Qanunvericilik › Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 154

Maddə 154. Taym-çarterin məzmunu

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Taym-çarterdə tərəflərin adı, gəminin adı, onun texniki və istismar xarakteristikaları (yükgötürmə qabiliyyəti, tutumu, sürəti və s.), üzmə rayonu, fraxtedilmənin məqsədi, gəminin verilməsi və qaytarılması yeri və tarixi, fraxtın məbləği və ödənilmə qaydası, taym-çarterin qüvvədəolma müddəti göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver