Bu Qanunun pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar;
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 2 noyabr 1999-cu il
№ 733-IQ
Əlavə 1
Təhlükə potensİallı İstehsal obyektlərİ
Təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir;
1. Alınan, istifadə edilən, emal olunan, düzəldilən, saxlanılan, nəql olunan, məhv edilən aşağıda göstərilən təhlükəli maddələr:
1.1. tez alovlanan maddələr - normal təzyiqdə və hava ilə qarışdıqda tez alovlanma qabiliyyəti alan və normal təzyiqdə qaynama temperaturu 20S və ya aşağı olan qazlar;
1.2. oksidləşən maddələr - yanmaya kömək edən, tez alovlanma yaradan və (və ya) oksidləşmə-bərpaedici ekzotermik reaksiya nəticəsində, digər maddələrin tez alovlanmasına səbəb olan maddələr;
1.3. tez alışan maddələr - öz-özünə, eləcə də alışdırma mənbəyindən alışan və sonra müstəqil yanan mayelər, qazlar, tozlar;
1.4. partlayıcı maddələr - xarici təsir nəticəsində istilik ayrılması və qazların əmələ gəlməsi ilə sürətlə öz-özünə genişlənən kimyəvi, çevrilməyə malik olan maddələr;
1.5. zəhərləyici maddələr - canlı orqanizmlərə təsiri nəticəsində onların məhvinə gətirib çıxaran və aşağıdakı xarakteristikaya malik olan maddələr:
orqanizmə (mədəyə) düşərkən hər kiloqrama 15 milliqramdan, hər kiloqrama 200 milliqramadək (daxil olmaqla) orta ölüm dozası olan;
dəriyə düşərkən hər kiloqrama 50 milliqramdan hər kiloqrama 400 milliqrama qədər (daxil olmaqla) orta ölüm dozası olan;
havada hər litrə 0,5 milliqramdan hər litrə milliqramadək orta ölüm konsentrasiyası olan;
1.6. yüksək zəhərləyici maddələr-canlı orqanizmlərə təsir edərkən onların məhvinə gətirən və aşağıdakı xüsusiyyətləri olan maddələr:
orqanizm (mədə) daxilinə qəbul olunarkən hər kiloqrama orta ölüm dozası 15 milliqramdan çox olmayan;
dəriyə təsir edərkən hər kiloqrama orta ölüm dozası 50 milliqramdan çox olmayan;
havada hər litrə olan ölüm konsentrasiyası 0,5 milliqramdan çox olmayan.
1.7. ətraf mühit üçün təhlükəli maddələr - su mühitində aşağıdakı kəskin zəhərləyici göstəriciləri ilə xarakterizə olunan maddələr:
96 saat ərzində balığa inqalyasiya təsiri edərkən hər litrdə orta ölüm dozası 10 milliqramdan çox olmayan;
48 saat ərzində şirin su mikroorqanizmlərə təsiri zamanı hər litrə orta ölüm dozası 10 milliqramdan çox olmayan;
72 saat ərzində yosunlara təsir edərkən hər litrə orta inqibirasiya konsentrasiyası 10 milliqramdan çox olmayan;
2. təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 115S rejimdə işləyən avadanlıqlar;
3. stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər eskalator, kanat yolları, funikulyorlar və liftlər;
4. qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması;
5. dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi və yeraltı şəraitdə işlərin aparılması;
6. neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri;
7. təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması;
8. elevatorlu-unüyütmə, qarışıq yem və mineral gübrə sənayesi;
9. neft-kimya, neft emalı və qaz təchizatı sahələri.
Əlavə 2
Təhlükə potensiallı istehsal obyektində texniki təhlükəsizlik bəyannaməsinin məcburi işlənib hazırlanmasına əsas verən təhlükəli maddələrin son həddi
Cədvəl 1
Ammonyak
500
Ammonium nitrat (tərkibində ammonium nitratdan azot kütləsinin 28%-dən çox olduğu ammoniy-nitrat və ammonium qarışığı, ammoniy-nitrat konsentratı kütləsinin 90%-dən çox olduğu ammoniy-nitratın su məhsulu)
2500
Gübrə formasında ammonium-nitrat [(ammonium-nitrat (ammonium-nitrat əsasında sadə gübrələr, eləcə də tərkibində ammonium-nitratdan azot kütləsinin 28%-dən ço[ olduğu mürəkkəb kübrələr (mürəkkəb gübrələrin tərkibində fosfat və (və ya) kalium ilə birlikdə ammonium-nitrat var)]
10000
Akrilonitril
200
Xlor
25
Etilen-oksid
50
Tərkibində sian olan hidrogen
20
Tərkibində ftor olan hidrogen
50
Tərkibində sulfid olan hidrogen
50
Kükürd dioksid
250
Kükürd trioksid
75
Alkillər
50
Fosgen
0.75
Metilizosianat
0.15
Cədvəl 2
Təhlükəli maddələrin növləri
Təhlükəli maddənin son hədd miqdarı (t)
Tez alovlanan qazlar
200
Əmtəə-xammal anbarlarında və bazarlarında olan alışan mayelər
50000
Texnoloji prosesdə istifadə edilən və ya magistral boru kəmərləri ilə nəql olunan alışan maddələr
200
Zəhərləyici maddələr
200
Yüksək zəhərləyici maddələr
20
Oksidləşən maddələr
200
Partlayıcı maddələr
50
Radioaktiv maddələr və vasitələr
50
Ətraf təbii mühit üçün təhlükə törədən maddələr
200
Qeyd 1. Cədvəl 1-də göstərilməyən təhlükəli maddələr üçün Cədvəl 2 tətbiq edilir.
Qeyd 2. Əgər təhlükə potensiallı obyektlər arasında məsafə 500 metrdən azdırsa, təhlükəli maddənin cəmi miqdarı nəzərə alınır.
Qeyd 3. Əgər eyni kateqoriyadan olan təhlükəli maddələrin bir neçə növü istifadə olunursa, onda onların hüdud miqdarı cəmi aşağıdakı kimi təyin olunur:
burada: m (i) - tətbiq olunan maddənin miqdarı;
M (i) - 1-dən n-ə qədər bütün i üçün olan maddənin hədd miqdarıdır.