Qanunvericilik › “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 3 may tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (Tarif Şurasının qərarı, 30.12.2025) › Tam mətn

“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 3 may tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (Tarif Şurasının qərarı, 30.12.2025)

“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 3 may tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (Tarif Şurasının qərarı, 30.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İşğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasının, iqtisadi reinteqrasiyanın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 3 may tarixli 4 nömrəli Qərarına aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. İşğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilsin:

1-1.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əlavənin 1.1-ci, 1.2-ci, 2.1-ci və 2.2-ci sətirləri üzrə — ödənişsiz;

1-1.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əlavənin 1.3-cü sətri üzrə — 102,55 manat.”.

2. Bu Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 30 dekabr 2025-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver