Qanunvericilik › Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 03.05.2024) › Tam mətn

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 03.05.2024)

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 03.05.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Nazirlər Kabinetinin 21.11.2023 tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”ya və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri təsdiq edilsin (əlavə olunur).

1-1. İşğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilsin:

1-1.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əlavənin 1.1-ci, 1.2-ci, 2.1-ci və 2.2-ci sətirləri üzrə — ödənişsiz;

1-1.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əlavənin 1.3-cü sətri üzrə — 102,55 manat.

2. Qoşulma və elektrik enerjisinin təchizatı xidmətləri üzrə xərclərin uçotunun ayrı-ayrılıqda aparılması və qoşulma xidməti üzrə gəlir və xərclərə dair hər növbəti il ötən ilin faktiki, cari ilin proqnoz məlumatlarının İqtisadiyyat və Energetika nazirliklərinə təqdim edilməsi “Azərişıq” ASC-yə tapşırılsın.

3. Yüksək gərginlikli şəbəkədən qoşulma xidməti üzrə təkliflərin təqdim edilməsi “Azərişıq” ASC-yə tapşırılsın.

4. Bu Qərar 2024-cü il 3 iyun tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 3 may 2024-cü il

Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması (təchizat sxemi üzrə)

1-fazlı (10 kVt-a qədər, 10 kVt daxil olmaqla)

1-fazlı (10,1 kVt-dan 20 kVt-a qədər, 20 kVt daxil olmaqla)

Tələb olunan gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (3-fazlı təchizat sxemi üzrə)

Aşağı gərginlikli şəbəkədən

Orta gərginlikli şəbəkədən

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver