Qanunvericilik › “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nın, “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması”nın və “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2015) › Tam mətn

“Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nın, “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması”nın və “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2015)

“Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nın, “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması”nın və “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.3-cü, 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 8 iyul 2015-ci il

1.1. Bu Qayda “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və texnologiyalar parkının (bundan sonra – texnopark) nəzdində fəaliyyət göstərən texnoloji biznes inkubatorunun (bundan sonra – inkubator) rezidentlərinin qeydiyyatı, texnoparkın (inkubatorun) rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qayda texnoparkın səlahiyyətli orqanına (yanında texnopark yaradılan dövlət elm və təhsil müəssisəsinə), idarəedici təşkilatına, rezidentlərinə, həmçinin inkubatorun rezidentlərinə şamil olunur.

1.3. Texnoparkın (inkubatorun) rezidentlərinin qeydiyyatı və reyestrinin aparılması, onlara müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi texnoparkın idarəedici təşkilatı (bundan sonra – idarəedici təşkilat) tərəfindən həyata keçirilir.

2.1. İnkubatorda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər inkubatorun rezidenti kimi qeydiyyatdan keçməli və inkubatorun qeydiyyat şəhadətnaməsini almalıdırlar. İnkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

2.2. Hüquqi və fiziki şəxslər inkubatorun rezidenti kimi qeydiyyatdan keçmək üçün elektron və ya yazılı ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.2.1. hüquqi şəxs olan ərizəçinin tam adı və təşkilati-hüquqi forması;

2.2.2. fiziki şəxs olan ərizəçinin soyadı, adı və atasının adı;

2.2.3. ərizəçinin ünvanı və əlaqə vasitələri;

2.2.4. innovasiya layihəsinin adı və qısa məzmunu;

2.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.3.1. innovasiya layihəsi üzrə inkubatorda fəaliyyət göstərəcək şəxslərin siyahısı;

2.3.2. ərizəçinin sahibkarlıq fəaliyyəti barədə məlumat (əgər varsa);

2.3.3. innovasiya layihəsinin biznes-planı;

2.3.4. innovasiya layihəsinin ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat. İnkubatorda fəaliyyət göstərmək üçün təqdim edilən innovasiya layihələri texnoparkın rezidentliyi məqsədi ilə təqdim olunan innovasiya və yüksək texnologiya layihəsindən zəif kommersiyalaşma səviyyəsinə görə fərqlənir.

2.4. İdarəedici təşkilat ərizəçinin müraciətini qəbul edir və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd verir.

2.5. Qeydiyyat prosedurunun ümumi müddəti ərizənin qeydiyyata alındığı tarixdən etibarən 20 (iyirmi) iş günüdür.

2.6. İdarəedici təşkilat daxil olmuş ərizəni 20 (iyirmi) iş günü müddətində araşdırır, aşağıdakı qərarlardan birini qəbul edir və bu barədə ərizəçiyə məlumat verir:

2.6.1. innovasiya layihəsinin inkubatorun məqsədlərinə, müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun gəlməsi və ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınması;

2.6.2. innovasiya layihəsinin inkubatorun məqsədlərinə, fəaliyyət istiqamətinə və ya müvafiq meyarlara uyğun gəlməməsi səbəbindən ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınmaması.

2.7. Təqdim edilmiş müraciətdə inkubatorun rezidenti kimi qeydiyyata alınma üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, idarəedici təşkilat tərəfindən həmin sənədlər çatışmazlıqlar göstərilməklə, bu çatışmazlıqların aradan qaldırılması üçün müraciət etmiş şəxsə geri qaytarılır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər idarəedici təşkilata 5 (beş) iş günü müddətində yenidən təqdim olunur.

2.8. İnkubatora təqdim edilən layihələrin qiymətləndirilməsi idarəedici təşkilat tərəfindən layihənin perspektivi baxımından aparılır və müstəqil şəkildə qərar qəbul edilir. İdarəedici təşkilat tərəfindən layihələrin qiymətləndirilməsi xüsusi yaradılmış daxili komissiyanın rəyinə əsasən həyata keçirilir və bu zaman müraciət etmiş ərizəçilərlə görüşlər təşkil edilir, layihənin məzmunu barədə ərizəçilərin təşkil etdiyi təqdimatlar dinlənilir. Daxili komissiya ərizəçinin təqdim etdiyi innovasiya layihəsini inkubatorun prioritet istiqamətlərinə uyğunluğu və idarəedici təşkilatın müəyyən etdiyi meyarlar əsasında qiymətləndirir.

2.9. İdarəedici təşkilatın yaratdığı daxili komissiya ərizəçinin təqdim etdiyi innovasiya layihəsinə dair rəyini özünün innovasiya layihələri təqdim olunduqda, habelə komissiyanın vəzifələrin icrası ilə bağlı zərurət yarandığı hallarda çağırılan iclasında bildirir və qeydiyyat prosedurunun ümumi müddətinin son 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilata təqdim edir. İdarəedici təşkilatın müvafiq komissiyasına səlahiyyətli orqanın, onun qurumlarının və kənar təşkilatların mütəxəssisləri daxil edilə bilərlər.

2.10. İdarəedici təşkilatın müvafiq komissiyasının innovasiya layihəsinə dair mənfi rəyi olduqda, habelə ərizədə və ona əlavə edilən sənədlərdə aşkar edilmiş çatışmazlıqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, idarəedici təşkilat qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınmasından imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə yazılı məlumat verir.

2.11. İdarəedici təşkilat müvafiq daxili komissiyanın innovasiya layihəsinə dair rəyi əsasında qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, innovasiya layihəsinin inkubatorda fəaliyyət göstərəcək müddətini müəyyən edir. Hüquqi və fiziki şəxslər inkubatorun qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən inkubatorun rezidenti hesab edilirlər.

2.11-1. İdarəedici təşkilat inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 (iki) iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

2.11-2. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra inkubatorun qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydanın 2.11-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən inkubatorun qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndərilir.

2.12. İnkubatorun rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra 30 (otuz) gün müddətində idarəedici təşkilatla (operatorla) fəaliyyət göstərəcəyi sahənin (torpaq sahəsi istisna olmaqla) icarə müqaviləsini bağlayır.

2.13. İnkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə aşağıdakılar əks olunur:

2.13.1. tərəflərin hüquq və öhdəlikləri;

2.13.2. inkubatorda təqdim olunan xidmət haqqının məbləği və ödənilməsi qaydası;

2.13.3. müqavilənin müddəti və xitam verilməsi qaydaları;

2.13.4. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası;

2.13.5. qanunvericiliyə zidd olmayan digər müddəalar.

2.14. İnkubatorun rezidentinə müvafiq yer ayrıldıqdan sonra imzalanmış müqaviləyə uyğun olaraq inkubatorun rezidentinə xidmətlər təqdim edilir və o icarə müqaviləsində göstərilən avadanlıq və əşyalar ilə təchiz olunur.

2.15. İnkubatorda fəaliyyət göstərən rezidentlərin layihələri barədə sənədlər və məlumatlar konfidensial sayılır. Həmin məlumatların və ya sənədlərin açıqlanması yalnız mövcud qanunvericiliyin tələbləri və ya bağlanılmış müqavilənin şərtləri ilə müəyyən olunmuş hallarda mümkündür.

2.16. İnkubatorun rezidentinin əsaslandırılmış müraciəti və daxili komissiyanın müsbət rəyi olduqda, layihənin və müqavilənin müddəti uzadılır. Müqavilənin müddətinin uzadılması əlavə razılaşma ilə təsdiqlənir. İnkubatorda rezidentin bir layihə üzrə fəaliyyəti 3 (üç) ildən artıq ola bilməz.

2.17. İnkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin müddəti başa çatdıqdan və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdən sonra inkubatorun rezidenti müvafiq qaydada texnoparkın rezidenti kimi qeydiyyatdan keçə bilər.

2.18. İnkubatorun rezidentləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, habelə texnoparkın fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktların və bağlanılmış müqavilələrin tələblərinə riayət etmədikdə, onların qeydiyyatı idarəedici təşkilat tərəfindən birtərəfli qaydada ləğv edilir. Həmçinin, inkubatorun rezidenti olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs isə sahibkarlıq fəaliyyətini dayandırdıqda, onların qeydiyyatı idarəedici təşkilat tərəfindən ləğv edilir.

3.1. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.

3.2. Reyestr təqvim illərinə əsasən və hər texnopark üzrə ayrıca aparılır.

3.3. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

3.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

3.5. Reyestr aşağıdakılardan ibarətdir:

3.5.1. rezident olan hüquqi şəxslər barədə məlumatlar;

3.5.2. rezident olan fiziki şəxslər barədə məlumatlar;

3.5.3. rezidentin qeydiyyatı və ləğvi barədə məlumatlar;

3.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;

3.5.5. texnoparkda (inkubatorda) qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.

3.6. Texnoparkın (inkubatorun) rezidentlərinin reyestrində aşağıdakı məlumatlar əks olunur:

3.6.1. hüquqi şəxs olan rezidentin tam adı və təşkilati-hüquqi forması;

3.6.2. fiziki şəxs olan rezidentin soyadı, adı və atasının adı;

3.6.3. rezidentin hüquqi (fəaliyyət) ünvanı;

3.6.4. vergi ödəyicisinineyniləşdirmə nömrəsi (VÖEN);

3.6.5. hüquqi şəxs olan rezidentin hər bir təsisçisinin (iştirakçısının):

3.6.5.1. tam adı (hüquqi şəxsdirsə);

3.6.5.2. soyadı, adı və atasının adı (fiziki şəxsdirsə);

3.6.5.3. hüquqi ünvanı (yaşayış yeri);

3.6.5.4. dövlət qeydiyyatı haqqında məlumatlar;

3.6.6. hüquqi şəxs olan rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;

3.6.7. rezidentin texnoparkda (inkubatorda) həyata keçirdiyi innovasiya layihəsinin tam adı və müddəti (inkubator üzrə);

3.6.8. reyestr məlumatlarında edilmiş dəyişikliklər;

3.6.9. rezidentin texnoparkda (inkubatorda) qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi.

3.7. Müvafiq qaydada tərtib edilmiş reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

3.8. İdarəedici təşkilat hüquqi və ya fiziki şəxsin texnoparkın (inkubatorun) rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən 5 (beş) iş günündən gec olmayaraq məlumatları reyestrə daxil edir.

3.9. Texnoparkın (inkubatorun) rezidentinə vahid və reyestrdə təkrarolunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk üç rəqəm rezidentin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm rezidentin texnoparkda (inkubatorda) qeydiyyata alındığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin (rezident vergi ödəyicisi olduğu halda) eyniləşdirmə nömrəsinin (VÖEN) üçüncü-səkkizinci rəqəmlərini göstərir (rezidentin VÖEN-i olmadıqda, bu rəqəmlər sıfır kimi göstərilir). Qeydiyyat nömrəsi reyestrdə, texnoparkın (inkubatorun) qeydiyyat şəhadətnaməsində və reyestrdən çıxarışda əks olunur.

3.10. Texnoparkın (inkubatorun) rezidentinin qeydiyyatı ləğv edildikdə, onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.

3.11. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə, texnoparkın (inkubatorun) rezidenti bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat tərəfindən reyestrə müvafiq dəyişikliklər daxil edilməlidir.

3.12. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən, ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.

3.13. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, rezident olan fiziki şəxsin soyadı, adı və atasının adı dəyişdikdə, qeydiyyat nömrəsi dəyişilmir.

3.14. Reyestrə texnoparkın rezidenti barədə məlumatlar daxil edildikdən, texnoparkın rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən və rezidentin texnoparkda qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən sonra idarəedici təşkilat 2 (iki) iş günü ərzində bu barədə texnoparkın səlahiyyətli orqanına (dövlət elm və təhsil müəssisəsinə), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə rəsmi məlumat təqdim etməlidir.

3.15. Hüquqi və fiziki şəxslərin texnoparkda (inkubatorda) qeydiyyata alınması və qeydiyyatının ləğvi barədə məlumat idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.

4.1. Texnoparkın (inkubatorun) rezidenti özü barəsində reyestrdəki məlumatlarla tanış olmaq, reyestrdən çıxarışı və texnoparkda (inkubatorda) qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.

4.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.

4.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrdən çıxarışda əks olunan məlumatlar (rezident olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.

4.4. Reyestr məlumatlarını əks etdirən və texnoparkda qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən texnoparkın qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizə edilmək üçün arxivə verilir.

5.1. Bu Qayda ilə tənzimlənən münasibətlər üzrə idarəedici təşkilat və rezidentlər (ərizəçilər) arasında mübahisələr yarandıqda, mübahisənin həll edilməsi üçün texnoparkın səlahiyyətli orqanına (dövlət elm və təhsil müəssisəsinə) və ya məhkəməyə müraciət edilir.

5.2. Tərəflər arasında bu Qaydada nəzərdə tutulmayan münasibətlər üzrə mübahisələr ümumi qaydada Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.

5.3. Texnoparkın (inkubatorun) rezidentlərinin öhdəliklərinə görə texnoparkın səlahiyyətli orqanı və idarəedici təşkilat məsuliyyət daşımırlar.

QEYDİYYAT №-si _______________________________

Qeydiyyata alındığı tarix _______________________________________________________

Əsas _______________________________________________________________________

______________________

QEYDİYYAT №-si _______________________________

Qeydiyyata alındığı tarix _____________________________

Əsas _____________________________________________________________________

_______________ tarixli ____ nömrəli qərarı.

_____________________________ ________________ _______________________

(məsul şəxsin vəzifəsi) (imzası) (adı, soyadı)

_____________________________________

_____________________________________

1. Ərizəçi haqqında məlumatlar:

1.1. hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı __________________

___________________________________________________________________________

1.2. əlaqə telefonları__________________________________________________________

1.3. internet ünvanı (vebsaytı, əgər varsa)_______________________________________

1.4. elektron poçt ünvanı _____________________________________________________

1.5. hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin):

1.5.1. soyadı, adı, atasının adı_________________________________________________

1.5.2. ünvanı _______________________________________________________________

1.5.3. əlaqə telefonu _________________________________________________________

1.5.4. elektron poçt ünvanı____________________________________________________

1.5.5. şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilməsi tarixi və sənədi verən orqanın adı _________________________________________________________________

1.6. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilməsi tarixi və sənədi verən orqanın adı ____________________________________________________

1.7. hüquqi və ya fiziki şəxsin mövcud fəaliyyət növü___________________________

___________________________________________________________________________

1.8. hüquqi və ya fiziki şəxsin texnologiyalar parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti növü üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin (əgər varsa):

1.8.1. adı və fəaliyyət növü___________________________________________________

1.8.2. verilməsi tarixi və nömrəsi______________________________________________

1.8.3. müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) ____________________

2. Texnologiyalar parkında nəzərdə tutulan ərazinin göstəriciləri:

2.1. ümumi sahə (m²) ________________________________________________________

2.2. bina (m²) _______________________________________________________________

2.3. ofis (m²) ________________________________________________________________

2.4. anbar (m²) və (m³) ______________________________________________________

2.5. yardımçı sahə (m²) ______________________________________________________

2.6. laboratoriya (m²) ________________________________________________________

2.7. digər ___________________________________________________________________

3. İnnovasiya və ya yüksək texnologiya layihəsi üzrə məlumatlar:

3.1. layihənin adı ___________________________________________________________

___________________________________________________________________________

3.2. həyata keçiriləcək elmi-tədqiqatlar və təcrübə-konstruktor işləri, hazırlanacaq innovasiya məhsulu və ya yüksək texnologiyalar________________________________

___________________________________________________________________________

3.3. layihənin nəzərdə tutulan başlanma tarixi __________________________________

3.4. layihənin müddəti _______________________________________________________

3.5. yaradılacaq yeni iş yerlərinin növü və sayı__________________________________

___________________________________________________________________________

3.6. layihə üzrə patentin mövcudluğu və müəllif hüquqları haqqında məlumat______

___________________________________________________________________________

3.7. layihənin qısa təsviri_____________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

Bu ərizədə olan bütün məlumatların doğruluğunu təsdiq edir və ərizənin ekspertizasında iştirak edən şəxslərin ərizədə olan məlumatlarla tanış olmasına etiraz etmirəm.

Xahiş edirəm_______________________________________________________________

___________________________________________rezidenti kimi qeydiyyata alasınız.

(texnologiyalar parkının adı)

Sıra nömrəsi, sənədlərin adı, nüsxələrin sayı və vərəqlərin sayı göstərilməklə, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda);

2. hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda);

3. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda);

4. hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda);

5. innovasiya və ya yüksək texnologiya layihəsi (biznes plan);

6. hüquqi və ya fiziki şəxsin texnologiyalar parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilibsə).

Ərizənin təqdim edildiyi tarix _______________________________________

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin)/fiziki şəxsin imzası ____________

1. 26 iyul 2023-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 29 iyul 2023-cü il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1080)

2. 5 avqust 2023-cü il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 11 avqust 2023-cü il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1261)

3. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)

4. 22 oktyabr 2025-ci il tarixli 316 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 29 oktyabr 2025-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 993)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver