Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 dekabr tarixli iclasının protokoluna əsasən qərara alır:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən tibbi müayinə kartının aşağıda göstərilən qiyməti təsdiq edilsin:
Qeyd: Tibbi müayinə kartı birdəfəlik verilir, yalnız itdiyi və ya yararsız vəziyyətə düşdüyü halda yenisi ödənişli əsasda verilir.
2. Bu qərar 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 30 dekabr 2009-cu il