“Dövlət qeydiyyatına alınmışdır “Təsdiq edirəm”
Azərbaycan Respublikası Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi DİN BDYTİ
Qeydiyyat № 2838 Əmr № 43
“16” 05 2002-ci il. 06 may 2002-ci il.
Nazir __________ F.F.Məmmədov Rəis _______ M.Q.Hüseynov
1. 1 Bu qaydalar ticarət və ictimai iaşə müəssisələri, bazalar və anbarlar üçün yanğın təhlükəsizliyinin əsas tələblərini müəyyənləşdirir və bu qaydaların tələblərinə riayət edilməsi təşkilat hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanları. Təşkilatlar müəssisələr birliklər, digər hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikası vətəndaşları, xarici vatəndaşları vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir.
1.2. Qüvvədə olan qanunvericiliyə müvafiq otaraq ticarət ictimai iaşə müəssisələrinin baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri inzibatı heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar,
1.3. Ticarət ictimai iaşə müəssisələrinin bazaların və anbarların rəhbərləri
13.1. Dövlət Yanğın Nəzarəti orqanının vəzifəli şəxslərinin göstərişlərini qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək:
13.2. Yanğına qarşı təbliğat aparmaq;
13.3. Dövlət Yanğın Nəzarət orqanının vəzifəli şəxsləri öz xidməti vəzifə yerinə yetirərkən onların ərazilərə, binalara qurğulara və müəssisənin digər obyektlərinə daxil olmasını təmin etmək;
13.4. Tabeçiliyində olan obyektlərdə bütün mühəndis texniki işçilər fəhlə və qulluqçular tərəfindən bu qaydaların öyrənilməsi və yerinə yetirilməsi təşkil etmək;
13.5. Ticarət inzibati istehsalat anbar və yardımçı otaqlarda yanğına qarşı ciddi rejim (işdən sonra otaqlara, binalara baxmaq və onları bağlamaq qaydası; qaynaq və od işlərinin aparılması şərtlər elektrik qızdırıcı cihazlarından istifadə qaydaları, siqaret çəkilməsi üçün yerlərin müəyyənləşdirilməsi və. s.) müəyyənləşdirmək və bütün işçilər habelə ticarət və ictimai iaşə müəssisələrinə bazalara və anbarlara gələnlər tərəfində bu rejimə riayət olunmasına daima nəzarət etmək:
1.3.6. Obyektdə könüllü yanğın dəstəsini ( KYD ) təşkil etmək: İşləyənlərin ümumi sayı 15 nəfərdən az olan obyektdə KYD yaradılmır. Lakin yanğının baş vermə ehtimalına qarşı müəssisə əməkdaşları arasında vəzifələr bölüşdürülür.
1.3.7. Obyektin yanğına qarşı vəziyyətini vaxtaşırı yoxlamaq mühafizəçilər tərəfindən xidmətin aparılmasını və yanğın baş verən zaman onların öz vəzifə borclarını bilməsinə. Könüllü Yanğın Dəstəsinin işinə nəzarət etmək və onların fəaliyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər qəbul etmək:
1.3.8. Yanğının baş verməsi hallarında insanların təhlükəsizliyinin təmin edilməsi yönümündə tədbirlərin işlənib hazırlanmasını və vaxtında həyata keçirilməsini təşkil etmək.
13.9. Yanğından müdafiə sistemlərini ( yanğına qarşı su kəmərlərinin, xəbərverici siqnalizasiya qurğularının, avtomatik yanğın söndürmənin və s.) daima saz vəziyyətdə saxlanmasını təmin etmək. Bu sistemlər nasaz olduqda və ya sıradan çıxdıqda onların işlək vəziyyətə gətirilməsi üçün tədbirlər görmək;
1.3.10. Tabeçiliyində olan əməkdaşların yanğına qarşı hazırlıqlarını (yanğına qarşı təlimat) təşkil etmək;
1.3.11. Yanğına qarşı təlimatın keçirilmə qaydasını və yerini habelə təlimatı keçən vəzifəsi şəxslərin siyahısını müəyyənləşdirmək;
1.3.12. Yanğına qarşı təlimat keçməyən şəxsləri İşə buraxmamaq;
1.3.13. Yanğının baş verməsi hallarında xidməti heyətin hərəkət planlarının işlənib hazırlanmasını təmin etmək və həmin planların tətbiqi üçün ildə bu dəfədən az olmayaraq təcrübi məşğələlər keçirtmək.
1.4. Şöbələrin bölmələrin, sexlərin, emalatxanaların, ticarət köşklərinin, çadırların, pavilyonların, bufetlərin, qəlyanaltıların, ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri icraçıları və ya ticarət ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır Yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan şəxslərin adları qeyd olunan lövhələr gözə çarpan yerlərdən asılır
1.5. Yanğın təhlükəsizliyinə cavabdeh şəxslər borcludurlar;
1.5.1. Onlara həvalə edilmiş sahədə bu qaydaların tələblərinin yerinə yetirilməsini təmin etmək;
1.5.2. Həvalə edilmiş sahədə tətbiq olunan yaxud saxlanılan malların yanğın təhlükəsini bilmək və onların saxlanılması qaydalarının pozulmasına yol verməmək
1.5.3. Yanğın xəbərverici sıqnalizasiyanın telefon rabitəsinin, isitmə hava dəyişmə sistemlərinin, elektrik qurğularının sazlığına köçümə yollarının, keçidlərin yanğına qarşı aralıqların, su təchizat mənbələrinin saxlanması vəziyyətinə nəzarət etmək və aşkara çıxarılmış nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirmək;
1.5.4. Mövcud yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını bilmək və onların dalın işlək vəziyyətdə saxlanılması təmin etmək;
1.5.5. Obyektdə tətbiq oturan yanğın təhlükəsizliyi qaydalarını və yanğına qarşı təlimatlan fəhlə və qulluqçulara izah etmək;
1.5.6. İşdən sonra iş yerində və binalarda təmizlik işlərinin aparılmasını elektrik şəbəkəsinin cərəyandan ayrılmasını ( piştaxta və növbətçi işığından, avtomatik yanğın söndürmə və siqnalizasiya qurğularından, habelə istehsalatın texnoloji prosesi şərtləri üzrə gecə-gündüz işləməli olan elektrik qurğularından başqa təmin etmək:
1.6. Bu qaydalara, əsasən ticarət, ictimai iaşə müəssisələri, baza və anbarların ayrı-ayrı otaqları üçün saxlanılan malların və texnoloji avadanlığın fiziki-kimyəvi və yanğın təhlükəli xassələrini nəzərə alınmaqla yanğın təhlükəsizliyi tədbirləri haqqında konkret təlimatlar işlənib hazırlanmalıdır. Təlimatların işlənib hazırlanması zamanı malların və avadanlıqların texniki pasportlarında qeyd olunmuş məlumatlardan istifadə edilir.
1.7. Yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatlar-anbar, şöbə, sex, ticarət və ictimai iaşə müəssisələri, baza rəhbərləri tərəfindən işlənib hazırlanılır və obyektlərin rəhbərləri (yanğın-texniki komissiyaların sədrləri) tərəfindən təsdiq edilir istehsal təhsili sistemində öyrənilir və gözə çarpan yerlərdən asılır
1.8. Təlimatlarda aşağıdakı suallar öz əksini tapmışdır.
1.8.1.Otaqların və ərazinin o cümlədən köçürmə yollarının saxlanılması qaydaları;
1.8.2. Anbarlarda, bölmələrdə, şöbələrdə, sexlərdə və digər ocaqlarda malların saxlanılma normaları və şərtlərin
1.8.3. Siqaret çəkilməsi. açıq odun tətbiq edilməsi və qaynaq işlərinin aparılması yerləri;
1.8.4. Ayrı-ayrı otaqlarda baş verə biləcək yanğın və altına hallarının qarşısını almaq məqsədi ilə yanğına əleyhinə xüsusi tədbirləri
1.8.5. Yanğın hadisəsi aşkar edilən zaman yanğınsöndürmə vasitələrinin tətbiq edilməsi və kömək çağırılması qaydası;
1.8.6. Yanar tullantıların toplanması, saxlanması və kənar edilməsi xüsusi geyimlərin tətbiq edilməsi və saxlanması qaydaları:
1.8.7. Yanğın hadisəsi baş verdikdə fəhlə və qulluqçuların vəzifələri və hərəkətləri
1.9. Ticarət, ictimai iaşə müəssisəsində baza və anbarda işləyən hər bir şəxs ( tutduğu vəzifədən asılı olmayaraq ) yanğın təhlükəsizliyinin müəyyənləşdirilmiş qaydalarını dəqiq bilməli və ciddi yerinə yetirməli, yanğın və alışma törədə bilən hərəkətlərə yol verməməlidir.
1.10. Yanğın təhlükəsi tədbirlərinə riayət edilməsi haqqında ilkin (giriş) yanğına qarşı təlimatı bütün yeni işə qəbul edilənlər keçməlidirlər.
1.11. Müəssisədə yanğına qarşı ilkin təlimatın aparılması üçün müəssisənin ərazisində, binalarda, tikintilərdə, iş yerlərində yanğına qarşı rejimə riayət edilməsi sualları üzrə lazımi əyani vasitələrlə (plakatlar. sxemlər, maketlər və s. ) avadanlıqlaşdırılmış otaq ( guşə ) ayrılmalı, habelə ilkin yanğınsöndürmə vasitələri və yanğın rabitəsi nümunələri ilə təmin edilməlidir. Əməkdaşlarla yanğına qarşı ilkin təlimat təhlükəsizlik texnikası üzrə giriş təlimatı ilə bir vaxtda aparıla bilər. Təlimat qurtardıqdan sonra təlimatçılar tərəfindən kəsb edilən biliklər və bacarıqlar yoxlanılmalıdır. Kifayət qədər biliyə malik olmayan şəxslər təkrar təlimatlandır və sonradan mütləq onların biliyi bir daha yoxlanılır;
1.12. Təkrar təlimat mağaza, şöbə, bölmə, anbar və istehsal sahəsinin yanğın təhlükəsizliyinə məsuliyyət daşıyan şəxs tərəfindən iş yerində aparılır. Əməkdaşın bir iş sahəsindən digər iş sahəsinə keçirildiyi hallarda da yeni iş sahəsinin yanğın təhlükəsi xüsusiyyətlərinə uyğun tərzdə mütləq bir daha belə təlimat aparılmalıdır.
2.1.Ərazinin saxlanılması:
2.1.1 Baza. anbar, ticarət və İctimai iaşə müəssisələrinin ərazisi dalın təmiz vəziyyətdə saxlanılmalı, iş qurtardıqdan sonra qablaşdırma və yanar materiallardan təmizlənilməlidir. Tullantılar qablaşdırma materialları müntəzəm olaraq xüsusi ayrılan çəpərlənmiş sahələrə yığılıb və vaxtı-vaxtında daşınıb aparılmalıdır.
2.1.2. Bütün bina və qurğulara sərbəst yaxınlaşma imkanı təmin edilməlidir. Yanğın su mənbələrinə gedən yollar və keçidlər, habelə yanğın inventarlarına və avadanlıqlarına yanaşılma yollan həmişə azad olmalıdır. Binalar arasında yanğına qarşı ara məsafələrdə material avadanlıq, qablaşdırma materialları yığmaq, nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməsinə icazə verilmir. Qış mövsümündə yollar, keçidlər, su hovuzları və yanğın su hidrantlarının qapaqları müntəzəm olaraq qardan və buzdan təmizlənilməlidır.
2.13. Ticarət mallarını anbarın qarşısındakı meydançada (rampalarda) saxlanılmasına icazə verilmir. Rampalara boşaldılıb-yığılan mallar, anbarın iş vaxtının sonuna yaxın yığışdırılmalıdır.
2.14. Yanğın avtomobillərinin hərəkətinə maneə törədən ayrı-ayrı yol sahələrinin təmiri üçün (yaxud başqa səbəblər üçün) bağlanılması barədə müəssisə rəhbəri, yaxud obyektin yanğına qarşı vəziyyətinə cavabdehlik daşıyan şəxs, dərhal yanğın təhlükəsizliyi xidmətinə xəbər verməlidir. Yolların təmiri dövründə obyektdə müvafiq yerlərdə keçidlərin istiqamətlərini göstərən göstəricilər qoyulmalı yaxud təmir sahələri üzərindən nəqliyyat üçün keçid qurulmalıdır;
2.15. Obyekt daxil dəmir yollarının üzərindəki nəqliyyat keçidləri həmişə yanğın avtomobillərinin keçid getməsi üçün daim azad olmalı və releslərin başlıq səviyyəsində döşənək sərilməlidir. Keçid yollarında vaqonların dayanması qadağandır.
2.1.6. Obyektlərin ərazilərində müvəqqəti bina və qurğuların tikilməsinə icazə verilmir.
2.1.7. Ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların ərazilərində tonqal qalamaq, tullantı və qablaşdırma materiallarını yandırmaq qadağandır,
2.1.8. Baza, anbar, ticarət və ictimai iaşə müəssisələrinin əraziləri gecə vaxtı işıqlandırılmalıdırlar;
2.1.9. Kənd yerlərində olan bazaların (anbarların) ərazisində yanğın haqqında siqnal verən qurğu olmalıdır,
2.2. Bina və otaqların saxlanılması:
2.2. 1 Ticarət, anbar, istehsalat, inzibati. məişət. əlavə və köməkçi otaqlar daim təmiz vəziyyətdə saxlanılmalıdır.
2.2.2. Binaların layihələrində nəzərdə tutulmuş ağac konstruksiyalarının odadavamlı emalı hər iki keyfiyyət cəhətdən yoxlanılmalı və lazım gəldikdə yeniləşdirilməlidir.
2.2.3. Malların saxlanılması üçün çardaq otaqlarından istifadə edilməsinə, habelə çat dartıclarında döşənək qurub onun üzərinə hər hansı materialın yığılmasına icazə verilmir Çardaq otaqlarının pəncərələrinə şüşə salınmalı və daim örtülü olmalıdır.
2.2.4. Çardaq otaqlarının qapıları bağlı saxlanılmalı, onların qollarının açarlan günün istənilən vaxtında asanlıqla götürülə bilən müəyyən edilmiş yerdə saxlanılmalıdır. Çardaq otağının qapısında açarların saxlandığı yer barədə yazılı lövhə olmalıdır.
2.2.5. Daxili divarlarda və mərtəbələrarası örtüklərdə texnoloji və qapı oyuqlarının yanğına qarşı qurğuları (yanğına qarşı qapılar baca qapıları, su pərdələri və s.) daim işə yararlı vəziyyətdə olmalıdır. Yanğına qarşı sədlərin müxtəlif komunikasiya qurğuları ilə kəsişdiyi yerlərdə onların və tikinti konstruksiyaları arasındakı boşluqlar kip tutulmalıdır ki oradan yanma məhsulları keçə bilməsin.
2.2.6. Binaların tikinti konstruksiyalarının suvağının qoruyucu qatı, yaxud yanğından müdafiə örtükləri istismara yararlı vəziyyətdə saxlanılmalıdır.
2.2.7. Mallar yığılan zaman odsöndürən vasitələrin və alışmanın eynilik əlamətləri nəzərə alınmaqla maddə və materialların birgə saxlanılması qaydalarına riayət edilməlidir.
Malların rəfsiz saxlanılması zamanı onlar ştabellərə yığılmalıdır ştabellərin arasında keçid yollarının eni 0,8 metrdən az olmamalıdır. Anbar otaqlarında qapı oyuqlarının qarşısındakı keçid yollarının eni qapıların enindən az olmamalıdır. Keçid yollarının eni və mal yığılan yerlər döşəməyə çəkilmiş, aydın görünən məhdudiyyət xəttləri ilə işarələnməlidir.
2.2.8. Bütün mağaza, ictimai iaşə müəssisələri, baza və anbar otaqları 1 saylı qoşmada göstərilən ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdırlar.
2.2.9. Anbar, ticarət otaqlarında və onların ərazilərində siqaret çəkilməsi qadağan edilir. Siqaret çəkilməsinə yalnız yanğınsöndürmə vasitələri ilə təmin edilmiş xüsusi ayrılmış yerlərdə icazə verilir. Bu yerlərdə Dövlət Standartının tələblərinə, əsasən, müvafiq göstərici nişanlar olmalıdır.
2.2.10. Siqaret çəkilməsi qadağan edilmiş otaqlarda və ərazilərdə gözə çarpan yerlərdə qadağanedici nişanlar asılmalıdır.
2.2.11. Çöl yanğın pilləkənləri, həmçinin binaların dam örtüyündəki təhlükəsizlik çəpərləri saz vəziyyətdə saxlanılmalıdır.
2.2.12. İstifadə edilmiş silgi materialları üçün qapağı kip bağlanan metal yeşiklər qoyulmalıdır. İş qurtardıqdan sonra yeşiklər silgi materiallarından azad edilib, təmizlənilməlidirlər.
2.2.13. Yağ, lak boyaqla işləyən şəxsin xüsusi geyimi bu məqsəd üçün xüsusi ayrılmış yerdə qoyulan metal şkafda saxlanılmalıdır.
2.2.14. Ticarət ictimai iaşə müəssisələrin baza və anbarlarının binalarında qadağan edilir;
2.2.14.1. Müəyyənləşdirilmiş qaydada yenidən qurma layihəsinin işlənilib hazırlanmadan və Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırmadan otaqları yenidən planlaşdırmaq və bu zaman tikinti materiallarının odadavamlılıq həddinin aşağı düşməsinə və insanların köçürülmə şəraitinin pisləşməsinə yol verilməmək;
2.2.14.2. Binaların ( odadavamlıq üzrə dərəcəsi binalardan başqa) dəhlizlərində, pilləkən qəfəslərində-vestibüllərdə və yollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkmək,
2.2.14.3. Qığılcım tutan qurğu ilə təmin oturmayan daxili yanma mühərrikli avtomobilləri, avtomatik yük vuran maşınlan və s. nəqliyyat vasitələrini istismar etmək
2.2.14.4. Benzin, ağ neft və digər asan alışan və yanar mayelərlə otaqları yumaq;
2.2.14.5. Yanar sobaları elektrik şəbəkəsinə qoşulmuş qızdıra cihazları kassa aparatlarını, hesablama və yazı maşınlarını, radioqəbulediciləri, televizorları və s. nəzarətsiz qoymaq
2.2.14.6. Müxtəlif mühəndis şəbəkələrinin donmuş borularını lehimləmə lampalar və açıq oddan istifadə etməklə və ya digər üsullarla qızdırmaq;
2.2.14.7. Piştaxtaları olan mağazaların ticarət zallarında mal yığmaq və saxlamaq;
2.2.14.8. Pəncərələrdə metal barmaqlıqlar quraşdırmaq Anbarlarda qiymətli malların etibarlı qorunub saxlanılması üçün çıxarılıb taxılan, yaxud açılıb örtülən barmaqlıqların quraşdırılmasına icazə verilir.
2.2.15. Baza və anbarların ərazilərində yerləşən binalarda xidməti heyətin və digər şəxslərin yaşayışı qadağandır.
2.2.16. Tüstünün kənar edilməsi üçün zirzəmi mərtəbələrinin anbar otaqlarında quraşdırılmış pəncərə ovuqları təmiz saxlanılmalı, pəncərələrin şüşələri bütöv olmalı, pəncərə ovuqlarında və pəncərələrdə kar metal barmaqlıqların quraşdırılmasına, habelə pəncərə ovuqlarına kərpic yığılmasına yol verilmir,
2.2.17. Yanar tikililərdə külli miqdarda qiymətli malların saxlanıldığı zaman müəssisələrin rəhbərləri həmin obyektlərin yanğına qarşı mühafizəsinin yaxşılaşdırılması sahəsində əlavə tədbirlər ( ağac konstruksiyaları odadavamlı məhlulla hopdurmalı, yanğın siqnalizasiya sisteminin qurulması, qiymətli malların saxlanılmasının məhdudlaşdırılması, mühafizə xidmətinin gücləndirilməsi) həyata keçirilməlidir.
3.1. Yanğın avtomatikası qurğularına aşağıdakılar aiddir:
a) Su və köpük yanğınsöndürmənin sprinkler və drençer qurğuları;
b) Qaz və aerozol yanğınsöndürmənin stasionar qurğuları;
v) Yanğın və birləşdirmiş keşikçi-yanğın siqnalizasiyasının avtomatik qurğun;
3.2. Yanğın avtomatika qurğularını buraxan zavodların texniki sənədləşdirilməsinə əsasən, müəssisədə həmin qurğulara xidmət edən heyət üçün qurğuların istismarına dair təlimatlar işlənib hazırlanmalıdır.
3.3. Hər müəssisədə qurğuların keyfiyyətli surətdə istismar edilməsi üçün rəhbərlik tərəfindən əmrlə aşağıdakı heyət təyin edilməlidir:
3.3.1. Qurğuların istismarına, habelə xidmət göstərən operativ heyətin öyrədilməsinə cavabdehlik daşıyan vəzifəli şəxsi
3.3.2. Qurğulara texniki xidmət göstərən və onları təmir edən xidmət heyət:
3.3.3. Qurğuların iş qabiliyyəti vəziyyətinə gecə-gündüz nəzarət edilməsi üçün operativ heyət (növbətçi).
3.4. Qurğulara öz qüvvəsi hesabına xidmət göstərmək və xidmət heyəti saxlamaq imkanı olmayan müəssisələr planlı surətdə texniki xidmətin göstərilməsi üçün ixtisaslaşdırılmış təşkilatlar ilə müqavilə bağlamalıdırlar.
3.5. Texniki xidmət və təmir işlərinin ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparıldığı zaman bu işlərin keyfiyyətli surətdə yerinə yetirilməsinə nəzarət edilməsini, müəssisədə qurğuların istismarına cavabdehlik daşıyan vəzifəli şəxslər həyata keçirirlər.
3.6. Qurğuların istismarına cavabdehlik daşıyan vəzifəli şəxs aşağıdakıları təmin etməlidir:
3.6.1. Vaxtı-vaxtında texniki qulluğun göstərilməsi və planlı-ehtiyat təmirlərinin aparılması yolu ilə qurğuları daima işə yararlı vəziyyətdə saxlanılmasını;
3.6.2. Operativ və xidməti həyətin öyrədilməsini, habelə mühafizə olunan otaqlarda işləyən fəhlə və qulluqçuların təlimatlandırılmasını;
3.6.3. Lazımi istismar və texniki sənədləşdirmənin işlənilib hazırlanmasını;
3.6.4. Qurğuların nasazlığı və ya sıradan çıxdığı hallarda Dövlət Yanğın Nəzarəti Orqanlarına məlumat verilməsini,
3.7. Qurğunun nasazlığını aşkar edən operativ və xidməti heyət bu haqda dərhal qurğunun istismarına cavabdehlik daşıyan şəxsə xəbər verməli və aşkara çıxarılan nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirməlidir.
3.8. Xidməti heyət, qurğulara texniki xidmət üzrə reqlament işlərinin və onların istismarına dair sənədləşdirmənin aparılmasına cavabdehlik daşıyırlar.
3.9 Qurğunun cərəyan mənbəyindən ayrılması ilə əlaqədar aparılan texniki xidməti yaxud təmir işləri dövründə müəssisənin müdiriyyəti qurğuların qoruduğu binaların (aparatların) yanğın təhlükəsizliyini təmin etməli və bu barədə yanğın təhlükəsizliyi xidmətinə məlumat verməlidir.
3.10. Mexaniki zədə ala bilən yerlərdə quraşdırılan yanğın avtomatikasının sulama və xəbərverici cihazları xüsusi qurğularla mühafizə edilməlidir.
3.11. Yanğın - qəbul nəzarət edici və keşikçi yanğın nəzarət cihazları vəzifə borcuna görə siqnallarını qəbul edib və yanğın təhlükəsizliyi xidmətinin çağırılması həvalə edilmiş şəxslərin gecə-gündüz olduğu otaqlarda qurulmalıdır. Sprinkler və drençer sistemlərinin qəbul-nəzarət cihazlarının yanğın və keşikçi yanğın siqnalizasiyası sistemlərinə xidmət göstərən növbətçi heyətə qəbul cihazlarını nəzarətsiz buraxmaq, habelə növbə çəkdikləri zaman yatmaq qadağan edilir.
3.12. Dispetçer məntəqəsində və siqnalizasiyanın qəbul cihazları qoyulan otaqlarda yanğın baş verməsi və qurğunun nasazlığı haqqında həyəcan siqnallarının alındığı zaman növbətçinin hərəkət qaydalarına dair təlimat asılmalıdır.
3.13. İşə salma qurğularının əsas və ehtiyat nasoslarının, nəzarət-işə salma klapanlarının və s. avadanlığın yerləşdiyi yanğınsöndürmə stansiyasının otağı qıfıllanmalı, açarlar isə operativ (növbətçi) və xidməti heyətdə olmalıdır. Bu otağa daxil olmaq üçün giriş yolu “yanğınsöndürmə stansiyası” sözləri yazılmış işıqlandırıcı lövhə ilə işarələndirilməlidir.
3.14. Qurğu ilə mühafizə edilən otaqlarda işləyən şəxslər üçün qurğunun işə düşməsi haqqında siqnal verilən zaman onların hərəkətinə və köçürmə qaydasına dair təlimat asılmalıdır.
3.15. Keşikçi-yanğın siqnalizasiya qurğularındakı yanğın xəbərverici cihazları bütün gün ərzində iş rejimində olmalıdır.
3.16. Yanğın avtomatikasının istismar prosesində aşağıdakılar qadağandır:
3.16.1. Yanğınsöndürmə qurğusunu avtomatik idarə etmə üsulundan əl vasitəsi ilə idarə etmə üsuluna keçirmək;
Müstəsna hallarda, yanğınsöndürmə qurğularının avtomatik idarə etmə üsulundan əl vasitəsi ilə idarə etmə üsuluna keçirilməsi tələb olunduğu zaman bu haqda obyekt rəhbərinə və yanğın təhlükəsizliyi xidmətinə xəbər verilməlidir.
3.16.2. Açılmış və nasaz sulama çiləyiçilərin mantar (probka) və pərçimlər taxmaq;
3.16.3. Nəzarət-siqnal qurğularına və çihazlarına yanaşmaq yollarını əşyalarla tutmaq;
3.16.4. Sulama çiləyiçilərindən, ən azı 0,9 m, xəbərveriçi çihazlardan 0,6 m məsafədə materiallar yığmaq;
3.16.5. Qurğuların boru kəmərlərindən hər həansı avadanlığın asılması və ya birləşməsi üçün istifadə etmək;
3.16.6. İstehsal avadanlığını və sanitar çihazlarını qurğunun qidalandırıçı boru kəmərinə birləşdirmək;
3.16.7. Kilid armaturasını və başlıq (flyans) birləşmələrini qidalandırıçı və bölüşdürüçü boru kəmərinə birləşdirmək;
3.16.8. Nasaz xəbərveriçi çihazlar əvəzinə başqa tipli yaxud başqa iş prinsipli xəbərveriçi çihazlar qurmaq habelə qurulduğu yerdə xəbərveriçi çihazın olmadığı hallarda birləşmə şleyfini qapamaq.
3.3.1. Ticarət, ictimai iaişə müəssisələri, bazalar və anbarlar mərkəzi isitmə sistemləri avadanlıqlarla təchiz edilməlidirlər.
33.2. Mərkəzi isitmə sistemi olmayan ictimai iaşə müəssisələrində, anbarlarda və ticarət otaqlarında iş şəraiti üzrə müsbət tempraturun tələb olunduğu hallarda sobaların qurulmasına icazə verilir. Lakin sobaların odluqları köməkçi otaqda yerləşdirilməlidir.
3.3.3. Ticarət, ictimai iaşə müəssisələri baza və anbarların rəhbərləri isitmə sistemlərinin istismarına və texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdehlik daşıyan şəxsləri əmrlə təyin etməlidirlər.
3.3.4. İsitmə mövsümü başlamazdan əvvəl qazanxanalar, kalorifer qurğular isitmə cihazları diqqətlə yoxlanılmalı və təmir edilməlidir. Nasaz isitmə qurğularım istismar etmək qadağandır.
3.3.5. Ocaqçılar yanğın-texniki minimum proqramı üzrə təlim keçməlidirlər.
3.3.6. Sobaların qaz yanacağına keçilməsi və qaz avadanlıqlarının istismar edilməsi qanuna müvafiq aparılmalıdır
3.3.7. Mağaza, anbar və ictimai iaşə müəssisəsində sobaların yandırılması, isitmə qurğularının istismarı yanğın təhlükəsizliyi qaydalarını bilən və ona ciddi əməl edən, xüsusi olaraq bu iş üçün ayrılmış şəxslər tərəfindən həyata keçirilməlidir.
3.3.8. Binaların yana bilən tikinti konstruksiyalarından yanğına qarşı normativ aralığı
( boşluğu ) olmayan qazan. soba və digər isitmə qurğularının istismar edilməsinə yol verilmir.
3.3.9. Hava qızdıranlar və isitmə cihazları elə yerləşdirilməlidir ki, onlara baxılıb və təmizlənilməsi üçün sərbəst yaxınlaşma təmin edilmiş olsun.
3.3.10. Soba ilə mallar, piştaxtalar. şkaflar və digər avadanlıqlar arasındakı məsafə - 0.7 metrdən, odluq dəliyindən isə-1.25 metrdən az olmamalıdır. Qazanxananın maye yanacaqla işlədiyi hallarda hər odluğun yanında qum dolu altlıq, yanacaq kəmərində isə ən azı iki ventil qoyulmalıdır ki, bunlardan biri ocağa digəri isə yanacaq çəninə yaxın olmalıdır. Ticarət və içtimai iaişə müəssisələrinin binalarına bitişik quraşdırılan bərk yanacaqla işləyən qazanxanaların maye yanacaqla işləyən qazanxanalara çevirilməsinə icazə verilmir. Qazanxana otaqlarında yanacaq sərfi üçün qoyulan çənin tutumu 1 kub.m, artıq olmamalıdır.
3.3.11. Bərk yanacaqla işləyən qazanların tüstü boruları etibarlı qığılcım söndürən avadanlıqla ayda ən azı 3 dəfə təmizlənməsi təchiz edilməlidir.
3.3.12. Qazanxana otaqlarında qadağan edilir:
33.121. Qaz qurğusunun istismarı ilə əlaqədar olmayan işlər aparmaq, kənar şəxsləri qazanxanaya buraxmaq və onlara qazanların işinə müşahidə etmələrini tapşırmaq;
3.3.12.2. Boru kəmərlərinin birləşdirmə yerlərindən və odluqlardan maye yanacağın axmasına və qaz sızmasına yol vermək:
3.3.12.3. Qaz odluqlarına sönmüş olduqları vəziyyətdə yanacaq vermək;
33.12.4 Ocağın rejiminə nəzarət edən avtomatik-nəzarət qurğularının nasaz olduqları zaman işləmək;
3.3.12.5. Qabaqcadan hava üfləmədən qazanxana qurğularını yandırmaq;
3.3.12.6. Qazanların və buxar boruların üzərində pal-paltar. ayaqqabı, mal və sair yanar materialları qurutmaq;
3.3.12.7. Hava-İsitmə sisteminin jalyuzlərını yanar materiallarla tutmaq?
3.3.12.8. Xüsusi hazırlıq keçməmiş şəxsləri, habelə sərxoş vəziyyətdə olan şəxsləri qazanxana qurğularında işə buraxmaq.
3.3.13. Hər sobanın odluq gözünün qabağında taxta döşəmənin üzərinə ən azı 50x70 santimetr ölçüdə metal təbəqə vurulmalıdır.
3.3.14. Çardaqlarda tüstü kanallarının keçdiyi boruların və divarların bütün səthinə diqqətlə tikinti məhlulu sürtülməli və ağardılmalıdır.
3.3.l5. Mağazada, anbarda, ictimai iaşə müəssisəsində və ya digər otaqlarda işin qurtarmasına ən azı 2-saat qalmış sobaların yandırılması dayandırılmalıdır.
3.3.16. Tüstü bacalarının və tüstü borularının təmizlənməsi isitmə mövsümü başlanmazdan qabaq və bütün isitmə mövsümü ərzində hər 3 aydan bır qurumdan təmizlənməlidir. Fasiləsiz işləyən sobaların və ocaqların tüstü boruları hər 2 aydan bir təmizlənilməlidir.
3.3.17. Bərk yanacaq ( torf, kömür, odun və s. ) bunun üçün uyğunlaşdırılmış otaqlarda yaxud xüsusi ayrılmış otaqlarda saxlanılmalıdır.
3.3.18. Sobaların istismarı zamanı qadağan edilir,
3.3.18.1. Yanacağı bilavasitə sobaların ocaq gözlüyünün qabağında yığmaq:
3.3.18.2. Otaqda gündəlik tələbatdan artıq yanacaq ehtiyatı saxlamaq:
33.18.3. Sobaları atışdırmaq üçün benzin, ağ neft dizel yanacağından və asan alışan yanar mayelərdən istifadə etmək;
3.3.l8.4. Sobaların üstündə və onların yanında odun, paltar və digər yanar materiallar qurutmaq;
3.3.18.5. Müvafiq olaraq uyğunlaşdırılmamış sobaların kömür, kakos və ya qazla yandırmaq;
3.3.18.6. Qapısı açıq halda sobanı yandırmaq;
3.3.18.7. Ventelyasiya və qaz kanallarından sobaların və pilətələrin tüstü yollan kimi istifadə etmək;
3.3.18.8. Tüstü borularına radioqəbuledicilərin, televizorların. ildırımqəbuledicilərin antenalarını bərkitmək;
3.3.18.9. Tikintilərin yaxınlığına sönməmiş kül və kömür tökmək. Onların üzərinə su səpilməli və onlar üçün xüsusi ayrılmış təhlükəsiz yerə tökülməlidirlər.
3.4.l. Havadəyişmə sistemlərinin istismar edildiyi zaman onların texniki vəziyyətinə, sazlığına və yanğın təhlükəsizliyi tələblərinə görə cavabdehliyi müəssisədə əmrlə təyin edilmiş şəxs daşıyır.
3.4.2. Havadəyişmə qurğuların (sistemlərin) istismarı və yanğına qarşı iş rejimi işçi təlimatlarla müəyyənləşdirilir, Bu təlimatlarda (istehsal şəraitinə uyğun) yanğına qarşı tədbirlər, havadəyişmə kameralarına (qapaqlar) və digər avadanlıqlara profilaktiki xidmət müddətləri nəzərdə tutulur. Habelə yanğın baş verən zaman yaxud qəza hallarında xidməti heyətin hərəkət qaydaları müəyyənləşdirilir.
3.4.3. Havadəyişmə qurğularına nəzarəti həyata keçirən növbətçi həyata (usta, çilingər) ventilyatorlara, hava yollarına, alovdayandıran qurğularına sulama kameralara, torpaqlama qurğularına planlı profilaktiki baxış keçirməli və onların iş rejimində yanğın baş verməsinə, yaxud yanğının yayılmasına səbəb ola bilən hər hansı bir nasazlıq və ya pozuntunun aradan qaldırılması yönümündə tədbirlər həyata keçirilməlidir.
3.4.4. Havadəyişmə kameralarında hər hansı avadanlıqların və malların saxlanılması qəti qadağandır. Havadəyişmə kameraları daima qıfılla bağlı vəziyyətdə olmalıdır Onlara kənar şəxslərin daxil olması qadağandır
3.4.5. Hava yollarında yanğına qarşı sədlərin kəsişdiyi yerlərdə avtomatik alovdayandıran qurğuların (qapaqların) vəziyyətinə daima nəzarət olunmalıdır.
3.4.6. Avtomatik alovdayandıran qurğuların istismarı zaman aşağıdakılar zəruridir:
3.4.6.1. Onların texniki vəziyyətini müntəzəm olaraq yoxlamaq;
3.4.6.2. Sürtkü intiqalının həssas elementlərini (tezəriyən qıfıllar, termohəssas elementlər və s) vaxtı-vaxtında yanar tozdan təmizləmək;
3.4.7. Ticarət və içtimai iaşə müəsisələrinin havadəyişmə sistemləri müstəqil olmalıdır.
3.4.8. Ventilyasiya sistemlərinin avtomatik yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemləri ilə birləşdirilməsi üçün nəzərdə tutulan qurğular saz vəziyyətdə saxlanılmalıdır,
3.4.9. Yanğın baş verən zaman havadəyişmə qurğusunu dərhal şəbəkədən ayırmaq lazımdır. Havadəyişmə qurğularının şəbəkədən ayrılması qaydası yanğın təhlükəsizliyi tədbirləri haqqındakı təlimatda qeyd edilməli və obyektin fəhlə və quluqçuları tərəfindən diqqətlə öyrənilməlidir.
3.4.10. Yanğına qarşı hörgülər, yanmayan sorma çətirlər və kanallar texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır.
3.4.11. Havadəyişmə sistemlərinin istismarı zamanı qadağan edilir:
3.4.11.1. Havadəyişmə kanalarından tüstü yolu kimi istifadə etmək;
3.4.11.2. Havadəyişmə kanalarına qaz isidici cihazları qoşmaq;
3.4.11.3. Alovdayandıran qurğuları şəbəkədən ayırmaq və yaxud ləğv etmək;
3.4.11.4. Hava yollarında, çətirlərdə toplanan yağ və digər yanar materialları təmizləmək;
3.4.11.5. Sorma kanalarını, gözlüklərini və barmaqlıqlarını bağlamaq;
3.4.11.6. Havadəyişmə kameralarının qapaqlarını açıq vəziyyətdə saxlamaq.
3.4.12. Dartıcı akkumlyator batareyalarının doldurulduğu binalarda havadəyişmə sistemləri dalma işlək vəziyyətdə olmalıdır. Akkumlyator batareyalarının doldurulması üçün həmin otaqlarda beşdən artıq olmayan miqdarda özühərəkət edən maşınların qurulduğu zaman təkcə təbii havadəyişməyə yol verilir. Təbii havadəyişmə sisteminin vurucu dəlikləri yuxan səviyyədə yerləşdirilməlldir.
3.4.13. Asanalışan mayelərin, lak, boya və kimyəvi məişət mallarının saxlandığı yerlərdə soruçu havadəyişmə sistemi fasiləsiz hava mübadiləsini təmin etməlidir.
3.4.14. Universal mağazalarda, universamlarda, ticarət mərkəzlərində və ticarət evlərində havadəyişmə qurğularının istismar edildiyi zaman təmiz hava vurulan yerlərdə yanar və zəhərli qaz, buxar, habelə tüstü və açıq odun daxil ola bilməsi imkanını aradan qaldırılmasına nəzarət edilməlidir;
3.4.15. Tüstüyə qarşı müdafiə sistemi qurğuları ilə təmin edilmiş obyektlərdə həftədə bir dəfədən az olmamaq şərti ilə avtomatikanın elektrik qidalandırıcı şitlərində möhürün və qıfılın, mühafizə sistemlərinin (əl vasitəsi ilə işəsalma düymələrinin olduğu yerə şüşə salınması, mərtəbələrdəki tüstü klapanlarının, qapaqlarının qapalı vəziyyətinə ) mövcudluğu, habelə əl ilə işəsalma düyməsinin köməyi ilə ventilyatoru qısa müddətli ( 3-5 dəqiqə) işə salınmaqla yoxlanılmalıdır.
3.4.16. Tüstüyə qarşı müdafiə sisteminin işlək vəziyətdə saxlanılması üçün zəruridir:
3.4.16.1. Havadəyişmə barmaqlıqlarmı, qapaqlarını, icra mexanizimlərini, səlis qıfıllan, sonluq ayırıcı açarları, vaxtaşırı tozdan, qış vaxtında jalyüz qapılarını buzlaşmadan təmizləmək;
3.4.16.2. Hava yollarının və onların birləşmələrinin bütövlüyünün pozulmasına yol verməmək;
3.4.l7. Tüstüyə qarşı müdafiə sisteminin nasaz qurğu və qovşaqlarını texniki sənədləşdirmədə qeyd edilən qurğu və qovşaqlarını əvəz edilməsinə icazə verilir. İnşaatçılarla razılaşdırılmış qaydada qurğu və qovşaqların texniki sənədləşdirilməsində göstərilməyən, lakin tələb olunan xarakteristikaya malik olan qurğu və qovşaqlarla dəyişdirilməsinə icazə verilir. Tüstüyə qarşı müdafiə sisteminin əl ilə idarəetmə məntəqəsində onları işə salmaq qaydası haqqında təlimat olmalıdır.
3.5.1. Ticarət, ictimai iaşə müəssisələrində, bazalarda və anbarlarda istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqları qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməlidir.
3.5.2. Hər müəssisədə elektrik qurğularının istismarı vəziyyətinə cavabdeh şəxs təyin edilməlidir. Xırda ticarət və ictimai iaşə müəssisəsinin rəhbəri, elektrik avdanlığının və elektrik şəbəkəsinin texniki istismarmı və texniki qulluğunu ixtisaslaşdırılmış təşkilatlarla müqavilə yolu ilə təmin etməlidir.
3.5.3. Elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar:
3.5.3.1. Elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışını və planlı-xəbərdaredici təmirinin təşkili, habelə yanğını və alışma törədə bitən hallarının vaxtında aradan qaldırılmasını təmin etmək;
3.5.3.2. Zonaların və ətraf mühit şəraitinin yanğın və partlayış təhlükəli təsnifatından asılı olaraq kabel elektrik naqillərinin, mühərriklərinin, işıqlandırıcılarının və digər elektrik avadanlıqlarının düzgün seçilməsinə nəzarət etmək.
3.5.3.3. Qısa qapanmalardan, artıq yüklənmələrdən, artıq d li və atmasfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm surətdə nəzarət etmək.
3.5.4. Bütün elektrik qurğularının yanğın və alışmaya ğətirib çıxaran təhlükəli amillərdən mühafizəediçi aparatı olmalıdır.
3.5.5. Əriyən qoruyuçu taxmalar kalibirləşdirməli və damğasında taxmanın nominal cərayanı ğöstərilməlidir. Avtomatların və əriyən taxmaların nominal cərayanı, cərəyan yükünə uyğun olmalıdır.
3.5.6. Məftil və naqillərin, uc və şaxələrinin birləşdirilməsi, yanğın baxımdan təhlükəli olan keçiçi müqavimətin törənməməsi üçün qaynaq, lehim və ya xüsusi sıxaçlar vasitəsi ilə həyata keçirilməlidir.
3.5.7. Müvəqqəti elektrik şəbəkələrinin qurulmasına və istismar edilməsinə yol verilmir. Tikinti və müvəqqəti təmir-quraşdırma işlərinin aparıldığı yerlərdə işıq çihazlarını qidalandıran çırağban ( ilyuminasiya ) qurğuları və elektrik şəbəkəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qurulmalıdır.
3.5.8. Gəzdirilən elektrik işıqlandırıcıları qoruyucu şüşə qapaqlarla və metal torla təchiz edilməlidir. Belə elektrik işıqlandırıcıları və digər gəzdirilən və ya səyyar elektrik aparatları üçün mis damarlı, rezin izolyasiyalı qılafda olan, ətraf mühitə davamlı, elastik naqillər tətbiq edilir. Gəzdirilən işıqlandırıcıların qoşulmasında ştepsel razetkası olan şaxəli qutulardan istifadə edilməsi nəzərdə tutulmalıdır.
3.5.9. Yanar dam örtüyü olan anbarların habelə meşə materialları və yanar materiallar qalaqlarının üstündən elektrik enerjisinin hava ötürücü xəttlərinin çəkilməsinə və çöl elektrik xəttlərinin qurulmasına icazə verilmir.
3.5.10. Yanar materialların, yanar qablaşdırmada olan malların 1000V gərginlikli elektrik ötürücü hava xəttlərinə 17 metr məsafədən yaxın yığılmasına icazə verilmir.
3.5.11. Yanar materialların və ya yanar qablaşdırmada olan malların mövcud olduğu ticarət və anbar otaqlarında, habelə köməkçi otaqlarda və sənaye, kitab mağazaların piştaxtalarında elektrik işıqlandırıcıları (lampalar) qapaqlı, yəni şüşə qapaqlı olmalıdırlar.
3.5.12. İşıqlandırıcı elektrik şəbəkəsi elə quraşdırılmalıdır ki, lampalar yanar materiallardan hazırlanmış, tikinti konstruksiyalarının səthindən ən azı 0,2 m, mağaza və anbar otaqlarındakı mallardan və taradan ən azı 0,5 m məsafədə olsunlar.
3.5.13. Elektrik mühərrikləri müntəzəm qaydada olaraq yağlanmalı və yanar tozdan təmizlənməlidir. Elektrik mühərriklərinin üzərlərini hər hansı materialla örtmək qadağandır.
3.5.14. İş şəraitinə ğörə normal qığılçım saçan hissələri olan elektrik mühərrikləri yanar maddələrdən 1-m aralı yerləşdirilməli, yaxud yanmaz ekranla həmin maddələrdən ayrılmalıdır.
3.5.15. Elektrik qurğularının istismarı zamanı qadağan edilir.
3.5.15.1. İzolyasiyası zədələnmiş, yaxud qoruyucu xassələrini itirmiş naqillərdən və məftillərdən istifadə etmək;
3.5.15.2. Anbar və mağazalarda yemək bişirilməsi üçün məişət elektrik qızdırıcıcihazlardan istifadə etmək;
3.5.15.3. Otaqların isidilməsi üçün qeyri standart elektrik qızdırıcı sobalardan, yaxud elektrik közərmə lampalarından istifadə etmək;
3.5.15.4. Sonluqları izolə edilməmiş elektrik naqillərini və məftillərini gərginlik altında saxlamaq;
3.5.15.5. Zədələnmiş (nasaz) rozetkalardan, şaxələndirmə qutularından, ayırıcı açarlardan (rubilniklərdən) və digər elektrik qurğu məmulatlarından istifadə etmək;
3.5.15.6. Elektrik naqillərini düyünləmək və burmaq, habelə naqilləri və işıqlandırıcıları tarım dartmaq, çıraqbanları (açıq lampadan başqa) sərbəst elektrik naqillərindən asılı vəziyyətdə saxlamağı və ya asmaq;
3.5.15.7. Paltar və digər əşyaların asılması üçün açar, ştepsel və diyircəkdən istifadə etmək, habelə elektrik naqilləri sahəsində kağız yapışdırmaq;
3.5.15.8. Elektrik lampalarına kağız, parça və digər yanar materiallar sanmaq:
3.5.15.9. Elektrik şəbəkəsi üçün radio və telefon məftillərindən istifadə etmək;
3.5.15.10. Elektrik cərəyanından mühafizəediçi kimi kalibirləşdirilməmiş qoruyuculardan istifadə etmək;
3.5.16. Naqil və kabellərin izolyasiyalarının vəziyyəti, izolyasiyalarının gərginliyə qarşı müqaviməti, birləşdirmə yerləri və qoruyucu torpaqlanmanın etibarlılığı. elektrik mühərriklərinin iş rejimi müəssisələrin elektrikləri tərəfindən xarici baxış keçirilməli və cihazlar vasitəsi ilə yoxlanılmalıdır. Elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlər operativ jurnalda qeydə alınmalıdır;
3.5.17. Növbətçi işığın, avtomatik yanğınxəbərverici və söndürücü qurğuların həcminin qidalandırılması üçün müstəqil elektrik şəbəkəsi nəzərdə tutulmalıdır.
3.5.18. Müxtəlif cərəyan qəbulediciləri yenidən hər dəfə dövrəyə qoşularkən, elektirik şəbəkəsisnin buraxılış qabiliyyəti nəzərə alınmalıdır.
3.5.19. Nasaz elektrik avadanlıqları və aparatlar yanğın təhlükəsizliyi vəziyyətinə gətirilənə qədər şəbəkədən ayrılmalıdırlar.
3.5.20. İşdən sonra bağlanan və nəzarətsiz qalan bütün otaqlarda (onların təyinatından asılı olmayaraq) bütün elektrik qurğuları şəbəkədən ayrılmalıdır. Anbar otaqlarının elektrik qurğuların, binanın xaricində yanmayan divar üzərində plomlana bilən, yaxud nəzarət qıfılı ilə bağlanan ayrıca dayaq üzərində quraşdırılmış ümumi ayrıcı aparatları olmalıdır.
3.5.21. Bilavasitə ticarət zallarında və anbarlarda ütülərdən istifadə etmək qadağan edilir. Paltarların ütülənməsi üçün xüsusi otaq (yer) ayrılmalıdır. İşdən sonra ütülər saxlanılması üçün yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsə imza çəkdirməklə təhvil verilməlidir.
3.5.22. Yemək bişirilməsi üçün məişətdə tətbiq edilən elektrik qızdırıcı cihazlardan istifadə edilməsi və diğər məqsədlər üçün anbarlarda və ticarət zallarında ştepsel razetkalar qurmaq qadağan edilir. Radio elektrik mallarının texniki vəziyyətini yoxlamaq üçün bu malların satıldığı mağazaların bölmələrində razetka quraşdırılmasına icazə verilir.
3.5.23. İctimai iaşə müəssisələrində və mağazalarda mövcud qəza işıqlandırıcıdan növbətçi işıqlandırma kimi istifadə edilməsinə icazə verilmir.
3.5.24. Xırda ticarət müəssisələrinin ( köşk, dükan ) çox böyük olmayan otaqların isidilməsi üçün fərdi elektrik qoruyucusu və saz tənzimləyicisi olan yağ elektrik radiatorlarından və qızdırıcı elektro lövhələrdən istifadə edilməsinə icazə verilir.
3.5.25. İsitmə qurğularında hər hansı nasazlıq, habelə tempratur rejiminin pozulması, yaxud termo-tənzimləyicisinin nasazlığı aşkar edildikdə dərhal qurğu şəbəkədən ayrılmalı və bu barədə qurğunun istismarına cavabdeh olan şəxsə xəbər verilməlidir.
3.5.26. Yağ radiatorlarının, elektro lövhələrin qidalandırılması üçün işəsalma və müdafiə qurğusu olan müstəqil elektrik şəbəkəsi nəzərdə tutulmalıdır;
3.5.27. Anbarlar, ticarət və ictimai iaşə müəssisələri elektrik enerjisinin kəsilməsi ehtimalına qarşı elektrik fənərləri ilə təchiz edilməlidirlər.
4.1. Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika və təçhiz edilməsinə dair müfaviq orqanların və təşkilatların hazırladığı investisiya lahiyələri, o çümlədən xariçi təşkilatların investisiya lahiyələri yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması üçün hökmən Azərbaycan Respublikasının müfaviq içra hakimiyyəti orqanı itə razılaşdırılmalıdır.
4.2. İstehsalat avadanlıqlarının quraşdırıldığı və təmir edildiyi elektrik qaz-qaynaq və digər odla əlaqədar İşlərin aparıldığı zaman yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsinə görə məsuliyyət həmin işlərin həyata keçirildiyi ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların rəhbərlərinin üzərinə düşür.
43. Ticarət, ictimai iaşə məssisələri, baza, anbar və digər obyektlərin rəhbərləri və mühəndis-texniki əməkdaşları qaynaq və digər od işləri aparıldığı zaman yanğın təhlükəsizliyi qaydalarının tələblərini həm özləri yerinə yetirməli, həm də tabeçiliyində olan əməkdaşlar tərəfindən bu qaydalara ciddi riayət olunmasına nəzarət etməlidirlər. Həmin qaydalara müvafiq olaraq elektirik qaz qaynaqçıları qaynaq işlərinin aparılması üçün müəssisə rəhbərindən yazılı şəkildə icazə almalıdırlar.
4.4. Yanğın baş verməsi imkanlarının qarşısını ala bilən tədbirlər görülmədən texnaloji avadanlığı quraşdırmaq və təmir etmək, habelə od təhlükəli işlərin görülməsi qadağan edilir.
4.5. İş vaxtının dayandırmadan ticarət zallarının, binaların və sahələrin təmiri zamanı müəssisənin rəhbərliyi həmin dövür üçün yanğın təhlükəsizliyi tədbirlərini gücləndirmək planını tərtib etməlidir.
Təmir edilən sahələr yanmaz arakəsmələr yaxud lövhələr vasitəsi və müəssisənin işləyən sahələrindən təcrid edilməlidir. Bir şərtləki təmir edilən binalardan adamların köçürülməsi üzrə təhlükəsizlik tədbirlərinin tələbləri pozulmasın.
4.6. Müəssisənin rəhbəri (baş mühəndis, mühəndis) habelə binanın, anbarın yaxud sahənin yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan digər vəzifəli şəxslər od vasitəsi ilə, yaxud yanğın cəhətdən təhlükəli sayılan digər müvəqqəti işlərin aparıldığı yerlərdə işlər qurtardıqdan sonra 3-5 saat ərzində diqqətlə yoxlanılmasını təmin etməlidirlər.
4.7. İşləyən soyuducu qurğuların boru kəmərlərində qaynaq işlərinin aparılmasına yanğın nəzarəti orqanının nümayəndəsi ilə razılaşdırılaraq yazılı şəkildə icazə almaqla yalnız cərəyandan ayrılmış və amonyakdan azad edilmiş (hava üfürməklə) aparatlarda və boru kəmərləri sahələrində icazə verilir. Bu şərtlə ki, bütün qonşu aparatların zədələnmələrdən qorunması üçün müvafiq tədbirlər həyata keçirilsin. Bu işlər aparılan zaman pəncərələr və qapılar açıq olmalı, yaxud qəza havadəyişmə qurğuları fasiləsiz işləməlidirlər.
4.8. Yanar lak, yapışqan və mastika tətbiq edilməklə döşəmələrə örtük çəkilməsi və otaqların bəzədilməsi işlərinin aparıldığı zaman bilavasitə təmir-tikinti işləri ilə əlaqəsi olmayan adamların orada olmasına icazə verilmir. Bir otaqda lak, boya, mastika, yapışqan və digər yanar materiallar tətbiq edildiyi zaman eyni vaxtda elektrik-qaynaq işlərinin aparılması qadağandır.
4.9. Təmir-tikinti işləri qurtardıqdan sonra otaqlarda oksigen və yanar qazlar dolu balonların saxlanılması qadağandır. Belə balonlar onların daimi saxlandığı yerə aparılmalıdır.
4.10. Təmir edilən bina və otaqlar daim təmiz saxlanılmalıdır. Tikinti tullantıları ( meşə materialları, qırıntıları, talaş yonqar və s. ) hər gün işin aparıldığı yerlərdən xüsusi ayrılmış yerlərə daşınmalıdır.
4.11. Binalar təmir edildiyi zaman taxtabənd və ayaqlıqlar köçürmə yollarında yanğın təhlükəsizliyi tələblərinə müvafiq qurulmalıdır
4.12. Üç və daha çox mərtəbəli binalar təmir edildiyi zaman, bir qayda olaraq metal-bəndlər inventarı tətbiq edilməlidir. Binaların tikinti taxtabəndlərinin hər 40 metr perimetrinə bir nərdivan, yaxud pilləkən qurulmalıdır, bununla belə bütün bina üçün nərdivanların sayı iki ədəddən az olmamalıdır,
4.13. İstehlakçıların ticarət və ictimai iaşə müəssisələrində mövcud olduğu zaman orada açıq oddan istifadə etməklə təmir işlərinin aparılması qadağan edilir.
4.2.1. Kimyəvi məişət, əridicilər, lak və boya mallarının ticarəti ayrıca binalarda yerləşmiş mağazalarda aparılmalıdır. Çoxmərtəbəli mağaza binalarında həmin malların satıldığı şöbələr yuxarı mərtəbələrdə yerləşdirilməlidirlər.
4.2.2. Bir litrdən artıq tutumlu şüşə qablara doldurulmuş tezalışan və yanar mayelərin ticarətinə icazə verilmir.
4.2.3. Uşaqlara kibrit və digər yanğın təhlükəli malların satılması qadağan edilir.
4.2.4. Kimyəvi məişət malları, laklar, boyalar və əridicilər üstün olaraq ayrıca şöbələrdə, yaxud xüsusi ayrılmış yerlərdə satılmalıdır.
4.2.5. Üzərində yanğın təhlükəliliyi barədə xəbərdaredici üst yazısı olmayan malların satışı qadağan edilir. Bu malların üzərinə “Od təhlükəli” sözləri yazılmış etiket yapışdırılmalıdır. Aerozol qablaşdırmada olan yanğın təhlükəli məişət malları “Od təhlükəlidir. Odun yaxınlığında səpələməmək” sözlərindən ibarət xəbərdarlıq yazısı ilə təchiz edilməlidirlər.
4.2.6. Kimyəvi məişət mallarını, lak, boyaq, əridiciləri və aerozol qablaşdırmada olan malları isitmə cihazlarına 0,5 metrdən yaxın məsafədə, habelə pəncərə vitrinlərində və köçürmə yollarında yerləşdirilməsi qadağan edilir.
4.2.7. Yanğın təhlükəli malların anbar otaqlarında qablaşdırılmasına icazə verilmir.
4.3.1. Ağ neft və digər yanar mayelərin satılmasına və saxlanılmasına yanmayan materiallardan hazırlanmış mühafizə konstruksiyaları olan ayrıça yerləşən binalarda içazə verilir.
4.3.2. Tiçarət zalları yanmayan arakəsmələr vasitəsi ilə yanar mayelərlə dolu çənlərin, yaxud qabların yerləşdirildiyi otaqlardan ayrılmalıdırlar.
4.3.3. Rezervuarlardan yanar mayenin paylama çəninə verildiyi boru kəməri hərəkətsiz bərkidilməli və onun üzərində paylama çəninin yanında ventil olmalıdır. Belə ventildən biri də boruda rezervuara yaxın qoyulmalıdır. Paylama çəninin həcmi 100 litrdən çox olmamalıdır. Çənin qurulduğu yer elə abadlaşdırılmalıdır ki, ağ neft satılan zaman yerə tökülməsin. Yanar mayenin ötürülməsi və saxlanılması üçün çənlər və boru kəmərləri ən azı iki yerdə etibarlı torpaqla birləşdirilməlidir. Torpaqlanmanın etibarlılığı ildə bir dəfədən az olmayaraq elektrik müqavimətinin ölçülməsi yolu ilə yoxlanılmalıdır.
4.3.4. Ağ neftin satıldığı mağazaların nəzdindəki anbarlarda ağ nefti həcmi 5 kub.m-dən çox olmayan çənlərdə. yaxud rezervuarlarda saxlanılmasına icazə verilir.
4.3.5. Ağ neftin buraxılması üçün nəzərdə tutulan piştaxtanın üstünə qığılcım verməyən metal təbəqə vurulmalıdır ki, hər hansı zərbə zamanı qığılcım törənməsin.Neftölçən cihazların qurulduğu mağazalarda piştaxtaların qurulması vacib deyildir.
4.3.6. Mağazalarda və anbarlarda döşəmələr yanmayan və oyuqlu olmalı, qapı boşluqlarında yanmayan astanalar yaxud elə ponduslar qoyulmalıdır ki, qəza hallarında bütün saxlanılan mayelər ora yerləşə bilsin.
4 3.7. Ağ neftin avtosisternalardan satışı ərazi relyefinin nəzərə alınması şərti ilə ən yaxın binadan ən azı 15 metr aralı məsafədə satılmalıdır.
4.3.8. Ağ neftin pərakəndə ticarəti üçün nəzərdə tutulan otaqlarda qablaşdırma materiallarının saxlanılmasına icazə verilmir.
4.3.9. Yanar mayelər satılan binalarda sobaların qurulması qadağan edilir.
4.3.10. Tezalışan və yanar mayelərdən boşalan taralar yalnız xüsusi mühafizə otunmuş (çəpərlənmiş) meydançalarda saxlanıla bitər.
4.4.1 Döyüş sursatı və pirotexniki məmulatın satışma ixtisaslaşdırılmış mağazalarda icazə verilir.
Ov-atəş sursatlarına aşağıdakılar daxildir
-tüstülü barıt (qara)
- tüstüsüz bant. (piroksilinli və s.)
- alışdırma kapsulları.
- doldurulmuş patronlar.
- atəş sursatları zərbəyə uğradılmamalı və silkələnməməlidir. Atəş sursatı olan yeşiklərin itələnməsi atılması, sürüşdürülməsi və onlara zərbə vurulması qadağandır.
- ov-atəş sursatı və pirotexniki məmulat mağazaları bir qayda olaraq iri ticarət mərkəzlərində yuxarı mərtəbələrdə yerləşdirilir. Bundan başqa Dövlət Yanğın Nəzarəti Orqanının xüsusi razılığına əsasən, ov-atəş sursatı mağazaları binaların birinci mərtəbələrində də yerləşdirilə bilər. Bu zaman mağazalar otaqlardan yanmayan əsaslı divarlarla təcrid olunmalı, başqa mənzillərə yolu olmamalıdır.
- ov-atəş sursatları mağazalarının, uşaq və müalicə müəssisələri, məktəb, teatr və sair tamaşa müəssisələri yerləşmiş binalardan 50 metrə qədər yaxınlıqda yerləşdirilməsi qadağan edilir.
4.4.2 Ov-atəş sursatının və pirotexnik məmulatın mağazada yanmaz materiallardan ibarət konstruksiyalı anbarlarda, yaxud xüsusi ayrılmış yerlərdə saxlanılmasına yol verilə bilər. Belə anbarların zirzəmi otaqlarında yerləşdirilməsi qadağandır.
4.4.3. Hər ticarət otağında ən azı iki şkaf olmalıdır. Onlardan birində barıt, digərində isə kapsul və hazır patronlar saxlanılmalıdır. Bir şkafda kapsulların, doldurulmuş patronların bir yerdə saxlanılması qadağan edilir. Bant yalnız alıcıya verildiyi zaman kapsul və patronla birlikdə piştaxta üzərinə qoyula bilər.
4.4.4. Barıtın yalnız zavod qablaşdırmasında satışına icazə verilir.
4.4.5. Mağazaların yalnız mərkəzi isitmə sistemi olmalıdır.
4.4.6. Döyüş sursatı və pirotexnik məmulatların satışını aparan mağazaların başqa təyinatlı binalarda yerləşdirilməsi qadağandır.
4.4.7. Döyüş sursatları anbarı və mağazalarında tətbiq edilən alət, mismar, pərçim və siyirmələr zərbə zamanı qığılcım verməyən metallardan hazırlanmalıdır.
4.4.8. Zavodda döyüş sursatı ilə qablaşdırılmış yeşikləri anbar otaqlarında açmaq qadağandır.
4.4.9. Mağazalarda bir yeşik tüstülü barıt ( 50kq ); bir yeşik tüstüsüz bant ( 50kq ) və 15000 ədəddən artıq olmayaraq dolu patron saxlanılmasına icazə verilir.
4.5.1. Nəqliyyatın əraziyə daxil olması qaydası, onların birğə yerləşdirilməsi miqdarı, dayanacaq yerləri, habelə obyekt daxili buraxılış rejimi obyektin inzibati heyəti tərəfindən müəyyən edilir.
4.5.2. Anbarların doldurma və boşaltma mexanizmləri və elektrik yükvuranların şlanq kabelləri saz vəziyyətdə olmalıdırlar.
4.5.3. Qiymətli mal materialların saxlanılması üçün nəzərdə tutulan otaqlarda məişət otağı, yemək otağı və digər yardımçı yerlərin qurulmasına içazə verilmir.
4.5.4. Deborkaderlərdə (dəmir yol stansiyasında sərnişin platforması) hər növ nəqliyyatın dayanacağı qadağandır
4.5.5. Anbar otaqlarında əmtəəşünasların ekspertlərin anbardarların, mal seçənlərin və operatorların iş yerlərinin çəpərlənməsi üçün qurulmuş şüşəbənd arakəsmələr yanğın baş verən zaman adamların və qiymətli mal-materialların köçürülməsinə maneə törətməməlidir,
4.5.6. Darvazalarda adamların köçürülməsi üçün qurulmuş kiçik qapılar anbar otaqlarından çıxış istiqamətində açılmalıdır.
4.5.7. Lokamativlərin anbar otaqlarına girməsi qadağandır.
4.5.8. Qiymətli mal-materialların ( yanar və ya yanar qablaşdırmada olan yanmayan mallar ) açıq meydançalarda saxlandığı hallarda bir bölmənin (ştabellər) sahəsi 300 kv.m-dən artıq olmamalıdır. Bölmələr arası ( ştabellər arası) yanğına qarşı aralıqlar 6 metrdən az olmamalıdır. Ştabellər arasındakı aralıqlara materialların və avadanlıqların yığılmasına icazə verilmir.
4.5.9. Başqa təyinatlı binaların daxilində tikilmiş anbar otaqlarında yanğın təhlükəli maddələr və materiallar ( aerozol qablaşdırmada olan kimyəvi məişət malları, lak, boya, tezalışan və yanar mayelər, kibrit və s.) saxlamaq qadağandır.
4.5.10. Bitki yağlan anbarlarında hər hansı yanar materialların saxlanılmasına yol verilmir.
4.5.11. Ümumi təyinatlı anbarlarda kibritin yanmayan konstruksiyalar vasitəsi ilə başqa otaqlardan ayrılmış ayrıca guşələrdə saxlanılmasına icazə verilir.
4.5.12. Tranzit elektrik kabellərin keçdiyi otaqlarda, habelə qaz kommunikasiyaların və yağ dolu aparatların olduğu otaqlarda malların yığılması qadağan edilir;
4.5.13. Anbarlarda qaz pilitələri və məişət elektrik qızdırıcı cihazları qurmaq qadağandır
4.5.14. Bazalarda və anbarlarda turşular saxlanılan zaman onların ağac, küləş və üzvi mənşəli sair maddələrə toxunmasın deyə lazımı tədbir görülməlidir. Turşuların saxlandığı yerlərdə təsadüfən tökülən turşuların dərhal neytrallaşdırılması üçün hazır tabaşir. əhəng. yaxud soda məhlulu saxlanılmalıdır. Turşuların saxlandığı yerlər işarələnməlidir.
4.5.15. 5000-dən artıq miqdarda aerozol qablaşdırmalar izolə edilmiş anbarlarda yaxud anbarın asan sökülə bilən örtüyü olan və çardaqsız olan izolə edilmiş bölməsində saxlanılmalıdır,
4.5.16. İzolə edilmiş anbarın hər bir bölməsində 150 min ədəddən artıq olmayaraq aerozol qablaşdırmaların saxlanılmasına İcazə verilir. Anbarın ümumi tutumu 900 min qablaşdırmadan artıq olmamalıdır. Ümumi anbarın izolə edilmiş bölməsində ən çox 15 min qablaşdırma saxlanıla bilər.
4.5.17. Aerozol qablaşdırmaları çoxmərtəbəli anbarların yalnız yuxarı mərtəbəsində saxlanılmasına icazə verilir.
4.5.18. Aerozol qablaşdırmaların, oksidləşdiricilərlə, yanar qazlarla, asan alışan və yanar mayelərlə bir otaqda saxlanılmasına icazə verilmir.
4.5.19. Boyaların, lakların, əridicilərin, aerozol qablaşdırmaların saxlanıldığı anbarlarda havadəyişmə qurğuları anbarın bütün həcmi üzrə havanın dəyişilməsinin etibarlılığını təmin etməlidir.
4.5.20. Aerozol qablaşdırmaların talvar altında, yaxud açıq meydançalarda yalnız ağzı bağlanan konteynerlərdə saxlanılmasına yol verilir.
4.5.21. Aerozol qablaşdırmaları uzaq məsafələrə bir qayda olaraq qablaşdırmanın tərkibindəki buxarın sızmasının qarşısını alan qapalı konteynerlərdə daşınmalıdır,
4.5.22. Partlayış-yanğın təhlükəli mallar, maddələr və materiallar (lak, boya, əridicilər, kimyəvi-məişət malları, kibrit, qaz dolu balonlar və s.) saxlanılan baza və müstəqil anbarlarda həmin binaların qapılarında, yaxud darvazalarında, bayır tərəfdən bu binalarda saxlanılan mal və materialların miqdarı onların yanğın təhlükəsini xarakterizə edən təhlükəsizlik tədbirləri, habelə yanğının söndürülməsi zamanı həyata keçirilən tədbirlər barədə məlumat vərəqələri asılmalıdır.
4.6. Avtoyükvuran və elektrokar (akummlyatorla işləyən matorlu araba maşınlan və cərəyandoldurma məntəqələri üçün yanğın təhlükəsizlik tədbirləri.
4.6.1 Elektrokaraların akumlyator batareyaları bu məqsədlər üçün nəzərdə tutulan xüsusi doldurucu stansiyaların otaqlarında doldurulmalıdır. Bu otaqlar qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olmalıdır.
4.6.2. Cərəyandoldurma stansiyaları və təmir emalatxanaları üçün ayrılmış otaqların döşəmələri beton əsaslar üzərində tam üfüqi vəziyyətdə qələviyə (turşuya) davamlı örtükdə olmalıdır.
4.6.3. Cərəyandoldurma stansiyaların və doldurulmuş batareyaların saxlanılması üçün nəzərdə tutulan otaqların havadəyişmə qurğusu dalma işləməlidir.
4.6.4. Cərəyandoldurma məntəqəsinin havadəyişmə qurğusunu ümumi havadəyişmə qurğusuna qoşmaq qadağandır.
4.6.5. Qazlar otağın yuxarı zonasında olduğu kimi aşağı zonasından da sovrulub çıxarılmalıdır. Bununla belə yuxan zonada qazların sovrulması daha çox intensiv olmalıdır.
4.6.6. Cərəyan otaqlarının isindirməsində kolorifer qurğularından istifadə edilməsi tövsiyyə edilir. Otaqda yuxan tempratur həddi 30 s-dən yüksək olmamalıdır.
4.6.7. Akumlyatorların saxlandığı otaqların qapılarında “Cərəyandoldurma” “Yanğın Təhlükəlidir” “Odla daxil olmamalı” “Siqaret çəkmək qadağandır” sözləri yazılmalıdır.
4.6.8. Havadəyişmə qurğusunun işi dayandırılan zaman, doldurma cərəyanının şəbəkədən ayrılması nəzərdə tutulmalıdır
4.6.9. Cərəyan stansiyaları otaqlarında akumlyator və digər cihazları təmir etmək, qələvi və turşulu akumlyatorları yanaşı bir yerdə qoymaq, habelə nasaz elektrokaraların doldurulmasına yol vermək qadağandır. Cərəyan stansiyası otaqlarında yalnız doldurulmaqda olan elektrokaralar olmalıdır.
4.6.10. Avtoyükvuranların və elektrokaraların dayanacağına qarajlarda və xüsusi ayrılmış meydançalarda icazə verilir. Nasaz nəqliyyatın işə buraxılmasına icazə verilmir.
4.6.11. Otağın daxilində yanaryüklərin habelə yanarqablaşdırmada olan yüklərin yerlərinin dəyişdirilməsi üçün avtoyükvuranlardan istifadə edilməsinə icazə verilmir. Yanar toz olan otaqlarda istifadə edilən elektrokaraların işə salma qurğularının toz keçirməyən mühafizə sistemi olmalıdır.
4.6.12. Avtoyükvuranlar və elektrokarlar elə yerləşdirilməlidiki keçid yollarını, nəqliyyat yollarını, çıxış yollarını və yanğın söndürmə vasitələrinin qarşısını tutmasın. Yanğın baş verdiyi hallarda nəqliyyat vasitələri anbar otaqlarından çıxarılmalıdırlar.
4.7.1. Nahar zallarında masaların yerləşdirilməsi yanğın baş verdiyi hallarda istehlakçıların sərbəst köçürülməsinə maneəçilik törətməməlidir. İctimai iaşə müəssisələrinin istismar prosesində nahar zallarının keçid yollarında istehlakçıların hərəkətlərinə maneəçilik törədən masalar, stullar və s qoyulmasına icazə verilmir. Yanğın Təhlükəsizliyi şərtləri üzrə restoran və yeməkxanalarda adamların çıxışa tərəf köçürülməsi üçün ən azı 1,35 m enində yol qoyulmalı və ayrı-ayrı oturacaq yerlərinə yanaşmaq üçü sərbəst. keçid saxlamamalıdır.
4.7.2. İctimai iaşə müəssisələrində kütləvi tədbirlərin (teatr tamaşaların, yeni II şənliklərin, banketlərin, toyların və s) keçirilməsinə müvafiq otaqda işıqlandırıcı göstəricilərlə təchiz edilmiş, ən azı 2 köçürmə çıxış yollarının mövcud olduğu zaman icazə verilir. Bu zaman aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir;
4.7.2.l. Yanğın Təhlükəsizliyinə cavabdehlik daşıyan şəxsi təyin etmək:
Həmin şəxs yanğın təhlükəsizliyi qaydalarına dair ictimai iaşə müəssisəsinin müdriyyətindən təlimat alır və yanğına qarşı lazımi tədbirlərin həyata keçirilməsini təmin edir.
4.7.2.2. Tədbirdən qabaq otaqları diqqətlə gözdən keçirmək və onları yanğın təhlükəsizliyi tələblərinə müvafiq vəziyyətə gətirmək:
4.7.2.3. Müvəqqəti estradaların və səhnələrin, işıq və xüsusi aparatların qurulmasını, məftil və kabellərin çəkilməsinin elə təşkil etmək lazımdır ki, köçümə şəraiti pisləşməsin;
4.7.2.4.Müvəqqəti elektirk qəbul edicilərini (elektrik musiqi alətləri, səs gücləndiriciləri “işıq cihazları və s) tətbiq edildiyi zaman onların müvəqqəti elektrik şəbəkəsini qoşulmasına yol verməmək,
4.7.2.5. İşıqlandırıcı aparatların (projektorlar, sofitlər və s) yanar materiallara yaxın 0,5 m məsafədə qurulmasına yol verilmir. Projektorlarda və sofitlərdə yanar materiallardan olan işıq filterlərinin tətbiq edilməsi qadağandır.
4.7.3. Yeni il bayramlarının (şənliklərinin) keçirildiyi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir.
4.7.3.1. Şam ağacı bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın.
4.7.3.2. Yeni il şənliyi keçirilərkən şamlardan, atəşfəşanlardan istifadə etmək, şam ağacını selüloit oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqda bəzədilməsi qadağandır.
4.7.3.3. Şam ağacı elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. İşıqlandırma şəbəkəsinin elektrik cərəyanından istifadə edərkən, alçaldıcı transfarmatorların vasitəsi ilə 12V-luq gərginlik lampalarından istifadə olunmalı; elektrik naqilləri və işıqlandırma lampaları saz olmalı və etibarlı izolə edilməlidir. İşıqlandırmada nasazlıq aşkar etdikdə ( naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda və s.) dərhal onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.
4.7.4. Texnoloji avadanlıqlar, qızdırıcı cihazlar normal iş rejimində, yanğın cəhətdən təhlükəsiz olmalıdır, təhlükəli nasazlıqlar və qəza halları üçün işdə bas verə biləcək yanğının həcmini və nəticəsini məhdudlaşdıran, zəruri müdafiə tədbirləri nəzərdə tutulmalıdır.
4.7.5. İctimai iaşə müəssisələrində qadağan edilir:
4.7.5.1. Şəbəkəyə qoşulan elektrik və qaz pilitələrini, qızdırıcı qənnadı şkaflarını, digər qızdırıcı cihazlarını nəzarətsiz qoymaq;
4.7.5.2. Qaz borularından və cihazlarından qaz sızmasının aşkar edilməsi üçün açıq oddan, kibritdən və s. istifadə etmək;
4.7.5.3. Mətbəx otaqlarında boş və ya yanar qazlarla dolu balonlar qoymaq və ya saxlamaq;
4.7.5.4. Köçürmə yolarında qarderoblar və bufetfər qurmaq;
4.7.5.5. Nahar zallarının divarlarını və pəncərələrin pərdələrini yanar və yandıqda zəhərləyici olan sintetik materiallarla bəzəmək.
4.8.1. Hər müəssisədə soyuducu maşın və qurğuların düzgün və təhlükəsiz istismar edilməsinə cavabdeh şəxs təyin edilməlidir.
4.8.2. Soyuducu qurğulara xidməti qulluq göstərilməsinə xüsusi hazırlığı olmayan şəxslər buraxılmır, Şəxsin müstəqil olaraq işə buraxılması müəssisə üzrə verilən sərəncamla həyata keçirilir.
4.8.3. Ammonyaklı qurğuların aparatlar və maşınlar bölməsinin otaqlarında soyuducu maddə ( soyutma prosesini gücləndirən kimyəvi məhlul ) buxarların tərkibini təyin edən ən azı iki cihaz ( qazoanalizator) qurumalı və onlar sovurrma-buraxma havadəyişmə qurğusunu və kompressorları ayıran qurğulara birləşdirilməlidir.
4.8.4. Soyuducu maddə ilə (ammiyyakla) dolu balonlar xüsusi anbarlarda saxlanılmalıdır. Bunları maşın şöbələrində saxlamaq qadağandır.
4.8.5. Soyuducu aqreqatların və soyuducu kameraların otaqlarının vəzifə təyinatından başqa qeyri ehtiyaclar üçün istifadə edilməsinə yol verilmir.
4.8.6. Soyuducu kameraların yanğına qarşı zonalarında deşiklər açılmasına boruların keçirilməsinə, dayaqların qoyulmasına, yanar materialların yapışdırılmasına icazə verilmir.
4.8.7. Soyuducu aqreqatlarını soyuducu kameraların dəhlizlərində yerləşdirilməsi qadağan edilir. Duzlu su vasitəsi ilə soyudulan kameraların soyuducu qurğuların yerləşdirilməsinə yalnız bayıra çıxış yolu olan maşın bölmələrində icazə verilir.
4.8.8. Maşın və aparat şöbələrinin havadəyişmə sistemlər! başqa otaqların havadəyişmə sistemləri ilə birləşməməlidirlər.
4.8.9. Maşın və aparat şöbələrində qəza işığı daima saz vəziyyətdə saxlanılmalıdır.
4.8.10. Soyuducu maddələri (ammonyaklı) qaldırıcıların (liftlərin) şaxtalarında yerləşdirmək qadağandır.
4.8.11. Ammiyyaklı soyuducu qurğuların maşın və aparat şöbələrini partlayışdan mühafizə edən elektrik avadanlığı dalma nəzarət altında olmalı və texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır;
4.8.12. İstismar və təmir prosesində soyuducu kameraların layihədə nəzərdə tutulmuş yanmaz, yaxud çətin yanan istilik izolyasiyasını yanar istilik izolyasiyası və dəyişilməsinə icazə verilmir.
4.8.13. Maşın və aparat bölmələri otaqlarının istismarı zamanı yüngül detalların (panel pəncərə, qapılar və s.) dəyişilməsinə yol verilmir.
4.8.14. Təzyiq altında olan avadanlığı təmir etmək, işləyən nasos və kampressorlarda kipkəcləri taxmaq və bərkitmək, aparatlarda və boru kəmərində təzyiqi azaltmadan başlıqları (flanslar) sıxlaşdırmaq qadağandır.
4.8.15. Maşın və aparat bölmələrinin avadanlıqlarının profilaktik baxışı zamanı İşıqlandırılması məqsədi üçün 12V gərginlikdən çox olmayan partlayış mühafizəli səyyar lampalardan istifadə edilməsinə icazə verilir.
4.8.16. Sistemin doldurulmasını sürətləndirmək məqsədi ilə soyuducu maddə ilə (ammiyyak) dolu balonların qızdırılması qadağan edilir.
4.8.17. Kompressor qurğuları binalarında metal tarada sürtgü materiallarının, ən çox bir !ş növbəsi tələbatı miqdarında saxlanılmasına yol verilir.
4.9.1. Ərzaq və sənaye malları satışı bazarları (yarmarkaları) müvafiq İcra Hakimiyyəti orqanlarının qərarına əsasən müəyyən edilmiş qaydada açıq meydançalarda yaxud binalarda təşkil edilir.
4.9.2. Yarmarkaların tikintisi yaxud təşkil edilməsi ilə əlaqədar binaların avadanlıqla təchiz edilməsi və ya sahənin ayrılması üçün Dövlət Yanğın Nəzarəti Orqanı tərəfindən zəruri qaydada rəy verilməlidir.
4.9.3. Binanın yarmarka üçün verilməsi və yaxud yarmarkanın tikinti, layihəsi zəruri qaydada Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmalıdır.
4.9.4. Binalarda yarmarkaların yerləşdirilməsi həmin binaların yanğın təhlükəliliyini artırmamalı və bu binalar üçün müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərini pozmamalıdır.
4.9.5. Yarmarkanın əhatə etdiyi sahənin hər 5 ha-na iki çıxış yolu olmalıdır.
4.9.6. Avtomobil darvazalarının eni 4,5 metrdən ax olmamalıdır.
4.9.7. Yarmarkanın ərazisində alış-veriş yalnız ticarət sırasında birləşdirilmiş pavilyonlarda, köşklərdə və açıq piştaxtalarda həyata keçirilə bilər. Ticarət sırasının uzunluğu 100 metrdən artıq olmamalıdır.
4.9.8. Ticarət sıralarında pavilyonların və köşklərin yerləşdirilməsi qrup şəklində həyata keçirilməlidir. Bir qrupda 20 ədəd köşk və pavilyonların yerləşdirilməsinə icazə verilir. Qrupda onlar arasındakı məsafə normalaşdırılmır. Pavilyon və köşk qrupları arasında eni 5 metrdən az olmayaraq yanğına qarşı məsafə olmalıdır.
4.9.9. Ticarət sıraları arasında məsafə 3 metrdən az olmamalıdır.
4.9.10. Ticarət sıralarında hər sıra üzrə hərəkət istiqaməti göstərilmiş və “ Ç I X I Ş “ sözü yazılmış ən azı 3 lövhə olmalıdır.
4.9.11. Pavilyonların və köşklərin isidilməsi üçün yalnız yağ radiatorlarından və qızdırıcı lövhələrdən İstifadə edilməsinə yol verilir.
4.9.12. Elektrik işıqlandırıcılarının müdafiə örtükləri ( qapaqları ) olmalıdır.
4.9.13. Pavilyon və köşk qruplarının yaxud ticarət sıralarının cərəyanının kəsilməsi üçün ümumiyyətlə vahid cərəyan ayırıcı qurğuları nəzərdə tutulmalıdır.
4.9.14. Qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan yarmarkanın ərazisində istifadə edilməsi qadağan edilir.
4.9.15. Yarmarkanın ərazisi gündəlik olaraq zibil və yanar zibil tullantılardan təmizlənməlidir. Tullantıların müvəqqəti olaraq yığıldığı yerlər köşklərdən və pavilyonlardan ən azı 15 metr aralı məsafədə olmalıdır.
4.9 16. Günün gecə vaxtı yarmarkaların ərazisi növbətçi işıqlandırıcılarla işıqlandırılmalıdır.
4.9.17. Yarmarkanın rəhbərliyi radioyayım şəbəkəsinin köməyi ilə yanğın haqqında adamların təcili xəbərdar edilməsi sistemini işləyib hazırlamalıdır.
5.1. Yanğına qarşı təchizatına aşağıdakılar aiddir.
a) üzərində yanğın hidrantı (su kəməri kranı) və göstəriciləri qoyulan çöl su şəbəkəsi;
b) yanğın su hovuzları və çənlər ( rezervuarlar )
v) daxili və çöl su kəməri şəbəkələrində təzyiqin yüksəldilməsi üçün nasos stansiyaları;
q) yanğın texnikası vasitəsi ilə təbli su mənbələrindən su götürmək imkanı verən yanğın pirsləri və yanaşma yollan;
d) şlanq və lülələrlə təchiz edilmiş daxili yanğın kranları;
e) yanğın baş verməsi hallarında su götürmək üçün uyğunlaşdırılmış stasionar qurğular,
5.2. Üzərində yanğın avadanlığı qurulan su kəməri şəbəkəsi yanğın söndürmə məqsədləri üçün lazımı təzyiqi və suyun hesablanmış miqdarda verilməsini təmin etməlidir. Su kəməri şəbəkəsində təzyiqin kifayət qədər olmadığı obyektlərdə yüksəldici nasoslar qurulmalıdır.
5.3. Müəssisənin ərazisində, yaxud yaxınlığında ( 150-200 m ) təbii su mənbələrinin ( çay, göl, nohur) mövcud olduğu hallarda yanğın avtomobillərinin dayanması və ilin hər hansı dövründə su götürülməsi onlara tam sərbəst yaxınlaşılması üçün yollar çəkilməli və pirslər qurulmalıdır.
5.4. Yanğın çənləri ( rezervuarlar) su hovuzlarına, su kəməri şəbəkəsinə və hidrantlarına obyekt rəhbəri tərəfindən onların yanğın və alışma hadisələri zamani həmişə istifadə üçün hazır vəziyyətdə olmasını və sazlığını təmin edən daimi texniki müşahidənin aparılmasını həyata keçirilməsidir
5.5. Su hovuzlarının daim saz vəziyyətdə saxlanılması üçün aşağıdakılar zəruridir:
5.5. 1. Onların zibillənməsinə yol verməmək;
5.5.2. Subölən qurğuların qorunub saxlanılmasına, saz vəziyyətdə olmasına nəzarət etmək;
5.5.3. Su hovuzlarında hesablanmış miqdarda suyun daim mövcud olmasını mütəmadi olaraq yoxlamaq.
5.6. Təmir işlərinin aparıldığı, yaxud su kəməri sahələrinin şəbəkədən açıldığı, nasos stansiyasının sıradan çıxdığı, sprinkler və drençer qurğularının nasazlığı, suyun su hovuzlarından sızdığı hallarda dərhal yanğın təhlükəsizliyi xidməti məlumatlandırılmalıdır:
5.7. Yanğın hidrantının yerləşdiyi yerdə işıqlı və ya flyuoreset göstəriciqurulmalı və bu göstəricidə “ Yanğın Hidrantı” hər indeksi, rəqəmlər vasitəsi ilə göstəricidən hidranta qədər olan məsafə və millimetrlə hidrantın diametri habelə onun növü ( halqavari, yaxud birtərəfli } qeyd olunmalıdır. Su hovuzunun yerləşdiyi yerdə işıq, yaxud flyuoreset göstərici qurulur və bu göstəricidə “ Yanğın Su Hovuzu “ hərfi indeksi, rəqəmlərlə kubmetr hesabıyla su ehtiyatının miqdarı və eyni vaxtda su hovuzuna yan ala bilən yanğın avtomobillərinin sayı qeyd olunmalıdır.
5.8. Yanğın hidrantlarına və yanğın kranlarına hər altı aydan bir texniki qulluq göstərilməli, zəruri hallarda yanğın təhlükəsizliyi xidmətinin və obyektin İnzibati heyətinin iştirakı ilə birlikdə su kəməri xidmət orqanı tərəfindən suyun buraxılması yolu ilə yoxlanılmalıdır.
5.9. Yanğın nasosu stansiyası otağında yanğına qarşı su təchizatının ümumi sxemi nasosların sarğı sxemi, müəssisələrin sprinkler və drençer qurğularının sxemləri və onların istismarına dair təlimatlar asılmalıdır. Hər siyirtmədə və yanğın nasoslarında onların təyinatı göstərilməlidir.
5.10 Hər nasos stansiyasında, onu birbaşa şəhərin yanğın təhlükəsizliyi xidməti ilə birləşdirən telefon rabitəsi yaxud siqnalizasiyası olmalıdır.
5.11. Bütün yanğın nasoslan daim hazır vəziyyətdə saxlanılmalı, hər 10 gündə bir dəfədən az olmayaraq, suyu buraxmaq yolu ilə lazımı təzyiqin yaradılması yoxlanılmalı və yoxlamanın nəticələri xüsusi jurnalda qeydə alınmalıdır.
5.12. Yanğına qarşı daxili su kəmərlərinin bütün otaqlarda olan yanğın kranları şlanq və lülələrlə təchiz edilməli, şkaflara yerləşdirməli və bu şkaflar möhürlənməlidir. Yanğın şlanqları quru, yaxşı bükülmüş kranlara və lülələrə birləşdirilmiş halda olmalıdır.
Yanğın kranı yerləşdirilmiş şkafın qapısında kranın sıra sayı göstərilməklə “YK” hərfi indeksi yazılmalıdır.
6.1. Yanğın texnikalarının (yanğın avtomobilləri, matopompalar, odsöndürənlən) və rabitə vasitələrinin saxlanılmasına və vaxtı-vaxtında təmir edilməsinə cavabdehliyi obyekt rəhbəri daşıyır.
6.2. Obyektdə mövcud olan telefonlardan birinə günün hər bir vaxtında sərbəst yanaşılma təmin edilməlidir. Hər telefon aparatının yanında yanğın hadisəsi baş verdiyi zaman yanğın təhlükəsizliyi xidmətinin köməyə çağırılması üçün telefon nömrəsi qeyd olunmuş cədvəl olmalıdır. Obyektdə telefon rabitəsinin olmadığı hallarda ən yaxındakı telefonun olduğu yeri, yaxud yanğın köməyinin çağırılması üsulu göstərməlidir.
6.3. KönülIü-yanğinsöndürənIərin öyrədilməsi ilə əlaqədar olmayan təsərrüfat, istehsal və sair ehtiyatlar üçün yanğın texnikasından və vasitələrindən istifadə edilməsi qadağandır.
Qəza və təbii fəlakətlər zamanı Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmış qaydada yanğın texnikasından istifadə edilməsinə yol verilir.
6.4. Səyyar yanğın texnikası (yanğın avtomobillər motopompalar) və yanğın avadanlıqları dalma saz vəziyyətdə olmalıdır. Bunların saxlanılması üçün isidilən xüsusi binalar (yanğın deposu qaraj, boks) olmalıdır. Yanğın texnikasının və odsöndürənlərin yerləşdiyi yerin göstərilməsi üçün Dövlət Standartının tələblərinə müvafiq olaraq göstərici nişanlardan istifadə edilməlidir. Bu nişanlar binanın daxilində və ya xaricində yerdən 2-2,5 metr hündürlükdə gözə çarpan yerlərdə yerləşdirilməlidir.
6.5. Baza və anbarlarda ilk yanğınsöndürmə vasitələrinin yerləşdirilməsi üçün bir qayda olaraq xüsusi yanğın lövhələri, şkaflar qurulmalıdır. Yanğın lövhələrində və şkaflarında kompakt şəklində odsöndürənlər, qum, bel, lom, könüllü yanğın dəstəsinin siyahısı, yanğın təhlükəsizliyi qaydalarından çıxarışlar, yanğın təhlükəsizliyi xidmətinin telefon nömrələri, habelə yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin telefon nömrələri yazılıb yerləşdirilməsi tövsiyyə olunur
6.6. Odsöndürənlərin və yanğın söndürmək üçün digər vasitələrin daim saz və işlək vəziyyətdə olmasına gündəlik nəzarət edilməsi yanğın təhlükəsizliyinə cavabdeh şəxslər və könüllü yanğın dəstəsinin üzvləri tərəfindən həyata keçirilir.
6.7. Odsöndürənlərin yerləşdirilməsi, onlara texniki qulluq göstərilməsi və onların tətbiq edilməsi qaydaları istehsalçı müəssisələrin təlimatlarındakı və qüvvədə olan normativ texniki sənədlərdəki göstərişlərə, habelə aşağıdakı tələblərə müvafiq olaraq müəyyənləşdirilməlidir:
6.7.1. Havası dəyişdirilməyən, sahəsi 15kv-metrdən az olan otaqlarda hallogenkarbohidrogen birləşmələrlə yüklü odsöndürənlərdən istifadə edilməsinə icazə verilmir.
6.7.2. Odsöndürənlər qapı açıldığı zaman onun kənarından ən azı 1,2 metr məsafədə və döşəmə səviyyəsindən odsöndürənin aşağı başlığına qədər 1,5 metr hündürlükdə yerləşdirilməlidir.
6.7.3. Odsöndürənlərin yerləşdirilməsi üçün nəzərdə tutulan şkafların, lövhələrin konstruksiyası və zahiri tərtibatı elə olmalıdır ki, orada yerləşdirilən odsöndürənin tipini (markasını) müəyyən etmək mümkün olsun.
6.7.4. Könüllü yanğın dəstəsinin üzvləri hər 10 gündə bir dəfədən az olmayaraq binalarda (obyektlərdə) yerləşdirilmiş odsöndürənləri zahiri olaraq gözdən keçirməli və onları tozdan təmizləməlidirlər. Bununla yanaşı eyni zamanda köpüklü odsöndürənlərin ucluqları da təmizlənməlidir.
Köpüklü odsöndürənlərin daxilindəki tərkibin yararlığı ən azı ildə bir dəfə, odsöndürənin gövdəsinin davamlılığı isə hər il yoxlanılmalıdır.
6.7.5. Karbon qazlı odsöndürənlər həddindən artıq qızmadan və günəş şüalarının təsirindən qorunmalıdır. Odsöndürənlərə çəki nəzarəti ən azı ildə bir dəfə aparılmalıdır.
7.1. Ərzaq və sənaye malları mağazaları:
7.1.1. Əsas köçürmə yolları kimi istifadə edilən otaqlarda yanar malların, yaxud yanar qablaşdırmada olan malların saxlanılmasına icazə verilmir.
7.1.2. Ticarət zallarında və adamların köçürülmə yollarında yanar materialların, tullantıların, qablaşdırmaların və konteynerlərin müvəqqəti saxlanılmasına yol verilmir. Bu materiallar toplandıqca hər gün yığışdırılıb aparılmalıdır. Ticarət, yaşayış və inzibati binaların pəncərələrinə yaxın və ya bitişik yerdə yanar tara yığmaq qadağan edilir.
7.1.3. Başqa təyinatlı binaların ticarət müəssisələri üçün uyğunlaşdırıldığı zaman onlar qüvvədə olan norma və qaydaların tələblərinə uyğun olmalıdırlar.
7.1.4. Yanar malların yaxud yanar qablaşdırmada olan yanmaz malların pəncərə oyuğu və ya tüstü yolu olmayan otaqlarda saxlanılmasına icazə verilmir.
7.1.5. Anbar bölmələrini, ticarət və köməkçi otaqları birləşdirən yanğına qarşı qapılar və boşluqlar saz vəziyyətdə saxlanılmalıdırlar.
7.1.6. Yüksək yanğın təhlükəliliyi olan malların ( odekolon, ətir, kibrit və s, ) başqa mallarla bir yerdə saxlanılmamalıdır. Onların saxlanılması üçün xüsusi otaq ayrılmalıdır.
7.1.7. Mağazalarda qadağan edilir:
7.1.7.1. Köçürmə yollarında və pilləkən qəfəslərində saat təmiri məntəqələri, oymaçı və digər emalatxanalar yerləşdirmək;
7.1.7.2. Dəhliz-şlyuzların çəpər konstruksiyaları pozulduğu hallarda yük liftlərini istismar etmək;
7.1.7.3. Adamların ticarət zallarında olduğu zaman odla bağlı işlər aparmaq;
7.1.7.4. Ticarət müəssisələrinin başqa təyinatı binalarda yerləşdirildiyi hallarda yanğın cəhətdən təhlükəli malların (qazla dolu balonlar, boyaq, əridicilər, kimyəvi-məişət malları və s.) ticarətinin aparılması;
7.1.7.5. Ətriyyat malları şöbəsi və bölmələrinin çıxış yollarına və köçürmə yollarına yığmaq;
7.1.7.6. Hava şarlarını doldurması və digər məqsədlər üçün ticarət yollarında yanar qaz dolu çənlər qoymaq;
7.1.7.7. Piştaxtalarda sellüloid və digər yanğın təhlükəli məmulatların yığılması;
7.1.7.8. Pilləkən qəfəslərində, dəhlizlərdə və digər köçürmə yollarında ticarət avtomatları yerləşdirmək və mal satmaq;
7.1.7.9. Mağazada 15.000-dən artıq aerozol qablaşdırma saxlamaq;
7.1.8. Çoxmərtəbəli mağazaların yuxarı mərtəbələrində bir qayda olaraq tezalışan və yanğın cəhətdən təhlükəli olan malların ( aerozol qablaşdırmada ətriyyat, plastik kütlələrdən olan məmulat, sintetik materiallar və s.) satıldığı şöbələrin ( bölmələrin ) yerləşdirilməsinə icazə verilmir.
7.1.9. Çoxlu alıcı kütləsi olan mağazalarda mallar mağazanın işə başlanmasından əvvəl bölmələrə (şöbələrə) yığılmalıdır.
7.1.10. Yüksək tələbat qoyulan malların satışında müəssisənin rəhbəri adamların ticarət zallarına buraxılmasının məhdudlaşdırılması üçün müvafiq tədbirləri həyata keçirilməlidir.
7.1.11. Yüksəkmərtəbəli mağazalarda yüksəkrəfli anbarların bitişik olduğu ticarət zallarına mal verilən zaman ticarət zalını anbarla birləşdirən dəhliz-şlyuzların yanğına qarşı qapıları, habelə həmin dəhliz-şlyuzlara hava axınını təmin edən havadəyişmə qurğuları saz vəziyyətdə saxlanılmalıdırlar.
7.1.12. İş vaxtında malların doldurulub və boşaldılması mağazaların arxa tərəfində həyata keçirilməli və alıcıların ticarət zallarından çıxmalarına maneçilik törətməməlidir.
8.l. Ticarət, ictimai iaşə müəssisələri, baza və anbarların yanğın təhlükəsizliyinə cavabdeh şəxslər həmin obyektlərdə yanğın baş verən zaman insanların təhlükəsizliyini təmin edə bilən tədbirlərin vaxtında həyata keçirilməsinə cavabdehlik daşıyırlar.
8.2 Ticarət və ictimai iaşə müəssisələrinin köçürmə yollarının planlaşdırılması, onların saxlanılması yanğın və yaxud digər qəza hadisələrinin baş verdiyi zaman insanların tez köçürülməsi imkanını təmin etməlidirlər:
8.3. Ticarət mərkəzlərində, ticarət evlərində, restoranlarda və digər ticarət və ictimai iaşə obyektlərində yanğın baş verməli hallarında adamların təhlükəsizliyi aşağıdakı amillər vasitəsi ilə təmin edilir:
8.3.1. Köçürmə yollarının həcmli-planlaşdırılması və konstruktiv tədbirləri, ticarət, restoran və yeməkxana zallarının səmərəli planlaşdırılması, alıcı axınlarının düşünülmüş qaydada istiqamətləndirilməsi;
8.2.3.2. Olovun və yanğının məhdudlaşdırılmasına yönəldilən mühəndis tədbirləri: (yanğına qarşı sədlər, yanğına qarşı mühafizə sistemləri, yanğınsöndürmə qurğuları və s,);
8.3.3. Yanğın yaxud qəza hallarında adamların müvəffəqiyyətlə köçürülməsinə yardım göstərən xüsusi avadanlığın (təcili bildiriş sistemləri, qəza işığı, təhlükəsizlik işarələri və nişanlan ) daim saz vəziyyətdə saxlanılması;
8.3.4. Otaqların, köçürmə yollarının keçdiyi yerlərdə ( giriş salonlarının, dəhlizlərin, pilləkənlərin ) bəzək üzlüyü üçün yanar materialların, habelə səthdə yanması tez yayıla bilən materialların məhdudiyyətlə tətbiq
8.3.5. Yanğın təhlükəli malların düzgün saxlanılmasına və ticarətinə, elektrik cihazlarının düzgün istismarına. qaynaq işlərinin aparılması zamanı ehtiyat tədbirlərinə riayət olunmasına rəhbərlik tərəfindən müntəzəm surətdə nəzarətin aparılması.
8.4. Köçürmə keçidlərini, çıxış yollarını, dəhlizləri, pilləkənləri hər hansı əşyalarla tutulmasına, mal və avadanlıqların yığılmasına, həmçinin bu yerlərdən yardımçı xidmət üçün istifadə edilməsinə İcazə verilmir.
8.5. Mağaza, anbar və ictimai iaşə müəssisələrinin binalarının zirzəmi otaqlarında partlayıcı maddələrin, qazla dolu balonların, tezalışan və yanar mayelərin, nitrolakların və nitroemalların, məişətdə tətbiq edilən kimyəvi malların, aerozol qablaşdırmada olan malların, sellüloid və ondan hazırlanan məmulatların, habelə digər yüksək yanğın təhlükəli malların saxlanılması qadağan edilir.
8.6. İş vaxtı köçürmə çıxış qapılarının bağlanılması qadağandır. Bu məqsədlər üçün daxili asan açılan qıfılların tətbiq edilməsinə icazə verilir. Ticarət və ictimai iaşə müəssisələrində texnoloji avadanlıqlarının yerləşdirilməsi, müəssisəyə gəlib-gedən adamların köçürülməsi üçün xidməti pilləkən qəfəsindən İstifadə edilməsinə maneçilik törətməməlidir.
8.7. Yanğın haqqında adamların xəbərdar edilməsi sistemlərinin (səs, işıq, kombiniləşdirmə) saz vəziyyətdə olması, adamların köçürülməsi planlarının tətbiqi zamanı yoxlanılmalıdır. Müəssisənin rəhbəri təcili xəbərdaretmə sistemini işə salmaq hüququna malik olan şəxslərin siyahısını müəyyənləşdirməlidir.
8.8. Köçürmə yollarında qəza işıqları saz vəziyyətdə saxlanılmalıdır.
8.9. Yanğın baş verən zaman xüsusi yanğın liftlərindən başqa qaldırıcı mexanizmlərdən və liftlərdən İstifadə edilməsi qadağandır. Restoranlarda və iri universal mağazalarda adamların çıxış qapılarına, stasionar pilləkənlərə doğru ən qısa yollar təhlükəsizlik nişanları ilə aydın işarələnməlidir. Yanğın baş verən zaman ekskalatorlar, liftlər və qaldırıcı mexanizmlər alt mərtəbəyə endirilməli və elektrik cərəyanından ayrılmalıdır.
8.10. Köçürmə yollarında fırlanan və sürüşən qapıların habelə dolama pilləkənlərin və pilləkən döngələrin qurulmasına icazə verilmir.
8.11. Ticarət müəssisələrinin restoranların, kafe və yeməkxanaların rəhbərləri zalların istehlakçılarla həddən artıq dolmasına yol verməməlidirlər.
8.12. Ticarət zallarının, restoran, kafe, yeməkxana zallarının tutumu adamların hesablama sayma uyğun olmalıdır. Mağazaların ticarət zallarının yol verilən tutumu TN və Q ( Tikinti Norma və Qaydalarının ) tələblərinə müvafiq olaraq bir adama ən azı 1,35 kv.m. hesabı isə sahə nəzərdə tutulmalıdır.Restoran, kafe, yeməkxanalara gələn istehlakçılar üçün zalların hər oturacaq yer üçün sahə tutumu ən azı 1.4 kv.m. hesabı ilə qəbul edilməlidir.
8.13. Ticarət və ictimai iaşə müəssisələrinin otaqlarında olan xalça və xalça ayaqaltıqları döşəməyə kip bərkidilməlidir. Köçürmə yollarında yanar və yandıqda zəhərlənmə törədə bilən bəzək üzlük materiallarının tətbiq edilməsi qadağandır. Köçürmə yollarındakı döşəmə örtükləri ( xalçalar, palazlar ) az kaloriyalı alışma mənbələrin qısa müddətli təsirindən alışmamalıdırlar;
8.14. İri universal mağazalarda, universamlarda və restoranlarda növbətçi xidməti heyət tənəfüs orqanlarını mühafizə edən fərdi vasitələr və elektrik fənərləri ilə təchiz edilməlidirlər.
8.15. Ticarət və iri ictimai iaşə müəssisələri, bazalar və anbarlar Dövlət standartının tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi nişanlan ilə təmin olunmalıdırlar.
8.16. Hər bir ticarət və ictimai iaşə müəssisələri müəyyən edilmiş qaydada “ Yanğın təhlükəsizliyi sertifikatı “-nı almalıdırlar.
9.1. Yanğın baş verdiyi hallarda, ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların rəhbərlərinin, yerli yanğından mühafizənin, könüllü yanğın dəstəsinin hərəkətləri, birinci növbədə adamların təhlükəsizliyinin və onların köçürülməsinin təmin edilməsinə yönəldilməlidir. Yanğın haqqında adamlara xəbər verilməsi üçün daxili radioyayımdan, həyacan zənglərindən və digər səsli siqnallardan istifadə edilə bilər,
9.2. Hər bır fəhlə və qulluqçu yanğın yaxud alışma aşkar etdikdə aşağıdakı qaydada hərəkət etməlidir:
9.2.1. Bu haqda dərhal yanğın təhlükəsizliyi xidmətinə xəbər verməli:
9.2.2. İş yerində mövcud olan yanğınsöndürmə vasitələri ilə (odsöndürənlər, daxili yanğın kranı, stasionar yanğınsöndürmə qurğular və s.) yanğının mənbəyini söndürməyə başlamalı
9.2.3. Obyekt rəhbərinin yanğın yerinə çağırılması üçün müvafiq tədbirlər həyata keçirməli.
9.3. Yanğın yerinə gələn obyektin rəhbər nümayəndəsi, yaxud digər vəzifəli şəxslər borcludurlar:
9.3.1. Yanğın xidmətinin çağırılıb-çağırılmadığını yoxlamaq;
9.3.2. Yanğın haqqında müəssisənin, anbarın. bazanın rəhbərinə xəbər vermək;
9.3.3. Yanğın təhlükəsizliyi xidmətini qarşılamaq üçün yanaşma yollarmı və su mənbələrinin yerləşdiyi yerləri yaxşı bilən şəxsi ayırmaq;
9.3.4. Avtomatik (stasionar) yanğınsöndürmə sisteminin qoşulmasını yoxlamaq;
9.3.5. Yanğının söndürülməsi ilə məşğul olmayan adamları binadan, yaxud təhlükəli zonadan kənar etmək;
9.3.6. Adamların həyatı üçün təhlükə yaranan hallarda, bütün mövcud qüvvə və vasitələrdən istifadə etməklə onların dərhal xilas olunmasını təşkil etmək;
9.3.7. Lazım gəldiyi hallarda qazdan xilasetmə, tibbi və digər xidmət orqanlarını çağırmaq:
9.3.8. Yanğının ləğv edilməsi ilə əlaqədar olmayan bütün işləri dayandırmaq:
9.3.9. Elektrik enerjisini ayırmaq, yük daşıyan qurğuları dayandırmaq, qaz komunikasiyalarının yolunu qapamaq, havadəyişmə qurğusunu dayandırmaq, tüstünü kənar edən sistemi işə salmaq və yanğının yayılmasının qarşısını ala bilən digər tədbirlər həyata keçirmək;
9.3.10. Yanğının söndürülməsində iştirak edən şəxslərin yıxılması, elektrik cərəyanından zədə alması ehtimalının aradan qaldırılması və yanmaqdan mühafizə edilməsi üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək:
9.3.11.Yanğının söndürülməsi ilə bərabər eyni vaxtda yüksək temperatur təsiri altında uçub-dağılmaq təhlükəsinə məruz qalan binanın konstruktiv elementlərini soyutmaq.
9.4. Yanğın təhlükəsizliyi xidmətinin bölmələrinin yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsi işinə rəhbərlik edən müəssisənin, bazanın, anbarın nümayəndəsi yanğının mənbəyi yanğının ləğv edilməsi üçün görülən tədbirlər, anbar və zirzəmilərdə yanğın təhlükəli partlayıcı materialların, qaz dolu balonların mövcudiyyəti, yanğının söndürülməsində iştirak edən və köməyə ehtiyacı olan adamların mövcudiyyəti haqqında bütün lazımı məlumatları yanğından mühafizənin böyük rəisinə verməlidir.
9.5. Müəssisənin nümayəndəsi yanğınsöndürmə qərargahının (ştabının) tərkibinə daxil edildiyi hallarda o aşağıdakıları həyata keçirməlidir:
9.5.1. YanğınsÖndürmə rəhbərini yanan obyektin spesifik xüsusiyyətləri üzrə təlimatlandırmaq, habelə partlayış təhlükəli və zəhərli maddələr, qazla dolu balonlar, gərginlik altında olan elektrik qurğuları barədə məlumatlandırmaq;
9.5.2. Yanğının söndürülməsi və əmlakın köçürülməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün qərargahı işçi qüvvəsi və mühəndis texniki heyətlə təmin etmək;
9.5.3. Yanğın söndürülən zaman istifadə oluna biləcək vasitələrin daşınıb gətirilməsi üçün nəqliyyat vasitələri vermək;
9.5.4. Yanğınsöndürmə rəhbərinin göstərişinə əsasən, müxtəlif kamunikasiyaların ayrılmasını və ya istiqamətini dəyişmək, asanalışan və yanar mayelərin çənlərdən sovrulub çıxarılmasını və s təşkil etmək;
9.5.5. Yanğının söndürülməsi ilə əlaqədar mühəndis texniki heyətin hərəkətlərini tənzimləmək.
9.6. Obyektdə baş verən hər bir alışma və yanğın hadisəsi üzrə obyekt rəhbərliyi tərəfindən yanğının baş verməsinə və yayılmasına şərait yaradan bütün vəziyyətlər aydınlaşdırılmalıdır.
9.6.1. Dövlət Yanğın Nəzarəti Orqanının nümayəndələrinin iştirakı ilə yağının baş verməsinə səbəb olan vəziyyətin, şəraitin və səbəbin aydınlaşdırılması üzrə komissiya yaradılmalıdır.
9.6.2. Obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin, onların yerinə yetirilməsinə cavabdeh şəxslərin, habelə gələcəkdə yanğın hadisəsinə yol verilməməsi üçün həyata keçiriləcək tədbirlərin siyahısını işləyib hazırlamalı və bu tədbirlərin habelə verilən əmr və göstərişlərin siyahısı yerli Dövlət Yanğım Nəzarəti Orqanına təqdim edilməlidir.
9.6.3. Müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğın xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vasitələr, yanacaq sürtgü materialları habelə ərzaq məhsulları və istirahət yerləri verilməlidir.
Ticarət, ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün ilkin odsöndürmə
vasitələri normaları.
b) dəhlizsiz sistemində (vestibül və pilləkənlər
1. Kənd yerlərində daxili yanğına qarşı su kəməri olmayan asan alışan materialar anbarları yay dövründə su dolu çənlər və vedrələrlə təmin edilməlidir.
2. Ticarət və ictimai-iaşə müəssisələrin, yarmarkaların, baza və anbarların ərazilərində yerləşdirilən odsöndürənlər qış dövründə götürülərək isidilən otaqlarda yerləşdirilməli, götürüldükləri yerlərdə isə onların yerləşdiyi məntəqələr haqqında elan asılmalıdır.
3. Odsöndürənlər və digər ilkin yanğınsöndürmə vasitələri otaqlarda mümkün qədər çıxış yollarına yaxın, gözə çarpan və asanlıqla yanaşıla bilən yerlərdə yerləşdirilməlidir.
A-yanğın söndürülən zaman tədbirlərin kodu.
V-saxlanılan yanar maddələrin tonla miqdarı və qaz dolu balonların mövcudiyyəti.
Quru odsöndürən vasitələr tədbiq etmək.
Su şmaqı tədbiq etmək.
Dağınıq su tədbiq etmək.
Xaladonlar əsasında su yaxud tərkiblər tədbiq etmək.
Maddələrin çirkab sulara və su hovuzlarına düşməsinin qarşısını almaq.
Tənəffus aparatları və qoruyucu əlcəklər ancaq yanğın zamanı lazımdır.
Adamları köçürmək lazımdır.
Qeyd: Təhlükə nişanlan aşağıdakı formaya malik olmalıdır:
- sarı rəngdə bərabər tərəfli üçbucaq;
- haşiyəsi qara rəngdə olan, zirvəsi yuxarıya doğru yönələn bərabər tərəfli üçbucaq;
- simvolik olaraq qara rəngdə olan üçbucaq;
Sarı siqnal rəngi nişanın sahəsinin ən azı 50% əhatə etməlidir. Təhlükəsizlik tədbirlərinin məlumat vərəqəsi yanğın baş verdiyi hallarda adamların həyatı üçün təhlükə törədən partlayış-yanğın təhlükəli qiymətli malların saxlanıldığı anbar binaların qapılarının bayır tərəfində asılmalıdır. Əgər anbarda yanğın cəhətdən təhlükəli maddələr yaxud qaz dolu balonlar saxlanılmırsa, onda belə anbarlarda yanğın təhlükəsizlik tədbirlərin məlumat vərəqəsi asılmır.
Təhlükəsizlik tədbirlərinə dair rəqəmli kodlar yerli Yanğın Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış qaydada obyekt rəhbəri tərəfindən saxlanılan məmulatların, maddələrin, materialların, yanğın təhlükəsini xarakterizə edən texniki sənədlərin öyrənilməsindən sonra doldurulur. Yanğın təhlükəsizliyi tədbirlərinin kodlan ilə anbarın işçiləri, mühafizəçiləri, könüllü yanğın dəstəsinin üzvləri və yanğının söndürülməsinə cəlb edilən digər xidməti heyət tanış edilməlidir.
Təhlükə nişanı yanğın, partlayış, zəhərləmə, radioaktiv şüalanma cəhətdən təhlükəli olan məmulat, maddə və materiallara aid cədvəlin qrafasında göstərilir.
Məmulat vərəqəsinin “V” indeks qrafasında tonla yanar materialların və yanarlığından asılı olmayaraq, ədədlə qaz dolu balonların saxlanılmasına icazə verilən miqdarı göstərilir.