflər verir. Proqramların perspektiv və cari planlarının işlənib hazırlanmasında iştirak edir. Müəllif aktivini formalaşdırır, genişləndirir və təzələşdirir. Müəlliflərlə iş prosesində onlara köməklik göstərir, onlara materialların quruluşu və məzmunu üzrə məsləhətlər verir. Dövlət orqanları, özəl müəssisələr, yaradıcı və ictimai təşkilatlarla əlaqə yaradır. Televiziya tamaşaçılarının məktubları ilə işləyir, onlardan proqramı tərtib edərkən istifadə edir, məktublara cavab hazırlayır. Ştatdankənar müəlliflərin kartotekasını aparır.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; televiziya və radio yayımlarının səviyyəsini yüksəltmək məqsədi ilə yuxarı orqanların qərar, sərəncam, əmr və digər rəhbər sənədləri, ictimai-siyasi hadisələri, respublikada və xarici ölkələrdə iqtisadi, elmi və mədəni həyatda baş verən dəyişiklik və perspektivləri; texniki vasitələri və televiziya proqramlarının yaradılması texnologiyasını; ədəbi redaktəni, danışıq texnikasını, kadrda iş metodunu; müəllif hüquqlarının və əmək qanunvericiliyinin əsaslarını, müəllif müqavilələrinin bağlanılması qaydalarını; iqtisadiyyatın, marketinqin əsaslarını; yaradıcı işçilərin fəaliyyəti üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

10-cu dərəcə: jurnalist vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: xüsusi müxbir vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı ictimaiyyətin böyük marağına səbəb olan aktual problemlər üzrə materialları hazırlamaq bacarığı olduqda;

12-13-cü dərəcələr: xüsusi müxbir vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı mövzu etibarı ilə kəskin fərqlənən materialları hazırlamaq bacarığı olduqda.

Əmək funksiyası. Televiziya proqramları üçün daxili və beynəlxalq həyatdan bəhs edən materiallar hazırlayır. Lazımlı sənədlər barədə məlumatı, nəşriyyat və məlumat agentliklərinin xəbərlərini televiziya tamaşaçısına çatdırır. Hadisə və faktları efirdə təhlil edir. Televiziya körpülərini təşkil edir və keçirir. Xüsusi müxbir kimi hadisələri açıqlamaq məqsədi ilə hadisə yerinə gedir. Televiziya və radio yayımlarının əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak edir. Müəllif aktivini formalaşdırır və yeniləşdirir. Ştatda olan və ştatdankənar müəlliflərə lazım olan materialların hazırlanmasını sifariş edir. İş prosesində müəlliflərə televiziya və radio yayımları sahəsində köməklik göstərir, materialların quruluşu və məzmunu, proqramın iştirakçılarının tərkibi haqqında onlara məsləhət verir. Müəlliflərin təqdim etdikləri materialları redaktə edir, gətirilən faktiki göstəricilərin düzgün verilməsini təmin edir. Təqdim olunan materialda edilən düzəlişləri, əlavə və dəyişiklikləri müəlliflərlə vaxtında razılaşdırır. Bədii proqramların qəbul edilməsi və kənarlaşdırılması haqqında təkliflər verir. Müəllif işlərinin müzakirəsində, rejissor ssenarilərinin və hazır proqramların qəbul edilməsində iştirak edir. Müəlliflərlə müqavilə bağlamaq məqsədi ilə sənədləri tərtib edir. Proqram iştirakçılarının çıxışlarını təşkil edir, onların materiallarını redaktə edir. Dövlət orqanları, yaradıcı və ictimai təşkilatlarla əlaqə yaradır. Televiziya tamaşaçılarının məktubları ilə işləyir, onlardan proqram tərtibi zamanı istifadə edir, məktublara cavab hazırlayır. Ştatdankənar müəlliflərin kartotekasını aparır. Gənc jurnalistlərin ixtisasının artırılması üzrə iş aparır.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; televiziya proqramlarının bədii səviyyəsinə qoyulan tələbləri əks etdirən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; ictimai-siyasi hadisələri; respublikada və xarici ölkələrdə iqtisadi, elmi və mədəni həyatda baş verən dəyişiklik və perspektivləri, texniki vasitələri və televiziya proqramlarının yaradılması texnologiyasını; ədəbi redaktəni, danışıq texnikasını, müasir ədəbi ifadəni, kadrda iş metodunu, müəllif hüquqlarının və iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını, müəllif müqavilələrinin bağlanılması qaydalarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

10-cu dərəcə: jurnalist vəzifəsində 1 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: şərhçi vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: şərhçi vəzifəsində 4 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: şərhçi vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı yüksək peşəkarlıqla materialların yaradıcı fərdi hazırlığını, açıqlanan amillərin dərin təhlilini aparmaq bacarığı olduqda.

Əmək funksiyası. Diktor və ya aparıcıdan aldığı məlumatın düzgün lüğəti mənasını aydın, dəqiq və səlist sürətdə eşitmə qabiliyyəti tam məhdud olan dinləyicilərə jest və mimika ilə çatdırır. Mətndə rast gəldiyi əcnəbi sözlərin dəqiq mimiki tərcüməsi olmadıqda onu daktil əlifbası ilə (əl əlifbası) ilə tərcümə edir. Mimiki tərcüməsi olmayan bəzi mürəkkəb sözləri lüğəti mənaca başqa oxşar sözlərlə əvəz edərək eşitmə qabiliyyəti tam məhdud olan dinləyicilərə tərcümə edir.

Bilməlidir: jest, mimika və əl hərəkətləri ilə eşitmə qabiliyyəti tam məhdud olan tamaşaçılara məlumatı cəld tərcümə etməyi; günün yeniliklərini; respublikada və xarici ölkələrdə baş verən ictimai-siyasi hadisələri və yenilikləri.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və xüsusi təhsil.

11-ci dərəcə: tərcüməçi vəzifəsində 1 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: televiziyanın tərcüməçi surdoloqu vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: televiziyanın tərcüməçi surdoloqu vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Təqvim-mövzu planına əsasən televiziya (radio proqramları) proqramlarının yaradıcı-istehsal proseslərini həyata keçirir. Redaksiyanın mövzu planının hazırlanmasında iştirak edir. Proqramın hazırlanması üzrə kompleks işləri yerinə yetirir. Proqramların müvafiq texniki vəsaitlərlə təmin edilməsinə kömək göstərir. Müəlliflərə iş prosesində ssenari üzrə yaradıcı kömək göstərir. Çəkiliş qrupu ilə birlikdə rejissor ssenariləri hazırlayır və bu zaman müəllif fikrini düzgün əks etdirməyə çalışır. Quruluşçu-təqvim planının layihəsini, xərclər smetasını hazırlayır və onu təsdiqə təqdim edir. Proqramların bədii-dekorativ, səs və işıqlanma cəhətdən təşkili məsələlərinin həll edilməsində iştirak edir. Eskizləri təsdiq edir, hazır geyimləri, qrimləri, dekorasiya və rekviziti qəbul edir. İfaçı heyəti və proqramların əsas iştirakçılarını seçir və onları müəyyən olunmuş qayda üzrə təsdiq olunmaq üçün təqdim edir. Çəkilişlərin məşqini, proqramların montajmı, onların efirə müəyyən edilmiş vaxtda verilməsini təmin edir. Lazım olduqda pult arxasında işləyir. İstehsal qrafikinə riayət edilməsini, çəkiliş qrupunun və mühəndis-texniki işçilər briqadasının işinin rasional təşkil edilməsini, ayrılmış texniki və maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təmin edir. Redaktorla birlikdə hazır proqramı təhvil verir. Məşqə gələnlərin siyahısını, digər maliyyə sənədlərini imzalayır. Proqramı yaradan çəkiliş qrupuna və mühəndis-texniki işçilər briqadasına rəhbərlik edir. Kollektivdə yaradıcı mühiti daima saxlayır, proqramların növünün və formasının təkmilləşdirilməsi üzərində işləyir.

Bilməlidir: televiziya (radio) proqramlarının ideya bədii səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər materialları, ictimai-siyasi hadisələri, respublikada və xarici ölkələrdə iqtisadi, elmi və mədəni həyatda baş verən yenilikləri; rejissor ustalığı sahəsində qabaqcıl təcrübəni; televiziya proqramlarının yaradılması texnologiyasını; iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını, əməyin və kommersiyanın təşkilini, yaradıcı işçilərin fəaliyyətini tənzimləyən normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

9-cu dərəcə: televiziyanın rejissor assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: televiziya (radio proqramları) rejissoru vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı bütün növ və janrdan olan mürəkkəb televiziya proqramlarını yaratmaq bacarığı olduqda;

11-12-ci dərəcələr: televiziya (radio proqramları) rejissoru vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı bütün növ və janrdan olan mürəkkəb televiziya proqramlarını peşəkarlıqla yaratmaq bacarığı olduqda;

13-cü dərəcə: televiziya (radio proqramları) rejissoru vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı televiziyada yüksək bədii səviyyəli bir sıra əsərlərin yaradıcısı olduqda.

Əmək funksiyası. Televiziya proqramlarının montajı üzrə rejissorun rəhbərliyi ilə kompleks işləri yerinə yetirir. Montajın bədii və texniki keyfiyyətini təmin edir. Qüvvədə olan texniki normativlərdə, həmçinin təqvim-planda nəzərdə tutulan montaj işlərinin qoyulan müddətdə yerinə yetirilməsinə nəzarət edir. Plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir. Təqdim olunan bütün materialları yoxlayır, ayrı-ayrı dublların defektini aşkara çıxarır. Proqramın bədii-texniki keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görür. Hər bir süjetin gedişində montajın operativ hazırlığını təmin edir. Musiqi aksentinin sinxronlaşdırılması üçün fonoqrama formasında gedən quraşdırılmış süjetlərdə baş verən kənarlaşmalar barədə rəhbərliyi xəbərdar edir. Lazım gəldikdə hazır proqramı yenidən yazılmaya hazırlayır və yenidən yazır. Quraşdırılmış proqramın son variantına baxır. Montaj üzrə rejissor kimi çətin olmayan televiziya proqramlarının montajı və hazırlanması prosesini sərbəst həyata keçirir. Bütün səs materiallarının montajını edir. Mürəkkəb montaj texnikasında və kompüterdə işlər görür.

Bilməlidir: televiziya proqramlarının bədii səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya və radio proqramlarının təşkili üzrə respublika və xarici ölkələrin qabaqcıl təcrübəsini; televiziya proqramlarının yaradılması prosesini və texnologiyasını, proqramların montajının təşkili və texnologiyasını; montajın aparılması üzrə təlimat və normaları; texniki vasitələrin və montaj avadanlığının növlərini; əmək qanunvericiliyini və iqtisadiyyatın əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili və orta ixtisas təhsili tələb olunan vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-9-cu dərəcələr: ali ixtisas təhsili və montajçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

10-11-ci dərəcələr: ali ixtisas təhsili və montajçı vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və peşəkarlıq səriştəsi olduqda;

13-cü dərəcə: ali ixtisas təhsili və montajçı vəzifəsində 7 ildən az olmayaraq əmək stajı və mürəkkəb montaj işlərini peşəkarlıqla aparmaq bacarığı olduqda

Əmək funksiyası. Kinofilmlərin yaradılması zamanı yaradıcı-istehsal proseslərini təşkil edir, müəllif fikrinin tamaşaçıya tam çatdırılmasına çalışır, filmin bədii keyfiyyətini, filmdə istifadə olunan materialların dəqiqliyini təmin edir. Ədəbi ssenari əsasında filmin bədii konsepsiyasını və rejissor ssenarisini hazırlayır. Smetaların tərtibində, mövzu və təqvim-quruluş planlarının, proqramlarının tərtib edilməsində iştirak edir. Lazımi materialın seçilməsini təşkil edir. Çəkiliş üçün yerlərin müəyyənləşdirilməsində, aktyorların, epizodik iştirakçıların, qrup və kütləvi səhnələrin seçilməsində iştirak edir. Aktyorların fotokino nümunəsini təşkil edir. Aktyorlarla məşqlər aparır, kütləvi və qrup çəkilişlərə rəhbərlik edir, ayrı-ayrı plan və epizodların müstəqil çəkilişini aparır. Filmin quruluşuna ayrılan smeta xərclərinin düzgün xərclənməsini təmin edir, Çəkilişlərin hərtərəfli və dəqiq hazırlanmasını həyata keçirir. Çəkiliş materiallarının baxışını və müzakirəsini təşkil edir. Kinorejissor assistentinin işinə rəhbərlik edir. Yaradıcı kollektivlə filmlərin dublyajı ilə əlaqədar bütün kompleks işləri həyata keçirir. Lazım gəldikdə filmlərdə qısaldılma və montajın dəyişdirilməsi işlərini aparır. Dublyajın keyfiyyətini, dublyaj olunmuş filmlərdə obrazların düzgün rejissor şərhini təmin edir. Filmlərin səslənməsində və musiqi yazılışında iştirak edir. Reklam kadrlarını hazırlayır. Montaj vərəqələrinin doldurulması işinə rəhbərlik edir. Kinoçəkiliş iştirakçıları ilə müqavilə münasibətlərinin yerinə yetirilməsini təmin edir.

Bilməlidir: kino istehsalının səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; rejissor və kinooperator ustalığı sahəsində respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; yaradıcı prosesi və kino məhsulunun yaradılmasının texnologiyasını; kino dramaturgiyasının əsaslarını, kino çəkilişinin texniki vasitələrini, əmək qanunvericiliyinin və müəllif hüquqlarının əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin və marketinqin əsaslarını; yaradıcı işçilərin fəaliyyəti üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

9-cu dərəcə: kinorejissor assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: kinorejissor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: kinorejissor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: kinorejissor vəzifəsində 7 ildən az olmayaraq əmək stajı və bütün növ və janrda bədii səviyyəli filmlərin yüksək peşəkarlıqla yaratmaq bacarığı olduqda.

Əmək funksiyası. Televiziya proqramlarının təsviri-dekorativ məsələlərini yüksək səviyyədə təmin edir. Redaksiya proqramlarının bədii tərtibat sahəsi üzrə yaradıcı işini həyata keçirir. Ssenari materiallarını öyrənir, dekorasiyaların eskizini yaradır, onları rejissor və operator ilə razılaşdırır. Rejissor ssenarisinin hazırlanmasında iştirak edir, rejissor və operatorla birgə mürəkkəb quruluşlu materialın proqram layihəsini hazırlayır. Dekorasiya obyektlərinin planını tərtib edir, qabarit cizgisini, eskizləri, rəngləri, arxa eskizləri, mebel eskizlərini, rekviziti hazırlayır, rekvizit və mebelin siyahısını tutur, dekorasiya rəssamı ilə birlikdə onları seçib ayırır. Kombinə olunmuş çəkilişlər üçün eskizlərin hazırlanması üçün sxemlər yaradır. Eskizlərin rəhbərliyə təqdim edilməsində iştirak edir. Tərtibat eskizlərini istehsalata verir. Dekoratorçu rəssamın hazırladığı maketi, işçi və konstruktiv rəsmləri təsdiq edir. Dekorasiyaların hazırlanması texnologiyası ilə əlaqədar məsələlərin həllində iştirak edir, sexlərin sifarişləri yerinə yetirmələrinə nəzarət edir, bədii-dekorativ tərtibatın təmin edilməsinə rəhbərlik və nəzarət edir, kənar təşkilatlarda bədii tərtibatları seçib ayırır. Rejissor və operatorla birlikdə tərtibatların quraşdırılmasında və qəbulunda iştirak edir. Məşqlər vaxtı edilən qeydləri nəzərə alaraq ediləcək lazımi dəyişiklikləri rejissorla razılaşdırır. Bədii dekorativ tərtibatın məzmununun düzgünlüyünə nəzarət edir. Gəlincik proqramlarının dekorativ tətbiqi zamanı ssenari materiallarını öyrənir və rejissorla birlikdə proqramın tərtibatının yaradıcı mənasını tərtib edir. Obraz üzərində işləyir, gəlincik eskizlərini və geyimlərini yaradır, şablonları, rəngləri və fakturaları seçib hazırlayır, hər bir gəlincik sisteminin tapşırığını tərtib edir. Kənar təşkilatlardan gəlincikləri yığır. Sexlərin sifarişləri yerinə yetirmələrinə nəzarət edir, gəlincik istehsalı zamanı aktyorlarla işləyir. Məşqlərdə və gəlinciklərin qəbulunda iştirak edir. Çəkiliş zamanı gəlinciklərdən düzgün istifadə edilməsinə nəzarət edir. Təsviri dekorativ tərtibata ayrılmış xərclərdən səmərəli istifadə edilməsini təmin edir.

Bilməlidir: televiziya proqramlarının səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilmiş qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya proqramlarının yaranma texnologiyasını; rəsm və cizgi texnikasını, əmək qanunvericiliyinin əsaslarını, əməyin təşkilini, yaradıcı işçilərin əməyinin ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə; quruluşçu rəssam vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: quruluşçu rəssam vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: quruluşçu rəssam vəzifəsində 8 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Müxtəlif növdə və janrda studiyadaxili və studiyadan kənar televiziya proqramlarını aparır. Qabaqcadan proqramların ümumi ideya və bədii əsası ilə tanış olur, onun təkmilləşdirilməsi üzrə təkliflər verir, seçilmiş video yazıların hazırlanması və qabaqcadan baxılmasında, məşqlərdə, studiyadaxili və studiyadan kənar proqramların çəkilişində iştirak edir. Aparıcı kimi birbaşa efirdə işləyir, müəllif və rejissorun yaradıcı fikrini açıqlayır, söhbət aparır, müsahibə götürür. Proqramlar başlananadək redaktor və ya rejissorla proqramın aparılma qaydasını, mikrofon materiallarının düzgün tərtib edilməsini, nəzarət vizalarının sayını yoxlayır, mətnlə tanış olur, onun məzmununu öyrənir, janrın xüsusiyyətlərini, çətin ifa edilən sözlərin vurğusunu, düzgün ifadə edilməsini nəzərə alır; mətnin məzmununun tamaşaçıya dürüst çatdırılmasa çalışır. Buraxıcıdan proqramın efirə gedəcək vaxtını, onun xronometrajını dəqiqləşdirir. Mətndə düzgün getməyən hər bir səhvin düzəlişini buraxıcı ilə razılaşdırır. Buraxıcını proqramın gecikməsi və ya vaxtından əvvəl qurtarması barədə xəbərdar edir, onun göstərişləri ilə hərəkət edir. Proqramın hazırlanması və aparılması prosesində rəhbərliklə razılaşdıraraq təsdiq edilmiş mətndə lazımi dəyişikliklər edir.

Bilməlidir: proqramların bədii səviyyəsini müəyyənləşdirən normativ və metodiki sənədləri, respublikada və xarici ölkələrin iqtisadi, elmi və mədəni həyatlarındakı vəziyyəti və yenilikləri; ictimai-siyasi hadisələri; texniki vasitələri və televiziya proqramlarının yaranması texnologiyasını; akustikanın əsasını, müasir ədəbi dili və ədəbi danışıq nitqini; müəllif hüquqlarını və əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və diktor işi üzrə xüsusi hazırlıq.

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan və ya diktor vəzifəsində stajçı kimi çalışdıqda;

9-cu dərəcə: diktor vəzifəsində 1 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: diktor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə: diktor vəzifəsində 4 ildən az olmayaraq əmək stajı olduqda və bütün növ və janrda studiyadaxili və studiyadan kənar proqramları aparmaq bacarığı olduqda;

12-ci dərəcə: diktor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda və yüksək yaradıcılıq qabiliyyətinə və peşəkarlığa malik olmaqla yanaşı bütün növ və janrda studiyadaxili və studiyadan kənar proqramları aparmaq bacarığı olduqda.

Əmək funksiyası. Kinofilmlərin təsviri həllini kinorejissorların rəhbərliyi altında təmin edir. Kinooperator işinin vasitələri ilə müəllif və rejissor fikrinin dolğun və tam çatdırılmasına şərait yaradır. Çəkilişin metod və xüsusiyyətlərini müəyyən edir. Rejissor ssenarisinin hazırlanmasında iştirak edir. Kinorejissorla birlikdə bədii-dekorativ tərtibatın eskizlərini təsdiq edir, qrim və geyimlərin müəyyənləşdirilməsində iştirak edir. Lazım olan aparatlara, materiala və texniki ləvazimatlara sifariş hazırlayır. Çəkiliş texnikasını seçir, aparatların, lentlərin, filtrin, xüsusi çəkiliş effektinin texniki yoxlanışını və hazırlığını təmin edir. İşıqlandırmanın sxeminin qurulmasında iştirak edir. Foto və kino nümunəsinin çəkilişini aparır. Studiyadan kənarda çəkiləcək obyektləri seçir və kinorejissorla birlikdə nəzərdən keçirir, kameraların və lazımi texniki vəsaitlərin yerləşdirilməsini müəyyənləşdirir. Çəkiliş texnikasını işləyib hazırlayır, mənzərələrin hərəkət tempini və istiqamətini yoxlayır, səs operatoru ilə mikrofonun hərəkətini dəqiqləşdirir. Mürəkkəb kino və videofilmlərin istehsalında dublların seçilməsi, filmin təhvil verilməsində iştirak edir. Çəkiliş prosesinin texnologiyasının təkmilləşdirilməsinə çalışır.

Bilməlidir: kino və videofilmlərin istehsalının səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; respublikanın və xarici ölkələrin operator ustalığı sahəsində qabaqcıl təcrübəsini; texniki vasitələri, kino və videofilmlərin yaranması texnologiyasını, eksponometriyanı, kadrın qurulması və işıqlandırma metodunu; əmək qanunvericiliyinin və iqtisadiyyatın əsaslarını; yaradıcı işçilərin fəaliyyətini tənzimləyən normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

7-ci dərəcə: iş stajına tələb qoyulmadan;

8-ci dərəcə: kinooperator assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və sadə filmləri çəkmək bacarığı olduqda;

9-10-cu dərəcələr: kinooperator vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı bütün növ və janrda olan sadə filmləri çəkmək bacarığı olduqda;

11-12-ci dərəcələr: kinooperator vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı studiyadaxili və studiyadan kənar bütün növ və janrda sadə və mürəkkəb filmləri çəkmək bacarığı olduqda və operator briqadasına rəhbərlik etdikdə.

Əmək funksiyası. Televiziya proqramlarının yaradılması üzrə təqvim-mövzu planına uyğun olaraq şöbənin işini təşkil edir. Buraxılış üzrə konsepsiyanın hazırlanmasında iştirak edir. Müəllif aktivini formalaşdırır, genişləndirir və yeniləşdirir. Ştatda olan və ştatdan kənar müəlliflərə pyeslərin, ssenarilərin, səhnələşdirilmiş və digər televiziya əsərlərinin ədəbi əsasını sifariş verir. Müəlliflərlə müqavilə bağlamaq üçün sənədləri tərtib edir, iş vaxtı ərzində müəlliflərə televiziyanın və radionun xüsusiyyətlərini izah etməklə qavramaqlarına köməklik göstərir, ssenarilərin quruluşu və məzmunu üzrə illüstrasiya materiallarının seçilməsi, proqramda iştirak edənlərin tərkibi barədə onlara məsləhətlər verir. Ssenarilərin qəbul edilib-edilməməsi, yaxud onlarda dəyişiklik və əlavələrin edilməsi üzrə təkliflər verir, müəllifləri istiqamətləndirir, onları qəbul edilmiş qərarla vaxtında xəbərdar edir. Müəlliflərin materiallarını redaktə edir, gətirilən faktiki göstəricilərin düzgün olmasını təmin edir. Redaktə materiallarında etdiyi dəyişiklikləri, əlavələri və qısaldılmaları müəlliflə razılaşdırır, lazım gəldikdə təqdim olunmuş materiallara tənqidi rəy verilməsini təşkil edir. Müəllif hüquqlarına riayət edilməsini, ssenarilərin çəkiliş qrupuna vaxtında verilməsini, ssenaridə nəzərdə tutulan ifaçıların proqramda iştirakını təmin edir. Proqramların istehsalı və onların hazırlanaraq təhvil verilməsinin bütün mərhələlərində iştirak edir. Öz səlahiyyətləri çərçivəsində rejissora çəkiliş, montaj və səslənmə vaxtı məsləhətlər verir. Dövlət orqanları, özəl müəssisələr, ictimai təşkilatlar, yaradıcı birliklər, müxbirlər, televiziya auditoriyası ilə əlaqələr yaradır. Televiziya tamaşaçılarından alınmış məktublarla işləyir, proqram tərtib edilərkən onların təkliflərini nəzərə alır, məktublara cavab hazırlayır. Efirə çıxan proqramlara tənqidi rəy verir. Lazım olduqda efirdə birbaşa işləyir. Materialları nəzərdən keçirir, onları efirə hazırlayır, redaktə edir. Sənədlərin düzgün tərtib edilərək vaxtında ödənişə verilməsinə nəzarət edir, müəlliflərin və proqram iştirakçılarının əməyinin ödənilməsi üçün iş həcmi barədə təkliflər verir. Ştatda olan müəlliflərin kartotekasının, efirə veriləcək proqramların uçotunu aparır.

Bilməlidir: Azərbaycan Respublikasının mediaya dair qanunvericilik aktlarını; rəhbər orqanların televiziya proqramlarının bədii səviyyəsinə qoyulan tələbləri əks etdirən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; ictimai-siyasi hadisələri, respublikada və xarici ölkələrdə iqtisadi, elmi və mədəni həyatda olan vəziyyəti və gələcək perspektivləri; texniki vəsaitləri və televiziya proqramlarının yaradılması texnologiyasını, ədəbi redaktəni, müəllif hüquqlarının və əmək qanunvericiliyinin əsaslarını; müəllif müqavilələrinin bağlanılması qaydasını; iqtisadiyyatın və əməyin təşkilinin əsaslarını, yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və tövsiyələri, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili.

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: redaktor vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: redaktor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı çox mürəkkəb olmayan televiziya və radio proqramlarının yaradılması bacarığı olduqda;

10-cu dərəcə: redaktor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı bütün növdən və janrdan olan televiziya və radio proqramlarını tərtib etmə bacarığı olduqda;

11-12-ci dərəcələr: redaktor vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı çox mürəkkəb və məsuliyyətli televiziya və radio proqramlarını tərtib etmə bacarığı olduqda.

Əmək funksiyası. Bütün növ və janrdan olan proqram və videofilmlərin təsviri işini yerinə yetirir. Müəllif və rejissor fikrini operator sənətinin vasitələri və tam və dolğun verilməsini, təsvirin texniki keyfiyyətini təmin edir. Rejissor ssenarisinin, proqramın yaradılması üzrə təqvim planının hazırlanmasında, eləcə də lazım gəldikdə məşqlərdə iştirak edir. Tamaşaya, konsertə və s. qabaqcadan baxışda iştirak edir. Studiyadan kənarda çəkiliş və proqramlar üçün rejissorla birlikdə obyekt seçir və onu nəzərdən keçirir. Kameraların yerləşdirilməsini və digər texniki vəsaitlərə tələbatı müəyyənləşdirir. Studiyada bədii-dekorativ tərtibatı qəbul edir, işıq partiturasını işləyib hazırlayır. Qrimin, geyimlərin təsdiqində iştirak edir. Məşq və birbaşa çəkilişdə kamera arxasında işləyir. Mürəkkəb proqramların və videofilmlərin istehsalında dublların seçilməsində, montajında və rəhbərliyə təhvil verilməsində iştirak edir. Xüsusi effektlərin keyfiyyəti, işıq və rəng təsviri üzrə mühəndis-texniki işçilərin yerinə yetirdikləri işlərə nəzarət edir.

Bilməlidir: televiziya proqramlarının bədii ideya səviyyəsini müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; ictimai-siyasi hadisələri, respublikada və xarici ölkələrdə iqtisadi, elmi, bədii və mədəni həyatda baş verən yenilikləri; teleoperator ustalığı sahəsində qabaqcıl təcrübəni; texniki vasitələri; proqramların yaradılma texnologiyasını, kadrların qurulması və işıqlanma metodlarını; iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-8-ci dərəcələr: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya orta ixtisas təhsili olmaqla yanaşı teleoperator assisenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

9-10-cu dərəcələr: ali ixtisas təhsili və tele-operator vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı bütün növ və janrda mürəkkəb olmayan filmləri çəkmək bacarığı olduqda;

11-12-ci dərəcələr: ali ixtisas təhsili və tele-operator vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı bütün növ və janrda filmləri çəkmək bacarığı olduqda və operator briqadasına rəhbərlik etdikdə.

Əmək funksiyası, Televiziya proqramlarının səslənməsini bədii və texniki cəhətdən təmin edir. Səs rejissoru pult arxasından studiya daxilində və studiyadan xaricdə çəkilişləri, həmçinin birbaşa efir proqramlarını aparır. Rejissor ssenarisinin yaranmasında, mizan səhnələrinin hazırlanmasında, yazılış və yayım üçün studiyadan kənarda obyektlərə baxışda, eləcə də qabaqcadan keçirilən baxışda, stolarxası və əsas məşqlərdə, aktyor çıxışlarında iştirak edir. Rejissorla birlikdə proqramın səsləndirilməsi üzərində işləyir. Məşqlərin, çəkilişlərin aparılması üçün vacib olan texniki səs vasitələrini müəyyən edir, onlara sifariş tərtib edir. Mikrofonların düzülüşünə və elektroakustik traktın texniki yoxlanışının aparılmasına rəhbərlik edir. Xüsusi səs effektlərindən istifadə edilməsini təmin edir. Texniki səs vasitələrinin təkmilləşdirilməsi üzrə eksperimental işdə iştirak edir. Çıxış edən ifaçıları mikrofondan istifadə texnikası ilə tanış edir. Danışıq və musiqi testlərinin dəqiq, bədii ifadəsinə nəzarət edir, ifaçılardan təmiz intonasiya, düzgün artikul və ansambl səslənməsini tələb edir. Musiqili və mətnli fonoqramların montaj prosesinə rəhbərlik edir. Lazım gəldikdə fonoqramları montaj edir. Televiziya proqramlarına baxışda və rəhbərliyə təhvil verilməsində iştirak edir. Montaj və yenidən yazmaqla fond musiqi yazılarını aparır. Səs operatorunun işinə rəhbərlik edir, onların peşəkarlığının inkişafına zəmin yaradır. Səs yazılarının bərpa edilməsi üzrə işlərdə iştirak edir.

Bilməlidir: televiziya və radio proqramlarının ideya bədii səviyyəsinin yüksəldilməsinə yönəldilmiş qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya və radio proqramlarında istifadə olunan akustika və səs texnikası, səs yazma və səs gücləndirən aparatlar sahəsində respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; studiyanın, teatr və konsert zallarının akustik xüsusiyyətlərini; televiziya proqramlarının yaranması texnologiyasını; iqtisadiyyatın, əmək qanunvericiliyinin əsaslarını, yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili və səs rejissorunun assistenti vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili;

8-ci dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı səs rejissoru vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı səs rejissoru vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda və mürəkkəb teleproqramları, canlı yayımları və fond yazılarını efirə səsləndirmək bacarığı olduqda;

10-11-ci dərəcələr: ali ixtisas təhsili olmaqla yanaşı səs rejissoru vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda və mürəkkəb və orjinal səsli teleproqramları tərtib etmək bacarığı olduqda;

12-ci dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı səs rejissoru vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olduqda və mürəkkəb və orjinal səsli teleproqramları peşəkarlıqla tərtib etmək bacarığı olduqda.

Əmək funksiyası. Televiziya proqramlarının hazırlanması və yaranmasında iştirak edir. Akustik vasitələri məşqə, birbaşa efirə gedəcək studiyadaxili və studiyadan kənar çəkilişə hazırlayır. Rejissor və səs rejissoru ilə birlikdə proqram iştirakçılarının studiyada və studiyada olmayan obyektlərdə yerlərini müəyyən edir. Mikrofonları yerləşdirir, onların iş prosesində düzgün yerdəyişməsini təmin edir. Səs rejissorunun yaradıcı və texniki tapşırıqlarını yerinə yetirir. Səs rejissoru ilə birlikdə və ya sərbəst televiziya proqramlarını, həmçinin mürəkkəb olmayan nitq, musiqi və səs-küy yazılanın, onların montajını aparır.

Bilməlidir: televiziya və radio proqramlarının bədii səviyyəsinə qoyulan tələbləri müəyyən edən sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya və radio proqramlarında səs yazma və səsə çevirmə aparatlarını; televiziya proqramlarının yaradılması texnologiyasını; iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili və xüsusi hazırlığı olmaqla yanaşı səs operatorunun assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-9-cu dərəcələr: ali ixtisas təhsili olmaqla yanaşı səs operatoru vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və studiyadaxili və studiyadan kənar mürəkkəb olmayan bütün növ və janrda proqramları aparmaq bacarığı olduqda;

10-11-ci dərəcələr: ali ixtisas təhsili olmaqla yanaşı səs operatoru vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yüksək peşəkarlıqla studiyadaxili və studiyadan kənar bütün növ və janrda proqramları aparmaq bacarığı olduqda.

Əmək funksiyası. Kinofilmlərin, televiziya proqramlarının yaradılması üzrə yaradıcı istehsal prosesini təmin edən kompleks təşkilati işləri yerinə yetirir. Proqramın hazırlanması və smeta xərcləri üzrə istehsal mövzu planının hazırlanmasında iştirak edir, onları müvafiq xidmətlərlə razılaşdırır. Filmlər, proqramlar üzrə sifarişlər verir və onların keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarət edir. Kənar təşkilatlarla, müəssisələrlə öz səlahiyyətləri daxilində əlaqələr yaradır. Şəkil materiallarını, eksponatları və rekvizitləri kənar təşkilatlardan sifarişlə alır, onların qorunub saxlanılmasına və vaxtında qaytarılmasına cavabdehlik daşıyır. Studiyanı quruluş vəsaitləri ilə təmin edir, geyimlərin, qrimlərin, dekorasiya və rekvizitin hazırlığını yoxlayır. Filmin bütün iştirakçılarının, proqram iştirakçılarının vaxtlı-vaxtında məşqə, çəkilişə gəlməsini təşkil edir, onlar üçün nəqliyyat və icazə vərəqəsini hazırlayır. Studiyanı məşq və çəkilişin aparılmasına hazırlayır, studiyanın əmək intizamı və təhlükəsizlik texnikası qaydalarına işçilər tərəfindən riayət edilməsinə nəzarət edir. Titrləmə və lövhə qurğusuna xidmət edir. Film, proqram iştirakçılarının məşğulluğunun uçotunu aparır, rejissorla birlikdə məşqlərə gələnlərin vərəqələrini imzalayır. Film, proqram müəlliflərinin, iştirakçılarının və ifaçıların əməyinin ödənilməsi, kənar təşkilatların göstərdikləri xidmətə görə haqqın verilməsi üzrə sənədləri tərtib edir, onları müvafiq xidmətlərə təqdim edir. Proqram üzrə istehsal və maliyyə hesabatlarını hazırlayır.

Bilməlidir: telestudiyanın bədii səviyyəsini müəyyənləşdirən qərar, sərəncam, əmr və rəhbər sənədləri; ictimai-siyasi hadisələri, respublikada və xarici ölkələrdə iqtisadiyyat, elm və mədəni həyatda olan vəziyyəti və yenilikləri; texniki vasitələri və televiziya proqramlarının yaradılması texnologiyasını; əmək qanunvericiliyinin əsaslarını; iqtisadiyyatın, idarəetmənin və əməyin təşkilinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-7-ci dərəcələr: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili və ya ümumi orta təhsili olmaqla xüsusi hazırlığı olduqda;

8-ci dərəcə: orta ixtisas təhsili və ya ümumi orta təhsili olmaqla yanaşı xüsusi hazırlığı və inzibatçı vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili;

10-cu dərəcə: inzibatçı vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı ali ixtisas təhsili olduqda;

11-ci dərəcə: inzibatçı vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı ali ixtisas təhsili olduqda.

Əmək funksiyası. Studiyanın təqvim-mövzu planına uyğun olaraq studiyadan kənarda hadisə, reportaj, oçerk xarakterli fotoçəkilişləri, slayd və neqativ ağ-qara, rəngli lentlərdə foto-reproduksiyaları hazırlayır, onların vaxtında təhvil verilməsini təmin edir. Fotofonların və fotodekorasiyaların hazırlanması üçün natura seçir, onların fotoçəkilişini həyata keçirir, həddən artıq böyüdülmə üçün neqativlər hazırlayır. Şəkilləri və neqativləri çıxarır. Hazır materialları çəkiliş qrupuna və ya neqativ, pozitiv və nəzarət fotoşəkillər arxivinə vaxtında verir. Lazım gəldikdə aktyor nümunələrinin çəkilişini aparır, foto çıxarışlar edir və fotomaterialların emalı ilə əlaqədar digər işləri yerinə yetirir. Fotolentlərin uçotunu aparır.

Bilməlidir: televiziya və radio proqramlarının ideya bədii səviyyəsinin yüksəldilməsinə yönəldilmiş qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; ictimai-siyasi hadisələri; televiziya proqramlarının yaradılması proseslərini; televiziyanın və fotoçəkilişin texniki vasitələrini, fotoproseslərin texnologiyasını, foto işlərinin yerinə yetirilməsi qaydası və metodunu; fotoçəkilişdə istifadə edilən fotomaterialların növlərini və onların emalını; əmək qanunvericiliyinin əsaslarını, yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili və ixtisası üzrə vəzifələrdə 2 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-ci dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı fotomüxbir vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı fotomüxbir vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı fotomüxbir vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yüksək bədii səviyyədə mürəkkəb fotoşəkilləri çəkmək bacarığı olduqda.

Əmək funksiyası. Televiziya proqramlarının hazırlanmasında iştirak edir, rejissorun yaradıcılıq və təşkilatı tapşırıqlarını yerinə yetirir. Rejissor ssenarisinin hazırlanmasında iştirak edir. Proqram üçün təsviri materialları və komponentləri seçir. Texniki vəsaitlərə sifariş hazırlayır və onların vaxtında alınmasına nəzarət edir. Kino və videomaterialları seçir. Kino çəkilişini təşkil edir. Kinomateriallarının çıxarılmasına və çap etdirilməsinə nəzarət edir. Rejissorla birlikdə kinomontaj edir. Kinomateriallarını maqnit lentinə köçürməyə hazırlayır. Studiyadan kənarda videoyazıların aparılmasını, onların standart maqnit lentinə köçürülməsini təşkil edir. Fonoqramları köçürür. Bədii dekorasiya tərtibatının, qrimlərin, şəkil materiallarının, dekorasiya və rekvizitin hazırlığım yoxlayır. Rejissorla birgə ssenari nüsxələrini hazırlayır və kameraların iş sxemini tərtib edir. Videopult arxasından baş məşqləri və videoyazıları aparır. Montaj vərəqini tərtib edir, proqramların montajı zamanı köməkçi işləri yerinə yetirir. Videomateriallara baxışı, dublların yenidən yazılışını və proqramın texniki nəzarət xidmətinə təhvil verilməsini təmin edir. Proqramların baş proqramlar müdirliyinə təhvil verilməsi üzrə sənədləri tərtib edir. Efirdə videopult arxasından birbaşa proqram aparır. Proqramların teleradiofona təhvil verilməsi üzrə sənədləri tərtib edir, istifadə olunmuş kino və video materialların müvafiq xidmətlərə qaytarır. Videoçəkilişlərin qurtarmış və cari işlər üzrə çıxış göstəricilərinin uçotunu aparır. Görülmüş texniki xidmətlərin keyfiyyəti və həcmi haqqında lazımi göstəriciləri hazırlayır, boşdayanmaları qeyd edir. Rejissor kimi sərbəst olaraq mürəkkəb olmayan proqramları hazırlayır.

Bilməlidir: televiziya proqramlarının bədii səviyyəsinə qoyulan tələbləri müəyyən edən sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya və radio proqramlarının təşkili üzrə respublika və xarici ölkələrin qabaqcıl təcrübəsini, ictimai-siyasi hadisələri, televiziya proqramlarının yaradılması prosesini və texnologiyasını; iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-ci dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı televiziya rejissorunun assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı televiziya rejissorunun assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda və çətin olmayan çəkilişlərin hazırlanması və aparılması işini sərbəst yerinə yetirdikdə.

Əmək funksiyası. Kino çəkilişinin hazırlanmasında iştirak edir, kinorejissorun yaradıcı və istehsal-təşkilatı tapşırıqlarını yerinə yetirir. Filmin yaradılması prosesində lazım olan ədəbi, illüstrasiya və musiqi materiallarını seçir, bədii-dekorativ tərtibatın, geyimlərin, qrimin, dekorasiya və rekvizitin hazırlığını yoxlayır. Quruluşçu-kinorejissorun fikrinə uyğun olaraq aktyor tərkibinin seçilməsinə kömək edir. Aktyorların vaxtında yoxlanışa və çəkilişə çağırılmasını təşkil edir. Çəkilişlərə keyfiyyətli xidməti təşkil edir. Texniki vəsaitlərin və lazımi materialların alınmasına sifarişlər verir və onların vaxtında alınmasına nəzarət edir. Montaj vərəqələrinin tərtib edilməsində iştirak edir. Filmin montajı üzrə kinorejissorun rəhbərliyi altında köməkçi işləri yerinə yetirir. Kinofilmlərin təhvili üzrə sənədləri tərtib edir.

Bilməlidir: kino istehsalının səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; kino yaradıcılığı prosesini; kino və video məhsullarının yaradılması texnologiyasını; kino çəkilişlərinin aparılması üçün lazım olan texniki vasitələri; əmək qanunvericiliyinin əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin və marketinqin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas təhsili;

7-ci dərəcə: iş stajına tələb qoyulmadan alı ixtisas təhsili;

8-ci dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı kinorejissor assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı kinorejissor assistenti vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və peşəkar yaradıcılıq səriştəsi olduqda.

Əmək funksiyası. Radio proqramlarının səs tərtibatını təmin edir. Rejissorla birlikdə proqramların səs məsələləri üzrə işləyir. Radio proqramlarının yaranması zamanı lazım olan səs-küy fonoqramını seçir. Sənədli səs-küylərin yazılışını, lazım gəldikdə təbii səs-küyün əvəzinə süni səs-küy yazıları ilə proqramları təmin edir. Səs-küy fonoqramlarının montajını aparır. Proqramların yazılışında və montajında iştirak edir, səs-küyün yüksək keyfiyyətlə səslənməsini təmin edir. Səs-küy fonoqramlarını fonotekaya verir, onları sinifləşdirir və uçotunu aparır.

Bilməlidir: radio proqramlarının bədii ideya səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; akustika və səs texnikası sahəsində respublikanın və xarici ölkələrin qabaqcıl təcrübəsini; radio studiyasında istifadə olunan səsyazma aparatlarını, radio proqramlarının yaradılması texnologiyasını; əmək qanunvericiliyinin əsaslarını; iqtisadiyyatın və əməyin təşkilinin əsaslarını; yaradıcı işçilərin əməyinin ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili olduqda;

6-cı dərəcə: orta ixtisas təhsili olmaqla yanaşı səs tərtibatçısı vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-9-cu dərəcələr: ali ixtisas təhsili olmaqla səs tərtibatçısı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və bütün növ və janrdan olan proqramların səs və səs-küy tərtibatını aparmaq bacarığı olduqda.

Əmək funksiyası. Filmin baş kinooperatorunun yaradıcı və istehsalat texniki işlərlə əlaqədar tapşırıqlarını yerinə yetirir. Tələb olunan operator avadanlığı, aparatları və kinolentləri ilə kino çəkilişi prosesini təmin edir. Kinolentləri alır, onların sərf olunması uçotunu aparır. Kasset və kameraları doldurur, operator nümunəsini çıxarır. Kinooperatorun rəhbərliyi ilə işıqlandırıcı ilə birlikdə ümumi işıqlanmanın və işıq fonunu təyin edir. Eksponometrik nəzarəti, fokus ölçüsünü və qeydini aparır. Çəkiliş vaxtı təsvir olunan sahənin göstəricilərini hesablayır, Təsvirin statistik və dinamik kadrlarda aydınlığına nəzarət edir. Kinooperatorun tapşırığı ilə sərbəst surətdə ayrı-ayrı obyektlərin çəkilişini aparır. Çəkiliş vaxtı montaj vərəqi üçün göstəricilər toplayır, texniki gündəliyi, formulyarları doldurur. Çıxarılmış lentlərin keyfiyyət və emal edilmə vaxtına nəzarət edir.

Bilməlidir: kinomaterialların bədii səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; kino çəkilişi aparatlarının növlərini, onların enerji təminatını; fokusun qurulması və dəyişkən fokus məsafəsinin obyektivi ilə işi; köməkçi operator texnikasının növlərini, kinomaterialların emal edilmə texnologiyasını, neqativ lentlərin alınması, saxlanılması, doldurulması, nəql etdirilməsi və təhvil verilməsi qaydalarını, işıqlandırıcı aparatların növlərini; avadanlığın, materialların, aparat və ləvazimatın alınması üçün sifarişin edilmə qaydasını, film istehsalı texnologiyasının əsaslarını, kino çəkilişi üçün lazım olan aparatların istismarı, nəqli və saxlanılması qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili və ya ümumi orta təhsili olmaqla yanaşı xüsusi hazırlığı olduqda;

6-cı dərəcə: orta ixtisas təhsili və ya ümumi orta təhsili olmaqla yanaşı xüsusi hazırlığı və kinooperator assistenti vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-ci dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı kinooperator assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və peşəkar yaradıcılıq səriştəsi olduqda.

Əmək funksiyası. Radio proqramının hazırlanmasında iştirak edir, rejissorun yaradıcı və təşkilatı tapşırıqlarını yerinə yetirir. Texniki vəsaitlərə sifariş verir və onların vaxtında yerinə yetirilməsinə nəzarət edir. İştirakçı və ifaçıların seçilməsində iştirak edir, onların məşqə və yazılışa qobulunu təşkil edir. Nəqliyyat və buraxılış vərəqəsini sifariş verir. Studiyanın lazımi quruluş vasitələri ilə təmin edilməsini təşkil edir və onların alınmasına nəzarət edir. Radio proqramlarının yazılışı zamanı köməkçi işləri yerinə yetirir, proqram iştirakçılarının məşğulluğunun uçotunu aparır. Rejissorla birlikdə məşqlərə gəlmə üzrə vərəqələri tərtib edir və imzalayır. Proqramların montaj edilməsində iştirak edir, radio proqramlarının dinlənilməsini təşkil edir. İstehsalat hesabatını, proqramların iştirakçılarının və ifaçılarının əməyinin ödənilməsi üzrə sənədləri tərtib edir. Radio proqramlarının və tamaşaların hazırlanması və saxlanılmaq üçün təhvil verilməsini təşkil edir. Rejissor funksiyalarmı yerinə yetirərək mürəkkəb olmayan proqramları sərbəst hazırlayır və aparır.

Bilməlidir: radio proqramlarının bədii ideya səviyyəsinə qoyulan tələbləri müəyyən edən sərəncam, əmr və digər rəhbər sənədləri; ictimai-siyasi hadisələri; radio proqramlarının yaradılması texnologiyasını və yaradıcılıq prosesini; radio studiyasının texniki vasitələrini; iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili və ya ümumi orta təhsili olmaqla yanaşı xüsusi hazırlığı olduqda;

6-cı dərəcə: orta ixtisas təhsili və rejissor assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və mürəkkəb radio proqramlarının təşkili üzrə hazırlıq işlərini yerinə yetirmək bacarığı olduqda;

8-ci dərəcə: ali ixtisas təhsili və rejissor assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olmaqla yanaşı bütün növ və janrda radio-proqramların təşkili üzrə hazırlıq işlərini, rejissor funksiyalarını yerinə yetirərək mürəkkəb olmayan proqramları hazırlamaq və aparmaq bacarığı olduqda.

Əmək funksiyası. Televiziya proqramlarının hazırlanması və yaradılmasında iştirak edir. Səs rejissorunun yaradıcılıq və təşkilatı tapşırıqlarını yerinə yetirir. Akustika vasitələrini studiya daxili və studiyadan kənar çəkilişlər, məşqlər, birbaşa efirə veriləcək proqramlar üçün hazırlayır. Rejissor və səs rejissoru ilə birlikdə proqram iştirakçılarının studiyada və studiyadan kənar obyektlərdə yerlərini müəyyənləşdirir. Mikrofonları yerləşdirir və onların iş prosesində düzgün yerdəyişməsini təmin edir. Səs rejissorunun texniki və yaradıcı tapşırıqlarmı yerinə yetirir. Səs rejissoru ilə birlikdə televiziya proqramlarını aparır. Sərbəst olaraq mürəkkəb olmayan proqramları, danışıq, musiqi və səs-küylü yazılışları və onların montajını aparır.

Bilməlidir: televiziya və radio proqramlarının bədii ideya səviyyəsinə qoyulan tələbləri müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; televiziya və radio proqramlarında istifadə olunan səs yazma və səsə çevirmə aparatlarını; televiziya proqramlarının yaradılması texnologiyasını; iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını; yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili olduqda və ya ümumi orta təhsili olmaqla yanaşı səs yazılışı üzrə operator vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

6-cı dərəcə: orta ixtisas təhsili olduqda və ya ümumi orta təhsili olmaqla yanaşı səs rejissorunun assistenti vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-ci dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı səs rejissorunun asisstenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Bütün növ və janrda televiziya proqramlarının və videofilmlərin yaradılması prosesində iştirak edir. Teleoperatorun yaradıcı və təşkilatı tapşırıqlarını yerinə yetirir. Proqramların hazırlanması və yaradılması planının işlənib hazırlanmasında iştirak edir. Baş məşqlərin, çəkilişin və birbaşa efirin aparılması üçün kamera və texniki vasitələrin yerləşdirilməsini təmin edir. İşıqlandırıcı qurğular briqadası ilə birlikdə xüsusi işıqlandırıcıları qurur, kameralarda optikanı dəyişdirir. Texniki televiziya vəsaitlərinin düzgün istismar edilməsinə nəzarət edir. Lazım gəldikdə mürəkkəb olmayan çəkilişləri aparır.

Bilməlidir: televiziya proqramlarının bədii ideya səviyyəsini müəyyən edən qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; ictimai-siyasi hadisələri; respublikanın və xarici Ölkələrin bədii, elmi və mədəni həyatda baş verən yeniliklərini; teleoperator ustalığı sahəsində qabaqcıl təcrübəni; texniki vəsaitləri, proqramların yaradılması texnologiyası; kadrların qurulması və işıqlandırma metodlarını, iqtisadiyyatın və əmək qanunvericiliyinin əsaslarını, yaradıcı işçilərin əməyinin təşkili və ödənilməsi üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili və xüsusi hazırlığı olduqda;

6-cı dərəcə: orta ixtisas təhsili və xüsusi hazırlığı olmaqla yanaşı teleoperator assistenti vəzifəsində 2 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-ci dərəcə: ali ixtisas təhsili olmaqla yanaşı teleoperator assistenti vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və teleoperator kimi mürəkkəb olmayan televiziya proqramlarının çəkilişini aparmaq bacarığı olduqda.

Əmək funksiyası. Struktur bölmələrin fəaliyyəti ilə bağlı sənədləri nəzərdən keçirir. Sorğu materiallarını komplektləşdirir, təsnif edir və sistemləşdirir. Mövzu barədə məlumat toplayır. Yaradıcı proseslərin təşkili, televiziya proqramlarının yaranması ilə əlaqədar işləri yerinə yetirir. Ədəbi materiallarla işləyir. Çəkiliş, kütləvi proqram, canlı yayımların aparılması zamanı gətirilən faktiki göstəricilərin düzgünlüyünü yoxlayır. Kənar təşkilatlara göndərilən sənədlərin tərtibatı və hazırlanmasında iştirak edir, məktub müəlliflərinə cavab məktubu yazır. Bölmələrdən və ifaçılardan lazımi materialları alır. Rəhbərlərin televiziya proqramlarına baxmalarını, radio proqramlarını dinləmələrini və onların telefon danışıqlarmı təşkil edir. İclas və müşavirələrin keçirilməsini təşkil edir. Kargüzarlıq işlərini aparır. Texniki vasitələrdən istifadə etməklə televiziya və radio tamaşaçılarından alman məktublarla işləyir. Rəhbərliyin verdiyi göstərişlərin uçotunu aparır və nəzarət edir.

Bilməlidir: televiziya proqramlarının bədii səviyyəsinin yüksəldilməsinə yönəldilmiş qərar, sərəncam, əmr və digər rəhbər sənədləri; texniki vasitələri və televiziya proqramlarının yaranması texnologiyasını; uçot və kargüzarlıq işlərinin aparılması qaydalarını işgüzar məktubların tərtib edilməsini, normativ sənədlərin saxlanılması, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili və ya ümumi orta təhsili olmaqla xüsusi hazırlığı olduqda;

6-cı dərəcə: referent vəzifəsində 2 ildən az olmayaraq əmək stajı, orta ixtisas təhsili və ya ümumi orta təhsili olmaqla yanaşı xüsusi hazırlığı olduqda;

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali təhsili olduqda;

8-ci dərəcə: ali təhsil və referent vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

1. 31 oktyabr 2022-ci il tarixli 22050000319 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202210310319, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 noyabr 2022-ci il)

2. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-27/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283527, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver