15-13.1. İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadə hüququnu təsdiq edən və bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sistemində yaradılan elektron sənəddir.
15-13.2. İcbari tibbi sığorta şəhadətnaməsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.