Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri aşağıdakılardır:
təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən, texniki-normativ sənədlərin tələblərinə əməl etmək;
ildə bir dəfədən az olmamaq şərti ilə, tibbi müayinədən və attestasiyadan keçmək;
təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.