Qanunvericilik › Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Terrorçuluğa qarşı mübarizənin məqsədi

Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə aşağıdakı məqsədlərlə həyata keçirilir:

1) insan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi;

2) terrorçuluğun aşkar edilməsi, qarşısının alınması və terrorçuluq nəticəsində gözlənilən zərərin minimuma endirilməsi;

3) terrorçuluğun yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və ləğv edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver