6-1.1. Dənizçilik sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:
6-1.1.1. Azərbaycan Respublikası Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.2. berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi;
6-1.1.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.4. minimum heyət tərkibi haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.5. neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.6. gəmi Reyestrindən çıxarışın verilməsi;
6-1.1.7. gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.8. gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.9. limanın “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.10. dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.11. gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin ( diplomların) və təsdiqnamələrin verilməsi;
6-1.1.12. gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi;
6-1.1.13. dənizçinin qeyd kitabçasının verilməsi;
6-1.1.14. dənizçinin şəxsiyyət sənədinin verilməsi;
6-1.1.15. kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi;
6-1.1.16. mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması;
6-1.1.17. mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması;
6-1.1.18. kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi;
6-1.1.19. kiçik həcmli gəmilərə gəmi reyestrindən çıxarış verilməsi;
6-1.1.20. kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;
6-1.1.21. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi;
6-1.1.22. Dəniz limanlarında gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi;
6-1.1.23. Gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsi;
6-1.1.24. Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi.