“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli 733-1Q nömrəli Qanununun, 14-cü maddəsinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 №-li, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 29 iyun 2000-ci il tarixli 357 nömrəli Fərmanlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə
1. “Texniki təhlükəsizlik ekspertizası rəylərinin təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qayda Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.