1.1. Bu Qaydalar təşkilati-hüquqi formasından asılı olmayaraq, "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının (2 noyabr 1999-cu il tarixi 733-1Q nömrəli) Qanununda göstərilən miqdarda maddələrin və ionlaşdırıcı şüa mənbələrinin alınması, istifadə olunması, emalı, saxlanması, nəqli və ləğv edilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər təhlükə potensiallı obyektlərdə təhlükəsizliyin təmin olunmasına dair texniki təhlükəsizlik bəyannaməsinin təqdim edilməsinin məcburiliyini, Qanunun 15-ci maddəsinə uyğun olaraq təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən texniki təhlükəsizlik bəyannaməsinin Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə (bundan sonra Dövdağmədəntexnəzarət Komitəsi), müvafiq icra hakimiyyəti orqanlarına və yerli özünüidarəetmə orqanlarına təqdim edilməsi üsulunu müəyyən edir.
1.2. Texniki təhlükəsizlik bəyannaməsində (sonrakı mətndə - bəyannamə): qəza riskinin və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi; qəzanın baş verməməsi üçün, görülən tədbirlərin kifayətləndirici olub-olmaması barədə təhlil; hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə hazırlığının təmin edilməsi; qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azaltmağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır.
Bəyannamə təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən quraşdırılması, texniki təchizatının yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi üçün layihə sənədləri əsasında işlənib hazırlanır. hüquqi və ya fiziki şəxs təhlükə potensiallı obyektin istismarı ilə bağlı xüsusi razılıq (lisenziya) almaq üçün müraciət etdikdə və yaxud bəyannamədə göstərilən məlumatlar və ya texniki təhlükəsizliyə dair tələblər dəyişdikdə bəyannamə dəqiqləşdirilir və ya yenidən işlənib hazırlanır.
Bəyannamə qanunvericiliyinə uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından (sonrakı mətndə - ekspertizadan) keçməlidir.
Bəyannamə təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxs tərəfindən təsdiq edilir. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxs bəyənnamədə göstərilən məlumatların tam və dəqiq olmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
♦ təhlükə potensiallı obyektlərin texniki təhlükəsizliyi sahəsində dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi üçün şərait yaratmaq;
♦ təhlükə potensiallı obyektlərin texniki təhlükəsizliyinin təmin edilməsi problemləri ilə əlaqədar, təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ictimai birliklərin qarşılıqlı fəaliyyətinin səmərəsini artırmaq;
♦ ətraf mühitin mühafizəsi, əhalinin və ərazilərin fövqəladə vəziyyətlərdən qorunması sahəsində fəaliyyəti təmin etmək;
♦ təhlükə potensiallı obyektlərin texniki təhlükəsizlik tələblərinə riayət edilməsi barədə dövlət nəzarəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, ictimai birliklərin və vətəndaşların optimal səviyyədə məlumatlandırılmasını təmin etmək məqsədilə işlənib hazırlanmışdır.
1.4. Bəyannaməyə və məlumat vərəqinə (Bəyannaməyə əlavəyə) daxil edilən məlumatların siyahısı və onların sənədləşdirilməsi qaydası, eləcə də Bəyannamənin ekspertizadan keçirilməsi və ekspertiza rəyinin sənədləşdirilməsi ilə bağlı tələblər bu Qaydalarla müəyyənləşdirilir.
1.5. Dövdağmədəntexnəzarət Komitəsinə daxil olan bəyannamələrin qeydiyyatından keçirilməsi, uçotu, onların baxılması, saxlanılması, işdə istifadə etmək üçün verilməsi, monitorinqi və bəyannamələr haqqında kompüterdə məlumat bankının aparılması qaydaları, Komitə tərəfindən müəyyən edilir.
1.6. Təhlükə potensiallı obyektin istismar edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün ərizə ilə müraciət etmiş hüquqi və fiziki şəxs Azərbaycan Respublikasının qanunvericiliyi və normativ hüquqi aktları ilə müəyyən edilmiş sənədləri də əlavə etməklə, Bəyannaməni Dövdağmədəntexnəzarət Komitəsinə, eləcə də bəzi normativ hüquqi tənzimləmə funksiyalarını, texniki təhlükəsizlik sahəsində xüsusi icazə vermək, yoxlama və nəzarət funksiyalarını həyata keçirmək hüquqları verilmiş müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim edir:
1.7. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxs:
a) fəaliyyətdə olan təhlükə potensiallı obyektlər üzrə bəyannaməni və ekspertiza rəyinin bir nüsxəsini Dövdağmədəntexnəzarət Komitəsi və eləcə də bəzi normatiiv hüquqi tənzimləmə funksiyalarını, texniki təhlükəsizlik sahəsində xüsusi icazə vermək, yoxlama və nəzarət funksiyalarını həyata keçirmək hüquqları verilmiş müvafiq dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilmiş müddətdə təqdim edir;
b) bəyannamənin və ekspertiza rəyinin surətlərini təhlükə potensiallı obyekti istismar edən təşkilatın tabe olduğu müvafiq dövlət orqanına və Azərbaycan Respublikasının ərazisində təhlükə potensiallı obyektin istismar edildiyi yerli özünüidarəetmə orqanının əsaslandırılmış sorğusuna görə təqdim edir;
3) ictimai birliklərin rəhbərlərinin əsaslandırılmış və Dövdağmədəntexnəzarət Komitəsinin rəhbəri ilə razılaşdırılmış sorğusuna əsasən, dövlət sirri və xidməti sirr sayılan məlumatlardan istifadə edilməsi üçün müəyyən olunmuş qaydalara riayət edilməklə, həmin ictimai biliklərin rəsmi nümayəndələrinin bəyannamədən istifadə etmələrini təmin edir;
4) təhlükə potensiallı obyektlərin yaxınlığında yaşayan vətəndaşların müraciətinə əsasən, məlumat vərəqinin (bəyannaməyə əlavənin) həmin vətəndaşlara təqdim olunmasını təmin edir.
1.8. Azərbaycan Respublikası Dövdağmədəntexnəzarət Komitəsi və onun ərazi və sənaye sahələri üzrə müfəttişlikləri, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının sorğusuna əsasən, bəyannamənin və ekspertiza rəyinin surətlərinin hüquqi və fiziki şəxslər tərəfindən həmin orqanlara təqdim olunmasına nəzarət edir.
1.9. Bəyannamənin məxfilik qrifi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin bəyannaməyə daxil olan məlumatın məxfilik dərəcəsinə əsasən müəyyən edilir.
1.10. Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər, müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarının, eləcə də bəyannamənin və ekspertiza rəyinin təqdim edildiyi ictimai təşkilatların (birliklərin) rəhbərləri, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, dövlət sirri və yaxud xidməti sirri ilə bağlı məlumatların qorunması, eləcə də həmin sənədlərin uçotunu və saxlanmasını müəyyən olunmuş qaydada təmin etməyə borcludurlar.
1.11. Bəyannamənini və ekspertiza rəYinin əsli, eləcə də Dövdağmədəntexnəzarət Komitəsinə təqdim edilməsi barədə sənədlərin surətləri təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin (bundan sonra təşkilatların) sərəncamında saxlanılır.
1.12. Azərbaycan Respublikasının ərazisində yerləşən təhlükə potensiallı obyektlərin texniki təhlükəsizlik bəyannamələrində və ekspertiza rəylərində göstərilən məlumatların, eləcə də həmin bəyannamələrin və rəylərin qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarına göndərilməsi barədə məlumatların Dövdağmədəntexnəzarət Komitəsinin məlumat fondunda saxlanılması üçün, təhlükə potensiallı obyektləri istismar edən təşkilatların rəhbərləri tərəfindən Komitəyə təqdim edilməsi zəruridir.
Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1. Qəza - təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması;
2.2. Təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannaməsi - qəza riskinin, qəzanın qarşısının alınmasına və təhlükə potensiallı obyektin texniki təhlükəsizlik normaları və qaydalarının tələblərinə müvafiq istismar edilməsinə, eləcə də təhlükə potensiallı obyektdə qəzanı lokallaşdırmağa və qəzanın nəticələrini aradan qaldırmağa təşkilatın hazır olmasını təmin etmək üçün qurulmuş tədbirlərin kafilik dərəcəsinin təhlilinin hərtərəfli qiymətləndirilməsinin nəticələrini əks etdirən sənəd.
2.3. Təhlükə potensiallı maddələr - tez alovlanan, oksigenləşən, tezalışan, partlayıcı, zəhərləyici və yüksək zəhərləyici maddələr.
2.4. Təhlükə potensiallı obyekt - əhali və ətraf mühit üçün təhlükə yaradan, "Texniki təhlükəsizlik haqqında" Qanuna Əlavə 1-də göstərilən partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər.
2.5. Haqqında bəyannamə verilən obyekt - texniki təhlükəsizlik tələblərinə müvafiq olaraq, barəsində bəyannamə verilməli olan təhlükə potensiallı obyekt.
2.6. Texniki təhlükəsizlik bəyannaməsinə hesabat-izahat vərəqi - qəza riski dərəcəsinin və qəzaların qarşısını almaq üçün görülmüş tədbirlərin kafiliyini əsaslandıran sənəd.
2.7. Təhlükə potensiallı obyektin tərkib hissələri (sonrakı mətndə - tərkib hissələri) - sahələr, qurğular, sexlər, anbarlar və yaxud texniki qurğuları, mexanizmləri və ya onların məcmusunu texnoloji və ya inzibatı prinsip üzrə birləşdirən və təhlükə potensiallı istehsal obyektlərinə daxil olan digər tərkib hissələri.
2.8. Qəzanını ssenarisi - konkret təhlükəli nəticələr vermiş qəzaya gətirib çıxaran konkret hadisə ilə məntiqi cəhətdən əlaqədar olan ayrı-ayrı hadisələrin ardıcıllığı.
2.9. Texniki təhlükəsizlik tələbləri - Azərbaycan Respublikasının qanunvericiliyində ("Texniki təhlükəsizlik haqqında" Qanuna Əlavə 2) və digər normativ hüquqi sənədlərində, eləcə də müəyyən olunmuş qaydada qəbul edilən normativ texniki sənədlərdə təsbit edilmiş şərtlər, qadağalar, məhdudiyyətlər və digər zəruri şərtlər.
2.10. Təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannaməsinin ekspertizası (sonrakı mətndə-bəyannamənin ekspertizası) - bəyannamənin, texniki təhlükəsizliyə dair norma və qaydalara müvafiq olmasının qiymətləndirilməsinin nəticəsi.
2.11. Təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannaməsinə dair ekspertiza rəyi (sonrakı mətndə - ekspertiza rəyi) - texniki təhlükəsizlik bəyannaməsinin, texniki təhlükəsizliyə dair norma və qaydalara müvafiq olması və ya müvafiq olmaması barədə əsaslandırılmış nəticələri əks etdirən sənəd.
2.12. Bəyannamələrin monitorinqi - bu və ya digər hadisə və yaranmış şəraitin vəziyyətinin proqnozlaşdırılması, müşayiəti və xəbərdarlığı üzrə məlumatların toplanması.
III. Bəyannamənin hazırlanmasında ümumi tələblər
3.1. Təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanması aşağıdakı işləri əhatə edir:
▪ qəza riskinin və qəza ilə bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi;
▪ təşkilatın təhlükə potensiallı obyekti texniki təhlükəsizlik tələblərinə müvafiq qaydada istismar etməyə hazır olmasını təmin etmək üçün görülmüş, təhlükə potensiallı obyektdə qəzanın qarşısını almaq və qəzanı lokallaşdırmağa və qəzanın nəticələrini aradan qaldırmağa yönəlləşdirilmiş tədbirlərin kafilik dərəcəsinin təhlili.
3.2. "Texniki təhlükəsizlik haqqında" Qanuna Əlavə 2-də müəyyən edilmiş və bu Qaydaların 1-ci və 2-ci cədvəllərində göstərilən miqdarda təhlükəli maddələrin əldə edildiyi, istifadə edildiyi, emal olunduğu, hazırlandığı, saxlandığı, daşındığı, məhv edildiyi təhlükə potensiallı obyektlərin texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanması məcburidir. Təhlükə potensiallı obyektlərin identifikasiyası zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır:
1) 1-ci cədvəldə göstərilməyən təhlükəli maddələr üçün 2-ci cədvəldə göstərilən kəmiyyətlərdən istifadə edilir;
2) təhlükə potensiallı obyektlər arasındakı məsafə beş yüz metrdən az olduqda təhlükəli maddənin ümumi miqdarı nəzərə alınır;
3) eyni kateqoriyalı bir neçə növ təhlükəli maddə tətbiq edildikdə onların hüquq miqdarının yol verilə bilən cəmi aşağıdakı kimi təyin olunur:
burada m(y) - tətbiq olunan maddənini miqdarı; M(y) -1 və 2 nömrəli cədvəllərə müvafiq olaraq, 1-dən p-e qədər bütün / üçün olan maddənin yol verilə bilən hədd miqdarı.
"Texniki təhlükəsizlik haqqında" Qanunun 15-ci maddəsində və həmin Qanuna Əlavə 2-də müəyyən edilmiş tələblərə uyğun gəlməyən təhlükə potensiallı obyektlərin texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanmasının zəruri olması Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən müəyyən edilir.
3.3. Təşkilatın tərkibində, haqqında bəyannamə verilməli bir neçə təhlükə potensiallı obyekt olduqda, təhlükə potensiallı istehsal obyektlərinin texniki təhlükəsizliyinə dair vahid bəyannamənini işlənib hazırlanmasına və sənədləşdirilməsinə icazə verilir.
3.4. Fəaliyyətdə olan təhlükə potensiallı obyekt üçün bəyannamə işlənib hazırlanarkən texniki təhlükəsizliyə dair tələblərin təmin edilməsi haqqında məlumatlara həm həyata keçirilən tədbirlər barədə, həm də həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat daxil edilməlidir.
3.5. Bəyannamə və ona əlavələr, təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannaməsinin ekspertizasını keçirən ekspert təşkilatına təqdim edilməlidir.
3.6. Bəyannamənini sənədləşdirilmiş nüsxələri hesabat-izahat vərəqi və məlumat Dövdağmədəntexnəzarət Komitəsinə təqdim edilir.
IV. Texniki təhlükəsizliyə dair bəyannamədə göstərilən məlumatlar
4.1. Bəyannamənin strukturu
4.1.1. Bəyannamə aşağıdakı struktur elementlərindən ibarətdir:
b) bəyannaməni işləyib hazırlamış təşkilat (hüquqi və fiziki şəxs) haqqında məlumatlar;
c) 1-ci bölmə "Ümumi məlumatlar";
d) 2-ci bölmə "Təhlükəsizliyin təhlil edilməsinin nəticələri";
e) 3-cü bölmə "Texniki təhlükəsizlik tələblərinin təmin edilməsi";
ə) 4-cü bölmə "Nəticələr";
f) 5-ci bölmə "Situasiya planı".
4.1.2. Bəyannaməyə aşağıdakı əlavələr daxil edilir:
a) Əlavə 1 "Hesabat-izahat vərəqi";
b) Əlavə 2 "Məlumat vərəqi".
4.2. Bəyannamənin struktur elementlərinə, bəyannaməyə əlavələrlə və məlumatların tərkibinə dair tələblər
4.2.1. Bəyannamənin titul vərəqi
4.2.1.1. Titul vərəqi bəyannaməsinin birinci səhifəsi olub, sənədin işlənməsi və axtarışı üçün zəruri məlumatların mənbəyidir.
4.2.1.2. Titul vərəqində aşağıdakı məlumatlar göstərilir:
a) təhlükə potensiallı obyekti istismar edən təşkilatın rəhbəri və yaxud layihənin sifarişçisi tərəfindən bəyannamənini təsdiq edildiyini göstərən qrif;
b) haqqında bəyannamə verilən obyektin daxil olduğu təşkilat (hüquqi və fiziki şəxs) tərəfindən müəyyən edilən qeydiyyat nömrəsi;
z) Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən müəyyən edilmiş qeydiyyat nömrəsi;
c) haqqında bəyannamə verilən konkret obyektin (bir obyekt haqqında bəyannamə verildikdə) və yaxud obyektlərin (bir neçə obyekt haqqında bəyannamə verildikdə) adı (adları) göstərilməklə, bəyannamənin adı, eləcə də təşkilatın adı;
d) haqqında bəyannamə verilən təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyat nömrəsi;
e) bəyannaməni işləyib hazırlamış təşkilatın (hüquqi və fiziki şəxsin) olduğu yer və bəyannamənin təsdiq edildiyi il.
4.2.2. Bəyannaməni işləyib hazırlanmış təşkilat haqqında məlumatlar
4.2.2.1. Bəyannaməni işləyib hazırlanmış təşkilat haqqında aşağıdakı məlumatlar göstərilir:
a) bəyannaməni və ona əlavələri işləyib hazırlamış təşkilatın adı, poçt ünvanı, telefon və faks nömrələri; texniki təhlükəsizliyə dair bəyannamə verilməsi ilə bağlı fəaliyyət növü üçün alınmış xüsusi razılıq (lisenziya) barədə məlumatlar - fəaliyyət növünün adı, lisenziyanını hansı orqan tərəfindən verildiyi tarixi və qeydiyyat nömrəsi;
b) bəyannamənin işlənib hazırlanmasında iştirak etmiş şəxslərin adı, atasının adı, soyadı, vəzifələri və iş yerləri göstərilməklə, icraçıların siyahısı.
4.2.3.1. Mündəricatda bəyannamənin bütün bölmələrinin adları və həmin elementlərin başlandığı səhifələrin nömrələri göstərilir.
4.2.4.1-ci bölmə - "Ümumi məlumatlar"
4.2.4.1. "Ümumi məlumatlar" adlanan 1-ci bölmədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) təşkilatın rekvizitləri;
b) bəyannamə verilməsinin əsaslandırılması; z) təşkilatın olduğu yer barədə məlumatlar;
c) işçilər və əhali barədə məlumatlar;
d) sığorta məlumatları (fəaliyyətdə olan obyektlər barədə verilən bəyannamələr üçün).
4.2.4.2. haqqında bəyannamə verilən obyektin daxil olduğu təşkilatın aşağıdakı rekvizitləri göstərilməlidir:
a) təşkilatın tam və müxtəsər adı;
b) hüquqi şəxsin, yuxarı orqanın, nazirliyin, idarənini, şirkətin, konsernin (əkər onlar varsa), fiziki şəxsin ünvanı və telefon, faks nömrələri göstərilməklə, onların adları;
z) təşkilatın rəhbərlərinin soyadları, adı, atasının adı və vəzifələri;
c) təşkilatın tam poçt ünvanı, telefon, faks və teletayp nömrələri;
d) təşkilatın, haqqında bəyannamə verilən obyektlə əlaqədar əsas fəaliyyət istiqamətlərinin qısa siyahısı.
4.2.4.3. Bəyannamə verilməsinin əsaslandırılması üçün aşağıdakı məlumatlar göstərilməlidir:
a) təhlükə potensiallı obyektin, haqqında bəyannamə verilməli obyektlər qisminə aid edilməsi üçün əsas olmuş təhlükəli maddələrin miqdar göstəriciləri barədə məlumatlar;
b) bəyannamə işlənib hazırlanması haqqında qərar qəbul edilməsi üçün əsas olmuş normativ hüquqi sənədlərin siyahısı.
4.2.4.4. Təşkilatın olduğu yer barədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) haqqında bəyannamə verilən obyektin yerləşdiyi ərazinin xarakteristikası;
b) haqqında bəyannamə verilən obyektin ərazisinin ölçüləri və hüdudları, sanitar müdafiə və (və ya) qoruyucu zonaları barədə məlumatlar.
4.2.4.5. İşçilər və əhali barədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) haqqında bəyannamə verilən obyektin işçilərinin ümumi sayı və yaxud ən böyük iş növbəsində işləyənlərin sayı barədə;
b) yaxınlarda yerləşən və maksimal hipotetik qəzanın təsir dairəsinə düşə biləcək iri təşkilatların işçilərinin sayı və yaşayış məntəqələrinin sakinlərinin sayı göstərilməklə, həmin təşkilatların və yaşayış məntəqələrinin siyahısı.
4.2.4.6. Sığorta məlumatları yalnız fəaliyyətdə olrn obyektlər barədə gösmərilməli və aşağıdakı məlumatlardan ibarət olmalıdır:
a) sığortaçı təşkilatın adı və ünvanı, eləcə də onunu sığorta lisenziyaları barədə məlumatlar;
b) sığorta mənbələrinin həcmi göstərilməklə, sığorta müqavilələrinin siyahısı.
4.2.5. 2-ci bölmə - "Təhlükəsizliyin təhlil edilməsinin nəticələri"
4.2.5.1. "Təhlükəsizliyin təhlil edilməsinin nəticələri" adlanan 2-ci bölmədə
aşağıdakı məlumatlar göstərilməlidir:
a) təhlükəli maddələr barədə;
b) texnologiyalar barədə;
s) riskin təhlilinin əsas nəticələri barədə.
4.2.5.1.1. Təhlükəli maddələr barədə məlumatlar, haqqında bəyannamə verilən obyektin identifikasiyası zamanı nəzərə alınan təhlükəli maddələr üçün göstərilməli və aşağıdakı məlumatdan ibarət olmalıdır:
♦ təhlükəli maddənin adı;
♦ təhlükəli maddənin təhlükəlilik dərəcəsi və onun insan orqanizminə təsirinin xarakteri.
4.2.5.1.2. Texnologiyalar barədə aşağıdakı məlumatlar:
♦ əsas texnoloji axınların sxemi;
♦ təhlükəli maddələrin paylanması sistemi;
1) əsas texnoloji axınların sxemi və təhlükəli maddələrin adları göstərilməklə, həmin maddələrin, haqqında bəyannamə verilən obyektin texnoloji sistemində yerdəyişmə istiqamətlərini əks etdirən blok-sxem şəklində;
2) təhlükəli maddələrin paylanması barədə məlumatlar texniki qurğularda - aparatlarda (tutumlarda), boru kəmərlərində mövcud olan təhlükəli maddələrin ümumi miqdarı və hər tutum vahidinə və yaxud ən böyük tutumlu boru kəmərində təhlükəli maddələrin maksimum miqdarı barədə məlumatdan ibarət olmalıdır. Bu məlumatlar, haqqında bəyannamə verilən obyektin bütün tərkib hissələri üçün maksimal reqlament üzrə təhlükəli maddənin qiymətləndirilməsi əsasında göstərilməlidir.
4.2.5.1.3. Qəza riskinin təhlilinin əsas nəticələri aşağıdakı məlumatlardan ibarətdir:
♦ qəzanın baş verməsi və onun yayılması riskinin təhlilinin və qəza riskinin qiymətləndirilməsinin nəticələrindən;
♦ qəzanın baş verməsi və onun yayılması riskinin təhlilinin nəticələri aşağıdakı məlumatlardan:
a) qəzanın baş verməsinə və onun yayılmasına şərait yaradan əsas amillərin və ehtimal edilən səbəblərin siyahısından;
b) ən iri və ən çox ehtimal edilən qəzaların ssenarilərinin qısa təsvirindən ibarətdir;
· qəza riskinin qiymətləndirilməsinin nəticələri aşağıdakı məlumatlardan:
a) qəza riskinin qiymətləndirilməsi üçün tətbiq edilən modellərin və hesablama üsullarının siyahısından;
b) qəzada iştirak edən təhlükəli maddələrin miqdarından;
z) zərərli amillərin təsir zonalarının mümkün ölçülərindən;
c) zərərçəkənlərin mümkün sayından;
d) qəzanın vura biləcəyi zərərin həcmindən;
e) qəza nəticəsində işçilərə və əhaliyə dəyə biləcək ziyanın və ətraf təbii mühitə vurula biləcək zərərin həcmi barədə məlumatlardan ibarət olmalıdır.
4.2.6. 3-cü bölmə - "Texniki təhlükəsizlik tələblərinin təmin edilməsi"
4.2.6.1. "Texniki təhlükəsizlik tələblərinin təmin edilməsi" adlanan 3-cü böl-mədə aşağıdakı məlumatlar göstərilməlidir:
♦ haqqında bəyannamə verilən obyektin istismarının texniki təhlükəsizlik tələblərinin təmin edilməsi barədə;
♦ qəzanın lokallaşdırmağa və onun nəticələrini aradan qaldırmağa hazırlıqla bağlı olan tədbirlərin texniki təhlükəsizlik tələblərinin təmin edilməsi barədə;
♦ Dövdağmədəntexnəzarət Komitəsinin sərəncam və göstərişlərinin yerinə yetirilməsi barədə (fəaliyyətdə olan obyektlər üçün);
♦ obyektin istismarı ilə bağlı fəaliyyət növləri üçün qüvvədə olan və (və ya) zəruri olan lisenziyaların siyahısı;
♦ işçilərin texniki təhlükəsizlik sahəsində biliklərinin və onların işə buraxılma qaydasının müntəzəm yoxlanılması göstərilməklə, işçilərin peşə hazırlığı və qəzadan müdafiə olunmağa hazırlığı barədə;
♦ istehsalatda texniki təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət sistemi barədə;
♦ qəzalar haqqında məlumatın toplanması və təhlil edilməsi sistemi barədə;
♦ ekspertizanı keçirmiş (fəaliyyətdə olan obyektlər üçün) ekspert təşkilatının və ekspertiza obyektinin adını göstərməklə, aparılmış texniki təhlükəsizlik ekspertizalarının siyahısı;
♦ fəaliyyətdə olan obyektin istismar şəraitinin norma və qaydaların tələblərinə uyğun olması barədə (həmin şəraitin uyğun olduğu normativlər göstərilməklə);
♦ haqqında bəyannamə verilən obyektdə qəzanın lokallaşdırılması və onun nəticələrinin aradan qaldırılması tədbirləri barədə;
♦ qəza əleyhinə qüvvələrin, qəzadan xilasetmə sisteminin və texniki təhlükəsizliyin təyin edilməsi ilə əlaqədar dikər xidmətlərin tərkibi barədə;
♦ haqqında bəyannamə verilən obyektdə qəzaların lokallaşdırılması və onların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan maliyyə və material ehtiyatları barədə;
♦ haqqında bəyannamə verilən obyektdə qəza baş verdiyi halda bu barədə məlumatlandırma sxemi və görülməli tədbirlərin icra qaydası göstərilməklə, qəza haqqında məlumatlandırma sistemi barədə məlumatlar.
4.2.7. 4-cü bölmə - "Nəticələr"
4.2.7.1. "Nəticələr" adlanan 4-cü bölmədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) haqqında bəyannamə verilən obyektin ən təhlükəli tərkib hissələri, risk göstəricilərinə təsir edən ən mühüm amillər və təhlükəsizlik səviyyəsinin ümumiləşdirilmiş qiyməti;
b) planda nəzərdə tutulan və qəza riskinin azaldılmasına yönəlmiş tədbirlərin siyahısı.
4.2.8. 5-ci bölmə - "Situasiya planı"
4.2.8.1. "Situasiya planı" adlanan 5-ci bölmə, haqqında bəyannamə verilən obyektdə ən çox ehtimal edilən (tipik) qəza ssenariləri üçün, ən təhlükəli nəticələr verə biləcək maksimum zədələnmə zonalarının qrafik təsvirindən ibarət olmalıdır.
4.2.8.2. "Situasiya planı"nda kiçildilmiş miqyasda aşağıdakılar göstərilməlidir:
a) haqqında bəyannamə verilən obyektin sənaye meydançasının (ərazisinin) və sanitar-müdafiə zonasının sərhədi;
b) müəssisələr, yaşayış məntəqələri və adamların kütləvi şəkildə toplaşdığı yerlər;
z) qəzaların məhvedici amillərinin təsir zonaları.
4.2.9. "Hesabat-izahat vərəqi" adlanan 1 nömrəli Əlavənin strukturuna aşağıdakı elementlər daxildir:
b) icraçıların siyahısı; 8) mündəricat;
c) 1-ci bölmə - "Təşkilat haqqında məlumatlar";
d) 2-ci bölmə - "Təhlükəsizliyin təhlili";
e) 3-cü bölmə - "Nəticələr və təkliflər";
ə) 4-cü bölmə - "Situasiya planları";