Qanunvericilik › Təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatının auditi zamanı normativ hüquqi aktların nəzərə alınması haqqında Təlimat (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 18.01.2002) › Tam mətn

Təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatının auditi zamanı normativ hüquqi aktların nəzərə alınması haqqında Təlimat (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 18.01.2002)

Təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatının auditi zamanı normativ hüquqi aktların nəzərə alınması haqqında Təlimat (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 18.01.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası

" 29 " yanvar 2002-ci il

Nazir _________ F.F.Məmmədov

Azərbaycan Respublikası

"18" yanvar 2002-ci il

sədr ___________V.Novruzov

1.1. Bu təlimat “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mühasibat (maliyyə) hesabatının auditi zamanı normativ hüquqi aktların nəzərə alınması məqsədi ilə təhlilin aparılmasını tənzimləyir.

1.2. Audit aparılan təsərrüfat subyekti mühasibat (maliyyə) sənədlərini tərtib edərkən qüvvədə olan normativ hüquqi aktların normalarının nəzərə alınmaması “normativ hüquqi aktların tələblərinə əməl edilməməsi” kimi qiymətləndirilir.

1.3. Auditor prosedurlarının planlaşdırılmasında və həyata keçirilməsində, əldə olunan auditor sübutlarının qiymətləndirilməsində və təhlilin nəticələrinin təqdim edilməsində auditor nəzərə almalıdır ki, normativ hüquqi aktların tələblərinin sifarişçi tərəfindən yerinə yetirilməməsi sifarişçinin mühasibat (maliyyə) hesabatına və fəaliyyətinin maliyyə nəticələrinə əhəmiyyətli təsir göstərə bilər.

2.1. Sifarişçi təsərrüfat subyekti mühasibat (maliyyə) hesabatının auditinin aparıldığı dövrdə normativ hüquqi aktların tələblərinə əməl etməyə borcludur.

2.2. Mühasibat (maliyyə) hesabatının auditi zamanı auditor normativ hüquqi aktların tələblərinə sifarişçi tərəfindən riayət edilməsini nəzərə alaraq, auditi peşəkarcasına planlaşdırır və həyata keçirir.

2.3. Audit planlaşdırılarkən, auditor sifarişçinin fəaliyyətini əhatə edən, o cümlədən konkret sahələr üçün qüvvədə olan zəruri tələblər haqqında ümumi hesabat tərtib edir.

2.4. Auditor yoxlamanın nəticələri haqqında yazılı hesabat tərtib etməlidir. Hesabatda mühasibat (maliyyə) hesabatının auditi zamanı normativ hüquqi aktlara riayət edilib-edilməməsi xüsusi qeyd olunmalıdır. Auditor hesabatı imzalayıb sifarişçinin işlərinin idarə edilməsinə cavabdeh olan şəxslərə təqdim etməlidir.

2.5. Əgər təhlilin nəticəsinə görə heç bir irad yoxdursa, auditor bunu belə bir qeydlə təsdiq etməlidir: «Qulluq borcumla əlaqədar olaraq apardığım (apardığımız) təhlil ilə müəyyənləşdirilmişdir ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur və müvafiq normativ hüquqi aktların tələblərinə riayət edilmişdir». Əgər əlavə qeydlər edilməsi zəruridirsə, onda təhlilin məzmunu və təsdiqləyici qeydin mənası haqqında yanlış təəssürata yol verməmək üçün təsdiqləyici qeyd tamamlanır. Əgər iradlar vardırsa, auditor ya təsdiqləyici qeydi ixtisar edir, ya da ondan imtina edir. Auditor normativ hüquqi aktların nəzərə alınmasının təsdiqi haqqında öz qeydini və ya təsdiqləmədən imtina haqqında qeydini imzalayaraq olduğu yeri və tarixi göstərir. Təsdiqləmə haqqında qeyd və ya təsdiqləmədən imtina haqqında qeyd də yoxlama haqqında hesabata daxil edilir.

2.6. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, auditor:

- bütövlükdə sahənin fəaliyyətini tənzimləyən və o cümlədən sifarişçiyə aid olan informasiyanı və normativ hüquqi bazanı öyrənir;

- sifarişçinin fəaliyyətini bilavasitə tənzimləyən normativ hüquqi aktların olub-olmamasını müəyyənləşdirir;

- sifarişçinin rəhbərliyindən normativ hüquqi aktların tələblərinə riayət edilməsini təmin etmək üçün tətbiq olunan üsullar və metodlar haqqında məlumat alır.

2.7. Auditor tərəfindən mühasibat (maliyyə) hesabatı tərtib edilərkən və (və ya) auditi aparılarkən onun tərtibi və aparılması qaydasını tənzimləyən normativ hüquqi aktların müddəaları rəhbər tutulmalıdır.

3.1. Auditor mühasibat (maliyyə) hesabatlarının auditi zamanı sifarişçi tərəfindən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməməsi faktlarını müəyyən etdikdə, pozuntuların buraxıldığı şəraiti tam və dürüst tədqiq edir və aşkar olunan pozuntuların mühasibat (maliyyə) hesabatının dürüstlüyünə mümkün təsirini qiymətləndirir.

4.1. Mühasibat (maliyyə) hesabatının auditi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməməsi faktları auditor tərəfindən aşkar olunarsa bu barədə sifarişçinin rəhbərliyinə dərhal məlumat verilməlidir.

4.2. Auditor, məxfilik prinsipinə riayət edərək, sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla məxfi saxlamalıdır.

5.1. Mühasibat (maliyyə) hesabatının auditi zamanı sifarişçi təsərrüfat subyektinin rəhbərliyi tərəfindən normativ hüquqi aktların tələblərinin pozulmasına dair aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə lazımi tədbirlər görülmürsə, onda auditor müqavilə ilə müəyyən edilmiş qaydada auditin dayandırılması nəticəsinə gəlir.

5.2. Bu təlimat hazırlanarkən “Maliyyə hesabatının auditi zamanı qanunların və normativ aktların nəzərə alınması” (İSA 250 "Consideration of Laws and Regulations in an Audit of Financial Statements") beynəlxalq audit standartından istifadə edilmişdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver