1.1. Bu standart “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Rəhbərliyin təqdimatı” (İSA 580 “Management Represantations”) Beynəlxalq audit standartının əsasında hazırlanmışdır.
1.2. Bu standartın məqsədi - sifarişçi təsərrüfat subyektinin rəhbərliyi tərəfindən auditor sübutu kimi təqdim edilən məlumatlardan istifadə edilməsinin norma və qaydalarını müəyyən etməkdən ibarətdir.
1.3. Standart - həmin məlumatların sənədləşdirilməsi və qiymətləndirilməsi prosedurlarını, habelə onların təqdim edilməsindən imtina edildiyi hallarda görməli tədbirləri tənzimləyir.
1.4. Auditor öz işinin məqsədinə nail olmaq üçün təsərrüfat subyektinin rəhbərliyindən lazım olan məlumatlan əldə etməlidir.
2. Təqdim edilən mühasibat (maliyyə) hesabatlarının dürüstlüyünə görə sifarişçi təsərrüfat subyektinin rəhbərliyinin məsuliyyəti
2.1. Təsərrüfat subyektinin rəhbərliyi tərəfindən təqdim olunan mühasibat (maliyyə) hesabatlarının müvafiq tələblər nəzərə alınmaqla tərtib edilməsinə və onun dürüstlüyünün təsdiq edilməsinə məsuliyyət daşıdığına görə məlumatlan olması haqda auditor sübutlar əldə etməlidir. Auditor belə sübutları təsərrüfat subyektinin direktorlar şurasının üzvləri ilə aparılan söhbətlərin yazılı təsdiqini və ya həmin hesabatlarını təsdiqlənmiş surətlərini almaqla əldə edə bilər.
3. Sifarişçi təsərrüfat subyektinin rəhbərliyinin auditor sübutu kimi təqdim etdiyi məlumatlar
3.1. Hər hansı digər sübutların mövcud olmadığı ehtimal edilərsə, auditor mühasibat (maliyyə) hesabatlarının bütün əhəmiyyətli aspektlərinin dürüstlüyü ilə əlaqədar yazılı sübutlar eldə etməlidir. Auditorla təsərrüfat subyektinin rəhbərliyi arasında baş verə bilən anlaşılmazlıq ehtimalı şifahi danışıqlar yazılı formada təsdiq olunan zaman aradan götürülür.
3.2. Rəsmi sənədləşdirilmiş məlumatlar alınarkən mühasibat (maliyyə) hesablan üçün əhəmiyyətli olan ayrı-ayrı və ya məcmu formada qəbul edilən məlumatlarla kifayətlənmək olar. Müəyyən hallarda bunun hansı zərurətdən irəli gəldiyini və əhəmiyyətliyini auditor sifarişçinin rəhbərliyinə izah etməlidir.
3.3. Auditor yoxlanması zamanı təsərrüfat subyektinin rəhbərliyindən auditorun tələbi ilə və ya rəhbərliyin arzusu ilə müxtəlif məlumatlar əldə edilə bilər. Əgər belə informasiyalar mühasibat (maliyyə) hesabatlarına əhəmiyyətli dərəcədə aid olarsa, bu halda auditordan aşağıdakılar tələb edilir:
- tələb olunan sübutları subyekt daxili yoxlamalardan və ya ondan kənar mənbələrdən eldə etmək;
- təsərrüfat subyektinin rəhbərliyi təqdim edilmiş məlumatların inandırıcı olmasını, əldə edilmiş digər auditor sübutlarına, o cümlədən təsərrüfat subyektinin rəhbərliyindən əldə edilmiş sair məlumatlara uyğunluğunun müəyyən etmək;
- məlumatları təqdim edən şəxsin mühasibat (maliyyə) hesabatlan haqqında kifayət qədər məlumatlı olmasını özü üçün müəyyən etmək.
3.4. Təsərrüfat subyektinin rəhbərliyi tərəfindən təqdim edilən məlumatlar auditorun təxmini olaraq əldə etdiyi digər auditor sübutlarını əvəz edə bilməz. Məsələn, bu və ya digər aktivlərin alınmasına çəkilən xərclər haqqında yeni məlumatlar həmin məsələ üzrə digər auditor sübutlarını əvəz edə bilməz. Əgər auditor əhəmiyyətli hesab etdiyi göstəricilər üzrə kifayət qədər auditor sübutları əldə edə bilməmişdirsə və onun fikrincə belə sübutlar prinsip etibarı ilə mövcuddur. onda bu məsələ üzrə təsərrüfat subyektinin rəhbərliyindən məlumatlar almasa da, həmin göstəricilər üzrə auditorun fikrinin formalaşdırılması imkanı məhdud hesab edilir.
3.5. Təsərrüfat subyektinin rəhbərliyi tərəfindən təqdim edilən məlumatlar auditor sübutlarının yeganə mənbəyi hesab edilərsə, onda auditor müəyyən hadisələrin gedişi ilə rastlaşa bilər. Məsələn, müəyyən aktivlərin dəyərinin uzun müddətə artırılması ilə əlaqədar onların təsdiq edilməsi üçün rəhbərlikdən alman məlumatlardan başqa istənilən sübutların əldə edilməsi imkanı şübhəli hesab edilir.
3.6. Təsərrüfat subyektinin rəhbərliyi tərəfindən təqdim edilmiş məlumatlarla əldə edilmiş auditor sübutları arasında ziddiyyət varsa, onda auditor bu ziddiyyətlərin səbəblərini araşdırmalı və zəruri hallarda rəhbərlik tərəfindən təqdim edilmiş digər məlumatların da etibarlılığına baxmalıdır.
4. Sifarişçi təsərrüfat subyektinin rəhbərliyindən alınmış məlumatların sənədləşdirilməsi
4.1. Adi hallarda auditor təsərrüfat subyektinin rəhbərliyindən aldığı məlumatları, rəhbərlikdə apardığı müzakirələrin məzmununu, eləcə də onlardan müzakirələr zamanı aldığı yazılı məlumatlan auditor sübutu kimi öz işçi sənədlərinə daxil etməlidir.
4.2. Təsərrüfat subyektinin rəhbərliyi tərəfindən təqdim edilən auditor sübutlarından yazılı qaydada təqdim edilən məlumatlara üstünlük verilir ki, həmin məlumatlar aşağı göstərilən formalardan biri yolu ilə təqdim edilə bilər:
- Təsərrüfat subyektinin rəhbərliyi tərəfindən imzalanmış məktub şəklində;
- Təsərrüfat subyektinin rəhbərliyindən alınmış məlumatlar əsasında auditor tərəfindən hazırlanmış və həmin təsərrüfat subyektinin rəhbərliyi tərəfindən imzalanmış sənəd şəklində;
-Təsərrüfat subyektinin Direktorlar Şurasının və ya digər müvafiq orqanların nümayəndələri ilə aparılmış söhbətlərin stenoqramması, yaxud mühasibat (maliyyə) hesabatlarının müvafiq qaydada təsdiqlənmiş surəti şəklində.
5. Sifarişçi təsərrüfat subyektinin rəhbərliyinin təqdim etdiyi məktubun əsas bölməsi
5.1. Auditor təsərrüfat subyektinin rəhbərliyindən xahiş etməlidir ki, təqdim edilən məktubda onun kimə ünvanlanması, imzalanması, müvafiq qaydada nömrələnməsi və tarix qoyulması təmin olunsun.
5.2. Adətən rəhbərlik tərəfindən təqdim edilən məktub auditorun aktının (hesabatının) tərtib edildiyi tarixlə eyni vaxtda imzalanır. Lakin müəyyən edilmiş hallarda ayrı-ayrı əməliyyatlara dair və ya konkret məsələlər üzrə yazılmış məktub yoxlama gedişində və ya auditor rəyi verildikdən sonra da alma bilər (məsələn, açıq tipli səhmlərin paylanması başlandığı tarixdə).
5.3. Adətən qoyulmuş məsələlər üzrə onların biliklərinə əsaslanan məktub təşkilatın və onun maliyyə fəaliyyətinin idarə edilməsi üçün sifarişçi təsərrüfat subyektinin səlahiyyəti olan hər bir nümayəndəsi (ilk növbədə icraçı və ya maliyyə direktoru) tərəfindən imza edilir. Bəzi hallarda auditor belə məlumatlan digər əməkdaşlardan da ala bilər. Məsələn, auditor Direktorlar Şurasının iclaslarının, təsisçilərin yığıncaqlarının, digər mühüm tədbirlərin keçirilməsinə dair stenoqrammaları və bu kimi məlumatlan onların saxlanılmasına məsul olan şəxslərdən tələb edə bilər.
6. Sifarişçi təsərrüfat subyektinin rəhbərliyi tərəfindən məlumatın verilməsindən imtina edildiyi halda auditorun hərəkəti
6.1. Yoxlama üçün zəruri olan məlumatların təqdim edilməsindən təsərrüfat subyektinin rəhbərliyi imtina etdikdə, fikrin formalaşdırılması məhdudlaşdırılmış hesab edilərək, auditor müsbət rəydən fərqli rəy tərtib edə bilər, Belə hallarda auditor təqdim edilmiş bütün digər məlumatların etibarlılığını qiymətləndirməklə yanaşı, bu imtinanın auditor rəyinin digər aspektlərinə təsir edib-etməməsini müəyyənləşdirir.